Məhkəmə qərarları › İş №2-1(102)-141/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-141/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-141/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (prokurorluq orqanları əməkdaşlarına pensiya hesablanarkən ödənilən əlavələrin nəzərə alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1979/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 1958-ci ildə Tovuz rayonun Köhnəqala kəndində anadan olmuşdur. 04.09.1975-ci ildən 04 iyun 2010-cu ilə qədər prokurorluq orqanlarında işləmişdir. 2. 2008-ci ildən 2010-cu ilə qədər hər il 3 dəfə olmaqla (2010-cu il istisna olmaqla) əmək haqqının 100%-i həcmində maddi yardım, 2010-cu ildə xəstəliyə görə əmək haqqının 200%-i həcmində müavinət, 2008 və 2009-cu illərdə məzuniyyətə çıx arkən 2 qat əmək haqqı həcmində müavinət, 1996-cı ildən 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı almışdır. 13 iyul 2010cu il tarixdən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir və 13 iyul 2010-cu il tarixdən ona əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

4. Cavabdeh 24 dekabr 2018-ci il tarixli, **********1 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmişdir. İmtina məktubunda göstərilmişdir ki, qeyd olunan mükafat və yardımların alınması barədə Baş prokurorluq tərəfindən verilmiş arayışlar təqdim olunmadığı üçün ərizənin təmin edilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan R espublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, eyni zamanda, sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən prokurorluq işçilərinin əmək haqqı o nların vəzifə maaşından, rütbələrə və xidmət illərinə görə əlavələrdən və digər ödənişlərdən ibarətdir. Qanunvericiklə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayan məbləğdə maddi yardımın, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh iddiaçının əmək pensiyasını hesablayarkən göstərilən əlavələri nəzərə almamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsinin 14.03.2019-cu il tarixli, 2-1(81)-1538/2019 nömrəli (hakim Tahirə Əsədova ) qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar onlara ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın verilməsini nəzərdə tutmuşdur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş həmin əlavələri almasa belə, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə tətbiq olunmalıdır.

9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 22.08.2019-cu il tarixli, 21(103)-1438/2019 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Eyni zamanda Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik əmək haqqına olan sonrakı artım və əlavələrin əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını əmək pensiyası hesablanan şəxsin həmin əlavələri alması ilə şərtləndirməmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş əlavələri aldığı barədə arayışın təqdim edilməməsini və həmin əlavələrdən sosial sığorta haqq ının tutulmamasını əsas gətirərək iddiaçının əmək pensiyasının həmin əlavələr nəzərə alınmaqla yenidən hesablanmasından imtina etmişdir. Halbuki, iddiaçının rəsmi arayışları mövcud olmuşdur. Apelyasiya məhkəməsi gəldiyi nəticəni “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu, 21.4-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci, 29.3-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19, 24, 30.5, 32.2-1-ci maddələri ilə əsaslandırmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)-108/2020 nömrəli (hakimlər Sevda Hüseynova-sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.08.2019cu il tarixli qərarı qismən-iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 12 və 48-ci maddələrində nəzərdə tutulmuş işin hallarının araşdırılması pr insipi və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdudlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 2-1(103)-1297/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuruyev ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 2-1(102)-979/2021 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş və bununla da İPM-i n 87.8-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, İPM-in 12-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı idi. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1979/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödəni lmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 22 sentyabr 2021-ci il tarixli, 20/993 saylı məktubundan və eləcə də 26 iyul 2018-ci il tarixli, 17/532 saylı arayışından müəyyən olunmuşdur ki, İddiaçı 1996-cı ilin iyul ayından 2001-ci ilin may ayına kimi Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən həmin rayonun sərhədyanı və cəbhə bölgəsi sayılması ilə əlaqədar əmək haqqını ikiqat məbləğdə almışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş AR Prokurorluğunun 12 yanvar 1993-cü il tarixli, 40 saylı əmrindən görünür ki, müharibə gedən zonalarda iqtisadi vəziyyətin gərginliyi nəzərə alınaraq respublikanın bir sıra rayonlarında prokurorluq əməkdaşlarının əmək haqqının (o cümlədən Qazax rayonu üzrə) 2,0 əmsalla ödənilməsi qərara alınmışdır.

24. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 25.Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur. İddia ərizəsinin məzmununa uyğun olan etirazda kassasiya şi kayətinin təmin olunmaması və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 28. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanunu Maddə 20.8. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; Maddə 20.9. Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlə ri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; Maddə 21.4. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 29. “Əmək pensiyaları haqqında” AR Qanunu Maddə 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Maddə 29.3. Prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

30. AR Əmək Məcəlləsi Maddə

154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyi ni təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə ola n maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Kassasiya şikayətinin dəlillərində iddiaçının tələb etdiyi əlavələri almadığına görə ona pensiyanın hesablanması zamanı həmin əlavələrin nəzərə alınmasının yolverilməz olduğu bildirilərək iddianın rədd olunması tələb edilmişdir.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, birinci kassasi ya icraatında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)-108/2020 nömrəli qərarı ilə apelyasiya məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2-1(103)1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya məhkəməsinin qərarı qalan hissədə - İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə ə laqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin hissədə qərar qanuni qüvvəyə minmişdir. Bu baxımdan kassasiya şikayətinin məhkəmə qərarının qanini qüvvəyə minmiş hissəsi ilə bağlı dəlilləri əsassızdır və hazırkı kassasiya icraatının predmeti ola bilməz.

35. Hazırkı mübahisə əmək pensiyasının yenidən hesablanması zamanı sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə iddiaçıya ödənilmiş ikiqat əmək haqqının nəzərə alınması il ə bağlıdır. Odur ki, hazırkı kassasiya icraatı, iddiaçıya sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması hissəsində apelyasiya məhkəməsinin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması ilə məhdudlaşmalıdır.

36. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1975-2010-cu illərdə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 23.11.1994-cü ildən 13.06.2001-ci ilə kimi Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləmişdir. Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işlədiyi 19962001-ci illərdə əmək haqqının ikiqatı miqdarında əmək haqqı almışdır.

37. Azərbaycan Respublikası Prokurorluğunun 12 yanvar 1993- cü il tarixli, 40 saylı əmri ilə müharibə zonalarında iqtisadi vəziyyətin gərginliyi nəzərə alınaraq respublikanın bir sıra rayonlarında (o cümlədən, Qazax rayonunda) prokurorluq əməkdaşlarının əmək haqqının 2,0 əmsalla ödənilməsi qərara alınmışdır.

38. İddiacıya ümumi xəstəlik səbəbi ilə 13.07.2010-cu il tarixdən ikinci qrup əlillik müəyyən olunmuş və həmin tarixdən əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, əlilliyə görə əmək pensiyası təyin olunarkən əmək haqqının hansı dövrə əsasən hesablanması qanunvericilikdə təsbit edilməmişdir.

39. Bu baxımdan əmək pensiyasının yenidən hesablanması zamanı 1996-2001-ci illər ərzində aldığı ikiqat əmək haqqının nəzərə alınması ilə bağlı iddiaçının seçim imkanı tanınmalı, həmin dövr ərzində ald ığı əmək haqqına əsasən pensiya təyinatı aparılmalıdır.

40. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmə k hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

41. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin tələbinə aid olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

42. Məhkəmə ko llegiyası hesab edir ki, iddiaçı 1996-2001-ci illərdə sərhədyanı və cəbhə bölgəsində işlədiyi dövrdə ona ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.

43. Beləliklə, sərhədyanı və cəbhə bölgəsində işlədiyi dövrdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddia tələbinin təmin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

44. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1979/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar