Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-141/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliklə bağlı məlumatın sistemə daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik ilə bağlı məlumatın sistemə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103 )2160/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı travma ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlilliyin müddəti uzadılmış və xx.xx.2007-ci il tarixli müayinə aktına əsasən ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya müddətsiz əlilliyin təyin edilməsini təsdiq edən sənəd qismində Tibbi-Sosial Ekspert Komissiyanın sədrinin imzası və möhürü ilə təsdiq olunmuş SER TSE-01 372551 nömrəli arayış çıxış edir.
2. İddiaçıya müharibə əlili olması ilə əlaqədar xx.xx.1996-cı il tarixdən əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə Prezident təqaüdü təyin edilmişdir.
3. İddiaçı müharibə əlili olması ilə bağlı məlumatın “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə ötürülməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh, əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmadığını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmiş və ona əlilliyinin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin v ə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş şəxs kimi onun əlillik məlumatlarının “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı travma ilə əlaqədar 1996-cı ildən ikinci dərəcə müharibə əlilliyi olan şəxs kimi əmək pensiyası, Prezident təqaüdü alır, həmçinin bununla bağlı ona mənzil, maşın və sığorta ödənişləri də verilmişdir. Onun əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməməsi səbəbindən o və ailə üzvləri bir sıra imtiyaz və güzəştlərdən yararlan a bilmir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 10 fevral 2023-cü il tarixli, e-2-1(112)-4383/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş iddiaçının əlillik məlumatlarının cavabdehin (TSERAS) “Əlillik” və “Zəfər” altsistemlərinə ötürülməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının əlil olması, yəni əlilliyinin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir. Doğrudur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təs diq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın normalarına görə şəxsin əlilliyinin altsistemə daxil edilməsi müvafiq göndəriş əsasında həyata keçirilir. Lakin hazırkı halda belə bir göndərişin təqdim edilməsinə və ya iddiaçının əlil olması istiqamətində yenidən inzibati icraatın aparılmasına zərurət yoxdur. Çünki iddiaçı ona yenidən əlilliyin təyinini arzulamır, o, zamanında ona təyin olunmuş əlilliyin altsistemə ötürülməsini arzulayır. Məhkəmə hesab edir ki, iddiaçının uzun müddətdir əlil olması və bununla əlaqədar əlillərə şamil olunan imtiyazlardan istifadə etməsi müvafiq sənədlər ilə təsdiq olunduğundan, göndəriş təqdim edilmədən və yenidən əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraat aparılmadan, onun əlilliyi barədə məlumat müvafiq altsistemə ötürülməlidir. Məhkə mə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1-ci yarımbəndində nəzərdə tutulan “Sosial ödənişlər, “Əlillik” (TSERAS), “Zəfər” altsistemi, “Pensiya” və digər altsistemlərin hər biri MEİS-in, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan altsistemlərə aiddir. Nəzərə alınmalıdır ki, cavabdeh eyni elektron informasiya sisteminə daxil olan məlumatı, yəni iddiaçının əlilliyə görə xx.xx.1996-cı il tarixdən pensiya, xx.xx.2016-cı il tarixdən isə təqaüd almasını nəzərə almamış, əksinə iddiaçının əlilliyi ilə bağlı məlumatın olmadığına is tinad etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi ümumi olaraq bütün altsistemləri ehtiva edir ki, həm “Pensiya”, həm də “Sosial ödənişlər” altsistemində iddiaçının əlil olmasını təsdiq edən məlumatlar (pensiya və təqaüd alması) mövcuddur. İddiaçı ikinci qrup Qarabağ müharibəsi əlili olduğundan və bu halı təsdiq edən sənədlər mövcud olduğundan, onun əlilliyi ilə bağlı məlumatın altsistemə ötürülməsi təmin olunmalıdır. Eyni zamanda, məhkəmə diqqətə çatdırır ki, “Zəfər” altsistemi MEİS-in strukturuna daxil olan altsistemlərdən biridir ki, həmin altsistem özündə şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumat ları ehtiva edir. Beləliklə, iddiaçı müharibə ilə əlaqədar əlil olduğundan, onun barəsində məlumat həmçinin “Zəfər” altsisteminə də daxil olunmalıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 04 iyul 2023-cü il tarixli, 2-1(103)-2160/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzi bati orqan əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nəzərə alınmalıdır ki, cavabdeh öz səlahiyyətləri çərçivəsində Nizamnamədə nəzərdə tutulmuş fəaliyyət sferalarında müvafiq tədbirlər görür və normativ hüquqi aktın tələbləri ilə müəyyən edilmiş vəzifələri icra edir ki, bunlardan biri də müvafiq sahədə elektron xidmətləri göstərməkdən ibarətdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi özündə müxtəlif altsistemləri nəzərdə tutur ki, bunlardan olan “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə məlumatların ötürülməsi cavabdeh tərəfindən təmin olunur.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qəra rın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əs asnamə 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji ə saslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.4. “Sosial ödənişlər” altsistemi vasitəsilə “Sosial müavinətlər haqqında” Azərbaycan Resp ublikasının Qanununa və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, sosial ödənişlər verilməsinin uçotunun elektron qaydada aparılması; 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərk ibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş və 2007-ci ildən müddətsiz 2-ci qrup əlil olmuş şəxs kimi əlillik məlumatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə ötürülməsinə nail olmaqdan ibarətdir.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Azərb aycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2007-ci ildən müddətsiz 2-ci qrup əlilliyi müəyyən olunmuş şəxs kimi müvafiq məlumatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə ötürülməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
25. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 21(103)-2160/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.