Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-141/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi dövrü də nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(106)102/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx. xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsi, xx.xx.2012-ci tarixdən xx.xx.2021-ci il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir.
3. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 187 nömrəli sərəncamına əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən İddiaçı dövlət qulluğuna 2021-ci il 05 avqust tarixdən xitam verilmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il t arixli arayışından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir.
5. Cavabdehin iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 8 ay 15 gün (xx.xx.1991- xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
6. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarix li məktubundan görünür ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2 -ci bəndlərinə əsasən aparılır. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon X1 İcraiyyə Komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon X1 (Məclisinin) İcraiyyə Komitəsinin, rayon, şəhər və şəhərdə rayon İcra Hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələr Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin kənd sovetlərində mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16/03/2878/11-2-55-6/2023 nömrəli məktubundan görünür ki, Kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğundur.
8. Kürdəmir rayon İcra Haki miyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-16/2-81/2023 nömrəli məktubundan görünür ki, yerli XDS və onun İcraiyyə Komitələri həmin dövrdə (1985-1992) müstəqil olmuş və səlahiyyət dairələri daha geniş olmuşdur. Hazırda həmin səlahiyyətlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılırdı.
9. Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-48-25RA/282/2023 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Carlı kənd Kənd X1 icraiyyə komitəsinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İddiaçı işləməsi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümay əndəsinin müavini vəzifəsində onun dövlət qulluğuna xitam verilmişdir. O, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmiş, beş il ali məktəbdə təhsil almış, iki il hərbi xidmətdə olmuşdur. Ümumilikdə 50 ildən çox əmək stajı vardır. Həmin müddətin 20 il 4 ayını dövlət qulluqçusu kimi xidmət etmişdir. Belə ki, 20 il 4 ay dövlət qulluğu stajının 7 il 1 ay 25 gününü Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri, 4 il 4 ay 15 gününü Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gününü isə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində toplamışdır. O, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ca vabdehə müraciət etmiş, lakin cavabdeh onun dövlət qulluğu stajının 15 ildən az, yəni 13 il 8 ay 15 gün olduğunu əsas gətirərək ona imtina cavabı vermişdir. Cavabdeh onun xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi 7 il 1 ay 25 gün iş stajını dövlət qulluğuna aid etməmişdir. O, Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edərkən SSRİ ləğv olunmuş, Azərbaycan Respublikası müstəqil olmuş və bu zaman yerli icra orqanı kimi Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd üzrə nümayəndəliyi yaranmış və o, birbaşa yeni quruma keçirilərək nümayəndə təyin olunmuş və eyni vəzifə səlahiyyətlərini başqa adla icra etmişdir. Müvafiq qaydalara əsasən dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
12. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluğundakı əmək fəaliyyəti olaraq nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud da 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdır ılması Siyahısı”nda iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Belə ki, Siyahının 1.17-ci bəndinə əsasən rayon (şəhər) X1 İcraiyyə Komitəsinin aparatında İcraiyyə Komitəsinin sədri vəzifəsi mövcuddur, lakin bu vəzifə yalnız rayon (şəhər) X1 İcraiyyə Komitəsinə aiddir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) əhatə etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 21 sentyabr 2022-ci il tarixl i, 2-1(120)-757/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na həmin vəzifə daxil olmadığı üçün həmin müddət dövlət qulluğu hesab edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli, 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Pr ezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Lakin iddiaçının xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayon Carlı kənd X3 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır.
15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Allahyarov (sədrlik edən), M.K.Həsənov və O.N.İsmayılov) 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov (sədrlik edən və məruzəçi), Z.M.Quliyev və R.S.Nəbizadə) 2-1(102)1076/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X2 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Hazırkı mübahisənin həlli məhz iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəs inin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır. Bu məqsədlə iddiaçının işlədiyi orqanın dövlət orqanları sistemində statusu və yeri müəyyən olunmalı, yalnız bundan sonra iddiaçının həmin orqanda tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmamasına qiymət verilməlidir. Bu zaman kənd X2 İcraiyyə Komitələrinin mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurumlar dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur.
21. İş üzrə materiallardan da görünür ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, iddiaçı icra hakimiyyəti orqanı kimi yeni yaradılan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəliyinə icra nümayəndəsi təyin olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayətlənmiş, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində tələb olunan qaydada araşdırma aparmamışdır.
23. Mübahisənin obyektiv həlli məqsədilə apellyasiya instansiyası məhkəməsi bu qərarın 31-ci maddəsində qeyd edilən qaydada kənd X2 İcraiyyə Komitəsinin statusunu, eləcə də kənd X2 İcraiyyə Komitələrinin sədrinin səlahiyyətlərini, onların həyata keçirdiyi fəaliyyətin funksional məzmununu, eləcə hazırda mövcud olan və dövlət qulluğu vəzifəsi hesab edilən ra yon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifəsini və hüquqi-funksional statusunu müəyyən edən müvafiq normativ hüquqi aktları, o cümlədən qanunları, əsasnamələri, vəzifə təlimatlarını əldə etməli və həmin qanunvericilik aktlarının müddəalarının müqayisəli təhlili və təfsiri baxımından qeyd olunan vəzifələrin uyğunluğunu araşdırmalı, yalnız bundan sonra iddiaçının işlədiyi Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsi olub-olmadığına qiymət verməli idi.
24. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3-cü bəndində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələrinin bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğun olduğunun təsbit edildiyi də məhkəmələr tər əfindən qərar qəbul olunarkən nəzərə alınmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov (sədrlik edən və məruzəçi), P.V.Hacıyev və H.X.Bəhmənov) 10 iyul 2024-cü il tarixli, 21(106)-102/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 saylı qərarı ləğv edilmiş, iddia təmin edilmiş və İddiaçı hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulm ası qərara alınmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, qeyd edilən hüquq normalarından göründüyü kimi rayonlarda, şəhərlərdə, şəhərdəki rayonlarda, qəsəbələrdə, kənd yaşayış məntəqələrində dövlət hakimiyyət orqanları müvafiq xalq deputatları Sovetləridir. Yəni, kənd yaşayış məntəqlərində olan xalq deputatları Sovetləri dövlət hakimiyyət orqanları hesab olunur. Həmçinin müəyyən edilmişdir ki, X4 Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir. Qeyd edilən hüquq normalarından görünür ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsi dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Başqa sözlə, hüquq normalarına görə yalnız rayon, şəhər, şəhərdəki rayon və qəsəbələrdə deyil, kənd yaşayış məntəqələrində olan xalq deputatları Sovetləri və icraiyyə komitələri də dövlət hakimiyyət orqanları hesab olunur.
27. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X2 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz.
28. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayəti yazılı etiraza uyğun əsaslanmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı Kürdəmir rayonu, Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluqçusu stajı kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı dövrləri) əhatə etdiyindən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımı ndan mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Siyahının 1.12-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında, 2.13cü bəndində rayon, şəhər X1 (məclisinin) icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, kənd X1 icraiyyə komitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Qeyd edilənlərə əsasən 1985-1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazi rliyinin xx.xx.2023-cü il tarixli 3-16/03/2-878/11-2-55-6/2023 nömrəli məktubunun 2-ci abzasında qeyd edilmişdir ki, Kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğunlaşdırılması ilə bağlı bölmənin Siyahıya əlavə edilməsi məqsədilə tərəflərindən Nazirlər Kabinetinə təkliflər göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sözügedən məktubuna əsasən müvafiq təklifin göndərilməsi hazırkı halda Kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsinin dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün nəzərə alınan dövlət qulluğu stajına aid edilmədiyini bir daha təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edi lməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;... 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiya larını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi;... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqan ın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yard ımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı;... 1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd;... Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verili r. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.... Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
32. Azərbaycan R espublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlənd irilir. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İddiaçının hüquqi marağı hüququ yarandığı tarixdən dövlət qulluqçusu kimi pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
40. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kürdəmir rayon Carlı kənd X2 İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsi, xx.xx.201 2-ci tarixdən xx.xx.2021-ci il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir.
41. Hazırkı işin materiallarına əsasən, iddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az olduğunu bildirərək pensiya təyin etməkdən imtina etmişdir.
42. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı, yəni 13 il 8 ay 15 gün dövlət qulluğu stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir.
43. Cavabdeh imtinasının səbəbini iddiaçının xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X3 İcraiyyə Komitəsinin sədri vəzifəsinin işlədiyi vəzifəsi nin dövlət qulluğu vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır.
44. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-16/2-81/2023 nömrəli məktubundan görünür ki, yerli XDS və onun İcraiyyə Komitələri həmin dövrdə (1985-1992) müstəqil olmuş və səlahiyyət dairələri daha geniş olmuşdur. Hazırda həmin səlahiyyətlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılırdı.
45. Habelə, Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-4825RA/2-82/2023 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Carlı kənd Kənd X1 icraiyyə komitəsinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İddiaçı işləməsi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir.
46. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16/03/2-878/11-2-55-6/2023 nömrəli məktubundan görünür ki, Kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğundur.
47. Mübahisələndirilən dövr ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Kənd X1 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi və zifəsinə uyğundur. Həmçinin müəyyən edilmişdir ki, yerli XDS və onun İcraiyyə Komitələrinin səlahiyyətlərinin əksəriyyəti hazırda rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılmışdır. Həmçinin İddiaçı Kürdəmir rayonu Carlı kənd Kənd X1 icraiyyə komitəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işləməsinə dair əmək haqqı cədvəlləri aşkar edilmişdir.
48. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının işlədiyi Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəliyinə icra nümayəndəsi vəzifəsini cavabdeh dövlət qulluqçusu vəzifəsi kimi qəbul etmişdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin “kənd X1 icraiyyə k omitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmaması” ilə bağlı dəlilini əsassız hesab edərək bildirir ki, kənd X2 İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X2 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunazidd olmu ş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
52. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(106)-102/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.