Məhkəmə qərarları › İş №2-1(102)-1410/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1410/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1410/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini, barabanlarda darayanlar, təmizləyicilər peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçının 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-242/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərarından idd iaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-cu ildə doğulmuş, 22.10.1977-ci il tarixdən 21.11.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçı 25.08.1976-cı ildə fəhlə vəzifəsinə qəbul olunmuş, 29.08.1977-ci ildə azad olunmuşdur. 08.04.1980-ci ildə “Lenin adına Yeni toxuculuq fabriki”nə (hazırda H.Z.Tağıyev adına "xxxx" ASC) lent sexinin 2-ci dərəcəli nəqledici vəzifəsinə qəbul olunmuş, 30.07.1984-cü ildə 5 saylı f/k 3-cü dərəcəli fəhlə keçirilmiş, 01.12.1984-cü ildə 3cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, 01.02.1986-cı ildə müvəqqəti olaraq lent sexinin rəisi vəzifəsinə keçirilmiş, 15.03.1987-ci ildə 3-cü dərəcəli barabanların darayıc ısı vəzifəsinə keçirilmiş, 10.06.1988-ci ildə müvəqqəti olaraq lent sexinin ustası vəzifəsinə keçirilmiş, 10.08.1988-ci ildə daimi işə keçirilmiş, 02.01.1992-ci ildə növbə mühəndisi vəzifəsinə təyin edilmiş, 20.12.1996-cı ildə MKİS-in 5 saylı yataqxanasına komendant vəzifəsinə keçirilmiş, 04.07.2003-cü ildə işdən azad olunmuşdur. 08.07.2003cü ildə Bakı şəhəri MKTB Departamentinin xüsusi təyinatlı MKTB 133 saylı MKİS-ə 5-ci dərəcəli liftçi peşəsinə qəbul olunmuş, 10.01.2004-cü il tarixdə işdən azad olunmuşdur. 17.10.2007-ci il tarixdə “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsinə qəbul olunmuş, 01.03.2011-ci il tarixdə dənizdə texnik təmizləyici vəzifəsinə keçirilmiş, 03.04.2012-ci il tarixdə işəgötürənin ad ı dəyişdirilərək, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur, 29.07.2013-cü il tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən işdən azad olunmuşdur. 30.07.2013-cü il tarixdə "xxxx" MMC-yə “Sənaye təmizləyicisi” vəzifəsinə qəbul olunmuşdur.

3. Azərbaycan Respublikası H.Z.Tağıyev adına "xxxx" ASC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyiricilik istehsalatında 01.12.198401.02.1986, 15.03.1987-09.06.1988-ci illərdə darayıcı sexində barabanda darayan, 10.06.1988-21.08.1990-cı illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. 4. “Stork Technical Services” ("xxxx" Şirkətinin Azərbay can Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, iddiaçı 17.10.2002-ci il tarixdən 28.02.2011-ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləmiş, 01.03.2011-ci il tarixdən 29.07.2013-cü il tarixə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur. 5. "xxxx" LLC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli arayışda iddiaçının 30.07.2013-cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu qeyd olunmuşdur.

6. İddiaçının 27.09.2019-cu il tarixdə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olara q, cavabdeh tərəfindən verilmiş 02.12.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdə 01.03.2011-29.07.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensatının kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa, güzəştli arayışda istinad olunan 03.07.2013-cü il tarixdən bu günədək "x xxx" MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, 10.06.1988-02.01.1992-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, sözügedən siyahının 26-cı hissəsinin pambıq parça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciətçinin 15.03.1987-10.06.1988-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 13 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu vaxtdan, yəni 26.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən sonuncu iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların kişilərin 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. İddiaçının işləməsi əmək kitabçası və təqdim etdiyi arayışla öz təsdiqini tapır.

9. Cavabdeh iddiaya dair etirazı imtina mə ktubuna uyğun əsaslandırılmışdır. 10. "xxxx" LLC tərəfindən məhkəməyə ünvanlanmış 29.06.2020-ci il tarixli arayışda iddiaçının 30.07.2013-cü il tarixdən həmin şirkətdə “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi qeyd olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-4029/2020 saylı iş) 24 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 60 yaşı tamam olduğu, yəni 26.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyinə görə işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, o na güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar da (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmə t edən ustalar və usta köməkçiləri. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr- “Yüngül sənaye” adlanan 26-ci bölməsində-barabanlarda darayanlar (əl ilə) (26.2); “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu bölməsində-təmizləyicilər və “Ümumi peşələr” adlanan 35-ci bölməsində-rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxm aq üçün zəruri olan 60 yaşının tamamlandığı günə, yəni 26.01.2019-cu il tarixə güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir.

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4 məruzəçi, X5 və X2, 2-1(103)-242/2021 saylı iş) 5 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb olunan müddətdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün qanunla tələb olunan xüsusi staj şərtinə əməl olunmaması ilə digər şərtlərin (ümumi staj və pensiya kapitalı) mövcudluğunun yoxlanılması zərurəti aradan qalxmışdır.

16. İddiaçı 16 may 2021-ci il tarixdə qərarın surətini almış, 1 iyun 2021-ci il tarixdə kassasiya şikayəti ve rərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. İddiaçıya 3 ayrı işə götürən tərəfindən güzəştli arayış təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin arayışları öz mülahizəsinə uyğun olaraq mötəbər sübut hesab etməmişdir.

18. İşə baxan məhkəmə və pensiya təyin edən inzibati orqan işçinin işlədiyi peşənin xarakteristikasını, əmək funksiyalarını, əmək şəraitinin zərərli olmasını işə götürəndən daha yaxşı bilə bilməz.

19. İşəgötürən tərəfindən işçiyə işlədiyi sahənin zərərli peşə olmasına dair arayış verilirsə, deməli işəgötürən müəssisə həmin arayış üzrə bütün məsuliyyəti daşımaqla yanaşı işçinin pen siya hüququnun qorunmasına yönəlmiş addım atmışdır. Eyni zamanda işəgötürən arayışda qeyd etdiyi xüsusatları öz şəxsi mülahizəsinə görə yox, məhz qanunvericiliyə istinad etməklə qeyd edir.

20. Lakin məhkəmə kollegiyası bunların heç birini nəzərə almamışdır. Halbuki, həmin peşələrin zərərli olmasını ixtisasca hüquqşünas olan hakim deyil, həmin peşələrin bütün xarakteristikasına bələd olan işəgötürən müəyyən edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin əsassız olduğunu bildirib şikayətin rədd edilməsini xahiş etmişdir.

23. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxı şlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

5. Pensiya seçmək hüququ (-). 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına mal ik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). 25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabi netinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 26. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların ar aşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya insta nsiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. İddiaçının kasasi ya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

31. İddiaçı məhkəməyə təqdi m etmiş dəqiqləşdirilmiş ərizəsində 60 yaşının tamam olduğu 26 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

32. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının 60 yaşının tamam olduğu vaxta qədər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə azı 12 il 6 ay işləməsi sübuta yetməmişdir.

33. İddiaçının şikayətinin dəlillərinə görə zərərli peşədə işləməsi iş yerinin arayışları ilə təsdiq olunduğundan apelyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir.

34. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 element mövcud olmalıdır: 1) 60 yaşa qədər ümumi iş stajı azı 25 il olmalı; 2) 60 yaşa qədər Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı azı12 il 6 ay olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

36. İddiaçının əmək kitabçasında olan məlumatlardan görünür ki, 60 yaşının tamam olduğu vaxt 25 ildən az olmayan ümumi stajı vardır.

37. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakı ları qeyd edir.

38. İşin 8-ci səhifəsində olan 25 yanvar 2018-ci il tarixli və 31 iyul 2019-cu il tarixli güzəştli arayışlarda bildirilmişdir ki, iddiaçı 17.10.2002-ci il tarixdən 28.02.2011-ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləmiş, 01.03.2011-ci il tarixdən 29.07.2013-cü il tarixə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur.

39. İşin 99-cu səhifəsində olan 25 yanvar 2018-ci il tarixli arayışda da həmin məlumatlar əksini tapmış, lakin bu arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissə yə və rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsinə istinad edilmişdir.

40. Arayışların birində Siyahıda 10-cu bölməyə, digərində isə 35-ci bölməyə istinad edilmiş, məhkəmə tərəfindən bu ziddiyyət aradan qaldırılmamış, arayışı vermiş iddiaçının iş yerinə sorğu edib iddiaçının Siyahıda olan hansı peşədə əmək funksiyaları yerinə yetirməsini müəyyən etməmişdir.

41. İşin 9-cu səhifəsində olan "xxxx" LLC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli arayışda iddiaçının 30.07.2013-cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu göstərilmişdir.

42. Arayışda həmçinin qeyd edilmişdir ki, iddiaçının işlədiy i təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur.

43. Bu dövrdə iddiaçının 60 yaşa qədər stajı 5 il 7 ay 26 gün təşkil edir.

44. Apelyasiya məhkəməsi arayışı vermiş iddiaçının iş yeri olan "xxxx" LLC-yə sorğu edib iddiaçının Siyahıda olan peşədə əmək funksiyaları yerinə yetirib-yetirmədiyini müəyyən etməmiş, sənaye təmizləyicisi vəzifəsinin Siyahıda istinad edilən peşə üzrə əmək funksiyalarını yerinə yetirməsini araşdırmamışdır.

45. Bundan başqa, işin 10-cu səhifəsində olan H.Z.Tağıyev adına "xxxx" ASC tərəfindən verilmiş 01.08.2019-cu il tarixli 111 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyiricilik istehsalatında 01.12.1984-01.02.1986, 15.03.1987-09.06.1988-ci illərdə darayıcı sexində barabanda darayan, 10.06.1988-21.08.1990-cı illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir.

46. Arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilərək işlədiyi peşələrin barabanda darayan və usta, usta köməkçiləri peşəsinə uyğun gəldiyi göstərilmişdir. Bu dövr 4 il 7 ay təşkil edir.

47. Apelyasiya məhkəməsi bu iş yeri üzrə da ətrafı araşdırma aparmamış, iddiaçının Siyahıda olan peşədə əmək funksiyaları yerinə yetirib-yetirmədiyini müəyyən etməmiş, darayıcı sexində barabanda darayan və hazırlıq şöbəsində növbə ustası peşəsinin Siyahıda istinad edilən peşə üzrə əmək funksiyalarını yerinə yetirməsini araşdırmamışdır.

48. Nəzərə alınmalıdır ki, iş yerlərindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti peşə və vəzifələrə uyğunluğu göstərilməlidir.

49. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

50. İddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün həm də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

51. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə ümumiyyətlə araşdırma aparmamışdır.

52. Odur ki, apelyasiya instansiyası məhkəməsi maddi və məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verdiyindən qəbul etdiyi qərar ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti təmin olunmalı, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kas asiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-242/2021 saylı 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar