Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1410/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-1410/2022) (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; müddətin üzrsüz səbəblərdən ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “arxiv arayışının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3011/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə (müddət bərpası barədə ərizəyə) yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (, 877, N saylı hərbi hissələrdə) bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində q ərar verilməsi, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N (, 877, N saylı hərbi hissələrdə) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasına dair Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-10786/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3011/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-10786/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 25 may 2022-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
6. İddiaçı 06 iyun 2022-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3011/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə baxılması barədə qərar qəbul olunması nı xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli qər ardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, Vəkil 25 may 2022-ci il tarixdə order yazılmasına baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti 06 iyun 2022-ci il tarixdə, vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sisteminə yerləşdirilmiş, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
9. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə kassasiya şikayətinin müddət ötürülməklə verildiyi onun diqqətinə çatdırılmış, 29 avqust 2022-ci il tarixinədək bu nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim ediməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil Ali Məhkəməyə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş və qeyd etmişdir ki, iddiaçının iş materiallarında olan telefon nömrələri vasitəsilə onunla əlaqə yaratmağa çalışsa da, əlaqə yarada bilməmiş, yalnız 06 noyabr 2022-ci il tarixində watsap vasitəsi ilə onunla əlaqə yarada bilmişdir. Odur ki, şikayət verilməsi müddəti 1-2 gün ötürülmüşdür.
11. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilənlər prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi çıxış edə bilməz. Odur ki, müddət bərpası barədə ərizə əsassız olduğundan rədd edilməli, şikayət üzrə kassasiya icraatı m ümkün sayılmamalıdır.
12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3011/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.