Məhkəmə qərarları › İş №2-1(102)-1410/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1410/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1410/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qəra rın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 MMC xx.xx.1993-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1993-cü il tarixdə 3049 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Zümrüd-Q” kiçik müəssisəsinin hüquqi varisidir, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədir. Təsisçi və qanuni təmsilçi X1r.

2. DƏDRX tərəfindən xx.xx.2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın su rətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32b ünvanında yerləşən qeyri yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) (ümumi sahəsi 222,2 kv.m) üzərində İddiaçı1 MMC-nin xüsusi mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən daşınmaz əmlak (avtomobillərə texniki xidmət məntəqəsi) xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2017-ci ilədək olan müddətə "xxxx" MMC-nin icarəsinə verilmiş, həmin daşınmaz əmlak xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Vüsal Məmmədovun, xx.xx.2016-cı il tarixli icarə müqa viləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Əli Abdullayevin, xx.xx.2016-cı il tarixli icarə müqavilə ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Tural Tukanovun icarəsinə verilmiş, qeyd olunan daşınmaz əmlak Xətai rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin əvvəllərində sökülmüş, əvəzində isə iddiaçıya kompensasiya ödənilmişdir.

4. İddiaçıya Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********394900 nömrəli qərarı ilə 2017-ci il üçün 1498 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdeh tərəfindən “Hesablanmış vergilərin xülasəsi” barədə 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı qərarının və 22 avqust 2017-ci il tarixli, **********394900 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avto-mobillərə texniki xidmət məntəqəsi) “Afina-Q" MMC-nin xüsusi mülkiyyətində olmuş, xx.xx.2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və əmlakın dağıdılması ilə bərabər bütün fəaliyyət infrastrukturu da ləğv edildiyindən, iddiaçının hər hansı fəaliyyət növü ilə məşğul olması mümkünsüz olmuş, müəssisə fəaliyyət göstərməmiş və ləğv edilməsi barədə vergi orqanına müraciət olunmuşdur. Lakin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qərarı ilə ona əsassız olaraq 4583 manat məbləğində borc hesablanmışdır. Halbuki bundan qabaq, xx.xx.2018-ci il tarixli **********443900 saylı məktubu ilə “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq iddiaçının ünvanına daxil olduqda müəyyən edilmişdir ki, İddiaçı1 MMCnin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 4309.0 manat, o cümlədən: ve rgilər üzrə 3266.23 manat, faizlər üzrə 1042.77 manat borcu vardır və 10 gün müddətində ödəniş edilməlidir. Bu hesablanma ilə bağlı məhkəməyə verilmiş iddiadan sonra cavabdeh orqan tərəfindən yenidən araşdırılma aparılacağı bildirilsə də, sonradan iddiaçının şəxsi hesab vərəqəsinə yenidən borc hesablanmış və bu borcun artaraq 4583 manat olması müəyyən edilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus həmin əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı1 MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır

8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, “Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu kassa metodu ilə aparılmaqla 2017-ci il üçün t əqdim edilmiş mənfəət vergisi bəyannaməsində icarəyə verilmiş obyekti üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğləri ilə bəyannamələrdə əks etdirilmiş göstəricilər arasında elektron uyğunsuzluğa əsasən kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********433300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Vergi ödəyicisinə daha əvvəllər icarə məbləği ilə əlaqədar uyğunsuzluq məktubu və hesablamalar getdiyini nəzərə alaraq vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixli **********375000 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi məktubda icarəyə verdiyi obyektlərin söküldüyünü və vergi orqanı tərəfindən həmin əraziyə baxı ş keçirə biləcəyini bildirmiş və şəkil göndərmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin icarəyə verdiyi obyektlərə baxış keçirilməsi müəyyən edilməmişdir. Lakin, vergi ödəyicisi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri tam təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017ci il mənfəət vergisi bəyannaməsi üzrə 1498 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmədə olan iş materiallarından və vergi orqanında olan uçot baza məlumatlarından iddiaçının Tukanov Tural, X3, “Avto Brend" MMC ilə icarə müqavilələri bağladığı və həmin müqavilələrin 2016-cı il ərzində qüvvədə olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə Tukanov Tural arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, “Avto Brend" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Tukanov Tural ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 100 manat, X3 ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 300 manat, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsində isə aylıq icarə məbləği 500 manat olaraq müəyyən edilmişdir.”

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (əvvəlki Bakı şəhəri Lokal Gəlirlər Departamenti) İddiaçı1 MMC barəsində qəbul olunmuş “Vergilərin hesablanması” barədə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarı ləğv edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, vergi orqanı 2017-cı il üzrə iddiaçıya əlavə 1,498,00 manat mənfəət vergisi hesablamaqda haqlı olmamışdır. Belə ki, iddiaçı qeyd olunan icarə müqavilələrini ləğv edilməsi barədə məlumatı vergi orqanına rəsmi qaydada təqdim etmədiyi təqdirdə belə, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən avtomobillərə texniki xidmət məntəqəsi olmasını nəzərə almamışdır. Göründ üyü kimi, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya 2017-cı il üzrə əlavə mənfəət vergi hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-173/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

17. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2017-ci il tarixli “Əmlak Ekspert Mərkəzi MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı və hesabatda əks olunan fotoşəkillərə əsasən 2017-ci il ərzində ümumiyyətlə gəlir olmamasını əsaslandırmaq reallığa uyğun gəlmir. Çünki, söküntü baş verən tarixədək, yəni 2017-ci ilin 4 ayı müəssisənin fəaliyyəti olmuş və həmin dövrdə icarə müqavilələri də qüvvədə olmuşdur.

18. Həmçinin məhkəmənin2017-ci il üçün mənfəət vergisi hesablayarkən icarə obyektlərinin fəaliyyətdə olub-olmadığına aydınlıq gətirməsini vergi orqanının üzərinə vəzifə kimi qoyması yanlış məntiqə əsaslanır.

19. Bununla əlaqədar, vergi orqanı tərəfindən v ergi ödəyicisinə xx.xx.2017-ci il tarixli, **********433300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.

20. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Beləliklə göründüyü kimi işin faktiki halları məhkəmə araşdırmasından kənarda qalmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Vergi Məc əlləsi: Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mən bəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərili r. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgü n hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə isti nad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

30. Bununla yana şı məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən daşınmaz əmlak (avtomobillərə texniki xidmət məntəqəsi) xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2017-ci ilədək olan müddətə "xxxx" MMC-nin icarəsinə verilmiş, həmin daşınmaz əmlak xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Vüsal Məmmədovun, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Əli Abdullayevin, xx.xx.2016-cı il tarixli icarə müqavilə ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Tural Tukanovun icarəsinə verilmiş, qeyd olunan daşınmaz əmlak Xətai rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin əvvəllərində sökülmüş, əvəzində isə iddiaçıya kompensasiya ödənilmişdir.

32. Bununla yanaşı apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə rəsmi arayış təqdim edilərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər fəaliyyətini dayandırmış və xx.xx.2017-ci il tarixdə cari bəyannamə (boş) təqdim edərək mənfəətinin olmadığını bəyan etmiş, həmin tarixdən də 30 iş günü müddətində Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********394900 nömrəli qərarı ilə iddiaçıya 2017-ci il üçün 1498 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

33. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, cavabdeh icarə müqavilələrinə istinadən 2017ci il üçün mənfəət vergisi hesablayarkən, inzibati orqan olaraq, hərtərəfli araşdırma aparmamış, icarə obyektlərinin fəaliyyətdə olub-olmadığına aydınlıq gətirməmişdir.

34. Odur ki, məhkəmə tərkibi apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatına və onun hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin daşınmaz əmlakının qiymətləndirilməsi barədə 11 avqust 2017-ci il tarixli hesabatına, o cümlədən, həmin hesabatda əks olunan foto görüntülərə əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) dağıdılmış və istismara yararsız vəziyyətdə olmuşdur. Yəni, cavabdeh vergi orqanında qeydiyyatda olan iddiaçıya məxsus təsərrüfat subyekti fəaliyyət göstərməmişdir ki, belə olan halda da, iddiaçının həmin ildə gəlir əldə etməsi istisna olunur.

35. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-173/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar