Məhkəmə qərarları › İş №2-1(102)-1411/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1411/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1411/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1411/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi i lə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla iddiaçının mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi, plan-ölçünün tərtib edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1037/2018 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İd diaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 1669 saylı bağ sahəsinin 0,25 ha torpaq sahəsindən ibarət olduğunu, Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyi ilə mərhum atası Bürcəli Abasqulu oğlu arasında bağlanmış xxxx 1967-ci il tarixli **** nömrəli müqaviləyə əsasən sonuncunun istifadəsinə verildiyini, müqavilədə mərhumun arvadının (iddiaçının anasının) da adının qeyd olunduğunu, bağ sahəsi əvvəllər daha böyük ölçüdə (1 ha) iddiaçının babasına ayrılsa da sonralar bir neçə şəxsə hər birinin ölçüsü 0,25 ha olmaqla yenidən bölündüyünü, təxmi nən ötən əsrin 70-ci illərində bağın nömrəsinin ***** olub, sonradan dəyişdirildiyini, iddiaçının ailəsinin həmin vaxtdan bu günədək sözügedən bağ sahəsindən istifadə ediyini, öz vəsaitləri hesabına hasarlama (bir hissəsi daşdan olmaqla), abadlıq işləri, aqrotexniki tədbirlər aparıldığını, icarə müqaviləsində “Telnaz Hacıqulu qızı” əvəzinə “Gülnaz Hacıqulu qızı” yazıldığına görə, iddiaçının ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdiyini, Məhkəmənin 2(002)-453/2015 saylı iş üzrə xxxx 2015-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, xxxx 1967-ci il tarixli icarə müqaviləsində göstərilmiş “Gülnaz Hacıqulu qızı” sözlərinin “Telnaz Hacıqulu qızı” sözləri kimi qeyd olunmasına dair faktın müəyyən edildiyini, iddiaçı atasına məxsus bağ sahəsinə dair reyestrdən çıxarışın ve rilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də cavabdehin, xxxx 2015-ci il tarixli məktubla, eyni bağ nömrəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi, baza məlumatlarına əsasən bağ sahəsinin 1530 saylı bağın ərazisində yerləşdiyini və bağın sxematik xəritəyə uyğun gəlmədiyi əsası ilə məsələnin həllindən imtina etdiyini bildirərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 1669 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla və yeni nömrə verilməklə onun (iddiaçının) mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3645/2017 saylı xxxx 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki xxxx saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla İddiaçı mərhum atası Bürcəli Abasqulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Rüstəm Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1037/2018 saylı qərarı ilə (X6 (sədrli k edən və məruzəçi), X5 və X4) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının DƏDRX Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki **** saylı bağ sahəsinə dair məlumat verilməsi xahişi ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair X1 və İstismarı Birliyi ilə X1 arasında 14914 saylı müqavilə bağlanmış, bağa dair sənədlərin surətləri ona xxxx 2014-cü il tarixli məktubla təqdim olunmuş, iddiaçı İdarəyə sözügedən bağ sahəsinə dair həmçinin planı-ölçünün tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi ilə bağlı da müraciət etmişdir. Ona cavab məktubunda qeyd olunmuşdur ki, eyni bağ nömrəsi ilə başqa şəxsin adına reyestdə qeydiyyat aparılmışdır, baza məlumatlarına əsasən bağ sahəsi sxematik xəritədə 1530 saylı bağın ərazisinə düşür, ona əlavə olaraq ona bildirilmişdir ki, müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılması imkanları vardır, həmçinin yox lama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. İşə baxılarkən həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci, 67-ci, 109-cu, 111-ci maddələri, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci, 9-cu, 10-cu, 11.1-ci, 23cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəki liVəkildinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1037/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyi ilə Bürcəli Abbasqulu oğlu arasında xxxx 1967-ci il tarixli, 14914 saylı icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Ləhiş bağ massivindəki 0,25 ha torpaq sahəsi olan 1669 saylı bağ sahəsi Bürcəli Abbasqulu oğlunun icarəsinə verilmiş, icarə verənin ailə üzvü kimi onun arvadı Gülnaz Hacıqulu qızı göstərilmiş, müqaviləyə həmin bağın plan-cizgisi əlavə edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-453/2015 saylı, xxxx 2015-ci il tarixli qətnaməsi ilə “Gülnaz Hacıqulu qızı” sözlərinin “****” kimi qeyd edilməsinə dair hüquqi fakt müəyyən edilmiş, İddiaçı qeyd olunan bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla iddiaçının mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi tələbi cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müvafiq məktubla eyni bağ sahəsinin X3 adına qeydiyyatdan keçməsi əsası ilə imtina edilmişdir. Məhkəmə qərarını qüvvədə saxlayan apelyasiya məhkəməsi ona istinad etmişdir ki, İddiaçı mərhum Bürcəli Abasq ulu oğlunun vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin bağ sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan Bürcəli Abasqulu oğlu vəfat etdiyindən və sonuncu müvafiq bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir, iddiaçının mərhum atası ilə Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyi arasında Bakı şəhəri, Ləhiş bağ massivindəki 1669 saylı bağ sahəsinə dair icarə müqaviləsi bağlanmış və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, iddiaçının mərhum atasının mübahisəli bağ sah əsinə sahiblik və istifadə hüququ onunla X1 və İstismarı Birliyi arasında bağlanmış icarə müqaviləsindən əmələ gəlmiş və iddiaçının atası həmin bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozuntusu ilə gəldiyi nəticəni qanunsuz hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktd ır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzr ə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının atası Bürcəli Abbasqulu oğlu Bakı Şəhər XDS İK X2 və İstismarı Birliyi ilə bağlanmış xxxx 1967-ci il tarixli, **** saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Ləhiş bağ massivindəki 0,25 ha torpaq sahəsi olan ***** saylı bağ sahəsinə istifadə hüququ əldə etsə də, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hazırkı halda isə iddiaçıya qeydiyyat orqanı tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında müvafiq arayış verilməli və həmin arayış əsası nda da vərəsəlik sənədləri təqdim edən vərəsənin – iddiaçının adına Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış rəsmiləşdirilməlidir. İddiaçı iddia ərizəsində isə hüququn ölmüş şəxsə məxsus olması haqqında müvafiq arayış verilməsi ilə bağlı deyil, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 1669 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla və yeni nömrə verilməklə bilavasitə mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların arada n qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsin ə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublik asının Mülki Məcəlləsi tətbiq edilir. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)1037/2018saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 9 1, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1037/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar