Məhkəmə qərarları › İş №2-1(102)-1411/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1411/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1411/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə(bundan sonra cavabdeh) qarşı“sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnz ibati kollegiyasının 2-1(103)-781/2020 saylı, 6 mart 2020-ci il tarixli qərardadından iddiaçıların verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçılardan ibarət piket təşkilatçıları qrupu 2019-cu il noyabrın 19-da saat 15:00dan 16:00-dək “Uşaq pulu bərpa olunsun”, “Pensiya yaşı aşağı salınsın” və “Pensiya və müavinətləri artırılsın” şüarları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirilməsini planlaşdırdıqları barədə yazılı surətdə 12 noyabr 2019-cu il tarixdə cavabdehi xəbərdar etmişlər. Xəbərdarlıqda piketin tarixi, saatı, yeri və təşkilatçıları barədə məlumatlar əks etdirilmişdir. Cavabdehin müraciətə cavab olaraq verdiyi 15.11.2019-c u il tarixli məktubda qeyd edilmişdir ki, göstərilən ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaqdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 19 noyabr 2019-cu il tarixdə planlaşdırdıqları piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. İddiaçılar 28 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2019-cu il tarixli piketə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təş əbbüsü ilə onun idarə heyətinin üzvləri iddiaçılar 2019-cu il noyabr 19-da saat 15:00dan 16:00-dək Uşaq pulu bərpa olunsun! şüarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra ƏƏSMN) qarşısında piket keçirmək üçün yazılı surətdə 12 noyabr tarixli məktubla cavabdehi xəbərdar etmişlər. Piketin ümumi məqsədi 2020-ci ilin dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi dövründə aztəminatlı əhalinin sosial ehtiyaclarından irəli gələn uşaq pulunun bərpası ilə bağlı tələblərinin müvafiq icra hakimiyyəti orqanı qarşısında səsləndirilməsi və piketin qətnaməsinin əlaqədar şəxslərə təqdimatıdır. Xəbərdarlıqda piketin məqsədi, tarixi, saatı, gələcək insan sayının qanunvericilikdə göstərilən saya uyğun olacağını və təşkilatçılar barədə məlumatları dəqiq əks etdirilmişdir. Piketi n təşkilatçıları yalnız saat 15-də ƏƏSMN qarşısında qaldırılan məsələnin vacibliyini bildirib, bir saat ərzində bitəcəyini qeyd etmişlər. Cavabdeh 15 noyabr 2019-cu il tarixli cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə istinadən piket təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə piket keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilmişdir ki, həmin ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaqdır. Bu bəhanə ilə piket faktiki olaraq qadağan edilmişdir. Cavabdehin 15 noyabr 2019-cu il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin (hakim X2, 2-1(81)-5113/19 saylı iş) 18 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçıların təklif etdikləri yerlərdə piketin keçirilməsinin məqsədəuyğun olmaması cavabdehin mövqeyidir, bu səbəbdən də 15.11.2019-cu il tarixli məktubda ifadə olunan mövqe ilə iddiaçılara münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı hüququnun, 57-ci maddəsində təsbit edilmiş müraciət hüququnun, İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozulması hallarının olması, yəni iddiaçıların subyektiv hüququnun pozulması əlamətləri müəyyən olunmur. 1 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X6 və X5, 2-1(103)-781/2020 saylı iş) 6 mart 2020-ci il tarixli qərardadla iddiaçıların apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçılar 11 may 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. kasasiya şikayətinin dəlilləri: Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətindəki arqumentlərə cavab verməyib, təmin edilməməsinin əsaslarını izah etməyib, əsaslandırılmamış qərar qəbul edib. Səmərəli məhkəmə müdafiəsi və ədalətli məhkəməyə çıxış prinsiplərini əsas götürərək hər bir vətəndaşa aid olan Sər bəst Toplaşmaq hüququnun məhdudlaşdırılması və qanunvericilik göstərilən tələb və müddət ərzində şikayət verilib. İddia mümkünsüz sayılması Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddəsində göstərilən ədalətli məhkəmə hüququ və məhkəməyə çıxış və 13-cü maddədə göstərilən səmərəli müdafiədən istifadə hüquqlarının pozuntusudur. Cavabdehin 15 noyabr 2019-cu il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş, piket və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırki işdə inzibati o rqanın heç bir alternativ yer təklif etmədən toplantım məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı (a) yalnız qanunda nəzərdə tutulan və (b) demokratik cəmiyyətdə zəruri olan hallarda, (ı) milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, (ıı) iğtişaşların və ya cinayətin qarşısının alınması, (ııı) sağlamlığın və mənəviyyatın, (ıv)digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qanunun 7-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuşdur ki, sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünü n marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verməmişdir. Cavabdehin qərarında göstərilən səbəb (bəhanə) qanunsuzdur, Sərbəst toplaşmaq azadlığı haqqında Qanunda piketin keçiriləcəyi yerlə bağlı konkret məhdudlaşdırıcı norma var. Belə ki, Qanunun 8-cu maddəsinin 8-ci bəndində deyilir: Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə ^^yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Göründüyü kimi, piyadaların sıxlığı, nəqliyyatın intensiv olduğu yerdə pi ketin keçirilməsi ilə bağlı heç bir qadağanedici müddəa yoxdur. əsaslandırma hissəsi: İddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçılardan ibarət piket təşkilatçıları qrupu 2019-cu il noyabrın 19-da saat 15:00dan 16:00-dək “Uşaq pulu bərpa olunsun”, “Pensiya yaşı aşağı salınsın” və “Pensiya və müavinətləri artırılsın” şüarları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında piket keçirilməsini planlaşdırdıqları barədə yaz ılı surətdə 12 noyabr 2019-cu il tarixdə cavabdehi xəbərdar etmişlər. Xəbərdarlıqda piketin tarixi, saatı, yeri və təşkilatçıları barədə məlumatlar əks etdirilmişdir. Cavabdehin 15.11.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, qeyd edilən ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaqdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 19 noyabr 2019-cu il tarixdə planlaşdırdıqları piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçılar hesab edir ki, cavabdeh onların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst to plaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarını pozmuşdur. Cavabdeh piketin keçirilməsinə qadağa qoyulması səbəbini əsaslandırmamış, onların sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Konstitusiyanın 49-cu maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, piket keçirmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsinə görə hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2005-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsi, 24-cü maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi, 72-ci maddəsinin İİ hissəsi, 155-ci maddəsi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin İİ hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəm iyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. Məhkəmə kollegiyası iddianın əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yoxlanılmasını zəruri hesab edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcu dluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı (yuxarıda sadalanan maddi hüquq normalarının pozulub-pozulmaması) araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıl a bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələn dirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kasasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud deyildir. Şikayət təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-781/2020 saylı, 6 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar