Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1411/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxxxx 1956-cı il təvəllüdlü, FİN-xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14 saylı Regional Ərazi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına) “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci tarixli, 2-1(107)-22/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20 iyun 1991-ci il tarixdən 19 iyun 1997-c i il tarixədək “Azərel” Assosasiyasının İsmayıllı Təmir-Tikinti İdarəsində və 30 sentyabr 1997-ci il tarixdən 29 dekabr 2005-ci il tarixədək Təhsil Nazirliyinin Təmir-tikinti trestinin İsmayıllı şəhər Təmirtikinti idarəsində iş icraçısı işləmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən 21 iyun 2015-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarla 1 sentyabr 2020-ci il tarixdən təyin edilmiş pensiya ödənişi dayandırılmışdır.
3. İddiaçı dayandırılmış pensiyanın bərpa olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 24 sentyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, araşdırma qrupu tərəf indən iddiaçının pensiya işi araşdırılarkən iddiaçının qeyd olunan 20 iyun 1991-ci il tarixdən 19 iyun 1997-ci il tarixədək “Azərel” Assosasiyasının İsmayıllı Təmir-Tikinti İdarəsində və 30 sentyabr 1997-ci il tarixdən 29 dekabr 2005-ci il tarixədək Təhsil Nazirliyinin Təmir-tikinti trestinin İsmayıllı şəhər Təmir-tikinti idarəsindəki iş dövrü şübhə yaratmış və həmin dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət güzəştli iş stajının tərkibinə daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 30 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin da yandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 20 iyun 1991-ci il tarixdən 19 iyun 1997-ci il tarixədək “Azərel” Assosasiyasının İsmayıllı Təmir-Tikinti İdarəsində və 30 sentyabr 1997-ci il tarixdən 29 dekabr 2005-ci il tarixədək Təhsil Nazirliyinin Təmir-tikinti trestinin İsmayıllı şəhər Təmir-tikinti idarəsində iş icraçısı işləmişdir. İddiaçının qeyd olunan yerlərdə işləməsi faktı İsmayıllı Rayon Məhkəməsinin 8 iyul 2015-ci il tarixli, 2(037)478/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 7 sentyabr 2020-ci il tarixli qərarla güzə ştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixdən dayandırılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 24 sentyabr 2020-ci il tarixli, məktubunda qeyd etmişdir ki, iddiaçının pensiya işi araşdırılarkən iddiaçının qeyd olunan idarələrdə iş şübhə yaratmış və həmin dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət güzəştli iş stajının tərkibinə daxil edilməmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının 20 iyun 1991-ci il tarixdən 19 iyun 1997-ci il tarixədək “Azərel” Asossasiyasının İsmayıllı Təmir-Tikinti İdarəsində və 30 sentyabr 1997-ci il tarixdən 29 dekabr 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir Tikinti trestinin İsmayıllı şəhər Tikinti İdarəsində iş icraçısı işlədiyi dövrlərin şübhə yaratdığı və qarşılıqlı yoxlanılmasının aparılmasının mümkün olmaması səbəbindən həmin müddətin xüsusi iş stajına daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İddiaçının Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən, 12 il 6 ay güzəştli sosial sığorta stajı tamamlamadığı üçün güzəştli şərtlərlə pensiyanın təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 7 sentyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur.
8. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-264/2021 nömrəli qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-264/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərarı ilə (hakim İ.H. Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 7 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1, 67.3-cü və 19.1-ci maddələrinin tələblər inə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Bununla yanaşı məhkəmə həmçinin etmişdir ki, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çətinlik yaratmayacaq. Belə ki, hazırkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şək i Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Ş.Hüseynov-sədrlik edən, R.R.Rəfiyev və V.İ.Məlikov) 8 fevral 2022-ci il tarixli, 21(107)-22/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinin təhlilinə görə, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 9 iyun 2014-cü il tarixli qərarın həmin şöbənin 7 sentyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi qanunidir. Belə ki, 9 iyun 2014-cü il tarixli qərarı həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Beləliklə İsmayıllı rayon şöbəsinin 9 sentyabr 2020-ci il tarixli qərarı qanunidir, formal-hüquqi baxımdan qanunilik şərtlərinə cavab verir. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli ş ərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəl lənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilm əsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.4, 2.1, 2.3-cü bəndləri).
21. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldı qda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi; və 2) iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi.
26. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 16 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və cavabdehin 7 sentyabr 2020-ci il tarixli qərarına əsa sən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası 1 sentyabr 2020-ci ildən dayandırılmışdır.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmrinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.
28. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 8 fevral 2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və 20-ci maddələrinə əsasən, pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndində isə qeyd edilir ki, 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın.
29. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır.
30. Mübahisələndirilən inzibati aktı qəbul edən cavabdehin həmin aktı qəbul etmək səlahiyyəti olmadığından, pensiyanın dayandırılması ilə bağlı qəbul edilən qərar artıq formal-hüquqi baxımdan qanunsuz olmuşdur. Buna görə də qərarın maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına ehtiyac qalmır.
31. İddia tələbinin ikinci hissəsinə gəldikdə, həmin məzmunda öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi 8 fevral 2019-cu il tarixli **********2 nömrəli əmrə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş Əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən, sözügedən səlahiyyətlər artıq üçüncü şəxs tərəfindən həyata keçirilir. Başqa sözlə, cavabdeh iddiaçının qarşısında iddia olu nan məzmunda öhdəlik daşımır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin üzərinə onun səlahiyyətinə aid olmayan vəzifənin icrası öhdəliyini qoymuş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci tarixli, 21(107)-22/2022 nömrəli qərarı qismən - cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin və iddia həmin hissədə mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.