Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1411/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yataqxanadan qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Əliyev Oqtay Böyükağa oğlu) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-954/2023 nömrəli qərarından üçüncü şəxs Əliyev Oqtay Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 44 nömrəli orderə əsasən AMEA Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli 04 nömrəli protokolu əsasında Bakı şəhəri, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən 67 b nömrəli mənzil 2 nəfər ailə tərkibində AMEA Kibernetika institutunda elmi işçi Əliyev Oqtay Böyükağa oğluna verilmişdir.
2. İddiaçı İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2017-ci il tarixli 308 nömrəli əmrinə əsasən 18 saylı şöbə, sektor müdiri Əliyev Oqtay Böyükağa oğlu xx.xx.2017-ci il tarixində işdən azad edilmişdir.
3. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananın santexniki Zaur Quliyev, fəhlə Tural Məlikov, operator Əli Məlikov, elektrik Sabit Sarxanov, xadimə Sürahi Nəcəfova tərəfindən 14 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Əliyev Oqtay Böyükağa oğlu AMEA-da işləmir və vaxtilə yataqxanada məskunlaşmış 67 В nömrəli otaqda uzun müddətdir yaşamır.
4. AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, elektriki Sarxanov Sabit, fəhlə Məlikov Tural, santexnik Quliyev Zaur, xadimə Nəcəfova Sürahi tərəfindən 18 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin 9 mart 2022-ci il tarixli 66 №- li əmrinə uyğun olaraq AMEA-nın yataqxanasında aparılan yoxlama zamanı məlum oldu ki, 67 В nömrəli otaqda həmin otağın sakini olmuş Əliyev Oqtay Böyükağa oğlu uzun illərdir o otaqda yaşamır. Otaqdan qonşusu yaşayış məqsədilə istifadə edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana ünvan 1imi qeydiyyata alınmış Əliyev Oqtay Böyükağa oğlunun AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasama l rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsində, sektor müdiri vəzifəsində 11 iyul 2017-ci il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş Əliyev Oqtay Böyükağa oğlu 06 avqust 2002-ci il tarixdə 44 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 67 В nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. Əliyev Oqtay Böyükağa oğlunun əmək müqaviləsinə 11 iyul 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitunun direktorunun 11 iyul 2017-ci il tarixli 308 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın Yataqxanasında yaşayış ye ri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən Əliyev Oqtay Böyükağa oğlu uzun müddətdir qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində ünvan 2 ünvanında yerləşən İddiaçına aid yataqxananın 6-cı mərtəbəsində yerləşən 67B saylı otaqda yaşayışın olubolmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il və 18 mart 2022-ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, Əliyev Oqtay Böyükağa oğlu həmin 67 В nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X10, həmin yataqxananın elektriki X3, fəhlə vəzifəsində çalışan X5, santexnik X11, xadimə X1 tərəflə rindən tərtib olunan aktla müəyyən olunur ki, Əliyev Oqtay Böyükağa oğlu vaxtilə yataqxanada məskunlaşsa da lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X10, həmin yataqxananın elektriki X3, fəhlə vəzifəsində çalışan X5, santexnik X11, xadimə X1 tərəflərindən tərtib olunan aktla AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyindəki Yataqxanada yoxlama zamanı Əliyev Oqtay Böyükağa oğlunun istifadəsinə verilmiş 67 В nömrəli otaqda Əliyev Oqtay Böyükağa oğlunun yaşamaması və otaqdan qonşusunun yaşayış məqsədilə istifadə etməsi müəyyənləşdirilmişdir. 67 В nömrəli otağı bağlı saxlamaqda davam edən Əliyev Oqtay Böyükağa oğlu hal-hazırda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda işləmir v ə sözügedən 67 В nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 67 В nömrəli otağın Əliyev Oqtay Böyükağa oğlu tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə 0869- /2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavab olaraq 14 aprel 2022-ci il tarixli 091-22994-1222 nömrəli, AMEA-ya 25 aprel 2022-ci ildə daxil olmuş məktubla AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, Əliyev Oqtay Böyükağa oğlunun ünvan 5 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən Əliyev Oqtay Böyükağa oğlunun AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir.
7. Cavabdeh və üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9321/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2002-ci il tarixli 04 nömrəli protokolu əsasında Bakı şəhəri, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən 67b nömrəli mənzil iki nəfər ailə tərkibində Əliyev Oqtay Böyükağa oğlunun isti fadəsinə verilmişdir. Əliyev Oqtay Böyükağa oğlunun adına həmin mənzilə dair İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 44 nömrəli order verilmiş, üçüncü şəxs bundan sonra həmin sənədlər əsasında xx.xx.2003-cü il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi vətəndaşların istifadəsinə iş və ya təhsil dövründə, müvafiq müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməklə eyni zamanda həmin mənzili tutmaq üçün müdiriyyət tərəfindən order təqdim edilir. Əmək müqaviləsi əsasında işləmiş, eləcə də təhsil almış və oradan getmiş şəxslər iş və ya təhsil ilə əla qədar yer aldıqları yataqxanadan çıxarılmalıdırlar. Qanunvericilik eyni zamanda digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərin dairəsini də müəyyən etmişdir. Cavabdehin istinad etdiyi hazırkı halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir. Məhkəmə hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olubolmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hes ab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-954/2023 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X4 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 1imi qeydiyyata alınmış Əliyev Oqtay Böyükağa oğlunun qeydiyyatdan çıxarılması cavabdehə həvalə edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda 3-cü şəxs Əliyev Oqtay Böyükağa oğlu AMEA-da təhsil almır, xidmət keçmir və AMEA-ı ilə arasında hər hansı əmək münasibətləri mövcud deyil. Həmçinin Kollegiya tərəfindən 3-cü şəxsin Mənzil Məcəlləsinin 102.2-ci maddəsinin təsiri altına düşməsi də müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin öz qərarını əsaslandırarkən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 106, 107,108 və 105-ci maddələrinə istinad etməsi ilə bağlı Kollegiya qeyd edir ki, həmin maddələrin məzmunundan görünür ki, yataqxanalar fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşamaları üçün nəzərdə tutulmuş və 105-ci maddənin təsir dairəsinə düşən şəxslərin də həmin yaşayış sahələrində yaşadıqları təqdirdə çıxarılmaları qadağan edilmişdir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsində də bu qeyd olunmuşdur. Lak in, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ünvan 5 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan lakin yaşamayan şəxslər barədə siyahıdan Əliyev Oqtay Böyükağa oğlunun uzun illərdir ki qeyd olunan ünvanda yaşamadığı müəyyən olunur. Həmçinin, məhkəmə araşdırması zamanı 3-cü şəxs öz izahatında da bildirmişdir ki, yataqxanadakı otaq çox kiçik ölçülü olduğundan ailəsi ilə birlikdə rayonda anasının yanında qalır. İş materiallarından 3-cü şəxsin qeydiyyatda olduğu yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etmədiyi və həmin yaşayış sahəsində yaşamadığı müəyyən edilmişdir. Göründüyü kimi, Əliyev Oqtay Böyükağa oğlunun qeydiyyatdan çıxarılması üçün Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan hər iki şərtin mövcudluğu iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və buna uyğun olaraqda sözügedən mənzildə sonuncunun qeydiyyatda qalması üçün əsaslar olmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçının tələbinin haqlı olması qənaətinə gəlinmişdir.
13. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-cı il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan cıxarılmalıdırla r. Cavabdehin istinad etdiyi hazırki halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırki halda həmin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir. Qeyd edildiyi kimi üçüncü şəxs sözügedən aspirantlar yataqxanasının mənzilini işlədiyi və təhsil aldığı dövrdə müdiriyyət və həmkarlar ittifaqının birgə qərarı ilə əldə etmiş, müdiriyyətin verdiyi order əsasında həmin mənzilə köçmüş, qeyd edilən order və qərar əsasında həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırkı halda adı çəkilən order, orderin verilməsi əsas olmuş müdiriyyət və həmkarlar ittifaqının qərarı mübahisələndirilməmişdir. Qeyd edilən sənədlərlə üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəyə verilm iş mənzilə dair istifadə hüququnun mövcud olubolmaması, yaxud hüququn itirilib-itirilməməsi mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanın inzibati icraat zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya dah a çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanlarıtərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədəmüvafiq icra hakimiyyəti orqanlarınınməlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
18. Mənzil Məcəlləsi Maddə
93. Yataqxanalarda yaşayış sahələrinin təyinat ı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə
104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 19. “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə
108. İşi dayandırılmış mövsümü, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxs lər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən cıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanalarda yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırılmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilər
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yo xlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış dır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və yataqxanalar daimi istifadə üçün deyil, yalnız istifadəsinə verilmiş vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün n əzərdə tutulmuşdur.
28. Qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən İşi dayandırılmış mövsümü, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən cıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanalarda yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırılmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilər.
29. Qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yataqxanal arda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, hazırda üçüncü şəxs Əliyev Oqtay Böyükağa oğlu AMEA-da təhsil almır, xidmət keçmir və AMEA-ı ilə arasında hər hansı əmək münasibətləri mövcud deyil. Həmçinin İddiaçı İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2017-ci il tarixli 308 nömrəli əmrinə əsasən Əliyev X9 Məcəlləsinin 69 maddəsinin 3-cü bəndinə əsasən ( öz xahişi ilə) xx.xx.2017-ci il tarixində işdən azad edilmişdir.
31. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ünvan 5 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan lakin yaşamayan şəxslər barədə siyahıdan Əliyev Oqtay Böyükağa oğlunun uzun illərdir qeyd olunan ünvanda yaşamadığı müəyyən olunur. Həmçinin, məhkəmə araşdırması zamanı 3-cü şəxs öz izahatında da bildirmişdir ki, yataqxanadakı otaq çox kiçik ölçülü olduğundan ailəsi ilə birlikdə rayonda anasının yanında qalır.
32. Məhkəmə kollegiyası həm qüvvədən düşmüş həm də hazırda qüvvədə olan mənzil məcəlləsinə əsasən üçüncü şəxsin yataqxanada qeydiyyatda qalması üçün əsas olmadığından apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nət icə düzgündür. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Əliyev Oqtay Böyükağa oğlu kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-954/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.