Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1412/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2724/2018 saylı qərarından cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olduğunu, uzun müddət əmək fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan vəzifələrin xüsusilə ağır işlər olduğundan, güzəştli şərtlərlə iş stajınadaxil edilməli olduğunu, pensiya yaşı tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nun Nəsimi rayon Şöbəsinə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəşti iş stajının olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, halbuki, işlədiyi dövrün əmək kitabçasında qeyd olunduğunu bildirərək, cavabdehin xxxx 2018-ci ıl tarixli imtinasının qanunsuz hesab edilməsi, xxxx 1981-ci ildən xxxx 1983-cü ilədək Ermənistan Respublikası Yoltikinti Nazirliyi Tikinti İdarəsində quyuların qazılmasında maşinist (qazmaçı) peşəsində işlədiyi zərərli iş stajını da nəzərə almaqla, 25 ildən çox ümumi və 12 il 6 aydan çox həmin işlərdə çalışdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən xxxx 2017-ci il tarixdən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyul ması barədə qəra rqəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3317/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin xxxx 2018-ci il tarixli imtinası qanunsuz hesab edilmiş, İddiaçı xxxx 1981-ci ildən xxxx 1983-cü ilədəkErmənistan Respublikası Yoltikinti Nazirliyi Tikinti İdarəsində quyuların qazılmasında maşinist (qazmaçı) peşəsində işlədiyi zərərli iş stajını da nəzərə almaqla, 25 ildən çox ümumi və 12 il 6 aydan çox həmin işlərdə çalışdığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı - 05.02.2017-ci il tarixdən pensiyanın təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – T.Ə.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2- 1(103)-2724/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh DövlətSosial X2 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanununun 9.1-ci maddəsinə xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, Qanunun tələblərinə əsasən xxxx 2017-ci il tarixdən etibarən 25 il ümumi sığorta stajı, bunun 12 il 6 ayı zərərli sahə üzrə sığorta stajı və 60 yaş olduğu halda güzəştli şərtlərlə kişilərə yaşa görə əmək pensiyası təyin edilir, lakin 2017-ci ilin xxxx Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, pensiya təyinatı üçün 2017-ci ilin xxxx sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir, əks halda isə mövcud qanunvericiliyin şərtləri əsas götürülür, Qanunun 9.8-ci maddəsinə əsasə n isə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş və xxxx 2006ci ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pe nsiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı” əsasında müəyyən edilir, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il xxxx qazanmış olsunlar, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməs i, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxıl masına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara i stinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2724/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xxxx 1979-cu ildən xxxx 1979-cu ilə qədər Ermənistan Respublikası “Sünik” İstixanasında fəhlə, xxxx 1981-ci ildən xxxx 1983-cü ilə qədər Ermənistan Respublikası Yoltikinti Nazirliyi Tikinti İ darəsində quyuların qazılmasında maşinist (qazmaçı), xxxx 1983-cü ildən xxxx 1983-cü ilə qədər Ermənistanın Qafan rayon İstehlak Şöbəsində fəhlə, xxxx 1983-cü ildən xxxx 1984-cü ilə qədər “***” Sovxozunda, xxxx 1984-cü ildən xxxx1987-ci ilə qədər qazmaçı, xxxx 1987-ci ildən xxxx 1987-ci ilə qədər kolxozda, xxxx 1987-ci ildən xxxx 1987-ci ilə qədər sovxozda, xxxx 1987-ci ildən xxxx 1988-ci ilə qədər fəhlə, xxxx 1988-ci ildən xxxx 1988-ci ilə qədər fəhlə, xxxx 1988-ci ildən xxxx 1989-cu ilə qədər yükləyici, xxxx 1989-cu ildən xxxx 1994-cü ilə qədər rəngsaz, xxxx 1994-cü ildən xxxx 1996-cı ilə qədər rəngsaz işləmiş, iddiaçı xxxx 2005-ci ildən hazırkı vaxta qədər teplovoz maşinist köməkçisi peşəsində işləyir, ***** №-li arayışına görə iddiaçının teplovoz maşinist köməkçisi peşəsində iş stajı 1 2 il 9 ay təşkil edir, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan güzəşti iş stajının olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı xxxx 1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır və onun bu günə kimi ümumi sosial sığorta stajı 27 ildən artıq olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən çoxdur, bu hal iddiaçıya məxsus əmək kitabçasının surəti ilə təsdiq olunur, iddiaçı xxxx 1981-ci ildən xxxx 1983-cü ilə qədər Ermənistan Respublikası Yoltikinti Nazirliyi Tikinti İdarəsində quyuların qazılmasında maşinist (qazmaçı) peşəsində işləmiş, xxxx 2005-ci ildən hazırkı vaxta qədər teplovoz maşinist köməkçisi peşəsində işləyir, iddiaçının işlədiyi bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri” adlı 21.4-cü bölməsində (teplovozlarda maşinist köməkçiləri peşəsi) və “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsində təsbit olunmuş, iddiaçı həmin peşələr üzrə 13 ildən artıq işləməklə, güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 12 il 6 aydan artıqdır, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xxxx 2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə min diyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsasların mövcud olduğunu, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajının 12 il 6 aydan artıq olmasının iş materialları ilə sübuta yetirildiyini, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri” adlı 21.4-cü bölməsində (teplovozlarda maşinist köməkçiləri) və “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsində qeyd edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasi ya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2724/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2724/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar q
Məhkəmə qərarları › İş №2-1(102)-1412/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1412/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver