Məhkəmə qərarları › İş №2-1(102)-1412/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1412/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı iş üzrə QƏRAR Açar sözlər: atelyenin özəlləşdirilməsi barədə informasiya sorğusuna cavab verilməsi vəzifəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X11, vəkili X3 iştirakı ilə, İddiaçı (bund an sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (bundan sonra cavabdehlər) qarşı “cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərin “Vətəndaşların müraciətləri haqqında” Qanunun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik göstərilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-263/2020 saylı, 5 fevral 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə 12.03.2019-cu il, 13.03.2019-cu il, 18.03.2019-cu il, 19.03.2019-cu il, 27.03.2019-cu il, 28.03.2019-cu il tarixli 2 ədəd, 29.03.2019, 16.04.2019-cu il tarixli 2 ədəd, 19.04.2019-cu il tarixli və 27.05.2019-cu il tarixli ərizələr ünvanlanaraq müvafiq sənədlərin təqdim edilməsi və müvafiq məlumatların verilməsi xahiş edilmiş, lakin sözügedən orqan iddiaçının sadalanan müraciətlərinə cavab verməmişdir. Həmin orqana ünvanlanmış 04.04.2019,29.04.2019, 30.04.2019, 17.05.2019 və 22.05.2019-cu il tarixli müraciətlərə isə natamam, dəqiq olmayan cavablar verilmişdir. Bundan başqa iddiaçı tərəfindən və onunla bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 30 aprel 2019-cu il tarixli iki ədəd 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 360 və 361 saylı ərizələr ünvanlanmış, həmin ərizələrdən yalnız Baş Prokurorluğa etdiyi müraciəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətlərə baxılması üçün idarənin rəis müavini ədliyyə müşaviri Valeh Ələkbərovun 11.04.2019-cu il tarixli məktubunun hansı tarixdə Komitəyə daxil olması barədə məlumat verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 13 may 2019-cu il tarixli, 360 saylı müraciətinə lazımı qaydada cavab verilmiş, həmin tarixli 361 saylı müraciətinə natamam cavab verilmiş, 30 aprel 2019-cu il tarixli iki ədəd 311 və 312 saylı ərizələrinə isə ümumiyyətlə mahiyyəti üzrə cavab verilməmişdir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə prosesi zamanı cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərin “Vətəndaşların müraciətləri haqqında” Qanunun 16cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik göstərilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası F.Abbasov 7 saylı atelyenin ilkin sahibi olduğu müddətdə əmlak komitəsi mövcud olmamış, sonradan atası atelyeyə verdiyi pulu qohumlardan aldığı üçün evlərini banka qoymuş və kredit götürərək qohumların pulunu qaytarmışdır. O, 2000-ci ildən atasının yanında, yəni 7 saylı atelyedə atasına köməklik etmişdir. Yuxarıda göstərdiyi faktları Əmlak Komitəsinin rəhbər işçiləri yaxşı bildikləri üçün atası 29 dekabr 2013-cü ildə rəhmətə gedəndən sonra Əmlak Komitəsinin özəlləşmə şöbəsinin müdiri Sadiq Məmmədov onu və qardaşı Abbasov Nadiri komitəyə yanına çağırtdırıb bütün komitədə atelyenin onun atasına məxsus olduğunu hamının bildiyini, gedib iki qardaş atelyedə problemsiz fəaliyyət göstərməli oldu qlarını, nədə çətinlikləri olsa onların qulluğunda olduqlarını bildirmişdir. 2014-cü ildə AR ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan Kamran faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçilərdən Rəsulova Zamirənin yanında işə qəbulla bağlı ərizələr istəmiş (Quliyeva Hicriyyə, Mahmudov Rövşən) və bu zaman ona bildirilmişdir ki, onlardan hər iki ərizə alınacaq, yəni tarix qoymadan işə girmə və işdən çıxma ərizələri təqdim edilməlidir. Onunla da bu söhbət olmuş və əlavə olaraq onunla 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağını bildirilmişdir. Sexdə Kamran idarədə əvvəlcədən hazırlanmış müqavilələri iddiaçıya təqdim etmiş və bildirmişdir ki, bu şərtlərlə razılaşmayan şəxslər atelyedə işləyə bilməz. O və digər işçilər məcburiyyət qarşısında qalıb atelyedə onlara təqdim edilmiş ərizələrə qol çəkib Kamrana vermişlər. Onun ilk iş yeri olduğu üçün əmək kitabçasını özləri açmalı olmuş, lakin sonrakı hadisələrdən belə nəticə çıxarmışdır ki, onların ailəyə qarşı komitə ilə idarə razılaşdırılmış, məkrli niyyətlərini həyata keçirilməsinə yönəlmiş bir addım olmuşdur. Atası işlədiyi dövrdə atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri ödəmiş, o cümlədən atelyenin təmiri özü tərəfindən edilmişdir. 2014-cü ildən hal hazırki dövrə qədər atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri onun tərəfindən ödənilmiş, o cümlədən atelyenin (1962-ci ildə tikilmiş binası) təmiri özü tərəfindən edilmişdir. İdarə tərəfindən yalnız ərizələr götürülmüşdür. Lakin o, 2014-cü ildən hal-hazırkı dövrə qədər hər ay idarəyə 300-400 manat xidmət haqqı ödəmişdir. Bununla yanaşı xidmət haqqı ödəməyinə baxmayaraq idarə tərəfindən hal hazırkı vaxta qədər heç bir maaş almamışdır və məzuniyyətə çıxmamışdır. Məlumatına görə onun üçün pensiya fonduna ödəniş edilməmişdir. O, 2014-cü il hər ayın 10-da xidmət haqqını idarədə ödəmiş və ayın axırlarında ödəniş çekini idarənin jurnalına qol çəkərək kassir Qarayev İlqardan almışdır. Bəzi hallarda isə onun hər ay ödəniş etməyinə baxmayaraq iki ayı birləşdirib çek vermişlər. Yəqin ki, ödənilən pullar başqa məqsədlə xərclənirmiş. 2019-cu ilin fevral ayının 11-də idarənin əməkdaşları olan Nazir və Məmmədəli atelyeyə gələrək onun olmamağından istifadə edərək sexdə işləyən qadınlara hədə qorxu gələrək 18 fevralda atelyeni boşaltmağı tə ləb etmişlər. Fevral ayının 18-də yenə də idarənin işçiləri Nazir, Məmmədəli və tanımadıqları daha iki nəfər, Nəsimi rayon özəlləşdirmə idarəsinin işçisi Abdulla obyektə gələrək heç bir əsas göstərmədən işçilərə qarşı kobud və təhqiredici ifadələr işlədərək sexi boşaltmağı əmr etmişlər. Yalnız bu zaman bilmişdir ki, onu işdən çıxardıblar. Lakin bu şəxslərə inanmayıb idarəyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin bununla bağlı qeyri-qanuni hərəkətləri hazırki, iddianın predmeti olmasa da, qanunun tələbinə əsasən cavabdeh özəlləşdirmə ilə bağlı ona və əmək kollektivinə satınalmada üstünlük hüququ ilə bağlı yazılı formada bildiriş göndərməkdə borclu olduqları halda bunu etməmişlər və bununla bağlı hər hansı bir rəsmi sənəd mövcud olmamışdır. İdarənin 26 fevral 2019-cu ildə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini əlavə etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən ona elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Çünki vəzifədən azad olduğu barədə əmrlə bağlı onda heç bir məlumat olmamışdır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 24 may 2016-cı ildə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim edildiyi arayışda göstərilmişdir ki, 7 saylı atelye 08.11.2016cı il tarixdə açıq hərraca çıxarılmış və 29.01.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. Buradan aydın olmuşdur ki, idarənin onun xəbəri olmadan işdən çıxarılmağının əsas səbəbi faktiki olaraq onların ailəsinə aid olan 7 saylı atelyeni onlardan qeyri qanuni alınaraq digər şəxslərə özəlləşdi rməkdən ibarət olmuşdur. 11.03.2019-cu il tarixdə onun ilə idarə arasında başlanmış əmək və xidmət müqaviləsinin surətlərinin verilməsi haqqında idarəyə sorğu göndərmişdir. Lakin idarə 12.03.2019-cu il tarixdə ona ilk dəfə əmək müqaviləsinin surətini təqdim etmişdir. Əmək müqaviləsinin 2.1ci bəndində göstərilir ki, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 16 oktyabr 2014cü il tarixli 178 saylı əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdırsa niyə idarə həmin vaxt bitəndən sonra deyil, məhz 24 may 2016-cı ildə əmək müqaviləsinə xitam vermişdir. Deməli, o, nəinki həmin müddətdə, hətta bu vaxta qədər faktiki cəhətdən məsul vəzifəli şəxs qismində iştirak etmişdir və bütün xərclər (texniki, kommunal, təmir və s.) tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Belə olan halda sual olunur ki, ca vabdeh atelyeyə 24 may 2016-cı il tarixdən kiminlə və hansı əmək müqaviləsi əsasında məsul vəzifəli şəxs təyin etmişdir. Əmək müqaviləsinin 3-cü bəndində göstərilir ki, işçinin əmək funksiyası obyektin özəlləşdirilməsinə qədər qorunub saxlanmasıdır. Bu zaman idarə onun ilə maddi-məsuliyyət haqqında müqavilə bağlamalı idi. Bununla yanaşı əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsi əleyhinə bu əmək müqaviləsini ləğv etməyə məcbur edilməsinə yol verilmir. İdarənin 2014-cü ildə iddiaçıdan və digər şəxslərdən eyni vaxtda tarix qoyulmadan işəgirmə və işdən çıxma ərizələrinin alınması onların iradələrinə zidd addım kimi qiymətləndirilməlidir. İdarənin bu əməlləri nəticəsində əmək qanunvericiliyinin müddəaları və müqavilə bağlanılması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş prinsiplər kobud surətdə pozulmuşdur. İddiaçı atasına 2000-ci ildən sexdə köməklik etmişdir. İddiaçı da məhz həmin vaxtdan hal hazırki vaxta qədər 7 saylı atelyedə işləyir. Bu faktı 30 ilə yaxın onu tanıyan hüquqşünas X8 təsdiq edə bilər. Əmlak Komitəsinə 15.05.2019-cu il tarixdə göndərilmiş 360 və 361 saylı vəkil sorğusuna ümumiyyətlə cavab verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 02.05.2019-cu il tarixli vəkil sorğusu rüsum (11 manat) ödənilərək göndərilməsinə baxmayaraq sorğuya aidiyyəti olmayan cavab vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 8 iyul 2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi yazı lı etirazda göstərmişdir ki, iddiaçının işlədiyi 7 saylı Atelyenin özəlləşdirilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı 05.04.2019-cu il tarixli və 11.04.2019-cu il tarixli ərizələrinə Əmlak Məsələləri Dövlət Komitəsinin 02.05.2019-cu il tarixli və 16.05.2019-cu il tarixli məktubları ilə müvafiq cavablar verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə edilmiş 22.02.2019-cu il tarixli müraciəti 26.02.2019-cu il tarixli, **********76 nömrəli, 07.03.2019 və 11.03.2019-cu il tarixli ərizələri 12.03.2019-cu il tarixli, **********96 nömrəli, 15.03.2019-cu il tarixli ərizələri 27.03.2019-cu il tarixli, **********04 nömrəli və 27.03.2019- cu il tarixli, **********05 nömrəli, 28.03.2019-cu il tarixli ərizələri 01.04.2019-cu il tarixli, ********** nömrəli, 29.03.2019-cu il tarixli ərizəsi 04.04.2019-cu il tarixli, ********** nömrəli, 03.04.2019-cu il tarixli ərizəsi 08.04.2019-cu il tarixli, **********29 nömrəli, 05.04.2019-cu il tarixli ərizəsi 16.04.2019-cu il tarixli, **********41 nömrəli, 16.04.2019-cu il tarixli ərizələri 24.04.2019-cu il tarixli, ********** nömrəli, 17.04.2019-cu il tarixli ərizəsi 02.05.2019-cu il tarixli, **********67 nömrəli, 19.04.2019-cu il tarixli ərizəsi 29.04.2019-cu il tarixli, ********** nömrəli, 29.04.2019-cu il tarixli ərizəsi, 02.05.2019-cu il tarixli, **********68 nömrəli, 17.05.2019-cu il tarixli ərizəsi 21.05.2019-cu il tarixli, **********96 nömrəli, 22.05.2019-cu il tarixli ərizəsi 27.0 5.2019-cu il tarixli, **********04 nömrəli məktublarla Komitənin yanında İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən cavablandırılaraq iddiaçının müraciətində tələb etdiyi məlumatlar və sənədlər ona təqdim edilmişdir. Göründüyü kimi, Komitə və onun tabe qurumları tərəfindən qanunvericiliyin hər hansı tələbləri pozulmadan müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada və vaxtda baxılaraq müraciət müəllifinə əsaslandırılmış cavablar verilməklə, müvafiq sənəd və məlumatlar təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərardadı ilə hazırkı iddia tələbi üzrə işdən iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “məhkəmə prosesi zamanı cavabdehlərdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərdən vətəndaşların müraciətləri haqqında” Qanunun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsinə köməklik edilməsi” barədə iddia tələbi üzrə icraat ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-2378/19 saylı iş) 15 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 12.03.2019, 13.03.2019, 18.03.2019, 19.03.2019, 27.03.2019, 28.03.2019-cu il tarixli 2 ədəd, 29.03.2019, 04.04.2019, 16.04.2019-cu il tarixli 2 ədəd, 19.04.2019, 29.04.2019, 30.04.2019, 17.05.2019, 22.05.2019, 27.05.2019-cu il tarixli ərizələrinə tam, ətraflı və dəqiq cavab verilməsi vəzifəsi Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə, 30 aprel 2019-cu il tarixli 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 361 saylı ərizələrinə cavab verilməsi vəzifəsi isə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ərizələr ünvanlanaraq müvafiq sənədlərin təqdim edilməsi və müvafiq məlumatların verilməsi xahiş edilmiş, lakin sözügedən orqan iddiaçının sadalanan müraciətlərinə cavab verməmişdir. Həmin orqana ünvanlanmış müraciətlərə isə na tamam, dəqiq olmayan cavablar verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən və onunla bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ərizələr ünvanlanmış, həmin ərizələrdən yalnız Baş Prokurorluğa etdiyi müraciəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətlərə baxılması üçün idarənin rəis müavini ədliyyə müşaviri Valeh Ələkbərovun 11.04.2019-cu il tarixli məktubunun hansı tarixdə Komitəyə daxil olması barədə məlumat verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 13 may 2019-cu il tarixli, 360 saylı müraciətinə lazımı qaydada cavab verilmiş, həmin tarixli 361 saylı müraciətinə natamam cavab verilmiş, 30 aprel 2019-cu il tarixli iki ədəd 311 v ə 312 saylı ərizələrinə isə ümumiyyətlə mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi qərardan apelyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının 5 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə məhkəmənin qərarı ona aid hissədə ləğv olunmuş və iddia tələbi ona münasibətdə mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X7-məruzəçi, X6 və X4, 2-1(103)-263/2020 saylı iş) 5 fevra l 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarı iddiaçının 30 aprel 2019-cu il tarixli 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 361 saylı ərizələrinə cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi hissəsində dəyişdirmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 14 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. kasasiya şikayətinin dəlilləri: Məhkəmə qərarında Komitə tərəfindən iddiaçının 13 may 2019-cu il tari xli 361 nömrəli müraciətinə natamam cavab verildiyi qeyd olunmuşdur. Halbuki iddiaçının ünvan 1 ünvanında yerləşən 7 saylı Atelye ilə bağlı keçirilmiş hərracın nəticələri barədə məlumatın təqdim edilməsi barədə qeyd olunan müraciətinə komitənin 29.05.2019-cu il tarixli **********88 nömrəli məktubu ilə cavab verilərək keçirilmiş hərracın nəticəsi ilə bağlı ətraflı məlumat təqdim edilmişdir. Bundan əlavə məhkəmə qərarında iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 30 aprel 2019-cu il tarixli 311 və 312 nömrəli müraciətlərə ümumiyyətlə cavab verilmədiyi qeyd edilmişdir. Baxmayaraq ki məhkəmə iclası zamanı tədqiq edilmiş iş materialları ilə sübut olunmuşdur ki, iddiaçının 311 nömrəli müraciəti ilə eyni məzmunlu müraciətinə Komitənin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 02.05.2019-cu il tarixli **********67 nömrəli məktubu ilə cavab verilərək müraciətdə tələb olunan məlumatlar təqdim edilmişdir. “İnformasiya əldə etmək haqqında” Qanunun 21.2.1-ci maddəsinə əsasən sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Məhkəmə eyni zamanda iddiaçının 312 nömrəli müraciətinin Komitə tərəfindən cavablandırılmadığını qeyd etmişdir. Halbuki hazırki işə apellyasiya məhkəməsində baxılarkən qeyd olunan müraciətlə əlaqədar Komitənin nümayəndəsi tərəfindən 7 saylı atelyeyə dair registrdən çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda müraciətdə tələb olunan məlumatlar öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan sübutlar məhkəmə iclası zamanı araşdırılaraq öz təsdiqini tapsa da, məhkəmə qərarında sübutlara qiymət verilməsi, bununla bağlı müəyyən edilmiş hallarla bağlı hər hansı qeyd yoxdur. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazım i qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının məlumat almaq istədiyi ünvan 2 ünvanında yerləşən 7 saylı atelyedə əvvəllər atası, atasının vəfatından sonrakı dönəmdə bir müddət iddiaçı işləmişdir. Mərkəz tərəfindən atelyenin özəlləşdirilməsi prosesinə başlanılmışdır. Apelyasiya məhkəməsinin araşdırmasında görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə 12.03.2019-cu il, 13.03.2019-cu il, 18.03.2019-cu il, 19.03.2019-cu il, 27.03.2019-cu il, 28.03.2019-cu il tarixli 2 ədəd, 29.03.2019, 16.04.2019-cu il tarixli 2 ədəd, 19.04.2019-cu il tarixli və 27.05.2019-cu il tarixli ərizələr ünvanlayaraq 7 saylı atelye ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi və müvafiq məlumatların verilməsini xahiş etmiş, lakin Mərkəz iddiaçının sadalanan müraciətlərinə cavab verməmişdir. Mərkəzə ünvanlanmış 04.04.2019, 29.04.2019, 30.04.2019, 17.05.2019 və 22.05.2019-cu il tarixli müraciətlərə isə natamam, dəqiq olmayan cavablar verilmişdir. Bundan başqa iddiaçı və onunla bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 30 aprel 2019-cu il tarixli iki ədəd 311 və 312 saylı və 13 may 2019-cu il tarixli 360 və 361 saylı ərizələr ünvanlanmış, həmin ərizələrdən yalnız Baş Prokurorluğa edilən müraciətlə bağlı Azərbaycan Respublik ası Baş Prokurorluğunun müraciətlərə baxılması üçün idarənin rəis müavininin 11.04.2019-cu il tarixli məktubunun hansı tarixdə Komitəyə daxil olması barədə məlumat verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 13 may 2019-cu il tarixli, 360 saylı müraciətinə lazımı qaydada cavab verilmiş, həmin tarixli 361 saylı müraciətinə natamam cavab verilmiş, 30 aprel 2019-cu il tarixli iki ədəd 311 və 312 saylı ərizələrinə isə ümumiyyətlə mahiyyəti üzrə cavab verilməmişdir. İddiaçının iş yeri və əmək haqqı ilə bağlı məlumatlar olmaq və sənədlərin surətini əldə etmək hüququ olduğu kimi, cavabdehə yazılı müraciət etmək və müraciətinə cavab almaq hüququ vardır. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından hansından istifadə etməsi onun seçim hüququ ilə bağlı olmaqla, digər hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır. Belə ki, iddiaçının sorğuları üzrə müvafiq araşdırmalar aparılmalı, hər bir halda qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməli, sorğuda tələb edilmiş məlumatların verilə bilməsi məsələsi müzakirə olunmalı, həmin məlumatların sorğu əsasında verilməli olduğu halda, həmin məlumatlar verilməli, əks halda müvafiq məlumatlarla tanış olması üçün hüquq və vəzifələri ona izah olunmalıdır. Ünvanlanmış sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməməsi iddiaçının hüquqlarının pozulmasına əsas olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hə rbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə görə informasi ya sahibinə müraciət edən hər kəs: - (maddə 2.3.1) sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; (maddə 2.3.2) informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə görə fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1-ci maddəsinə görə informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliy yə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 29.1-ci maddəsinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: (-) 29.1.8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar; (-). İddiaçı informasiya sorğusu ilə cavabdehə müraciət etmiş və yuxarıda qeyd olunan məzmunda sorğuya cavab verilməsini xahiş etmiş, cavabdehlər hərəkətsizlik göstərərək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bəhs olunan qanunun müddəalarına görə cavabdeh dövlət əmlakının satılması barədə iddiaçının sorğusunu cavablandırmağa borclu olmuşdur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, informasiya sorğusunun icrasından imtina etmək üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh Komitə şikayətində sorğularla bağlı iddiaçıya məlumat verildiyini bildirsə də, iddiaçının sorğusu ilə bağlı ona ətraflı cavablar göndərilməsinə (təqdim edilməsinə) dair məhkəmələrə hər hansı sübut təqdim etməmişlər. İşdə olan iddiaçıy a ünvanlanan cavabların həqiqətən ona göndərilməsi (təqdim edilməsi) hər hansı sübutla təsdiqini tapmamışdır. Cavabdeh Komitə özü də kasasiya şikayətində təsdiq etmişdir ki, 7 saylı atelyeyə dair registrdən çıxarış onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Registrdən çıxarışın iddiaçıya təqdim edilməsinə dair işdə məlumat olmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci m addələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-263/2020 saylı, 5 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar