Məhkəmə qərarları › İş №2-1(102)-1412/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1412/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova Rahib Nəbizadədən ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyasının 18.06.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 2-1(103)-741/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı, İddiaçı xx xxxx 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 27.11.1969-cu il tarixində başlamış, 27.11.1969-cu ildən 13 mart 1970-ci ilə qədər Bakı Vaqon Təmiri Zavodunda Təmir-mexaniki sahəsində 2-ci dərəcəli fəhlə, Vaqon sahəsində 1-ci dərəcəli fəhlə, Elektrokar sürücüsü, 24 dekabr 1970-ci ildən 24 fe vral 1971-ci ilə qədər Azərbaycan SSR SDİİ-nin 2 saylı Avtobus parkında 1-ci dərəcəli çilingər, 02 mart 1971-ci ildən 13 noyabr 1974-cü ilə qədər SDİİ-nin nəqliyyat xidmətində xətt nəzarətiçisi, Nəqliyyat xidmətinin ləğvi ilə əlaqədar olaraq İdarəetmə Aparatında xətt nəzarətçisi, 1-ci dərəcəli çilingər vəzifəsində, 13 noyabr 1974-cü ildən 12 oktyabr 1990-cı ilədək Sərnişin Daşımaları üzrə İstehsalat İdarəsində 2714 saylı/kolonnadan X1 köçürülməklə dispetçer vəzifəsində, İstehsalat İdarəsinin ləğvi ilə əlaqədar olaraq İANB “Bakı Sərnişin Nəqliyyatı” və rabitə xidmətində dispetçer vəzifəsində, 12 noyabr 1990-cı ildən 25 yanvar 1999-cu ilədək Bakı Sərnişin Nəqliyyatı İB-də NTX Birliyində rəis müavini və rəis vəzifəsində, 01 fevral 1999-cu ildən 11 iyul 2000-ci ilə qədər Azərbaycan Nəqliyyat P rokurorluğunda sürücü vəzifəsində, 14 avqust 2000-ci ildən 09 iyun 2008-ci ilə qədər ADDY-da sırası ilə ümumi ştata böyük nəzarətçi kassir vəzifəsində, Bakı sahəsi üzrə təcrübəçi özünü maliyyələşdirən müvəkkil vəzifəsində, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında özünü maliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında müvəkkil vəzifəsində, 17 iyul 2008-ci ildən 16 dekabr 2011-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sürücüsü vəzifəsində, aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək 16 dekabr 2011ci ildən 18 avqust 2014-cü ilə qədər Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat xidməti üzrə baş mütəxəssisi (sürüc ü) vəzifəsində, 18 avqust 2018-ci ildə Prokurorluq orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı aparılmış struktur dəyişiklikləri ilə əlaqədar vəzifəsindən azad edilərək 18 avqust 2014-cü ildən 01 iyun 2020-ci ilə qədər dövlət qulluğuna qəbul olunaraq Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat sektorunun baş mütəxəssisi (sürücü) vəzifəsində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində ona işlədiyi dövlət orqanı tərəfindən 01 oktyabr 2014-cü il tarixli əmrlə dövlət qulluğunun böyük referenti ixtisas dərəcəsi verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 01.07.2020-ci il tarixli **********2 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının ödənildiyini və iddiaçının dövlət qulluğu stajının 15 ildən (11 il 10 ay 14 gün) az olduğu üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını göstərmişdir. Belə ki, həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğunda 15 il və daha çox qulluq stajı olan şəxslərə münasibətdə təyin edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 04 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu kimi ona 18.06.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 fevral 1999-cu ildən 11 iyul 2000-ci ilə qədər 1 il 5 ay, 17 iyul 2008-ci ildən 18 iyul 2016-cı ilə qədər isə (dövlət qulluğunda olmanın son yaş həddi olan 65 yaşa qədər) 8 il 11 ay olmaqla dövlət qulluğunda 9 il 4 ay 11 gün ümumi stajı olmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdi r. Halbuki, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin 06.03.2018-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə belə pensiyanın verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. İddiaçı hesab edir ki cavabdehin imtinası əsassız və qanunsuzdur.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş əsaslarla eynidir.

7. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5848/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 18.06.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin 19.06.2020-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hes ab etmişdir ki, iddiaçının dövlət qulluğunda olmanın son yaş həddi olan 65 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdur. İddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə 19.06.2020-ci il tarixdə müraciət olunduğu nəzərə alınaraq, yaranmış pensiya fərqi iddiaçının cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə ödənilməlidir.

9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli 21(103)-741/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququ yalnız onun dövlət qulluqçusu kimi fəaliyyətinə xitam verildikdən sonra, yəni 01.06.2020-ci il tarixindən sonra yarana bi lərdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixdə qüvvədə olan 20.11.1-ci bəndinə əsasən dövlət qulluğunda ən azı 15 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ vardır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən işin hallarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil o lunmamışdır. İddiaçı tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149 Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaş dıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digə r fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20. 11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.3. 20 17-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. M a d d ə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. M a dd ə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvəd ə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövl ət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq e tdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessua l hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının müddəalarının tətbiq edilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, AİHM-nin (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə) mövqeyinə uyğun olaraq, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bu baxımdan, apelyasiya məhkəməsi tərəfindən artıq qiymət verilmiş həmin dəlillərin təkrarən araşdırılmasına ehtiyac görməyən məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı qərarın 17-21-ci bəndlərində göstərilən normalardan və işin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçının dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci və 33.1.12-ci maddələrinə müvafiq olaraq dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün (65 yaş) xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uy ğun olaraq həyata keçirilir. 27. “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.11.1 - 20.11.2-ci maddələrində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının, dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı olan şəxslərə təyin olunması qaydası nəzərdə tutulsa da, həmin maddələrə müvafiq dəyişiklikləri edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun 01 iyul 2017-ci il tarixdən, yəni iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan sonra qüvvəyə minmişdir. Həmin Qanunun 01.07. 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu vəzifəsində mi nimum 5 il qulluq stajı tələb olunurdu. Həmçinin, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin 06 mart 2018-ci il tarixədək qüvvədə olan redaksiyasında da dövlət qulluğu pensiyasının təyin edilməsi üçün tələb olunan xidmət illərinin minimum həddi 5 il olaraq müəyyən edilmişdir.

28. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin tələblərini və iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququnun 18.06.2016cı il tarixdən yarandığını nəzərə alaraq “Əmək pensiyaları haqqında” və “Dövlət qulluğu haqqında” Qanunların yuxarıda qeyd edilən normalarının əvvəlki redaksiyalarının tətbiq edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur.

29. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərma nı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-cu və 12-ci bəndlərinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq və mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında nəzərə alınır və hesablanır. 30. 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli 03/2020 nömrəli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

32. İş materiallarından göründüyü kimi, iddiaçı hazırki tələblə bağlı cavabdehə 19.06.2020-ci il tarixdə müraciət etmişdir. Buna əsasən birinci və apelyasiya instansiya məhkəmələri hesab etmişdir ki, yaranmış pensiya fərqinin məbləği iddiaçının cavabdehə müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği onu almaq hüququ yarandığı gündən, lakin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

33. İddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş 17 dekabr 1969-cu il tarixli əmək kitabçasına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının 18.06.2016-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmış, 01.06.2020-ci il tarixli 11/308-k nömrəli əmrlə onun dövlət qulluğuna xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun” 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilə n vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.3.4-ci maddəsinə əsasən bu qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Eyni zamanda həmin maddənin qeyd hissəsində 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5ci maddəsinin müddəalarının tətbiq olunduğu göstərilmişdir. 37.3.5-ci maddənin 2017-ci il 01 iyul tarixinədək q üvvədə olmuş redaksiyasında isə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənildiyi nəzərdə tutulmuşdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, 01 iyul 2017-ci il tarixinədək iddiaçının 65 yaşının tamam olduğu, dövlət qulluğu vəzifəsində tələb olunan minimum həddən artıq (cavabdehin özünün bildirdiyinə görə 11 il 10 ay 14 gün) dövlət qulluğu stajına malik olduğu iş materialları ilə təsdiq olunur. Eyni zamanda pensiyanın hesablanması üçün nəzərə alınan əmək haqqı barədə iddiaçıya Azərbaycan R espublikasının Baş Prokurorluğu tərəfindən 10.08.2020-ci il tarixli 20/564 nömrəli arayış da verilmişdir.

35. Beləliklə, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunauyğundur. Məhkəmə tərəfindən kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 20 21-ci il tarixli 21(103)-741/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar