Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: (Açar sözlər: inzibati icraat aparılmadan və müvafiq inzibati akt qəbul edilmədən pensiya ödənişinin dayandırılması, dayandırılmış əmək pensiyasının ödənişin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh 'Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı və üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-20/2022 nömrəli iş üzrə 8 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991 ci il tarixədək 838 nömrəli Tikinti İdarəsi, xx.xx.1991-ci il tarixdən xx.xx.2000- ci il tarixədək İsmayıllı 37 nömrəli Yol Tikinti İdarəsi və xx.xx.2007-ci il tarixdən 2. ci il tarixədək isə İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin nəzdində fəaliyyət göstərən Asfalt beton zavodunda (bundan sonra ABZ) operator vəzifəsində işləmişdir.
3. Cavabdehin xx.xx.2015-ci il tarixli 90 nömrəli qərarı ilə iddiaçıya 12 may 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmış və iddiaçıya xx.xx.2015-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.
4. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məkt ubunda qeyd etmişdir ki, iddiaçının pensiya işində olan sənədlər araşdırılmış və operator vəzifəsində işləsə də, qanunvericilikdə asfalt-beton bişirənlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçıya Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən xx.xx.2015-ci il tarixli qərarla güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın “Əmək pensiyaları haqqında ” qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır.
7. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 29-cu bölməsinin a) bəndinə əsasən, asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və s. vəzifələrdə çalışmış şəxslərin “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası • hüququ vardır. Qanunvericilikdə asfalt-beton bişirənlərin “Əmək Pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı Azərbaycan Avtomobil X1 9 №-li Yol İstismarı MMC-də “operator” işlədiyi müddətin gü zəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019-cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cü və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3-cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işləri üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügüdən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işlərinin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri xx.xx.2020-ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhviltəslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayo n şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur.
8. Birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)- 325/2021 nömrəli qərardadı ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov) 18 may 2021-ci il tarixli, 21(116)-325/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 9 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon Filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı xx.xx.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (xx.xx.2020-ci ildən) bərpa edilməsi öhdəliyi qoyulmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 21(107)-20/2022 nömrəli (hakimlər E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.İ.Məlikov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzib ati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-325/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İddiaçıya Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən xx.xx.2015-ci il tarixli qərarla güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın Əmək pe nsiyaları haqqında qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 29-cu bölməsinin a bəndinə əsasən, asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə asfalt-beton bişirənlərin “Əmək pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən iddiaçının Azərbaycan Avtomobil X1 9 №- li Yol İstismarı MMC-də “operator” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunauyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair xx.xx.2020-ci il tarixli qərar qəbul olunmuşdur. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitin ə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardan 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşm üş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
18. İnzibati Prosessual Məcəllə Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSAS İ YAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası cavabdehin verdiyi kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1 - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayo n filialının (hazırda 14 saylı regional ərazi filialı) 9 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi; 2 - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon Filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı xx.xx.2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (xx.xx.2020-ci ildən) bərpa edilməsi.
22. Məhkəmə kollegiyası iddianın birinci hissəsinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri həmin hissədə mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə pensiya hüququnun ve rilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən normalarını, “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normasının tələblərini birgə nəzərə almaqla həll etməli idi. 26. “Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyekti v araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
27. İşin hallarından isə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
28. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmişdir.
29. Bundan başqa, aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququnun mövcudluğu müəyyən edilmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq iddiaçının əmək pensiyası üzrə ödənişlər dayandırılmışdır.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Məhkəmə ko llegiyası iddianın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya 22 iyun 2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (xx.xx.2020-ci ildən) bərpa edilməsi öhdəliyinin qoyulması hissəsində qeyd edir ki, iddia həmin hissədə mümkün sayılmamalıdır.
32. Belə ki, iddianın həmin hissəsi iddianın birinci hissəsinin yəni, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 9 sentyabr 2020- ci il tarixli qərarının ləğv edilməsinin icrası ilə əlaqədardır. Başqa sözlə desək pensiya ödənişi 01 sentyabr 2020-ci il tarixdən dayandırılması barədə qərarın ləğvi özündə dayandırılmış pensiyanın bərpasını da ehtiva etdiyindən iddia həmin hissədə mümkün sayılmamalıdır.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli edilməlidir.
34. Apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(107)-20/2022 nömrəli qərarı qismən, “birinci instansiya məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-325/2021 saylı qərarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon fi lialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya 22 iyun 2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (xx.xx.2020-ci ildən) bərpa edilməsi öhdəliyinin qoyulması hissəsində iddianın təmin edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddiaçının iddiasının həmin hissədə mümkün sayılmaması barədə yeni qərar qəbul edilməlidir.
35. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 21(107)-20/2022 nömrəli qərarı qismən, “birinci instansiya məhkəməsi nin 18 may 2021-ci il tarixli, 2-1(116)-325/2021 saylı qərarının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə iddiaçıya 22 iyun 2015-ci il tarixli 90 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən (xx.xx.2020-ci ildən) bərpa edilməsi öhdəliyinin qoyulması hissəsində iddianın təmin edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində” ləğv edilsin İddia həmin hissədə mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın Şikayət qalan hissədə rədd edilsin. Qərar qətidir.