Məhkəmə qərarları › İş №2-1(102)-1412/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1412/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (ünvan: ünvan 1afesi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.202 1-ci il tarixədək (xx.xx.2021ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005302 nömrəli aktdan görünür ki, ünvan 1afesində iddiaçının iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 14:00-da təqdim edilmiş işçilərin şəxsiyyət vəsiqələrinin surətlərinə, yazılı izahatlara və sadələşdirilmiş vergi üzrə sənədlərə əsasən, kafe tərəfindən ictimai iaşə xidmətlərinin göstərilməsinə cəlb olunmuş 17 (on yeddi) fiziki şəxsdən 5 (beş) nəfəri (X9, X17, X22, X19 və X18) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.

3. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7926 nömrəli qərarı ilə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********7926 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 005302 nömrəli aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericil iyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərar qəbul edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fizikin şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlinərək, barəsində 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********7926 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə (ictimai iaşə) məşğuldur. Fəaliyyət sahəsi ünvan 1afesində əhaliyə xidmət göstərilməsi ilə bağl ıdır. Fərdi sahibkar olaraq işəgötürən kimi 5 nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı), 8 nəfər fiziki şəxslə isə qanunvericiliyin tələbinə uyğun olaraq xidmət müqaviləsi bağlanılmaqla fəaliyyət göstərir. 17 noyabr 2021-ci il tarixdə, saat 14:00-da cavabdehin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Arpaçay" kafesində operativ vergi nəzarəti həyata keçirilmişdir. Sözügedən operativ vergi nəzarəti yoxlaması ilə vergi orqanının əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi halları yoxlan ılmış və bu yoxlama ilə əlaqədar DVX seriyalı, ******* nömrəli, 17 noyabr 2021-ci il tarixli akt, eyni tarixli digər akt, eləcə də barəsində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə MN 087419 nömrəli, 17 noyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Nizami Rayon Məhkəməsinin (hakim R.Əhmədov) xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Yoxlamaya gəldikləri andan dövlət məmuruna yaraşmayan davranışlara yol verən vergi əməkdaşları qərəzli və qeyri-obyektiv hərəkətlərə yol verməklə onun sahibkarlıq hüquqlarını kobud şəkildə pozmuşlar. Yoxlamaya hər cür şərait yaradılmasına baxmayaraq, vergi əməkdaşları ona və obyektdə əmək müqav iləsi və xidmət müqaviləsi ilə işləyən şəxslərə qarşı kobud rəftar etmiş, buna etiraz etdikdə isə əraziyə polis dəvət etmişlər. O, da eyni zamanda, vergi əməkdaşlarının qanunsuz hərəkətləri barədə polisə müraciət etmişdir. Belə ki, vergi əməkdaşları obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri – su kranını təmir üçün gəlmiş şəxsi, obyektin bayırında suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı, guya, obyektdə işləyən şəxs kimi aktlaşdıracaqlarını bildirəndə o, buna qəti etiraz etmişdir. Sonradan həmin şəxsləri guya, müqavilə olmadan işə cəlb etməsi barədə akt tərtib etmişlər. Halbuki, fərdi sahibkar olaraq 5 işçi ilə əmək müqaviləsi, 8 (səkkiz) nəfər şəxslə isə digər müqavilə bağlamaqla, ümumilikdə 13 nəfər şəxsin obyektdə çalışd ığını izahatında göstərib, buna uyğun aktın tərtib olunmasını vergi orqanının əməkdaşlarından xahiş etsə də, onlar buna əməl etməmişlər və hər hansı bir sənədi imzalamaq üçün ona təqdim etmədən, eləcə də yazılı izahat tələb etmədən çıxıb getmişlər. Yoxlayıçıların şifahi sualları onun tərəfindən bütünlüklə cavablandırılmış, əmək müqaviləsi və digər şəxslərin xidmət müqavilələri onlara təqdim olunmuş, lakin yoxlayıcılar qərəzli mövqe nümayiş etdirərək bu suallar üzrə cavabların onları qane etmədiklərini bildirmişlər. Hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsaslar olmadığı halda, cavabdeh vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq belə qərar qəbul olunmuş, bununla da onun üzərinə əsassız maliyyə sanksiyası ödənilməsi vəzifəsi qoyulmaqla fərdi sahibkar kimi qanuni m araq və mənafeləri pozulmuşdur.

6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslanov 2-in yanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsi nin tələblərinin pozulduğu aşkar olunaraq, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005302 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair akt tərtib edilmiş, lakin vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:12:26-da oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7926 nömrəli “Vergi ödəyicisinin v ergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq, vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi orqanı obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri – su kranının təmiri üçün gəlmiş şəxsi, obyektin çölündə suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş işçiləri kimi aktda qeyd etmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 2021-ci ilin sentyabr ayından İddiaçı tərəfindən işə götürüldüyünü bildirmişdir. İzahatda olan “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti sizə təqdim edilib?” sualına işçi tərəfindən qeyri- obyektiv cavab verilərək, bildirişin ona təqdim edildiyi qeyd olunmuşdur. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən, İddiaçı ilə X9 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixində isə həmin əmək müqaviləsinə xitam verilmişdir. X6 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən “Arpaçay” obyektində xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X15 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 həftədir ki, İddiaçı tərəfindən ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X8 xx.xx.2021-ci il tarixli etirafedici izahatında su sistemini düzətmək üçün İddiaçı tərəfindən i şə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X7 heç bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. Qeyd olunan işçilərin heç biri yetkinlik yaşına çatmayan şəxs deyildir. Göründüyü kimi, iddiaçı dürüst olmayan, ümumi ifadələrdən istifadə edərək məhkəmənin ədalətli qərar çıxarmasına mane olmağa çalışmışdır. Halbuki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 1 iyul 2022-ci il tarixli, 2-1(112)-5763/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarı iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların z or tətbiqi, hədəqorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. Odur ki, X17 və X22 ilə iddiaçı arasında faktiki olaraq əmək münasibətlərinin olduğu müəyyən olunmuş və iddiaçı həmin şəxsləri əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd edilən şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilir.

9. X12 izahatına əsasən, iddiaçı ilə həmin şəxs arasında əmək münasibətlərinin mövcud olmadığı, xarab olan su sistemini düzəltmək üçün birdəfəlik xidmətin göstərilməsi üçün cəlb edildiyi müəyyən edilmişdir. Odur ki, qeyd edilən şəxslə iddiaçı arasında əmək münasibətlərinin mövcud olduğu qənaətinə gəlmək üçün məhkəmə əsas müəyyən etmir.

10. Cavabdeh tərəfindən təqdim olunan yoxlama materiallarına əsasən, müəyyən olunur ki, X10 (VÖEN **********) fərdi yaşayış evlərində və mənzillərində ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi, iaşə obyektlərində ofisiant xidməti və digər analoji işlər fəaliyyət növü üzrə xx.xx.2021-ci il tarixdən Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmişdir. Eləcə də, iş materiallarına əsasən müəyyən olunur ki, X10 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqələrinə əsasən, dövlət büdcəsinə 240 manat vergi, 198 manat məcburi dövlət sosial sığorta haqqı, 132 manat icbari sığorta haqqı ödənilmişdir. Belə olan təqdirdə, həmin şəxsə münasibətdə maliyyə sanksiya sının tətbiq edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiya şərtinə uyğun gəlmir.

11. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan X11 münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin şəxslə iddiaçının əmək münasibətlərinin olması hər hansı digər mötəbər dəlillə təsdiqini tapmır. Belə ki, iddiaçı həmin şəxslə əmək münasibətlərinin olmadığını, vergi orqanın nümayəndələri isə qeyd edilən halı müəyyən etdiklərini bildirirlər. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, izahatı alınmış şəxslərdən heç biri orada X16 adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. Odur ki, qeyd edilən şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarı n qismən – iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 9 fevral 2023-cü il tarixli, 21(103)-408/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyul 2022-ci il tarixli, 2-1(112)-5763/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, X8nun izahatında bildirdiyi su sisteminin təmiri gündəlik olaraq gördüyü işlərin tərkib hissəsini təşkil edir. Belə ki, həmin şəxs izahatında iddiaçı ilə aralarında əmək münasibətləri olmasını təkzib edən heç bir məqamı vurğulamamışdır. Məhkəmə isə izahata əsaslanmaqla şəxslə iddiaçı arasındakı münasibətlərin əmək münasibətləri deyil, hər hansı xidmətin göstərilməsindən irəli gələn mülki hüquq münasibətləri olduğu qənaətinə gəlmişdir. Əgər məhkəmənin qeyd etdiyi kimi, X19 ilə iddiaçı arasında mülki hüquq münasibətləri mövcud olmuş olsa idi, bu halda onların arasında mütləq şəkildə xidmət müqav iləsi bağlanmalı idi. Bundan əlavə, əgər xidmət müqaviləsi əsasında iddiaçı izahat verən şəxsə 10 manat xidmət haqqı ödəmiş olsa idi, özünün təqdim etdiyi cari hesabatda ödəmə mənbəyində tutulan vergi olaraq həmin xidmət haqqını əks etdirməli idi. Lakin operativ vergi nəzarəti zamanı heç bir xidmət müqaviləsi təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən operativ vergi nəzarətindən sonra bəyan edilmiş hesabatda da həmin məbləğin qeyd edilməməsi tərəflərin faktiki əmək münasibətlərində olmasını bir daha sübut edir.

17. Cavabdeh işçi X4 münasibətdə qeyd edir ki, şəxsə aid izahata əsasən, o, həmin obyektdə “soyuq qəlyanaltı hazırlayan” vəzifəsində çalışmaqdadır. Başqa sözlə, adı çəkilən şəxs sahibkara məxsus obyektdə yeməklərin hazırlanması ilə əlaqədar yardımçı fəaliyyət həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi isə məsələyə hüquqi qiymət verərkən “soyuq qəlyanaltı hazırlamaqla bağlı fəaliyyəti Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd olunan “aşpaz” fəaliyyəti ilə eyniləşdirərək həmin şəxsə görə maliyyə sanksiyası tətbiq olunmasını əsassız hesab etmişdir. Cavabdeh bildirir ki, məsələnin hüquqi tənzimlənməsi baxımından vergi qanunvericiliyinin mövqeyi birmənalıdır. Vergi Məcəlləsinin 220.10-cu maddəsində adı çəkilən fəaliyyət növləri əsas və yardımçı fəaliyyət növləri kimi qiymətləndirilsə belə, vergi qanunvericiliyi bu cür yardımçı fəaliyyəti həyata keçirən şəxslərin sabit qəbz alaraq vergi öhdəliyini yerinə yetirməsini istisna edir.

18. Cavabdeh kassasiya şikayətinə əlavədə qeyd edir ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsindən aşkar görünür ki, yalnız ev tə sərrüfatında aşpaz kimi fəaliyyət göstərən şəxslərə münasibətdə sabit qəbzin alınması vergi qanunvericiliyi tərəfindən istisna olaraq həmin şəxslərə verilmiş imkandır. Beləliklə, iaşə obyektlərində xidmət göstərən aşpazlar sabit qəbz əsasında fəaliyyət göstərən şəxslər kateqoriyasına aid edilmir. Yalnız ev təsərrüfatlarında çalısan aşpazlar sabit qəbz almaqla vergi öhdəliyini yerinə yetirə bilər və bu zaman həmin şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. İaşə obyektlərində işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün cəlb edilmiş vergi orqanlarında uçotda olmayan aşpaz, xadimə, salat hazırlayan fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və onlara ödənilən əmək haqlarından Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəy ində gəlir vergisi, habelə “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Elektron-uçot məlumat bazasına əsasən, iddiaçının əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olaraq qeyd edilmişdir. Başqa sözlə, X3 gördüyü işlər mahiyyət etibarilə iddiaçının əsas fəaliyyət sahəsinə aiddir. Həm Vergi Məcəlləsinin istinad olunan 220.10-cu maddəsinin, həm də Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, qeyd olunan şəxsin sabit qəbzlə fəaliyyət göstərməsi yolverilməzdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğ ıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə

220. Sadələşdirilmiş verginin dərəcəsi... 220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növl əri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: Fəaliyyət növünün adı Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət Çəkməçi, pinəçi Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) Nəqqaşlıq emalatxanalarının fəaliyyəti Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla) 20 15 5 10 10 20 15 10 20... 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəti cəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzr ə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən – cavabdehin qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X19 və X13 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin lə ğv olunması” hissəsində ləğvinə dair apellyasiya məhkəməsinin qərarının ləğvinin tələb edildiyi hissədə əsassız, qalan hissədə – cavabdehin qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin ləğv olunması” hissəsində isə əsaslıdır.

26. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı kassasiyanın əsaslı olduğu hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməli, qalan hissədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

27. Məhkəmə kollegiyası ilk öncə cavabdehin qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X19 və X13 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin ləğv olunması” hissəsi barədə qeyd edir ki, həmin hissə ilə bağlı kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və h ərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür (İPM-nin 14.1-ci maddəsi).

29. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

30. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüs ü ilə bağlı konstitusion prinsipə zidd olardı.

31. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

32. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

33. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi və vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-ed ilməməsidir.

34. Lakin hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********7926 nömrəli qərarda, yəni inzibati aktda X19 və X14 münasibətdə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir.

35. Qeyd edilənlərə əsasən mübahisələndirilən inzibati akt X19 və X14 münasibətdə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin sözügedən inzibati aktın X19 və X14 münasibətdə ləğv edilməsi ilə bağlı hüquqi mövqeyi düzgün olmuşdur.

36. Məhkəmə kollegiyası cavabdehin qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin ləğv olunması” hissəsi barədə qeyd edir ki, həmin hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandı rmışdır ki, X10 fərdi yaşayış evlərində və mənzillərində ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi, iaşə obyektlərində ofisiant xidməti və digər analoji işlər fəaliyyət növü üzrə xx.xx.2021-ci il tarixdən sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmişdir.

38. Kassasiya şikayətinin dəlillərinə görə, həm Vergi Məcəlləsinin 220.10-cu maddəsinin, həm də Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən X1 qəbzlə fəaliyyət göstərməsi yolverilməzdir.

39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, “fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücül ük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)” fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi müəyyən edilmişdir.

40. Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan aşpaz fəaliyyət növü ilə bağlı açıq-aşkar qeyd edilmişdir ki, bu mütləq qaydada fərdi yaşayış evlərində və mənzillərdə həyata keçirilməlidir. Hazırkı işin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, iddiaçı yeməkxanalar tərəfindən xidmətilərin göstərilməsi fəaliyyət növü ilə məşğuldur və X10 da iddiaçıya məxsus obyektdə (“Arpaçay” kafesində) işləmişdir.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin X 4 münasibətdə onun fəaliyyətini Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünə aid etməkdə səhvə yol vermiş, X1 qəbzlə aşpaz kimi fəaliyyət göstərməsi üçün fərdi yaşayış evlərində və mənzillərdə işləməli olmasına baxmayaraq, sonuncunun ictimai iaşə obyektində işləməsi halını nəzərə almamışdır.

42. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, X10 ictimai iaşə obyektində fəaliyyət göstərdiyindən onun “soyuq qəlyanaltı hazırlayan” və ya “aşpaz” kimi fəaliyyət göstərməsinin araşdırılmasına zərurət yoxdur. Çünki, Vergi Məcəlləsinin 220.10-cu maddəsi birmənalı şəkildə fərdi yaşayış evlərini və mənzilləri nəzərdə tutduğundan, X3 fəaliyyətində isə bu hal mövcud olmadığından aşağı instansiya məhkəmələri tərəfindən Vergi Məcəlləsinin 220.10-cu maddəsinə istinad edilməsi əsassız olmuşdur.

43. Odur ki, kasasiya şikayəti cavabdehin qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin ləğv olunması” hissəsində təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən – həmin hissədə ləğv edilərək, iddianın eyni hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevra l 2023-cü il tarixli, 21(103)-408/2023 nömrəli qərarı qismən – cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7926 nömrəli qərarının “iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsinin ləğv olunması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar