Məhkəmə qərarları › İş №2-1(102)-1412/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1412/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1412/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı na qarşı “pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2- 1(103)1782/2024 saylı qərardadından və qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya xx.xx.2012-ci il tarixindən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. Sonuncu dəfə iddiaçının əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla hesablanaraq, pensiya məbləği 1413,51 manat müəyyən edilmiş və həmin məbləğ ona xx.xx.2021-ci il tarixədək ödənilmişdir. 3. xx.xx.2021-ci ildə əlillik müddəti bitdiyi üçün iddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təkrar qiymətləndirilməsi ilə bağlı müraciə t etmiş və ona xx.xx.2021-ci il tarixdə yenidən üçüncü dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçıya 2021-ci ilin avqust və sentyabr ayları üçün əmək pensiyası ödənilməmiş, oktyabr ayından isə ona aylıq 1112,31 manat pensiya məbləği ödənilməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2021-ci ilin avqust ayından ödənilməklə pensiya məbləği 1112,31 manat müəyyən edilmişdir.

5. İddiaçı ilk əvvəl əmək pensiyasının ödənilməsinin dayandırılmasını, sonradan isə pensiya məbləğindəki azalmanı əlillik müddətinin bitməsi ilə əlaqələndirmiş, əlillik müddətinin uzadılmasından cavabdehin məlumatlı olmadığını hesab etmiş, əlilliyini təsdiq edən sənədlərlə cavabdehə yenidən müraciət etmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il ta rixli məktubunda göstərilmişdir ki, iddiaçıya pensiyanın məbləği düzgün hesablanmamış, nəticədə xx.xx.2013 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 17035,20 manat artıq ödəmə müəyyən edilmişdir. 7. xx.xx.2022-ci il tarixdə isə cavabdeh artıq ödənildiyi qeyd edilən 17035,20 manat məbləğində pul vəsaitinin iddiaçıdan tələb edilərək onun hesabına ödənilməsini nəzərdə tutan “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarın ləğv edilməsin i, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini, mükafatın 7.88 dəfə (788 faiz), son haqq-hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsini və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən pensiya məbləği onun dövlət qulluqçusu kimi aldığı mükafatlara və son haqq-hesaba (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına) münasibətdə düzgün hesablanmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3977/ 2022 nömrəli qərarı ilə (hakim X6) iddia qismən təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərarları ləğv edilmiş, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirdiyindən, hazırkı halda isə iş materialları ilə şəxsin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmədiyindən, pensiya orqanı pensiya qanunvericiliyini tənzimləyən hüquq normaları əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmədiyindən, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçının hazırkı halda əlverişli inzibati aktın məzmununa etimad hüququ da nəzərə alınmalıdır. Bundan əlav ə, cavabdeh pensiyanı yenidən hesablayarkən səhvə yol verdiyini müəyyən etmişdirsə də, bu səhv hər bir halda iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə nəticələnməməlidir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv hesablansa belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.

12. İddiaçının “mükafatın 7.88 dəfə (788 faiz) nisbətində yenidən hesablanaraq götürülməsi”nə dair iddia tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iş materiallarında mövcud olan əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərardan da müəyyən edilir ki, dövlət məvacibinə daxil olan mükafatın faiz nisbəti 691.75 faiz, yəni ə msal kimi təxminən 6.91 müəyyən edilmişdir. Halbuki, iddiaçı 2003-cü il üzrə vəzifə maaşı 320.000 manat olduğu vaxt mart ayında 320.000 manat, noyabr ayında 236.500 manat, dekabr ayında 473.000 manat, 2004-cü ildə vəzifə maaşı 320.000 manat olduğu vaxt 236.500 manat, vəzifə maaşı 1.120.000 manat olduğu vaxt oktyabr ayında 1.120.000 manat, noyabr ayında 704.700 manat, dekabr ayında 1.120.000 manat, 2005-ci ilin mart ayında isə əmək haqqı 1.443.000 manat olduğu vaxtda 1.443.000 manat mükafat almışdır. Bu səbəbdən də iddiaçı müvafiq olaraq 2003-cü il üzrə 3.22 əmsala, 2004-cü ildə 3.37 əmsala, 2005-ci il üzrə isə 1.29 əmsala istinad edərək ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibətdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına dair əsaslı iddia ilə müraciət etmişdir. Cavabde hin hesablamalarından isə aydın olur ki, cavabdeh iddiaçının məhz vəzifə maaşını nəzərə almadan, pensiya işində olan əmək haqqının aylar üzrə məbləği üzrə siyahıda əsas əmək haqqının məbləğinin alınan mükafata nisbətini əsas götürmüş, nəticədə isə faiz 691, əmsal isə 6.91 rəqəmini almışdır. Belə ki, əmək haqqı barədə arayışda 2004-cü ilin mart ayında əmək haqqı 473.000 manat qeyd edilsə də, həmin dövrdə 2004-cü ilin mart ayı da daxil olmaqla avqust ayına kimi baş məsləhətçi üzrə vəzifə maaşı 473.000 manat yox, məhz 320.000 manat olmuşdur (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən). Göründüyü kimi, iddiaçı son 24 ayda vəzifə maaşının 788 faizi miqdarında mükafat almışdır, cavabdeh isə 691 faiz miqdar müəyyən etmişdir ki, nəticədə iddiaçının əmək pensiyasında mükafatın məbləği müəyyən edilərkən səhvə yol verilmişdir.

13. Son haqq-hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsi hissəsində də məhkəmə iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiyanın pensiya təyin edilərkən 80.35 manat məbləğində nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının aldığı son haqq-hesab kimi ******* manat məbləği əsas götürmüş, həmin məbləğ 5000 rəqəminə bölünmüş, alınan 1928,34 manat əlavə son 24 ay nəzərə alınmaqla 24-ə bölünərək 80.35 manat müəyyən edilmişdir. Lakin cavabdeh həmin hesablamanın hansı hüquqi akta əsasən aparıldığını sübut edə bilməmişdir. Son haqq-hesaba münasibətdə istifadə edilən hesablama qaydasının qanunvericiliyin tələbinə deyil, cavabdehin daxili qaydasına uyğun olduğu aşkardır. Son haqq-hesabın ******* manat olması, eyni zamanda iddiaçının dövlət məvacibinin məbləğinin ******* manat olması nəzərə alınmaqla hesablama aparılmalıdır (bu zaman isə həmin rəqəmlərin nisbəti 6.68 kimi müəyyən edilir ki, iddiaçının pensiya təyin edilərkən dövlət məvacibinin 742.18 manat olması nəzərə alınmaqla son haqq-hesabın 80,35 yox, məhz 206,57 manat olduğu sadə riyazi hesablama yolu ilə müəyyən edilir).

14. Beləliklə, əmək pensiyası yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən hesablanmalı olduğundan, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğvinə dair idd ia da əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının mükafat və son haqq-hesaba görə əmək pensiyasının yenidən hesablanması barədə iddianın təmin edilməsi əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2021-ci il tarixli qərarının ləğvini zəruri edir. Son haqq-hesabın dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq uyğunlaşdırılması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etməyərək qeyd etmişdir ki, qanunvericiliyə əsasən, dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada qeyd edilmişdir. Lakin elə əlavələr də vardır ki, vəzifə maaşının artımı həmin əlavələrə təsir etmir. Son haqq-hesab nə f aizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab, Qaydaların 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”in növlərindən biri hesab edilir. Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə, qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayırır. Göründüyü kimi, Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsa belə, vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır.

15. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarı ilə(hakimlər X7 (məruzəçi), X4 və X5) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İddiaçı qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahi ş etmişdir. Cavabdeh isə qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1255/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X8) iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarı iddianın təmin edilmiş “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödəni lmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissələrində, o cümlədən rədd edilmiş “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissələrdə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 2-1(103)-508/2023 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir: Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və əmək pensiya məbləğini n geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi hissələrində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə cavabdehin qərarının (inzibati aktının) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə belə razılığın olmadığı müəyyən olunur. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən qərarların qəbul edilməsi ilə əlaqədar cavabdeh tərəfindən inzibati icraat düzgün qaydada aparılmamış, inzibati icraat zamanı iddiaçının iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülməmiş, iddiaçının dinlənilmə hüququ təmin olunmamış, bir sözlə “İnzi bati icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin, formalaşmış məhkəmə təcrübəsinə əsasən, əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilərkən, əmək pensiyasının hesablanması ilə bağlı qüvvədə olan sonuncu qərar və iddiaçının həmin qərara etimad hüququ nəzərə alınmalıdır. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı sonuncu – xx.xx.2019-cu il tarixli qərarın qüvvədə olması və iddiaçının həmin qərara etimad hüququ cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə olan halda, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi hissələrində iddiaçı haqlı dır. İddia tələbinin təmin olunan digər hissələrinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmək pensiyasının ödənilməsinin dayandırılmasından, sonradan isə pensiya məbləğindəki azalmadan narazı qalaraq cavabdehə müraciət etmiş və ona məlum olmuşdur ki, pensiya məbləğindəki azalma cavabdeh tərəfindən onun əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında olmuşdur. Cavabdehin qeyd edilən xx.xx.2021-ci il tarixli qərarının, eləcə də əmək pensiyası məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi ilə iddiaçıya ödənilən pensiya məbləği əvvəlki vəziyyətinə qayıtdığı halda, iddiaçının qalan digər tələblərinin də ödənilib-ödənilmədiyi qeyri-müəyyəndir. Başqa sözlə, iddia tələbi ilk iki hissəd ə təmin edildiyi halda, iddia tələbinin qalan digər hissələrinə münasibətdə iddiaçının hüquqi marağının olub-olmaması, həmin tələblər vasitəsilə iddiaçının əldə etmək istədiyi məqsədə çatıb-çatmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının “dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması”na dair tələbi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan əmək haqqı barədə arayışda (İ cild: iş v. 42) iddiaçının aldığı əsas əmək haqqının məbləği ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilən aylıq vəzifə maaşlarının məbləği fərqlənir. İşə bax an apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar arasındakı ziddiyyəti aradan qaldırmadan, işin qeyd olunan halını hərtərəfli araşdırmadan yalnız iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna (kserosurət) istinad etməklə, pensiyanın düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Halbuki, işə baxan apellyasiya instansiyası məhkəməsi ziddiyyətin səbəblərini araşdırmaq və bu halı aradan qaldırmaq üçün iddiaçının işlədiyi müəssisəyə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sorğu verə bilər, bununla da, iddiaçının tutduğu vəzifədəki vəzifə maaşının məbləğini mötəbər sübutlar əsasında müəyyən edə bilərdi. Bundan əlavə, iş materiallarında iddiaçının pensiyaya çıxmamışdan son 24 ay ərzində konkret olaraq dövlət qulluğ unun hansı vəzifəsində və ya vəzifələrində işləməsi barədə də konkret məlumat yoxdur. Odur ki, iddiaçıya ödənilən mükafatın vəzifə maaşına nisbətinin müəyyən edilməsi üçün yuxarıda qeyd olunan halların hərtərəfli araşdırılması tələb olunur”. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-1782/2024 nömrəli qərardadı ilə (hakimlər X9 (məruzəçi), X10 və X12) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3977/2022 saylı qərarı qismən - iddianın son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisb ətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində ləğv edilmiş və iddia həmin hissədə mümkün sayılmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbinin “son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması” tələbinə artıq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-638/2017 saylı qərarı ilə qiymət verilmiş və belə olan halda iddiaçı bunu yenidən mübahisələndirə bilməz. İddiaçı həmin qərarın cavabdeh tərəfindən düzgün icra edilməməsi ilə bağlı müvafiq ərizə ilə icraya nəzarət edən Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər.

23. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-1782/2024 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X12) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh inzibati orqanın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil ol an mükafatın faizlə 788 faiz (7.88 əmsal) nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, həmçinin iddianın qalan hissədə (dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi) təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na istinad edərək qeyd etmişdir ki, dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırı lmasına dair” müvafiq Sərəncamlarına əsasən əmək pensiyaları dövlət qulluqçularına münasibətdə artırılır. İddiaçı isə onun istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavənin də həmin Sərəncamlar əsasında artmalı olduğu qənaətindədir. Halbuki, Qaydalarda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada qeyd edilmişdir. Qaydaların 3 və 4-cü hissələrindən müəyyən edilir ki, qanunvericilik dövlət məvacibinin tərkibində olan vəzifə maaşı, əlavə və digər ödənişlərə münasibətdə fərqli mövqedən çıxış etmişdir. 3-cü hissədən görünür ki, həqiqətən də vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanmalıdır. Lakin, elə əlavələr də vardır ki, vəzifə maaşının a rtımı həmin əlavələrə təsir etmir. Belə ki, Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) vəzifə maaşından asılı olmayaraq spesifik qanunvericilik normaları ilə tənzimləndiyindən həmin normada müvafiq dəyişiklik edilməklə artırıla və ya azaldıla bilər. Bu səbəbdən də vəzifə maaşının artımı zamanı mütləq rəqəmlə müəyyən edilən əlavə, o cümlədən məbləğləri “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilən əlavələr “Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair müvafiq Sərəncamlarının qəbulu ilə əlaqədar dəyişməz qalır və həmin Qaydaların özünd ə dəyişiklik olmadığı müddətdə əmək pensiyasının yenidən hesablanması baş vermir. İddiaçı isə istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının sabit məbləğlə müəyyən edilən əlavə olmadığından məhz, Qaydaların 3-cü hissəsində olduğu kimi vəzifə maaşından asılı olduğundan hər dəfə müvafiq Sərəncamlara uyğun olaraq artırılmalı olması qənaətindədir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, son haqq-hesab məbləği vəzifə maaşına münasibətdə faizlə müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab məbləğinin müəyyən edilməsi ilə əlaqədar hesablama qaydasında da müəyyən edilir ki, həmin rəqəmin alınması zamanı vəzifə maaşına faizlə müəyyən edilmədən söhbət gedə bilməz. Həmin rəqəm hər nə qədər vəzifə maaşının artımından asılı olsa da, konkret faizlə müəyyən edilən əlav ə olmamışdır. Qaydaların 3-cü hissəsində faizlə müəyyən edilən əlavəyə misal kimi dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s. qeyd edilmişdir ki, və s. anlayışına misal olaraq məhkəmə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəni qeyd edir. Belə ki, həmin əlavə də qulluq stajına görə əlavədə olduğu kimi konkret faizlə müəyyən edilir. Göründüyü kimi son haqq-hesab nə faizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir. Son haqq-hesab Qaydaların 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”in növlərindən biri hesab edilir. Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayırır. Xüsusilə də 4-cü hissədə bu aşkar müəyyən edilir. Belə ki, həmin hissədən də görünür ki, “mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır” kimi ifadə işlətmişdir ki, həmin hissə onu qeyd edir ki, mütləq rəqəmlər müəyyən edilən əlavə, misal ixtisas dərəcəsinə görə əlavə haqq 40 manatdan 80 manata artarsa vəzifə maaşı və ona nisbətdə faizlə müəyyən edilən əlavələrdən başqa, həmçinin digər ödənişlər, yəni 9-cu hissədə qeyd edilmiş dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən d igər pul ödənişləri, hazırkı iş üzrə isə konkret olaraq son haqq-hesab nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Göründüyü kimi Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsalar belə vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır. Qeyd olunan halları nəzərə alaraq birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyası müvafiq Sərəncamlarla dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq artmamalıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə da xil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

26. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərar və qərardadından kassasiya şikayəti verərək həmin məhkəmə aktlarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

27. Şikayətdə Mülki Prosessual Məcəllənin 77, 217-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərar və qərardadı qanuni və əsaslı deyildir. Belə ki, apellyasiya instansiya məhkəməsi qərar v ə qərardadı qəbul edərkən işin hallarını tam araşdırmamış, qanunvericiliyin müddəalarını düzgün tətbiq etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

28. Cavabdeh iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

30. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edil məli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) də yişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

32. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Hazırkı iş üzrə iddiaçı apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar və qərardadı mübahisələndirir.

35. Məhkəmə kolle giyası hər bir məhkəmə aktına ayrıca münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 21(103)-1782/2024 nömrəli qərardadı

36. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli qərardadı və “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 19 dekabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirmişdir.

37. Lakin iddiaçı həmin qərardaddan kassasiya şikayətini 29 dekabr 2024-cü il tarixdə apellyasiya instansiya məhkəməsinin dəftərxanasına təqdim etmiş, bu zaman qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür. Belə ki, hazırkı iş üzrə apellyasiya məhkəməs inin xx.xx.2024-cü il tarixli qərardadı elektron kabinetə xx.xx.2024-cü il tarixdə yükləndiyindən kassasiya şikayətinin verilməsi üçün sonuncu müddət xx.xx.2024-cü il qəbul edilir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, 28 dekabr 2024-cü il tarix Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 499 nömrəli qərarına əsasən (https://nk.gov.az/az/senedler/qerarlar/is-ve-istirahet-gunlerinin-yerlerinin-deyisdirilme8449) iş günü hesab edildiyindən iddiaçı üçün kassasiya şikayəti verilməsi ilə bağlı son tarix məhz həmin tarix hesab edilir.

39. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə izah da göndərilmişdir. İzahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosess ual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

40. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kas sasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

42. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 21(103)-1782/2024 nömrəli qərarı

43. Hazırkı iş üzrə iddiaçının iddia tələbini verməkdə çatmaq istədiyi hüquqi nəticələr aşağıdakılardan ibarət olmuşdur: - cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi; - cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi; - iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması; - dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması.

44. Yuxarıda da qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsinin qərardadı ilə tələblərdən biri üzrə istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddia mümkün sayılmamışdır.

45. Digər 4 tələblə bağlı işə baxan apellyasiya instansiya məhkəməsinin qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 nömrəli, 04 may 2022-ci il tarixli qərarı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mü kafatın faizlə 788 faiz (7.88 əmsal) nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi, həmçinin iddianın qalan hissədə (dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi) təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

46. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğunu nəticəni prosessual qanunvericiliyə zidd hesab edərək bildirir ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar onun baxış predmetinə uyğun olmamışdır.

47. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(102)-1255/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarından görünür ki, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin qərarını iddianın təmin edilmiş “iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq-hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissələrində, o cümlədən rədd edilmiş “dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində ləğv etmiş, qalan hissədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmışdır.

48. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsinin baxış predmetini iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması, istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması, dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması təşkil etsə d ə, apellyasiya instansiya məhkəməsi səlahiyyətindən kənara çıxaraq kassasiya məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilmiş hallara yəni cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi; cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi yenidən baxmış və iddianı rədd etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 98.1-ci maddəsinin tələbinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti olduğundan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə prosessual pozuntu kimi qiymətləndirərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır.

50. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası iddiaçının hüquqi marağının yönəld iyi digər tələblərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması

51. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin tələbinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamədən də göründüyü kimi mükafatland ırma vəzifə maaşına nisbətdə müəyyən edilir. İş materiallarında olan pensiya işindən görünür ki, iddiaçı 2003-cü il üzrə vəzifə maaşı 320 min manat olduğu vaxt mart ayında 320 min manat, noyabr ayında 236500 manat, dekabr ayında 473 min manat, 2004-cü ildə vəzifə maaşının 320 min manat olduğu vaxt 236500 manat, vəzifə maaşının 1120 min manat olduğu vaxt oktyabr ayında 1120 min manat, noyabr ayında 704700 manat, dekabr ayında 1120 min manat, 2005-ci ilin mart ayında isə əmək haqqının 1443 min manat olduğu vaxtda 1443 min manat mükafat almışdır. Bu səbəbdən də iddiaçı müvafiq olaraq 2003-cü il üzrə 3.22 əmsala, 2004-cü ildə 3.37 əmsala, 2005-ci il üzrə isə 1.29 əmsala istinad edərək, ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibətdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına da ir iddia ilə müraciət etməkdə haqlı olmamışdır.

53. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı son 24 ayda vəzifə maaşının 788 faizi miqdarında mükafat almış, cavabdeh isə 691 faiz miqdar müəyyən etmişdir ki, nəticədə iddiaçının əmək pensiyasında mükafatın məbləği müəyyən edilərkən səhvə yol verilmiş, məbləğ 691 faiz kimi qeyd edildiyindən 257,97 manat kimi müəyyən edilmişdir. dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması.

54. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməs i üçün dövlət məvacibinin hesablanması Qaydaları”na eləcə də, həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na görə dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair” müvafiq Sərəncamlarına əsasən əmək pensiyaları dövlət qulluqçularına münasibətdə artırılır.

55. İddiaçı isə onun istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavənin də həmin Sərəncamlar əsasında artmalı olduğu qənaətindədir. Halbuki, Qaydalarda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada qeyd edilmişdir.

56. Qaydalar dövlət məvacibinin tərkibində olan vəzifə maaşı, əlavə və digər ödənişlər ə münasibətdə fərqli mövqedən çıxış etmişdir. Belə ki, qaydalarda əks edilmiş tələbə görə vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanmalıdır.

57. Lakin, elə əlavələr də vardır ki, vəzifə maaşının artımı həmin əlavələrə təsir etmir. Belə ki, mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) vəzifə maaşından asılı olmayaraq spesifik qanunvericilik normaları ilə tənzimləndiyindən həmin normada müvafiq dəyişiklik edilməklə artırıla və ya azaldıla bilər. Bu səbəbdən də vəzifə maaşının artımı zamanı mütləq rəqəmlə müəyyən edilən əlavə, o cümlədən məbləğləri “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 senty abr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilən əlavələr “Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair müvafiq Sərəncamlarının qəbulu ilə əlaqədar dəyişməz qalır və həmin Qaydaların özündə dəyişiklik olmadığı müddətdə əmək pensiyasının yenidən hesablanması baş vermir.

58. İddiaçı isə istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının sabit məbləğlə müəyyən edilən əlavə olmadığından məhz, Qaydaların 3-cü hissəsində olduğu kimi vəzifə maaşından asılı olduğundan hər dəfə müvafiq Sərəncamlara uyğun olaraq artırılmalı olması qənaətindədir.

59. Məhkəmə kollegiyası bildirir ki, son haqq-hesab məbləği vəzifə maaşına münasibətdə faizlə müəyyən edilən ə lavə hesab edilmir. Belə ki, son haqq-hesab “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”n 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”in növlərindən biridir və bu səbəbdən nə faizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir.

60. Ümumiyyətlə qeyd etmək lazımdır ki, adıçəkilən qaydalarda göstərilən digər ödənişlər anlayışı vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayrıdır.

61. Apellyasiya instansiya məhkəməsi bu hala aydınlıq gətirərkən əsaslı olaraq qeyd etmişdir ki, Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əla vələrdən ayırır. Xüsusilə də 4-cü hissədə bu aşkar müəyyən edilir. Belə ki, həmin hissədən də görünür ki, “mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır” kimi ifadə işlətmişdir ki, həmin hissə onu qeyd edir ki, mütləq rəqəmlər müəyyən edilən əlavə, misal ixtisas dərəcəsinə görə əlavə haqq 40 manatdan 80 manata artarsa vəzifə maaşı və ona nisbətdə faizlə müəyyən edilən əlavələrdən başqa, həmçinin digər ödənişlər, yəni 9-cu hissədə qeyd edilmiş dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri, hazırkı iş üzrə isə konkret olaraq son haqq-hesab nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Göründüyü kimi Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsalar belə vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır.

62. Odur ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyası müvafiq Sərəncamlarla dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq artmamalıdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), dövlət qulluqçularının əmək haqqının artırılma sı tempinə uyğun olaraq son haqq-hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsi barədə tələbi əsaslı olmamışdır.

64. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqq-hesabın) aylıq dövlət məvacibinin 6,68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2- 1(103)-1782/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 21(103)-1782/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal) müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının (son haqqhesabın) uyğunlaşdırılaraq əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası rədd edil sin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar