Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1413/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: pul təminatının, müavinətinin və maddi yardımın ödənilməsini) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Namiq Ələkbərovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyina t İdarəsinə qarşı pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-445/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 2007-ci ildən başlayaraq hal-hazıradək İddiaçı ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağı ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilməsini hesablayaraq birdəfəlik ödənilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail Rayon Şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o iddiaçı Azərbaycan Respublikasının Prokurorluq orqanlarında 40 il xidmət etmişdir, onun 30 ilini rəhbər vəzifələrdə çalışmışdır. 1998-ci idən pensiyaçıdır. 2-ci qrup əlildir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilir (Maddə 20.8). Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir (Maddə 20.9). Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir (Maddə 21.4). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin ödənişlər 2007-ci ildən sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil olmuş və qeyd edilən Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən aslı olmayaraq ödənilməlidir. Ona görə də cavabdehə müraciət edərək, 2007-ci ildən başlayaraq halhaz ıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində bidəfəlik pul müavinəti və hər il əmək haqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilməsini hesablanmasına dair qərar qəbul edərək, həmin vəsaitin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan **********4 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubla ərzəni təmin etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvülərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta-həmin qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün sosial sığorta hadisəsi baş verilməlidir. Qanunun maddəsində göründüyü kimi “aldıqları əmək haqqı” dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. Bildirilmişdir ki, tərəfinizdən müvafiq icra hakimiyyəti orqanı tər əfindən işlədiyiniz illərdə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağınızla əlaqədar olaraq ildə 1 dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 2 qat əmək haqqı həcmindən az olmayaraq maddi yardım almağınız barəsində heç bir rəsmi sənəd təqdim etmədiyinizdən pensiya hesablanarkən həmin əlavələrin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Çünki işlədiyiniz illərdə həmin əlavələri almamısınız. Hesab edir ki, cavabdeh orqan lazımı qanunlara istinad etmək əvəzinə iddiaçıya aid olmayan qanunları göstərərək xahişini yerinə yetirməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4048/2019 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 2009-cu ildən başlayaraq hal-hazıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsini hesablayaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının iddianın qalan hissədə təmin edilməməsi hissəsinin ləğ v edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınınləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-445/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva vəVidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin t əmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikasının Prokurorluq orqanlarında 40 il xidmət etmişdir, onun 30 ilini rəhbər vəzifələrdə çalışmışdır. 1998-ci ildən pensiyaçidır, 2-ci qrup əlildir, prokurorluğun veteranidır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir (Maddə 20.8). Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində bird əfəlik pul müavinəti verilir (Maddə 20.9). Prokurorluq işçilərinə hər il anlarin əmək haqqının ikiqat həcmindən az almayaraq maddi yardım verilir (Maddə 21.4). Həmin 20.8, 20.9 və 21.4-cü maddələr Qanun dərc edildiyi gündən, yəni, xx xxxx 2001-ci ildən qüvvədədir. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilirdi. Yalniz xx xxxxxxx 2007-ci ildə həmin Qanunun 20.14-cü maddəsinə dəyişiklik edilərək pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, o, 1998-ci ildən prokurorluq işçisi kimi pensiyaya çıxdığına görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqın da» Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələri ona da şamil edilməlidir. Belə ki, həmin güzəşt hüquqları tətbiq etmədiyinə görə cavabdeh onun, həmin hüquqa malik olan digər şəxslərlə qeyri-bərabər vəziyyətə salmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının iddiaçı tərəfindən verilən apelyasiya şikayətinin təmin edilmməməsi hissəsini ləğv edərək, iddia ərizəsinin tam təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,«Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan əlavələr nəzərə alınmaqla yenidən hesablama hissəsində: İ ddiaçının adı çəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almadığı şübhəsizdir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun xx xxxx 2001-ci il tarixdə qəbul edilib, xx xxxx 2001-ci ildə dərc olunub. İddiaçı 1998-ci ilin dekabr ayında prokurorluq orqanlarından xaric edilmişdir. Göründüyü kimi, iddiaçının adı çəkilən Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. Sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. Əlavələri almamış iddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Onlara görə, həmin əlavələr sonrakı artıq deyildir. ƏPQ-nin 20.8-ci maddəsinə (hazırda qüvvədə olan mətni nə) görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, … müəyyən edilir. Göründüyü kimi, ƏPQ-nin 20.8-ci maddəsi pensiyanın «əmək haqqının orta aylıq məbləğindən» hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, ƏPQ, «orta aylıq məbləğ» və «sonrakı artım» anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, «orta aylıq məbləğ» şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, «sonrakı artım» isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa söz lə, «orta aylıq əmək haqqı» anlayışı «əmək haqqının sonrakı artımı» anlayışından daha genişdir, çünki «orta aylıq əmək haqqı»na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, 20.8-ci maddəyə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə görə, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibbi xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti ve rilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Digər tərəfdən, Qanunun 20.9-cu maddəsinə münasibətdə isə, daha bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1-ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş «prokurorluq işçiləri» ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici 1-ci cümlədə «prokurorluq işçiləri» deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Deməli, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə isə daha bir halı qeyd e tmək zəruridir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı» təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-445/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Ələkbərov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansi yası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, xx xxxxxx 2020-ci il tarixli qərarının iddiaçı tərəfindən verilən apelyasiya şikayətinin təmin edilməməsi hissəsini ləğv edərək, iddia ərizəsinin tam təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini, cavabdehin isə kasasiya şikayətinin rədd edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində q anuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, iddiaçının kasasiya şikayətinin təmin edilməməsini, cavabdehin isə kasasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-445/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsi nə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-cu il tarixli, 2-1(103)-445/2020 saylı qərarla, iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4048/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən «Proku rorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9, 20.14, 21.1, 21.4-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.5, 20.1.5-1, 20.8, 20.8.3, 29.3, 32.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarla və həmin qərardan həm iddiaçının, həm də cavabdehin verdikləri kasasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1937-ci il tarixdə anadan olmuşdur. İddiaçı əmək veteranıdır. İddiaçı müddətsiz ikinci qrup əlildir. O, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı hazırkı tə ləblə cavabdeh orqana müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə hazırkı tələblə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi xx xxxxxxxx 2019-cu il tarixli, **********4 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının işlədiyi illərdə həmin əlavələri almadığı səbəbindən, iddiaçının müvafiq icra hakimiyyəti orqanı tərəfindən işlədiyi illərdə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar olaraq ildə 1 dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 2 qat əmək haqqı həcmindən az olmayaraq maddi ya rdım alması barədə heç bir rəsmi sənəd təqdim etmədiyindən pensiya hesablanarkən həmin əlavələrin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı həmin imtina ilə razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi və prosessual hüquq normalarına istinad edərək sözügedən qənaətə gələrkən belə hesab etmişdir ki, iddiaçının tələbi 2009-cu ildən başlayaraq hal-hazıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsini hesablanaraq birdəfəlik ödənilməsi hissəsində əsaslı olmuşdur. Lakin xx xxxxxx 2009-cu il tarixdə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklərin qüvvəyə mindiyi tarix) pensiya qanunvericiliyində edilmiş dəyişikliklə 25 ildən artıq müddət xidmət etmiş prokurorluq işçilərinə əmək pensiyasının istənilən 60 aylıq və ya son 24 aylıq əmək haqqının məbləği nəzərə alınmaqla hesablanmasında seçim edilməsi onun vəziyyətini yaxşılaşdıran hal kimi həmin tarixdən əvvəl pensiyaya çıxmış prokurorluq işçilərinə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən şamil edilir. Odur ki, iddiaçının həmin əlavələrin 2007-ci ildən ödənilməsinə dair dəlilləri əsassızdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunduğu kimi iddiaçı Azərbaycan R espublikasının Prokurorluq orqanlarında 40 il xidmət etmişdir, onun 30 ilini rəhbər vəzifələrdə çalışmışdır. 1998-ci ildən pensiyaçıdır. 2-ci qrup əlildir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsində göstərilir ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. İddiaçı cavabdehə müraciət edərək, 2007-ci ildən başlayaraq ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağı ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilməsinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx xxxxxxxx 2019-cu il tarixli, **********4 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki göstərdiyi dəlilləri əsaslıdır, belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının prokurorluq orqan larında 40 il xidmət etmiş, onun 30 ilini rəhbər vəzifələrdə çalışmış, 1998-ci ildən təqaüdə çıxmış, 2-ci qrup əlildir, prokurorluğun veteranıdır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8-ci maddəsinə görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə müvafiq olaraq prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Xatırlatmaq zəruridir ki, sözügedən Qanunun həmin maddələri xx xxxx 2001-ci ildən, yəni, Qanun dərc edildiyi gündən qanuni qüvvəyə minmişdir. Bu arada qeyd edilməlidir ki, təqaüdə çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanuna əsasən təyin edilmiş, xx xxxxxxx 2007-ci ildə həmin Qanunun 20.14-cü maddəsinə dəyişiklik edilərək pensiya (təqaüdə) çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçirilir. Belə olan halda iddiaçıya 2009-cu ildən deyil, 2007-ci ildən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-ci maddələrinin tələbləri şamil edilməlidir, belə ki, iddiaçının 1998-ci ildən prokuror işçisi kimi pensiyaya (təqaüdə) çıxması işin təkzibolunmaz faktıdır. Cavabdehin kasasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri formal mülahizələrə əsaslandırılmışdır, ümumi və deklarativ xarakter daşıyır. Belə ki, işin araşdırılmış hallarından və maddi hüquq normalarının məzmunundan göründüyü kimi, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinin müddəaları iddiaçıya aid edilməli, 2007-ci ildən başlayaraq hal-hazıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən maddi yardım verilməsi hesablanaraq birdəfəli k ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsində «az olmayaraq» kimi qeyri-müəyyən, dəqiq olmayan və əslidə anlaşılmayan ifadədən ibarətdir ki, bu da gələcəkdə məhkəmə aktının icrasını çətinləşdirə bilər ki, bu da yolverilməzdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməli, cavabdehin kasasiya şikayəti isə qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qismən, yəni, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının «İddia qismən təmin edilsin. İddiaçı 2009-cu ildən başlayaraq» və «az olmayaraq», həmçinin «iddia qalan hissədə təmin edilməsin» hissələrinin dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilməli, iddiaçının iddiasının təmin edilməsi barədə qərar qəbul edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qalan hi ssədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)445/2020 saylı qərarı qismən, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4048/2019 saylı qərarının «İddia qismən təmin edilsin», «İddiaçı 2009-cu ildən başlayaraq», «az olmayaraq», «iddia qalan hissədə təmin edilməsin» hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsi ləğv edilsin. İddiaçının iddiası təmin edilsin. «Az olmayaraq» sözləri xaric edilməklə İddiaçı 2007-ci ildən başla yaraq hal-hazıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqının ikiqat həcmində maddi yardım verilməsini hesablayaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı qalan yəni, “birinci instansiya məhkəməsinin 2009-cu ildən başlayaraq hal-hazıradək ona ödənilməli olan hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmində maddi yardım verilməsini hes ablayaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın” hissəsi dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1413/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1413/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver