Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1414/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami ray onu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/26 nömrəli ünvanına dair məhrum atası X4 adına arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2635/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı xx xxx 1968-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonunun Ərəfsə kəndində anadan olmuşdur, atası X8, anası X1r, hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. (İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə, AZE seriyalı, *** ***** nömrəli şəxsiyyət vəsiqəsi) xxxx ev evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X6 məxsusdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısına 15.11.2001-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı anadan olduğu və bu günə kimi yaşadığı özbaşına tikilmiş evə müstəsna hal kimi pasport qeydiyyatına alınmasına Bakı şəhər İcra Hakimiyyəti öz razılığını bildirir və bu barədə müvafiq sərəncam verilməsini xahiş edir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1032/2001 nömrəli, 10.05.2002-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh Nizami rayon İcra Hakimiyyətinə qarşı “mənzildə yaşamaq hüququnun tanınması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilərək, X4, İddi açı və onun ailə üzvlərinin Bakı şəhəri, Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 4/26-da yaşamaq hüququ tanınmışdır. X8 21 iyun 2014-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, ölüm faktı Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. (AZ-İ seriyalı, 709307 nömrəli ölüm haqqında şəhadətnamə) İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək ünvan 4 fərdi yaşayış evinə dair məlumatların verilməsini xahiş etmiş, cavabdeh **********48 nömrəli, 28.09.2017-ci il tarixli və **********65 nömrəli 12.02.2018-ci tarixli məktublarla bildirmişdir ki, qeyd edilən ünvanın qeydiyyatdan keçməsi haqqında İdarənin arxivində məlumat aşkar ol unmamışdır. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı “cavabdehin **********48 nömrəli 28.09.2017-ci il tarixli və **********65 nömrəli 12.02.2018-ci il tarixli məktublarının etibarsız hesab edilməsi, cavabdehin hüquqi varisi olduğu Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyi tərəfindən ünvan 4 ünvanına dair mərhum atası X4 adına aprel 1972-ci ildə tərtib etdiyi texniki pasportda göstəricilərin ad və soyad hissəsində düzgün tərcümə olunmaması və arayış verilməsindən imtina əsası ilə hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə ünvan 4 ünvanına dair mərhum atası X4 adına arayış verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir İddiaçı bildirmişdir ki, Az.SSR Kommunal Təsərrüfat Naz irliyi tərəfindən aprel 1972-ci ildə mərhum atası X4 adına hazırda qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Keşlə qəsəbəsi, N.Abdullayev 4/26 ünvanına dair texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra özbaşına tikililərin özəlləşməsi ilə bağlı Bakı şəhər İcraiyyə Komitəsinin 20-ci sessiyasının 1989-cu il tarixli qərarı icra olunmağa başlamışdır. Bakı şəhər İcra Hakimiyyətinin 08.07.1998-ci il tarixli sərəncamı ilə həmin qərarın icrası dayandırılmışdır. Bu ərəfədə o, əvvəlcə sovet ordusunda, sonra isə Azərbaycan ordusunda xidmət etdiyindən vaxtında evi sənədləşdirə bilməmişdir. 19982004-cü illərdə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə bir neçə dəfə o və mərhum atası müraciət ed ərək evin sənədləşdirilməsini xahiş etmiş, lakin müsbət nəticə əldə edə bilməmişlər. Daha sonra iddiaçı 14.09.2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, 3/264 nömrəli inventar, Bakı şəhəri, Keşlə qəsəbəsi, N.Abdullayev (keçmiş adı Vexniki Bax) 4/26 ünvanındakı evin və torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayış verilməsini xahiş etmişdir. Lakin cavabdeh 28.09.2017-ci il tarixli **********48 nömrəli imtina məktubu ilə X2 adına ünvan 4 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivdə aşkar olunmaması barədə məlumat vermişdir. ), yenidən müraciət edərək 05.02.2018-ci il tarixdə arxivdə saxlanan texniki pasportun surətini tələb etmiş, cavabdeh **********65 saylı 12.02.2018-ci il tarixli cavab məktubu ilə texniki pasportun X5 adına tərtib olunub surətinin ona göndərildiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən və təqdim edilmiş sənədlərin surətlərindən göründüyü kimi, cavabdeh mərhum X4 adına ünvan 4 ünvanına dair arayış verilməsini təmin etmək niyyətində deyil. Cavabdeh inzibati orqan iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin üzərinə Nizami Rayon Məhkəməsinin 21.07.2006cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Torpağa dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Aparılan araşdırma zamanı ərazidə sahəsi 100 kv.metr olan yarımçıq tikilinin olduğu və 90 kv.metr mansardın (natamam vəziyyətdədir) istifadədə olduğu, yaşayış evinin bir hissəsinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. İddiaçı Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 4 ünvanında yerləşən torpa q sahəsinə və yaşayış evinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etsə də, iddia tələbi həmin ünvana dair mərhum atası X4 adına arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2-1(82)1664/2018 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, ünvan 4 ünvana dair İddiaçı mərhum atası X4 adına arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ölmüş şəxsə aid daşınmaz əmlaka dair mülkiyyət hüquqları ölmüş şəxsin adına deyil, hüququn ona məxsus olması barədə arayışı və vərəsəlik sənədlərini təqdim edən qanun və ya vəsiyyət üzrə vərəsənin adına rəsmiləşdirildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci tarixli, 21(103)-2635/2018 nömrəli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və Ş.A.Məmmədova) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2-1(82)-1664/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 29 noyabr 2018-ci tarixli, 21(103)-2635/2018 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı müvafiq fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə 08.07.2017-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.03.2005-ci il tarixli qətnaməsi əsasında müvafiq fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2008-ci il tarixli qətnam əsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.03.2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması”na dair iddia tələbi rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Lakin müvafiq mülki iş üzrə yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan başqa, X4 adına ünvan 7 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. Müvafiq torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd, vərəsəlik işinin açılması barədə notariat orqanları tərəfindən verilmiş məktub, həmçinin ərizəyə əlavə olunmuş texniki pasportla İddiaçı arasında əlaqəli sənəd əlavə olunmamışdır. Həmçinin, mü vafiq ünvanda aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, ümumi sahəsi 100.0 kv.m olan yarımçıq tikili və “A” tikilisinin üzərində sahəsi 90.0 kv.m olan mansard (yarımçıq vəziyyətdə) mövcuddur. Habelə, sözügedən yaşayış evinin bir hissəsi qəzalı vəziyyətdədir. Qeyd olunan səbəblərdən, ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu göndərilmişdir. Qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, üçüncü şəxslərin cəlb edilməsi və ekspertizanın keçirilməsi barədə idarənin vəsatəti təmin edilməmiş, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərarlar qəbul edilmiş, lakin müvafiq qərarlar məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nə uyğun qaydada əsaslandırılmamışdır. Həmçinin müvafiq inzibati işə dair qərar qəbul olunarkən prosessual hüquq normaları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, müvafiq inzibati işlə bağlı 29.11.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən idarəyə bildiriş göndərilməmişdir. Kassasiya şikayətinə etiraz: İddiaçı kassasiya şikayətinə yazılı etiraz göndərərək apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci tarixli, 2- 1(103)-2635/2018 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüqu q istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin: 3.0.12-ci bəndində əsasən, daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklü lüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək; 3.0.13. hüquq sahibinin sorğusuna əsasən, ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə hüquq sahibinə məlumat vermək; 3.0.14. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq; 3.0.15. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.0.16. məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək Xidmətin vəzifələrindəndir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qa nununa əsasən, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. (maddə 22.1, 22.2) xxxx evin iddiaçının mərhum atası X6 məxsus olması iş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Na zirliyi X3 Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş bu sənədin fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olması nəzərə alınarsa, məhkəmə kollegiyası hesab edir ki, X8 onun bu hüququnu təsdiq edən çıxarışı almadan öldüyünə görə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə istinad edərək daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə iddia tələbini əsaslı saymışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının mübahisəli y aşayış evinin onun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbi rədd edilmiş, bu barədə məhkəmə qətnaməsi qüvvədə qalmış olsa da, iddiaçının xxxx evə mülkiyyət hüququnun olması barədə əsas hüquqmüəyyənedici sənəd iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdur. Odur ki, X4 qanuni vərəsəsi kimi onun oğlu olan hazırkı iş üzrə iddiaçının həmin yaşayış evinin mərhum atasına məxsus olması barədə arayış alması üçün qanuni əsaslar yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 15-ci maddəsinə deyilir ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina e dilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7. 2-ci bəndinə əsasən isə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Şikay ətdə qeyd edilən dəlillərdən biri də ondan ibarətdir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 29.11.2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə apelyasiya instansiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 08.11.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X7 iştirak etmiş, işin 29.11.2018-ci il tarixə, saat 14:45-a təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. (iş vər 114) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188.2-ci maddəsində qeyd edilir ki, işə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci tarixli, 2-1(103)-2635/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1414/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1414/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver