Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1414/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: binanın mansarda hissəsində yerləşən mənzilə dair mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-105/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: ünvan 1 ünvanlarda yerləşən bir ədəd 3 girişli 12, 14, 16 və 2 ədəd 2 girişli 18, 20 və 22, 24, 12 mərtəbəli yaşayış binaları “xxxx” MTK-ya məxsusdur. Qeyd olunan MTK-nın sədri ilə hazırkı İddiaçı arasında xx xxx 2016-cı il tarixdə 14/13 saylı müqavilə bağlanmışdır. Müqavilədə həmin ünvandakı 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin iddiaçının öz şəxsi vəsaiti hesabına tikilməsi və gələcəkdə bununla bağlı bütün kommunal xərclərin onun öz üzərinə götürməsi nəzərdə tutulmuşdur. “xxxx” MTK tərəfindən ayrılmış mansarda sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib olunaraq ona verilmişdir. İddiaçı da öz növbəsində həmin sahədə öz vəsaiti hesabına yaşayış sahəsini inşa edib, neçə müddətdir istifadə edir. İddiaçı müvafiq qaydada sənədlərini toplayıb sözügedən mansarda sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixli ********** saylı ərazi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat xx xxxxxx 2018-ci il tarixli, **********01 saylı məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının ərizəsinə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş eskiz layihə, tikintiyə icazə verilməsi barədə qərar, obyektin istism ara qəbul edilməsi haqqında qəbul kommisiyasının aktı (istismara icazə sənədi) əlavə edilməmişdir. Həmçinin, sözügedən əlavə sahə on iki mərtəbəli yaşayış binasının dam hissəsində binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşdiyindən sözügedən əmlaka dair reyestrdən çıxarışın verilməsi mümkün deyil. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək Ünvan1 ünvanında yerləşən 134 kv.m. mansard sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və iddiaçının təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus mansard sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mansarda sahəsi qanuna müvafiq ona ayrılmış, həmin mansard ona naturada təhvil verilmiş, iddiaçı da öz növbəsində mansardı öz vəsaiti hesabına inşa edərək hal-hazıra kimi faktiki sahiblik hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir, belə ki, mansard sahəsi 2016-cı ildən etibarən iddiaçının istifadəsindədir və onun “xxxx” MTK-ya borcu yoxdur. Bu səbəbdən iddiaçı hesab edir ki, qanuni istifadəsində olan mansarda sahəsinə dair iddiaçının adına çıxarış və texniki pasport verilməlidir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3111/2018 nömrəli qərardadına əsasən, iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1119/2019 nömrəli qərardadına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3111/2018 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2618/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 13 4 kv.m mansard sahəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərinə əsasən, İddiaçı “xxxx” MTK-ya müvafiq pay haqqını ödəməklə ünvan 4 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və digər qanunvericilik aktları çoxmərtəbəli binanın mansard sahəsinin qeyriyaşayış təyinatlı olmasına məhdudiyyət qoymur, iddiaçının müvafiq qeyri-yaşayış sahəsi yerləşən binada mənzilinin olması da ona dəlalət edir ki, iddiaçı müvafiq mənzil-tikinti kooperativinin üzvüdür. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-105/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2618/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmiş dir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanır ki, həmin əsaslardan hər hansı birinin olduğu hazırkı işdə müəyyən edilmir. Həmçinin, iddiaçının mübahisələndirildiyi mansard sahəsi sözügedən çoxmərtəbəli yaşayış binasının təsdiqlənmiş layihəsində nəzərə alınmadığından ( əks olunmadığından ), həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 0090 saylı Tikinti obyektinin istismarına İcazə sənədində mansard sahəsinin mövcudluğu qeyd edilmədiyindən, eyni zamanda sözügedən çoxmərtəbəli yaşayış binasının müvafiq komissiya tərəfindən istismara qəbul edilməsinə dair hər hansı bir s übut olmadığından inzibati orqanın daşınmaz əmlakın, yəni mansardın mənzil kimi qeydiyyata alınma-sından imtina etməsi qanuni və əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-105/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsinin iddianı rədd etməsinin əsas səbəbi mübahisəli mansard sahəsinin çoxmərtəbəli yaşayış binası-nın təsdiqlənmiş layihəsində nəzərə alınmaması, tikinti obyektinin istismarına icazə sənədində mansard sahəsinin mövcudluğunun qeyd edilməməsi olmuşdur. Qeyd edilən səbəblər 2016-cı ildən iddiaçının sahibliyində və istifadəsində olan mansard sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas ol a bilməz. Çünki, həmin sahənin iddiaçı tərəfindən tikilməsi ilə əlaqədar olaraq tikinti şirkəti ilə iddiaçı arasında müqavilə mövcuddur. Həmin müqavilədə və maliyyə arayışında qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansard sahəsinə görə iddiaçının “xxxx” MTK-ya heç bir borcu yoxdur. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 60, 71-ci, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.2.2, 15.2, 20.2-ci, Mülki Məcəllənin 139.3, 140.1, 146, 152.1, 157.1, 178.1-ci, Mənzil Məcəlləsinin 112.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-105/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Ali Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-105/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 1 ədəd 3 girişli, 12, 14, 16 və 2 ədəd 2 girişli 18, 20, 22, 24, 12 mərtəbəli yaşayış binaları “xxxx” MTK-ya məxsusdur. Ünvan5 ünvanında yerləşən 13 mərtəbədə tikilmiş mansarda sahəsi 134 kv.m olan, 12-ci mərtəbədə yerləşən İddiaçı şəxsi vəsaiti hesabına təmir olunmuşdur və onun “xxxx” MTK-ya borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “ünvan 5 ünvanında yerləşən 14 sa ylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin pay haqqının iddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı olsa da, sözügedən binanın mansarda sahəsində mənzilin yerləşməsinə, eləcə də, həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair hər hansı sənəd cavabdeh inzibati orqana və məhkəməyə təqdim olunmamışdır. İddia olunan mənzilin mövcudluğu ünvan 5 ünvanında yerləşən 14 saylı binanın hüquqmüəyyənedici sənədlərində (yaşayış evinin layihəsində, istismara icazə sənədində) nəzərdə tutulmadığı üçün, cavabdehin həmin mənzil üzərində hüquqların qeydiyyata alınmasından imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən mansarda sahəsi sözügedən çoxmərtəbəli yaşayış binasının təsdiqlənmiş layihəsində nəzərə alınmamış və işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 0090 saylı tikinti obyektinin istismara icazə sənədində mansarda sahəsinin mövcudluğu qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin belə bir nəticəyə gəlməsi üçün birinci növbədə binanın təsdiqlənmiş eskiz layihəsini tələb etməklə onu nəzərdən keçirməli və işə əlavə etməli idi, lakin adıçəkilən eskiz layihəsi isə işə əlavə olunmamışdır. İşə əlavə olunmuş Bakı ŞİH-in tikinti obyektinin istismara icazənin verilməsi sənəd ində yaşayış və qeyri-yaşayış sahələrinin ümumi həcmi göstərildiyindən, həmin sənəd binanın mansarda sahəsinin layihədə nəzərdə tutulubtutulmaması kimi nəticəyə gəlmək üçün kifayət deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci mad dəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi mansarda mərtəbəsinin mənzil hesab olunmadığını bildirsə də, bu mövqeyini İPM-in 12-ci və 58.7-ci maddələrinin tələbləri baxımından əsaslandırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Göründüyü kimi, qanunverciliklə mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsi isə göstərilən normanı nəzərə almamış, mansarda mərtəbəsin i mənzil kimi qiymətləndirməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır. Beləliklə, iş üzrə araşdırılmalı olan hak – MTK üzvü kimi iddiaçıya ayrılmış sahənin Aktda qeyd olunan mənzillərin tərkibinə daxil edilib-edilmədiyidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İşin faktiki halları, həm də qeyd edilən normanın tələbləri nəzərə alınmaqla tədqiq edilməli və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə İPM-in göstərilən tələblərini pozaraq işə tam və obyektiv baxılması üçün ətraflı araşdırma aparmamış, nəticədə əsaslandırılma-mış qərar qəbul etmişdir. İPM-in 96.5-ci maddəsinə görə, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərar ləğv olunmalı və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi ünvan 5 ünvanında yerləşən 14 saylı binanın 13-cü mərtəbəsində yerləşən 134 kv.metr mansarda sahəsinin sözügedən binanın təsdiqlənmiş eskiz layihəsində yaşayış sahəsi kimi nəzərə alınıb-alınmadığını müəyyən etməli, nəticədən a slı olaraq əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edi lsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-105/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1414/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1414/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver