Məhkəmə qərarları › İş №2-1(102)-1414/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1414/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1414/2021 21.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 05.05.2021-ci il tarixli, 2-1(103)-694/2021 nömrəli qərardadından ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 108 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Z.Tağıyev) 02.11.2018-ci il tarixl i 2-1(82)-4323/2018 saylı qərarında 17.05.2013-cü il tarixli maliyyə arayışına və 11.08.2011ci il tarixli 176 saylı müqaviləyə istinad edərək iddianı əsaslı hesab etmiş və iddia tələbini təmin etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)4323/2018 saylı qərarı qərardan şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilmədsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. 4. ünvan 2 ünvana dair İddiaçı adına çıxarış (№ **********) hazırlanaraq verilmişdir. 5. 13.02.2020-ci il tarixdə "xxxx" MMC məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli 2-1(82)4323/201 8 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(103)-930/2020 saylı qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin apellyasiyası mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 7. "xxxx" MMC 20.08.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. "xxxx" MMC həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin üzərinə həbs qoyulması və hər hansı bir təmir-tikinti işlərinin aparılmasının İddiaçı qadağan edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2 018 saylı qərardadı ilə "xxxx" MMC-nin 3-cü şəxs qismində işə cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli).

9. Məhkəmə qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4323/2018 saylı, 02.11.2018-ci il tarixli qərarının "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunduğu müəyyən edilməmişdir.

10. Həmin qərardaddan narazı qalan "xxxx" MMC apellyasiya şikayəti vermişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 21(103)-694/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Cahangir Yusifov və Aida Hüseyn) şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2-1(112)-4323/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərardadı ərizəçinin nümayəndəsinə 27.05.2021-ci il tarixində təqdim edilmişdir.

14. Ərizəçi 04.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-694/2021 nömrəli qərardadının ləğv edilməsini və "xxxx" MMC-nin ərizələrinə baxaraq həmin ərizələrin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə təqdim edilmiş sənədləri və materialla rı hərtərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışı həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu isə birbaşa olaraq ərizəçinin hüquqlarına toxunur. Məhkəmə bununla İPM-in 28-ci və 80.1-ci maddələrinin tələblərini pozmuş, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin i craatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

20. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

21. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına c əlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qor unan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər”.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın da" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqument lərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifa yətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

29. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 02.11.2018-ci il tarixli 2-1(82) 4323/2018 saylı qərarla iddianı təmin edərkən 17.05.2013-cü il tarixli maliyyə arayışına və 11.08.2011-ci il tarixli 176 saylı müqaviləyə istinad etsə də, iş materiallarına həmin maliyyə arayışı və müqavilənin əsli yox, kserosurəti əlavə edilmişdir.

30. Ərizəçinin də əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi və məhkəmənin iddianı təmin edərkən istinad etdiyi 11.08.2011-ci il tarixli 176 saylı müqavilə üzrə İddiaçı öhdəliklərini yerinə yetirmədiyi halda, ərizəçi tərəfindən inşa olunan yaşayış binasında yerləşən mənzilə dair maliyyə arayışı əldə etmişdir. Halbuki, 17.05.2013-cü il tarixli maliyyə arayışı "xxxx" MMC tərəfindən verilməmişdir.

31. Ərizəçi göstərilən hallara istinad edərək həmin sənədlərin saxta olduğunu bildirmiş, apellyasiya instansiyası məhkəməsi isə ərizəçinin qeyd olunan dəlillərinə qiymət verməmişdir. Halbuki, hazırkı qərarın 21 və 25-ci bəndlərində göstərilən normaların məzmununa, eləcə də Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 24-cü bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun tələblərini nəzərə alaraq ərizəçi "xxxx" MMC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi məsələsinə baxmalı idi.

32. Odur ki, ərizəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-694/2021 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidi r.

33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ərizəçi "xxxx" MMC-nin dəlilləri üzrə ətraflı araşdırma apararaq ədalətli qərar qəbul etməlidir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 21(103)-694/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar