Məhkəmə qərarları › İş №2-1(102)-1414/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1414/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1414/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: soyadın dəyişdirilməsi və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “soyadının dəyişdirilməsi və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınma sı” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1(103)-483/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1995-ci il təvəllüdlü iddiaçı soyadının dəyişdirilərək “Hüseynov” kimi yazılması və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması barədə cavabdehə müraciət etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Аdın, аtа аdının və sоyаdın vеrilməsi və dəyiş dirilməsi Qаydаlаrı”nın 6.15ci bəndinə əsasən, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də, adın, аtа аdının və sоyаdın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədilə Qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Nəsimi rayon Polis İdarəsi tərəfindən aparılmış yoxlama zamanı iddiaçının soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

3. Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişini n məhdudlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

4. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1, 264, 66 və 70-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhr um etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il şərti sınaq müddəti təyin edilmişdir. N.N.Rəşidli barədə Səbail RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.20-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, N.N.Rəşidli barədə Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin N.N.Rəşidli Xət ai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 29, 151-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. maddəsi ilə cinayət İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, soyadının dəyişdirilib “Hüseynov” kimi yazılması və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 18, 7 nömrəli mənzildə anası ilə birlikdə yaşayır. X2 2007-ci ildə vəfat etmişdir. X1r. İddiaçı doğulanda valideynləri tərəfindən ona ata babasının adına uyğun soyad verilmişdir. Doğulduqdan sonra doğum haqqında şəhadətnaməsi və digər sənədlərində soyadı “Rəşidli” kimi qeyd edilmişdir. Ailə üzvləri isə “Hüseynov” soyadını daşıyırlar. İddiaçı soyadının fərqli olduğuna görə psixoloji narahatlıqlar keçirmiş və komplekslər yaşamağa başlamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. İmtinada göstərilmişdir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən aparılmış yoxlama zamanı soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. İmtina məktubu iddiaçının hüquqlarını kobud şəkildə pozur, polis orqanına sorğu verib axtarışda olub-olmaması müəyyən edilməlidir. İd diaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin olunmasını xahiş edir.

8. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 20 iyul 2023-cü il tarixli, 2-1(112)-8906/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi soyadının dəyişdirilərək doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması kimi hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəməyə təqdim edilmiş icraat materiallarında olan sənədlərin və məhkəmənin iş üzrə topladığı sübutların qiymətləndirilməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh qanunun tələblərinə t am riayət etmişdir. Belə ki, iddiaçının soyadının dəyişdirilməsi ilə bağlı müraciəti əsasında cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı sübutlar toplanılmış, müvafiq orqanlardan rəylər və məlumatlar alınmışdır. İnzibati icraat materiallarında olan Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iddiaçının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən təqsirləndirici material olduğundan, soyadın dəyişdirilməsinin məqsədəmüvafiq olmaması bildirilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi kimi hərəkətlərində (inzibati fəaliyyətində) qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarı n ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 16 yanvar 2024-cü il tarixli, 2-1(103)-483/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinin yanlış tərtib edilməsi, cinayət prosessual qanunvericilikdə təqsirləndirici material anlayışını n olmaması, onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmaması ilə əsaslandırılmışdır. Apellyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, doğrudur, hazırda məhkumluğu olan şəxs hesab olunmasa da, onun cinayətkarlığa meyilli şəxs olması kifayət qədər təsdiq olunur. Belə ki, iddiaçı 2012-ci il tarixdə ehtiyatsızlıqdan və qəsdən törədilən cinayətə görə məhkum olunmuş, sonrakı tarixlərdə məhkum olunmasa da, lakin barəsində 2016, 2017 və 2022-ci il tarixlərdə müxtəlif qəsdən törədilən cinayətlərlə əlaqəli olan müxtəlif maddələrlə cinayət işləri başlanılmışdır. İddiaçının hazırda belə bir iddia tələbi ilə çıxış etməsi, onun əvvəlki məhkumluqlarını pərdələmək məqsədi daşımasını güman etməyə kifayət qədər əsas verir.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının barəsində cinayət işi başlanılmamışdır. Sadəcə olaraq barəsində şikayət olmuş, o da, öz təsdiqini tapmamışdır. Həmin materialın cinayət işi adlandırılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. İddiaçıya münasibətdə yuxarıda göstərilən hallardan heç biri mövcud deyil. Əksi varsa, inzibati orqan sübut etmək məcburiyyətindədir. Həmçinin soyadın dəyişdirilməsi elektron sistemdə qeyd edilir, şəxs haqqında bütün məlumatlar orada göstərilir. Şəxsin soyadını dəyişdirməklə hər hansı məhkumluqdan yayınmağa cəhd etməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsinin şəxsi mülahizəsinə əsaslanan qənaəti tamamilə qanunsuz və əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. Аzərbаycаn Respublikasının Mülki Məcəlləsi Maddə 26.1. Hər bir fiziki şəxsin аddаn, аtа аdındаn və sоyаddаn ibаrət аdı оlmаq hüququ vаrdır.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə

190. Adın, аtа аdının və sоyаdın dəyişdirilməsi vətəndаşlаrın dаimi yаşаyış yеrində qеydə аlınır. 19. Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin xx.xx.2011-ci il tаriхli, 79 nömrəli Qərаrı ilə təsdiq еdilmiş “Аdın, аtа аdının və sоyаdın vеrilməsi və dəyişdirilməsi Qаydаlаrı” 1.1. Bu Qаydаlаr Аzərbаycаn Respublikası Ədliyyə Nazirliyinin, Nахçıvаn Muхtаr Rеspublikаsı ərаzisində Nахçıvаn Muхtаr Rеspublikаsı Ədliyyə Nаzirliyinin rаyоn (şəhər) qеydiyyаt şöbələri və yа rаyоn, şəhər, şəhər rаyоnu icrа hаkimiyyətlərinin nümаyəndəlikləri, хаricdə dаimi yаşаyаn Аzərbаycаn Respublikasının vətəndаşlаrınа münаsibətdə kоnsulluqlаr tərəfindən аdlаrın, аtа аdlаrının və sоyаdlаrın vеrilməsi, həmçinin qеydiyyаt şöbəsi və yа kоnsulluq tərəfindən оnlаrın dəyişdirilməsi məsələlərini tənzimləyir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməs inə yol verilmir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası 7.2. Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məh kəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq ol unmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araş dırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edə n həcmdə araşdırma aparılmamışdır.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi soyadının “Hüseynov” olaraq dəyişdirilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətini təmin etməkdən imtina edərkən, cavabdeh onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirici material olduğuna və Nəsimi rayon Polis idarəsi tərəfindən onun soyadının dəyişdirilməsinin məqsədəmüvafiq sayılmadığına istinad etmişdir.

29. Cavabdehin imtinasını qanunauyğun hesab edən apellyasiya instansiyası məhkəməsi Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinə və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndinə istinad edərək iddianın təmin olunmaması barədə qərar qəbul etmişdir.

30. Apellyasiya insta nsiyası məhkəməsinin əsaslandırmasına görə, iddiaçı hazırda məhkumluğu olan şəxs hesab edilməsə də, onun cinayətkarlığa meylli şəxs olması kifayət qədər təsdiq olunur. Belə ki, iddiaçı 2012-ci il tarixdə ehtiyatsızlıqdan və qəsdən törədilən cinayətə görə məhkum olunmuş, sonrakı tarixlərdə məhkum olunmasa da, lakin barəsində 2016, 2017 və 2022-ci il tarixlərdə müxtəlif qəsdən törədilən cinayətlərlə əlaqəli olan müxtəlif maddələrlə cinayət işləri başlanılmışdır. İddiaçının hazırda belə bir iddia tələbi ilə çıxış etməsi, onun əvvəlki məhkumluqlarını pərdələmək məqsədi daşımasını güman etməyə kifayət qədər əsas verir.

31. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 19-cu bəndində istinad edilən normalara əsasən, Azərbaycan Resp ublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

32. Göründüyü kimi, istinad olunan həmin normada adın, ata adının, soyadın dəyişdirilməsini istisna edən halların dairəsi qanunverici tərəfindən qəti və qapalı şəkildə müəyyən edilmişdir. Həmin normaların təfsirinə görə, yalnız adının, ata adının, soyadının dəyişdirilməsi barədə şəxsin müraciət etdiyi anda ən azından həmin hallardan hər hansı birinin mövcud olduğu (cinayət mühakimə icr aatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildikdə, yaxud götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə) təqdirdə, onun müvafiq müraciətinin təmin edilməsindən imtinaya yol verilir.

33. Apellyasiya instansiyası məhkəməsi isə istinad edilən normada nəzərdə tutulmuş həmin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olub-olmadığını müəyyən etməmiş, bununla bağlı lazımi araşdırma aparmış, sadəcə mülahizələrə və gümanlara əsasən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ilk növbədə iddiaçının müraciət etdiyi anda şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət mühakimə icraatına cəlb edilib-edilmədiyini, yaxud onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olub-olmadığın ı, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilmədiyini araşdırmalı və yalnız bundan sora araşdırmanın nəticəsindən asılı olaraq iddianın təmin və ya rədd olunması barədə qərar qəbul etməli idi.

34. Nəzərə almaq lazımdır ki, sadəcə olaraq “iddiaçı barəsində təqsirləndirici material olduğundan soyadın dəyişdirilməsinin məqsədəuyğun sayılmaması” ilə bağlı Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinə, eləcə də şəxsin əvvəllər törətdiyi, lakin məhkumluğu ödənilmiş cinayət əməllərinə istinadən iddianın rədd olunması yuxarıda qeyd olunan normalar baxımından qanuni və əsaslı sayıla bilməz. Belə ki, bu qərarın 19-cu bəndində istinad edilən normalarda adın, ata adının və ya soyadın dəyişdirilməsindən imtinanın şərtləri konkret və dəqiq təsbit edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən qərar həmin şərtlər müəyyən olunmadan qəbul edilmişdir.

35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında if adə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

37. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqə ləndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

38. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkra r baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1(103)-483/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar