Məhkəmə qərarları › İş №2-1(102)-1414/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1414/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1414/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın, ata adının və soyadın dəyişdirilməsi; real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin mövcudluğu; fərdi maraqlar ilə ictimai maraqlar arasında ədalətli tarazlığın təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “adın, ata adının və soyadın dəyişdirilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 2-1(103)-686/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1992-ci il təvəllüdlüdür.

2. İddiaçının doğum haqqında akt qeydində soyadı “Qurbanova” qeyd edilmiş, onun atasının soyadı “Qurbanov” və anasının soyadı “Qurbanova” kimi göstərilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdə X8 ilə nikaha daxil olaraq Orucova soyadını qəbul etmiş və hal-hazırda X8 ilə rəsmi nikahdadır (iş vərəqi 25-27). İddia ərizəsində və şikayətlərdə iddiaçı X1 həyat yoldaşı kimi bəhs etsə də, tərəflər arasında nikah münasibətlərinin rəsmi olaraq pozulduğuna dair hər hansı sübut təqdim etməmişdir. Öz növbəsində cavabdeh də məhkəməyə təqdim etdiyi rəsmi məlumatda nikahın pozulmasına dair hər hansı məlumat aşkar edilmədiyini bildirmişdir.

3. İddiaçı ad, soyad və ata adınının dəyişdirilməsi, onun soyadının “Həliməli” (iddiaçının nənəsinin adına uyğun), adının “Hədicə” və ata adının “Yeganə” (iddiaçının anasının adı) kimi dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, ataları nın adları və soyadları dövlət dilində yazılır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” haqqında Qaydalarının 6.8-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğunda ad və soyadınızın dəyişdirilməsində heç bir maneə yoxdur. Lakin seçdiyiniz “Hədicə” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına şifahi müraciətimiz əsasında “Hədicə” adı müzakirə olunmuş və adın Azərbaycan dilində “Hədicə” deyil, “Xədicə” yazılması məqsədəuyğun hesab edilmişdir və adı çəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində yazılış formasının olm adığı, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda bildiririk ki, ata adını “Yeganə” adına dəyişdirilməsi bu adın kişi cinsinə uyğun olmadığı üçün qeydə alınması imkanımız xaricindədir. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Seçdiyiniz ad, ata adı və soyad qeyd olunan Qanunun tələblərinə uyğun gəlmədiyinə görə ərizənizin tərəfimizdən icrası imkanımız xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ata adının “Yeganə”, soyadının “Həliməli”, adının isə “Hədicə” ilə dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etməkdə məqsədi ata adının ana adına və soyadının yeni soyada dəyişdirilməsidir. Belə ki, qədim türkcə “soyad” sözü etimoloji cəhətdən “ailə” mənasını verən “soy” və “ad” sözlərindən yaranmışdır. Vətəndaşın ata adı ilə bərabər ana adını götürə bilməməsi faktı ö zlüyündə ziddiyyət təşkil edir və bu hal vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsdiq edilmiş hüquqlarının pozulması deməkdir. İddiaçıya anası baxıb, böyüdüb, tərbiyə verib və buna görə də iddiaçı onun adından başqa həyatında digər bir adı daşımaq istəmir. O, həm də soyadını dəyişdirib vəfat etmiş nənəsinin adından yeni bir soyad daşımaq istəyir. Onun qızlıq soyadı Qurbanovadır, keçmiş həyat yoldaşının soyadı Orucovdur. İddiaçı kişini nikahdan əvvəl və sonrakı bütün dövrdə bir daha qadından üstün tutan seksist ənənəni gələcəyə daşımaq fikrində deyil. O, həm də ailə qurmaqla öz kimliyini itirmiş ərinin ailəsinin kölgəsinə çevrilmək fikrində olmamışdır. Onun ailəsinin tarixi önəmlidir. İddiaçı Qurban adlı insanla özünü bağlı hiss etmir. O, nə Qurban adlı, nə də Oruc adl ı şəxslə tanış deyil. Onlar iddiaçını böyütməyib, qayğısına qalmayıb, həyatının uğurlu keçməsi üçün bütün gücünü ona həsr etməyib. Azərbaycanda soyadlar əksərən kişi adından, nadir hallarda isə toponimlərdən/peşələrdən yaranıb. Bu o zamanlar üçün ədalətsiz və qeyri-elmi bir addım idi və bu indi onlara soyadlara, bu gün üçün də dəyişməz olaraq mövcudluq hüququ vermir. Hətta Oğuz əcdadlarımızda mühüm bir mərhələyə çatdıqda yeni ad vermək ənənəsi olub və bu, ən yaxın kişi qohumu ilə deyil, birbaşa nailiyyətin özü ilə bağlı olub. Bu bir absurd haldır ki, insan dünyaya gələndən sonra istənilən kişi adını onun sənədlərində qeyd etdirmək olar və o, naməlum bir kişinin adından yaranan soyadı daşımağa məhkumdur. Lakin bununla yanaşı, bütün Azərbaycan ailələrində olduğu kimi, uşağı böyüdən və tərbiy ələndirən ananın adının daşınmasına hələ də icazə verilmir. Buna görə də, iddiaçı ata adını və soyadını dəyişmək istəyir. Bununla iddiaçı öz canlarını onun üçün fəda edən anasının və nənəsinin xatirəsini ehtiramla yad etmək istəyir. Nənəsinin adı Həlimədir, iddiaçı “-li” qədim türk şəkilçisini əlavə edərək Həliməli soyadını daşımaq istəyir. Adının ilk hərfini də dəyişmək istərdi, çünki o, ilkin olaraq “H” hərfi ilə yazılıb və bu hərf “X”-dən fərqli olaraq daha yumşaq səslənir. O, həm də eyni prinsiplə tam etibarnamə ilə himayədarı olduğu uşağının pasport məlumatlarını dəyişdirmək fikrindədir, yəni onun sənədlərində ana adı və soyadı kimi nənəsinin adından yaranmış soyadı qeyd etdirmək istəyir.

7. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia ərizəsi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi “Hədicə” adı azərbaycan dilində yer almır. İddiaçının adının “Hədicə” yox, məhz “Xədicə” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-in və Konvensiyanın mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz. Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının soyadı tələbinə gəldikdə o, soyadının nənəsinin adına uyğun olaraq “Həliməli” qeyd edilməsini tələb edir. Qanunvericiliyə əsasən, uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda isə uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya valideynlərinin soyadı kimi “Qurbanova” soyadı verilmişdir. O, daha sonra nikaha daxil olaraq “Orucova” soyadını qəbul etmişd ir. Hazırda isə dəyişdirilməsini istədiyi “Həliməli” soyadı isə nəsillərində olmamışdır. Son olaraq iddiaçının ata adının anasının adı ilə dəyişdirilərək “Yeganə” qeyd edilməsi tələbinə gəldikdə qeyd edilir ki, qanunvericilikdə ata adı müddəasının qüvvədə olmasını nəzərə alaraq ona aid sənədlərdə ata adı qrafasında “Yeganə” adının, yəni qadın cinsinə mənsub adın qeyd edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilməməsi müddəasına görə mümkün deyildir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin mübahisəyə formal yanaşmasını qəbul etmir və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır, Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin və həmin maddə ilə bağlı qəbul edilmiş Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına ziddir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə tərəfindən iddiaçının tələbinə tamamilə formal yanaşma sərgilənmişdir. Belə ki, iddiaçı ata adını n “Yeganə”, soyadının “Həliməli”, adının isə “Hədicə” ilə dəyişdirilməsini istəyib. Belə yanaşmanın səbəbi isə ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, onun atası həyatında demək olar ki, iştirak etməyib və yalnız rəsmi sənədlərdə adı keçən bir şəxsdir. Atasının onu böyütmək, təhsil və tərbiyəsində hər hansı bir rolu olmayıb. İddiaçının anası Yeganə isə bütün həyatı boyu onunla birlikdə olmuş, onu böyütmüş və ona tərbiyə vermişdir. Bu səbəbdən iddiaçı anasının adını ata adı kimi daşımaq istəyir. İddiaçı hal-hazırda keçmiş həyat yoldaşının soyadı olan “Orucova” soyadını daşıyır. Onun keçmiş həyat yoldaşı ilə də hər hansı bir əlaqəsinin qalmamağı səbəbi ilə həmin soyadın dəyişdirilməsi tələbini irəli sürür. İddiaçı qeyd edilən səbəblə bağlı olaraq soyadını dəyişmək və nənəsinin xatirəsini y aşatmaq üçün “Həliməli” soyadını götürmək istəyir. İddiaçı qeyd edir ki, onun həyatında anası Yeganə ilə yanaşı, nənəsi Həlimə də böyük əhəmiyyət kəsb edib, ona tərbiyə verib. Bu səbəbdən o, yeni soyadı ilə həm nənəsinin, həm də anasının xatirəsini uca tutmaq niyyətindədir. Həmçinin iddiaçı adının ilk hərfini dəyişdirmək istədiyini də bildirir. O qeyd edir ki, “H” hərfi daha yumşaq səslənir, buna görə də o, adının “Hədicə” kimi dəyişdirilməsini istəyir. Bütün bunlarla yanaşı iddiaçının iddia tələbinin mədəni və mənəvi əsasları da mövcuddur. Belə ki, iddiaçı hesab edir ki, bu dəyişikliklə o, mənəvi dəyərlərini simvolik şəkildə əks etdirmiş olacaq. Belə ki, iddiaçının fərdi məlumatlarını dəyişdirmə istəyi sadəcə onun şəxsi həyatı ilə əlaqəli bir məsələdir və onun üçün böyük mənəvi əhəmiyyət kəsb edir və bununla bağlı olaraq da iddia tələbinin təmin edilməsi nə digər şəxslərin hüquq və azadlıqlarına, nə cəmiyyətə, nə də dövlətə zərər vura biləcək bir hal yarada bilməz.

12. İddiaçının nümayəndəsi və vəkili eyni zamanda ona verilən suala (*32 yaşına çatmış şəxs üçün məsələnin hal-hazırda aktuallaşmasının səbəbləri barədə) cavab olaraq bildirdi ki, iddiaçının 18 yaşına qədər düşüncə tərzi və dünyagörüşü indiki kimi olmamışdır. Belə ki, İddiaçı hal-hazırda Avropada yaşayır və təhsil alır, bununla bağlı da məsələyə artıq fərqli prizmadan yanaşır.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (N.X.Nəbizadə /məruzəçi və sədrlik edən/, hakimlər G.M.Abbasova və K.H.Əkbərov) 08 yanvar 2025-ci il tarixli, 2-1(103)-686/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətin in təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin adının, soyadının və ata adının dəyişdirilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur.

15. İlk növbədə adın dəyişdirilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, tələb həmin hissədə tələbə münasibətdə müvafiq şərtlər gözlənildiyi təqdirdə təmin edilə b ilərdi. Belə ki, adın birinci hərfinin dəyişdirilməsi, ümumiyyətlə, adın tam dəyişdirilməsi kimi qiymətləndirilir və qanunvericilikdə göstərilən ümumi qaydalar çərçivəsində mümkündür və belə olan halda iddiaçı adın birinci hərfinin dəyişdirilməsi üçün müraciət etdikdə, bunun səbəblərini əsaslandırmalıdır. Səbəblər aşağıdakı kimi ola bilər: adın mənasının dəyişdirilməsi və ya daha uyğun bir formaya çevrilməsi; şəxsin öz adından narazılığı; adın cəmiyyət içində gülünc və ya qeyri-adekvat hesab edilməsi. Hazırkı iş üzrə iddiaçı Xədicə adının birinci hərfinin “H” hərfinə dəyişmək istəyir və arqumenti ondan ibarətdir ki, “H” hərfi daha yumşaq səslənir. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən səbəb adın dəyişdirilməsi üçün hüquqi və ya məntiqi əsas vermir və müraciət edən şəxs əsaslarını y enidən nəzərdən keçirərək, daha tutarlı arqumentlər təqdim edərək inzibati orqana müraciət edə bilər.

16. Soyadın dəyişdirilməsinə gəldikdə, iddiaçının dəlilləri ondan ibarətdir ki, xatirəsini ehtiramla yad etmək istədiyi nənəsinin adı Həlimədir və o, ona görə də soyadının Həliməli olmasını istəyir. Belə ki, qızlıq soyadı Qurbanovadır, keçmiş həyat yoldaşının soyadı isə Orucovdur və o, nə Qurban adlı, nə də ki, Oruc adlı şəxslə tanış olmadığı üçün, bu soyadları daşımaq istəmir. Yetkinlik yaşına çatmış şəxsə münasibətdə hər hansı xüsusi tənzimləmə olmasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsi ilə də müəyyən edilir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi, uşağın adı və soyadının dəyişdirilməsi adlanan 54-cü maddənin (konkret olaraq 54.1-ci maddə) tələbinə əsasən uşağın soyadının dəyişdirilməsi mümkündür. Lakin həmin dəyişiklik müəyyən şərtdən asılı edilmişdir. Həmin şərt isə maddədə “soyadın digər valideynin soyadına dəyişdirilməsi” ifadəsinin işlədilməsi ilə müəyyən edilir ki, soyadı n yalnız digər valideynin soyadına dəyişdirilməsi ilə bağlıdır. Başqa sözlə, uşağın soyadında dəyişiklik yalnız o halda edilə bilər ki, dəyişiklik olunan variantda olacaq olan soyad digər valideynin soyadı olmuş olsun. Bu zaman hər iki valideynin soyadı ilə əlaqəsi olmayan soyaddan istifadə isə istisna olunur. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi ciddi hüquqi qaydalara tabedir və soyadın dəyişdirilməsi zamanı şəxsin sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir. Həmçinin bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir. Soyad dəyişdirilməsi yalnız şəxsin hüquqları ilə yanaşı, ictimai nizam və ailə hüququ prinsipləri çərçivəsində mümkündür.

17. İddia ərizəsinin ata adı olaraq iddiaçının anasının adının yazılması hissəsinə münasibətdə Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 3.1-ci bəndinə görə, uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Azərbaycan qanunvericiliyində “ata” anlayışı hüquqi baxımdan ailə hüququ çərçivəsində tənzimlənir. Bu termin əsasən “ailə münasibətləri”, “uşaqların valideynləri ilə əlaqələri” və “uşağın bioloji və hüquqi valideyni” konsepsiyaları ilə bağlı istifadə olunur. Qanunvericilikdə “ata” termini yalnız bioloji mənada deyil, həm də hüquqi və mənəvi öhdəlikləri olan şəxs kimi qəbul edilir. Atanın statusu: Bioloji bağ uşağın doğulmasına səbəb olan kişi; Hüquqi bağ - qanuni atalıq təsdiq edilmiş şəxs; Mənəvi bağ - uşağın fiziki, psixoloji və mənəvi inkişafını təmin edən valideyn. Hazırkı işdəki kimi, üçüncü bağ/meyar olmasa belə, bu digər iki meyarın olmasını və həmin şəxsin “ata” olması faktını aradan qaldırmır və nə qədər ki, qanunvericilik adın addan, ata adından və soyaddan ibarət olmasını müəyyən edir, ananın adının ata qrafasına yazılması qanunvericiliyin tələblərinə ziddir.

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qə rar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun iddia ərizəsində qeyd olunanlar, apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında irəli sürülmüş dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

12. Dövlətin ali məqsədi İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə

21. Dövlət dili İ. Azərbaycan Respublikasının dövlət dili Azərba ycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Maddə

32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Maddə

71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəy ə mütənasib olmalıdır. 22. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. 23. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublika sının Konstitusiya Qanunu: 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün... məhdudlaşdırıla bilər.

24. Azərbaycan Respublikası Mülki Mə cəlləsi: Maddə

26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə

44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş ər i) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə

46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğu m haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Maddə

53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa va lideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə

54. Uşağın adının və soyadının dəyişdirilməsi Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə

125. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın ata sının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. Maddə

158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə

159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsini n, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə

160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı t ərəfindən müəyyən olunur. Maddə

189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə

190. Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “El ektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə

191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyə ti orqanı tərəfindən həll edilir. Maddə

192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. 26. “Dövlət dili haqqında” Qanun: Maddə

8. Dövlət dilinin xüsusi adlarda işlənməsi Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

27. Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər ra yonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 1.2. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həya ta keçirilir. 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

2. Adın verilməsi 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olu nur.

3. Ata adının verilməsi 3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir.

4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur.

6. Adın, ata adının və v soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməs i ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.20-1. Adın, ata adının və soyadın dəyişdiri lməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üç ün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. 6.29. Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluq idarəsində 75 il müddətində saxlanılır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”: 1.1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir; 1.2. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur; 2.1. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Madd ə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları: Ad və soyadın verilməsi və dəyişdirilməsi hüququnun ictimai maraqlar baxımından məhdudlaşdırılması ilə əlaqədar: AİHM-in Stjerna Finlandiyaya qarşı (№ 18131/91, 25 noyabr 1994) işində cənab Stjerna, Finlandiya vətəndaşı, 1989-cu ildə soyadını “Stjerna”dan “Tavaststjerna”ya dəyişmək üçün müraciət etmiş, bunu ata-baba soyadının istifadəsi, Finlandiya adqoyma ənənələri və mövcud soyadının yazılışı və tələffüzündəki praktiki çətinliklərlə əsaslandırmışdır. O, Tavaststjerna ailəsinin birbaşa nəslindən olduğunu və müasir fərdi identifikasiya nömrələrinin əhalinin qeydiyyat sistemini sabit saxlamaqla bağlı problemləri aradan qaldırdığını bildirərək, dövlətin əhalini n qeydiyyatının dəqiq şəkildə aparılması və şəxsin kimliyinin müəyyən olunması vasitələrini qorumaq məqsədi kimi ictimai maraqlara əsaslanaraq rədd qərarının əsassız olduğunu iddia etmişdir. Finlandiya hakimiyyət orqanları və Məhkəmə “Stjerna” soyadının qeyri-adi çətinlik yaratdığına dair əhəmiyyətli sübut tapmamış, “Tavaststjerna”nın da oxşar problemlər yaratdığını qeyd etmişdir. Məhkəmə ölkədaxili hakimiyyət orqanlarının qiymətləndirməsi ilə razılaşmış, ölkədaxili hakimiyyət orqanlarının cəmiyyət daxilində adla bağlı narahatlıqları qiymətləndirmək üçün daha əlverişli mövqedə olduğunu bildirmiş və rədd qərarını qüvvədə saxlamışdır. Dövlətin adların (soyadların) formalaşdırılmasında dil və mədəniyyət qaydalarına uyğunluq tələbi ilə bağlı qoyduğu məhdudiyyətlərlə əlaqədar: AİHM Bulqakov Ukr aynaya qarşı (№ 59894/00, 11 sentyabr 2007) işində ad və soyadların milli dil və mədəniyyət qaydaları ilə tənzimlənməsinin Konvensiyaya hüququna uyğun olub-olmadığını təhlil edir. Rus mənşəli ukraynalı olan Bulqakov adlı ərizəçi qeyd edir ki, rəsmi sənədlərdə onun adı (şəxs və ata adı) Ukraynaya xas qaydalara görə dəyişdirilərək “ukraynalaşdırılıb”, bu da onun şəxsi həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. AİHM bu iddiaları araşdıraraq, nəticədə Maddə 8 (şəxsi və ailə həyatı hüququ) və Maddə 14 (diskriminasiyaya qarşı hüquq) baxımından pozuntu olmadığı qənaətinə gəlmişdir. AİHM soyad və adların verilməsi, tanınması, istifadəsi və dəyişdirilməsi zamanı dövlət dili və milli xüsusiyyətlərin nəzərə alınması ilə bağlı özünün məhkəmə təcrübəsinin ümumiləşdirməsini apararaq qeyd edi r ki: “43. Məhkəmə... Mentzen digər adı Mencena Latviyaya qarşı (№ 71074/01, AİHM 2004-Xİİ) və Kuharec digər adı Kuhareca Latviyaya qarşı (№ 71557/01, 7 dekabr 2004) işlərində verilmiş qeyri-mümkünlük qərardadlarına istinad edir. Həmin işlərdə Məhkəmə, xarici soyada qadın cinsini bildirən sonluğun əlavə olunmasının (Kuharec işi) və/və ya xarici soyadın latış dilinin fonetik qaydalarına uyğun transliterasiyasının (Mentzen işi) Konvensiyanın 8-ci maddəsini pozub-pozmadığını araşdırmışdır. Hər iki qərardadda Məhkəmə aşağıdakı prinsipləri təsdiqləmişdir: (a) Soyad və adların yazılış qaydaları əsasən fərdin şəxsi və ailə həyatı sahəsinə aid olsa da, bu məsələni dövlətin həyata keçirdiyi dil siyasətindən tam ayırmaq mümkün deyil … Nəticə etibarilə, Konvensiya ilə qorunan hüquqlara riayət edil diyi halda, hər bir Tərəf Dövlət şəxsiyyət vəsiqələrində və digər rəsmi sənədlərdə öz rəsmi dilindən və ya dillərindən istifadə qaydalarını tətbiq etmək və tənzimləməkdə sərbəstdir. (b) Dil heç bir mənada abstrakt bir dəyər deyil. O, onu istifadə edənlərin real tətbiqindən ayrı düşünülə bilməz. Buna görə də, dövlət milli dili qəbul edərkən, prinsip etibarilə, vətəndaşlarına həmin dildən maneəsiz şəkildə həm informasiya vermək, həm də informasiya almaq hüququnu – yalnız şəxsi həyatlarında deyil, həm də dövlət orqanları ilə münasibətlərində – təmin etməyi öhdəsinə götürür. Məhkəmənin fikrincə, müəyyən bir dili qorumaq məqsədi daşıyan tədbirlər məhz bu nöqteyi-nəzərdən qiymətləndirilməlidir. Başqa sözlə, rəsmi dil anlayışı özündə həmin dili danışan şəxslər üçün müəyyən subyektiv hüquqların mö vcudluğunu ehtiva edir. Buna görə də, əksər hallarda, milli dili qorumaq və təşviq etmək məqsədi daşıyan tədbirin, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “başqalarının hüquq və azadlıqlarının qorunması” məqsədinə uyğun olduğu qəbul edilə bilər. Bundan əlavə, xüsusilə milli məhkəmələr, bu qədər həssas bir sahədə müdaxilənin zəruriliyi barədə rəy bildirməkdə, beynəlxalq hakimdən prinsip etibarilə daha əlverişli mövqedədirlər. (c) Soyad və adların verilməsi, tanınması və istifadəsi prosesi milli xüsusiyyətlərin ən güclü olduğu və Tərəf Dövlətlərin daxili qaydaları arasında demək olar ki, heç bir ortaq məxrəc mövcud olmayan bir sahədir. Bu sahə Avropa Şurasına üzv dövlətlər arasında böyük müxtəlifliyi əks etdirir. Hər bir ölkədə adlardan istifadə tarixi, dil, dini və mədən i xarakterli çoxsaylı amillərin təsiri altındadır ki, bu da ortaq bir məxrəc tapmağı son dərəcə çətin, hətta mümkünsüz edir. Buna görə də, dövlət orqanlarının bu sahədə sahib olduqları mülahizə sərbəstliyi xüsusilə genişdir. (d) Hər hansı bir ölkənin qanunvericiliyinin müəyyən bir aspekti üzrə təcrid olunmuş mövqedə olması, xüsusilə, hər bir cəmiyyətin mədəni və tarixi ənənələri ilə sıx bağlı olan bir sahədə, həmin aspektin Konvensiyanı pozduğu anlamına gəlmir.

44. Yuxarıdakı prinsiplər əsasında, Məhkəmə Mentzen və Kuharec işlərində 8-ci maddənin pozuntusunun mövcud olmadığı qənaətinə gəlmişdir”. Adın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə əlaqədar AİHMin Azərbaycana dair məhkəmə təcrübəsi: AİHM-in İsmayılzadə Azərbaycana qarşı işində ərizəçi (№ 17780/18, 18 yanvar 20 24) 2016-cı ildə doğulan oğluna “Əbülfəzlabbas” adını vermək istəsə də, Qeydiyyat şöbəsi bunu qanunvericiliyə və dil normalarına zidd hesab edərək rədd etmişdir. Birinci instansiya məhkəməsi də imtinanı tələffüz baxımından uşağın mənafeyinə uyğun olmaması ilə əsaslandırmışdır. İddiaçının razılığı ilə “Abbas” adı qeydiyyata alınmışdır, lakin iddiaçı apellyasiya və kassasiya şikayətləri vermişdir. Ərizəçi kassasiya şikayətində adın dini (şiə) inancları ilə bağlı olduğunu bildirsə də, Ali Məhkəmə uşağın adı artıq “Abbas” kimi qeydiyyata alındığından, dəyişiklik üçün adın verilməsi deyil, yalnız adın dəyişdirilməsi proseduru ilə mümkün olduğunu qeyd edərək şikayəti rədd etmişdir. AİHM isə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “(a) Ümumi prinsiplər

30. Konvensiyanın 8-ci maddəsinin məqsədi əsasən fərdi dövlət orqanlarının əsassız müdaxiləsindən qorumaqdır. Lakin bu, dövləti yalnız belə müdaxilədən çəkinməyə məcbur etmir: şəxsi və ailə həyatına səmərəli hörmətin təmin edilməsindən irəli gələn pozitiv öhdəliklər də ola bilər. 8-ci maddə üzrə dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədlər dəqiq müəyyən olunmayıb. Məhkəmə qeyd etmişdir ki, adların bütün hallarda tənzimlənməsi müdaxilə hesab edilə bilməz. Belə ki, adın dəyişdirilməsinə məcburiyyət müdaxilə sayılsa da, yeni adın qəbuluna icazə verilməməsi avtomatik olaraq müdaxilə kimi qiymətləndirilə bilməz. Bununla belə, tətbiq edilən prinsiplər oxşardır. Hər iki halda əsas diqqət toqquşan maraqlar arasında ədalətli tarazlığın təmin edilməsinə yönəldilməlidir (bax: Johansson, yuxarıda göstərilən, § 29; Golemanov a Bolqarıstana qarşı, № 11369/04, §§ 38-39, 17 fevral 2011; Garnaga Ukraynaya qarşı, № 20390/07, § 37, 16 may 2013).

31. Məhkəmə xatırladır ki, müxtəlif maraqlar arasında tarazlıq aparılarkən, bir tərəfdən ərizəçinin övladı üçün ad seçmək hüququna, digər tərəfdən isə adların seçiminin tənzimlənməsində ictimai marağa diqqət yetirilməlidir (müqayisə edin: Heidecker-Tiemann Almaniyaya qarşı (qərar), № 31745/02, 6 may 2008; Kyazim Bolqarıstana qarşı, № 39356/17, § 29, 16 noyabr 2021). İctimai maraq baxımından Məhkəmə əvvəllər qəbul etmişdir ki, uşağın mənafeyi nəzərə alınmalı, onu uyğunsuz adlardan (məsələn, gülünc və ya qəribə adlardan) qorumaq ictimai maraqlara xidmət edir. Həmçinin, milli adqoyma ənənələrinin qorunmasının da ictimai maraq sayıla biləcəyini Məhkəmə qəbul etmişdir (bax: Johan sson, yuxarıda göstərilən, § 36). (b) Həmin prinsiplərin hazırkı işə tətbiqi

35. Hazırkı işdə Qeydiyyat şöbəsi ərizəçi tərəfindən seçilmiş adı qeydiyyata almaqdan imtina etmiş və ölkədaxili qanunvericiliyin bir sıra müddəalarına istinad etmişdir. Birinci instansiya məhkəməsi də müəyyən qanuni müddəalara istinad etmiş və sözügedən adın uşağın mənafeyinə uyğun olmadığı qənaətinə gəlmişdir (... müqayisə edin: Johansson, yuxarıda göstərilən, § 33 və X5rşı, № 37483/02, § 51, 21 oktyabr 2008; həmçinin baxın: Salonen Finlandiyaya qarşı, № 27868/95, Komissiyanın 2 iyul 1997-ci il tarixli qərarı və Kemal Taşkın və digərləri Türkiyəyə qarşı, № 30206/04 və digər 7 ərizə, § 53, 2 fevral 2010).

36. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından sonra ərizəçi oğlunun adı kimi “Abbas” a dının qeydiyyata alınması üçün müraciət etmiş və müvafiq orqan tərəfindən bu müraciət təmin edilmişdir.... Lakin həmin adın qeydiyyata alınmasına baxmayaraq, ərizəçi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi isə həmin şikayəti aşağı məhkəmənin əsaslandırmalarına oxşar səbəblərlə rədd etmişdir...

37. Daha sonra ərizəçi kassasiya şikayəti vermiş və ilk dəfə olaraq “Əbülfəzlabbas” adının onun dini inancları ilə bağlı olduğunu və Azərbaycan dilinin xüsusiyyətlərinə zidd olmadığını iddia etmişdir... Lakin “Abbas” adı ərizəçinin öz müraciəti əsasında uşağın adı kimi artıq qeydiyyata alındığından, Ali Məhkəmə kassasiya şikayətini əsasən bu səbəbdən rədd etmişdir...

38. Ərizəçi Məhkəmə qarşısında izahatlarında bildirmişdir ki, oğlunu tibb i müayinəyə aparmaq üçün İrana getməli olduğundan “Abbas” adını qeydiyyata almağa məcbur qalmışdır. Lakin iş materiallarından görünmür ki, ərizəçi bu dəlili apellyasiya və kassasiya məhkəmələrinə verdiyi şikayətlərdə və ya apellyasiya məhkəməsində keçirilən iclasda irəli sürmüş olsun, halbuki yuxarıda qeyd edildiyi kimi, uşağın adı birinci instansiya məhkəməsinin qərarından sonra “Abbas” kimi qeydiyyata alınmışdır. Bundan əlavə, ərizəçi Məhkəməyə uşağın pasportunun surətini təqdim etmiş və burada İrana iki səfərin tarixləri göstərilmişdir, lakin tibbi müayinəyə dair heç bir məlumat və ya sənəd təqdim olunmamışdır. Həmçinin, ərizəçi 4 may 2017-ci il tarixində müvafiq qeydiyyat orqanına ünvanladığını iddia etdiyi ərizəsinin surətini də təqdim etməmişdir...

39. Hazırkı işdə ərizəçi vəkil vas itəsilə iddiasını üç məhkəmə instansiyası qarşısında qaldıra bilmiş, bu məhkəmələr onun iddialarını araşdıraraq qərarlarını əsaslandırmışlar. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya və apellyasiya məhkəmələri həmin adın uşağın mənafeyinə uyğun olmadığı qənaətinə gəlmişdir..., Ali Məhkəmə isə kassasiya şikayətini əsasən uşağa artıq ad verildiyi və həmin adın dəyişdirilməsi üçün müvafiq prosedur mövcud olduğu səbəbilə rədd etmişdir... Ərizəçi Məhkəmə qarşısında nəyə görə bu prosesi davam etdirdiyini və uşağın qeydiyyata alınmış adının dəyişdirilməsi üçün nəzərdə tutulmuş prosedurdan istifadə etmədiyini izah etməmiş, habelə belə bir prosedurun onun vəziyyətində uyğun olmayacağını da iddia etməmişdir (müqayisə edin: Bulgakov, yuxarıda göstərilən, §§ 52-53). Bu şəraitdə və əksini gö stərən hər hansı əsaslandırılmış dəlil təqdim edilmədiyindən, eləcə də dövlətlərin bu sahədə geniş mülahizə sərbəstliyinə malik olduqlarını nəzərə alaraq..., Məhkəmə daxili orqanların gəldiyi nəticələri şübhə altına almaq üçün əsas görmür (müqayisə edin: Golemanova, yuxarıda göstərilən, § 45).

40. Ərizəçi seçdiyi adın qeydiyyata alınmasından imtina nəticəsində müəyyən “çətinliklər” yaşadığını iddia etmişdir... Məhkəmə ilk növbədə qeyd edir ki, bu dəlillər daxili məhkəmələrdə qaldırılmamışdır. Bundan əlavə, sözügedən adın qeydiyyata alınmasından imtina ərizəçiyə həmin adı istifadə etməyə mane olmur. Buna görə də, konkret işin hallarını nəzərə alaraq, ərizəçinin istinad etdiyi narahatlıqlar Məhkəmənin onun şəxsi və ailə həyatına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) pozulduğu qənaə tinə gəlməsi üçün kifayət deyil (müqayisə edin: Guillot, § 27; Salonen; və Heidecker-Tiemann, yuxarıda göstərilən).

41. Bundan əlavə, Məhkəmə əvvəlki təhlillərində digər məqamlarla yanaşı, mübahisəli adın və ya soyadın ölkədaxili orqanlar tərəfindən daha əvvəl rəsmi qeydiyyata alınması faktını da nəzərə almışdır (Johansson, yuxarıda göstərilən, § 38; və Aktaş və Aslaniskender Türkiyəyə qarşı, № 18684/07 və 21101/07, § 48, 25 iyun 2019). Hazırkı işdə isə, Hökumətin də qeyd etdiyi və ərizəçi tərəfindən mübahisələndirilmədiyi kimi, sözügedən ad heç vaxt qeydiyyata alınmamışdır.

42. Yuxarıda göstərilən halları nəzərə alaraq, Məhkəmə belə qənaətə gəlir ki, Konvensiyanın 8-ci maddəsi pozulmamışdır”. Ad və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə əlaqədar digər oxşar i şlər: X4rşı, № 19475/20 və digərləri, 17 yanvar 2023; Macalin X2rşı, № 12209/10 15 sentyabr 2015; X7rşı, № 32265/10, § 25, 5 dekabr 2013; X5rşı, № 37483/02, 21 oktyabr 2008; Daróczy Macarıstana qarşı, № 44378/05, 1 iyul 2008. Salonen Finlandiya qarşı, № 27868/95, 2 iyul 1997-ci il tarixli Komissiya qərarı.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 iyun 2022-ci il tarixli “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ümumi məsələ lər

36. Şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

37. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyy ən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

38. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bən dinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

39. Eyni zamanda, ad hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.

40. Baxılan məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbinə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

41. Avropa İnsan Hüquqları Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, ad və soyadın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Kon vensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (İsmayılzadə Azərbaycana qarşı, № 17780/18, 18 yanvar 2024, §30, Macalin X2rşı, № 12209/10 15 sentyabr 2015Xİİ, §21; X7rşı, № 32265/10, § 25, 5 dekabr 2013; X5rşı, № 37483/02, 21 oktyabr 2008, §43 və Mentzen Latviyaya qarşı, № 71074/01, AİHM 2004). AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. 8-ci maddə dövləti yalnız bu cür müdaxilədən çəkinməyə məcbur etmir: bu, əsasən neqativ öhdəlikdən əlavə, dövlətlər həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər daşıyırlar. Bu, həm fərdlərin hüquqlarını qoruyan nor mativ hüquqi çərçivənin, məhkəmə və icra mexanizmlərinin yaradılmasını, həm də zəruri hallarda konkret tədbirlərin həyata keçirilməsini əhatə edə bilər (Tisiąc Polşaya qarşı, № 5410/03, 20 mart 2007, § 110 və X və Y Niderlanda qarşı, 26 mart 1985, § 23, Series A № 91). Konvensiyanın 8-ci maddəsi üzrə Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirmək mümkün deyil (Kroon və digərləri Niderlanda qarşı, № 18535/91, 27 oktyabr 1994, § 31). Bununla belə, tətbiq olunan prinsiplər oxşardır. Həm neqativ, həm də pozitiv kontekstlərdə fərdin maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ədalətli tarazlıq təmin olunmalıdır (İsmayılzadə Azərbaycana qarşı, № 17780/18, 18 yanvar 2024, §30, Keegan İrlandiyaya qarşı, 26 may 1994, § 49, Series A № 290 və Róża ński Polşaya qarşı, № 55339/00, § 61, 18 may 2006). Məhkəmə, həmçinin qeyd etmişdir ki, sözügedən sahə üzrə Razılığa gələn Dövlətlər geniş mülahizə sərbəstliyinə malikdirlər (Daróczy Macarıstana qarşı, № 44378/05, 1 iyul 2008, § 27).

42. Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayır ki, adlar şəxsin kimliyinin müəyyənləşdirilməsində son dərəcə əhəmiyyətli rol oynayır. Bununla belə, bir şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olsa da, Məhkəmə belə bir imkanın məhdudlaşdırılmasının ictimai maraq baxımından əsaslandırıla biləcəyini qəbul edir; məsələn, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrini qorumaq, uşağın mənafeyini qo rumaq, eləcə də, milli adqoyma ənənələrinin qorunması kimi ictimai maraqlar baxımından məhdudlaşdırıla bilər (İsmayılzadə Azərbaycana qarşı, № 17780/18, 18 yanvar 2024, §31, X4rşı, № 19475/20 və digərləri, 17 yanvar 2023, § 52; Daróczy Macarıstana qarşı, № 44378/05, 1 iyul 2008, § 26; Johansson Finlandiyaya qarşı, № 10163/02, 6 sentyabr 2007, § 35; və Stjerna Finlandiyaya qarşı, № 18131/91, 25 noyabr 1994, § 39).

43. Avropa İnsan Hüquqları Məhkəməsi hesab edir ki, belə müdaxilələr dövlətin məqbul tənzimləmə çərçivəsindəki səlahiyyətinə daxildir. Avropa Məhkəməsi dövlətin əhalinin qeydiyyat sistemini sabit saxlamaq marağının fərdi maraqları məhdudlaşdırmaq üçün əsas ola biləcəyini qəbul edir və iki maraq arasında ədalətli tarazlığın təmin olunmasını tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, dövlət adların formalaşdırılmasında dil və mədəniyyət qaydalarına uyğunluq tələbi qoya bilər (Mentzen Latviyaya qarşı, yuxarıda qeyd olunub; Stjerna Finlandiyaya qarşı, yuxarıda qeyd olunub).

44. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

45. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

46. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mən əvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir.

47. Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdi rməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

48. Həmçinin, adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.

49. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq kollegiya aşağıdakıları qeyd edir. Adın dəyişdirilməsindən imtina ilə bağlı 50. “Xədicə” adının “Hədicə” kimi yazılmasını istəyən iddiaçı bu dəyişikliyi səslənmə baxımından daha uyğun sayır.

51. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçının tələb etdiyi dəyişiklik onun adının məna baxımından köklü şəkildə dəyişilm əsinə gətirib çıxarmır. İddiaçı özü də belə bir dəlil irəli sürməyib. Lakin bu tələbi irəli sürən iddiaçının hazırkı vəziyyətdə hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlər və çətinliklər ilə qarşılaşdığı görünmür. Yuxarıda göstərildiyi kimi, iddiaçıdan gözlənilən gerçək səbəblərin və real məhrumiyyətlərin mövcudluğuna istinad etməsi, eləcə də bu hallara dair mötəbər, ağlabatan və inandırıcı sübutlar təqdim etməsidir. Buna dair onun tərəfindən hər hansı sübut təqdim olunmayıb.

52. Məhrumiyyətlər həm də ona görə real və ciddi deyil ki, iddiaçı ətrafında olan yaxınları və tanışları tərəfindən “Hədicə” adı ilə faktiki olaraq tanındığı halına da istinad etməyib, “Hədicə” adıyla emosional bağlılığının nədən ibarət olmasını da bildirməyib. Məsələn, X5rşı işdə ərizəçi Gözəl adı ilə tan ındığını, rəsmi adı Güzel ilə faktiki daşıdığı Gözəl adı arasındakı fərqin aradan götürülməsini istəyirdi və buna görə AİHM onun fərdi marağının ictimai maraqlardan üstün tutulması üçün yetərli hesab etmişdi. Həmçinin AİHM-in ərizəçiləri haqlı saydığı X7rşı və Daróczy Macarıstana qarşı işlərində də ərizəçilərin faktiki daşıdığı adları (soyadları) ilə rəsmi adları (soyadları) arasındakı fərqin aradan götürülməsini istəmişdilər. İddiaçının vəziyyətində belə hal yoxdur. İddiaçı hər hansı başqa bir əsaslandırma da təqdim etməyib (məsələn, dini etiqadına görə (AİHM-in İsmayılzadə Azərbaycana qarşı və Salonen Finlandiyaya qarşı işləri)).

53. Həmçinin, cavabdeh inzibati orqan “Hədicə” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Term inologiya Komissiyasına müraciəti əsasında “Hədicə” adı müzakirə olunmuş və adın Azərbaycan dilində “Hədicə” deyil, “Xədicə” yazılması məqsədəuyğun hesab edilmişdir və adı çəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində yazılış formasının olmadığı, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Məhkəmə Kollegiyası müvafiq dövlət orqanın “Xədicə” adının “Hədicə” kimi yazıldıqda dövlət dili qaydalarına riayət edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır. Adların formalaşdırılmasında dil qaydalarına uyğunluq tələbi ilə, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması məqsədilə məhdudiyyətlər qoyula bilər.

54. Göründüyü kimi, iddiaçının fərdi marağı sadəcə şəxsi zövqünə görə adın ın “Hədicə” səslənməsini istəməsidir. Onun hazırkı vəziyyətdə hər hansı çətinlik və məhrumiyyətlərlə qarşılaşdığı müəyyən olunmur. Belə olan halda iddiaçının sadəcə şəxsi zövqünə görə adını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil. Nəticədə, cavabdeh inzibati orqanın adın dəyişdirilməsindən imtinası ictimai maraqların təmin edilməsi baxımından düzgün olmuşdur. Real, ciddi və əsaslı səbəblər olmadan adların dəyişdirilməsi adlarla bağlı aparılan qeydiyyatın dəqiqliyinə, şəxsin kimliyinin sənədlərdə sabitliyinin qorunmasına və dövlət dilinin qorunmasına xələl gətirə bilər. Soyadın dəyişdirilməsindən imtina ilə bağlı

55. Soyadın dəyişdirilməsinə gəldikdə, iddiaçının dəlilləri ondan ibarətdir ki, onu böyütmüş və xatirəsini ehtiramla yad etmək istədiyi nənəsinin adı Həlimədir, ona görə də, soyadının “Həliməli” olmasını istəyir. Belə ki, qızlıq soyadı Qurbanovadır, keçmiş həyat yoldaşının soyadı isə Orucovdur və bu soyadları daşımaq istəmir. İddiaçı kişini nikahdan əvvəl və sonrakı bütün dövrdə bir daha qadından üstün tutan ənənəni gələcəyə daşımaq fikrində deyil. Azərbaycanda soyadlar əksərən kişi adından, nadir hallarda isə toponimlərdən/peşələrdən yaranıb. Bu, o zamanlar üçün ədalətsiz və qeyri-elmi bir addım idi və bu, indi onlara - soyadlara, bu gün üçün də dəyişməz olaraq mövcudluq hüququ vermir.

56. Kollegiya nəzərə alır ki, qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüqu q da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir.

57. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. İddiaçının qızlıq soyadı Qurbanova olmuş, daha sonra nikaha daxil olaraq Orucova soyadını qəbul etmişdir, nikahının rəsmi olaraq pozulduğu müəyyən olunmur. Hazırda isə soyadını nənəsinin adına uyğun olan “Həliməli” kimi dəyişdirmək istəyir. İddiaçı soyadının dəyişməsi səbəbini nənəsinin onu böyütdüyünü və “Həliməli” soyadını almaqla onun xatirəsini yaşatmaq istəyi ilə, həmçinin soyadların kişi adlarından törəməsi ənənəsinə qarşı olduğu ilə əsaslandırır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi səbəblər simvolik və emosional motivasiyalara əsalanır. Onun hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlər və çətinliklər ilə qarşılaşdığı görünmür. Belə ki, dəyişdirilməsini istədiyi “Həliməli” soyadı nəsillərində olmamışdır. İddiaçının öz nənəsinə olan ehtiramını göstərmə arzusu və xatirəsini yaşatmaq istəməsi başa düşüləndir, lakin onun nənəsinin adını soyadı kimi qəbul etməsi bu ehtiramı göstərməyin yeganə yolu deyil. Soyadın bu şəkildə dəyişdirilməsi üsulu, yəni hər kəsin soyadını ehtiram göstərdiyi yaxın qohumuna dəyişdirməsi imkanı ailə mənsubiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaradır, ictimai maraqlarla uyğunlaşmır və dövlət quruml arı üçün əlavə çətinlik və yükdür. Əhalinin qeydiyyat sisteminə xələl gətirən üsulla soyadın dəyişdirilməsinin sadəcə emosional bağlılıqla əsaslandırılması ciddi səbəb sayıla bilməz.

58. Məhkəmə Kollegiyası iddiaçının soyadların kişi adları əsasında yaradılması ənənəsinə qarşı olduğu dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik soyadların qadın adı əsasında yaradılmasını qadağan etmir. İddiaçı soyadların tarixi-milli amillərin təsiri altında kişi adlarından yaranması ənənəsini ədalətsiz saysa da, soyadın bu səbəblə dəyişdirilməsi əhalinin soyadlarının qeydiyyatının stabilliyinin qorunmasına yönələn ictimai maraqlar baxımdan məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi də öz təcrübəsində bildirmişdir ki, dövlət orqanlarının bu sahədə sahib olduqları mülahizə sərbəstliyi xüsu silə genişdir. Belə ki, soyad və adların verilməsi, tanınması və istifadəsi prosesi milli xüsusiyyətlərin ən güclü olduğu və Tərəf Dövlətlərin daxili qaydaları arasında demək olar ki, heç bir ortaq məxrəc mövcud olmayan bir sahədir. Bu sahə Avropa Şurasına üzv dövlətlər arasında böyük müxtəlifliyi əks etdirir. Hər bir ölkədə adlardan istifadə tarixi, dil, dini və mədəni xarakterli çoxsaylı amillərin təsiri altındadır ki, bu da ortaq bir məxrəc tapmağı son dərəcə çətin, hətta mümkünsüz edir (AİHM-in Bulqakov Ukraynaya qarşı işi).

59. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə etmişdir. Lakin cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur.

60. Belə ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyri-müəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Məhkəmə Kollegiyası bir daha təkrarlayır ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir s oyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.

61. Beləliklə, hazırkı işin halları baxımından iddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.

62. İctimai maraqların qorunması qanuni məqsəddir və sözügedən qanuni məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da qanunvericiliyin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması kimi qiymətləndiriləcək həddə deyil (AİHM-in İsmayılzadə Azərbaycana qarşı və Stjerna Finlandiyaya qarşı işləri). Odur ki, cavabdeh inzibati orqan tərəfindən belə halda mü daxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ata adının dəyişdirilməsindən imtina ilə bağlı

63. İddiaçı bildirir ki, atasının onu böyütmək, təhsil və tərbiyəsində hər hansı bir rolu və iştirakı olmayıb, iddiaçının anası Yeganə bütün həyatı boyu onunla birlikdə olmuş, onu böyütmüş, tərbiyə etmişdir. Bu səbəbdən iddiaçı öz həyatında mühüm yer tutmayan bir şəxsin adını daşımaq əvəzinə, ona ən çox dəyər verən anasının adını ata adı kimi daşımaq istəyir. Buna cavab olaraq, cavabdeh inzibati orqan ata adının “Yeganə” adına dəyişdirilməsini bu adın kişi cinsinə uyğun olmadığı əsası ilə imtina etmişdir.

64. Məhkəmə Kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 46-cı maddəsinə və Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilm iş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (Qaydalar) 3.1-ci bəndinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Qanunvericilikdə həmçinin atanın üzərinə uşağın fiziki, psixoloji və mənəvi inkişafını təmin etməsi ilə bağlı hüquqi və mənəvi öhdəliklər qoyulmuşdur. Bu öhdəliklərə riayət edilməməsi qanunvericilikdə müəyyən edilmiş hallarda valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrumetməyə əsas ola bilər. Lakin iddiaçının əsaslandırm asından görünür ki, o, hüquq müəyyənedici sənədlərdə qeyd olunmuş şəxsin (Alik) onun bioloji atası olduğunu, eləcə də anası ilə atasının birgə nikahda olduqları zaman özünün doğulduğunu mübahisələndirmir. Buna baxmayaraq iddiaçı ata adının anasının adı ilə dəyişdirilməsini istəyir.

65. Qanunvericilikdə ata adında dəyişiklik edilməsi uşaqlarda (18 yaşına qədər) atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı da avtomatik dəyişdirilir (Ailə Məcəlləsi, maddə 191.1; Qaydalar, 6.25), həmçinin, uşağın övladlığa götürülməsi zamanı ata adı övladlığa götürənin adına dəyişdirilə bilər (Ailə Məcəlləsi, maddə 125.1). Yetkinlik yaşına çatmış şəxslərdə (18 yaşdan sonra): hər bir Azərbaycan vətəndaşı 18 yaşına çatdıqdan sonra öz ata adını dəyişdirə bilər (Ailə Məcəlləsi, maddə 189; Qaydalar, 6.1); ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adına dəyişdirilə bilər (Qaydalar, 6.4); valideynlərdən birinin və ya hər ikisinin ata adını dəyişdirməsi yetkinlik yaşına çatmış övladın ata adının dəyişdirilməsinə səbəb olmur; yalnız övlad özü ərizə ilə müraciət etdikdə ata adı dəyişdirilə bilər (Qaydalar, 6.27); eləcə də, ata adının dəyişdirilməsi məhkəmə qətnaməsi əsasında mümkündür (Ailə Məcəlləsi, maddə 190).

66. Lakin iddiaçının tələbi ata adının ana adına dəyişdirilməsidir və yuxarıda sadalanan hallardan heç birinə uyğun gəlmir.

67. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, nə qədər ki, qanunvericilik adın addan, ata adından və soyaddan ibarət olmasını müəyyən edir, bioloji bağın mövcudl uğunun və anası ilə atasının birgə nikahda olduqları zaman iddiaçının doğulduğunun təsdiq olunduğu nəzərə alındıqda, ananın adının ata qrafasına yazılması qanunvericiliyin tələblərinə ziddir. Yəni, atanın ana olması, gerçək həyatda mümkün olmayan və absurd olduğu kimi, hüquqi baxımdan da rəsmiləşdirilməsi mümkün olmayan tələbdir.

68. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 21(103)-686/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar