Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1415/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-181/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər SSR Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək baxıcı, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək hopdurucu Azərittifaqın İxtisaslaşdırılmış T əmir Tikinti İdarəsində, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək santexnik çilingəri 2 nömrəli Evlər İdarəsində, xx.xx.1998-ci ildən 0406.1999-cu ilədək çılingər Müdafiə Nazirliyinin Mənzil İstismar sahəsində, xx.xx.1999- cu ildən xx.xx.2005-ci ilədək rəngsaz, xx.xx.2005-ci ilədək xx.xx.2018-ci ilədək üzlükçü – plitəçi Bakı Metropolenin Əsaslı Təmir Xidmətində, xx.xx.2018-ci ildən hal-hazıradək Tunel qurğuların xidmətinin 4 saylı tunel qurğuları distansiyasının Vİİ sahəsində üzlükçü plitəçi peşəsində işləyir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 02 sentyabr 2021-ci il tarixli, **********2 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən xx.xx.1978-ci il tarixli ***** ** nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.2005-ci il tarixindən bugünədək "xxxx"nin Əsaslı təmir xidmətində üzlükçü-plitəçi vəzifəsində İddiaçı işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində nəzərdə tutulmamışdır. İddiaçı güzəştli şərtlərlə iş stajını 12 il 6 aydan az (6 il 10 gün (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirdikdən sonra xx.xx.1978-ci başlamış və xx.xx.1980-ci ilədək işləmişdir.xx.xx.1980-ci ildən xx.xx.1982- ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1999-cu ildən hal-hazıradək "xxxx" QSC-də zərərli və ağır iş şəraitində işləyir. Həm in müddətdən xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək rəngsaz, xx.xx.2005-ci ildən hal-hazıradək (xx.xx.2021-ci ilədək) üzlükçü-plitəçi peşəsində işləmişdir. Halhazıradək (xx.xx.2021-ci ilədək) ümumi sosial sığorta (əmək) stajı (Ordu sıralarında hərbi xidmətdə olmağı da nəzərə alınmaqla) 42 il 11 ay 04 gündür ki, bunun da 27 il 03 ay 17 günü "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində (rəngsaz və üzlükçü-plitəçi) işləmişdir. Həmin işlər də “əmək şəraiti zərərli və ağır olan digər işlər” kateqoriyasına aiddir. "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində olan sığorta stajı 60 yaşı tamam (xx.xx.2021) olan günədək 26 il 11 ay 02 gün olmuşdur. xx.xx.2021-ci ilədək ümumi sığorta stajı isə 42 il 06 ay 19 gün təşkil edir. 60 yaşı tamam olduqdan sonra güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası almaq üçün hazırda cavabdehə müraciət etmiş, lakin cavabdeh qanunsuz və əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün lazım olan güzəştli şərtlərlə iş stajının olmaması (12 il 06 ay) əsasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın dəlilləri imtinanın dəlilləri ilə eyniyyət təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3045/202 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, cavabdehin imtinası qanunsuz hesab edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin i ddiaçıya yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 22.05. 2021-ci il tarixdən təyin etməkdən imtinası qanuni olmamışdır.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.Ə.Baxışova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3045/202 saylı, 11 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
13. Eyni zamanda, kollegiya qeyd etmişdir k i, birinci instansiya məhkəməsi məhkəmə qərarının əsaslandırma hissəsində iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi nəticəsinə gəlsə də, texniki səhvə yol verərək məhkəmə qərarının “qərara aldı” hissəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini göstərmişdir. Odur ki, texniki səhvə yol verildiyindən məhkəmə qərarının nəticə hissəsi “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin” kimi qəbul edilməklə məhkəmə qərar ı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na və İnzibati Prosess ual Məcəllənin 90.1 94.1 və 96.9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, iddia qaldırıldığı zaman iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”mn nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin 24 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına dəyişiklik edilərək elektrik qatarlarının maşinisti və elektrik qatarlarının maşinist köməkçisi vəzifələri də həmin siyahıya əlavə edilmişdir. Deməli iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 24 dekabr 2022-ci il tarixdə yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmiş, apellyasiya instansiya məhkəməsi isə əsassız olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxsl ərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Ka binetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olun an xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları” Bənd 2.1.8 Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən iste hsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının güzəştli iş stajı mübahisələndirilir.
32. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
33. Kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qa nunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır. 4 Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməlidir.
34. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
35. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
36. Məhkəmə tərkibi iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək kassatorun arqumentinin əsassız olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
37. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 2A|137 nömrəli xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində 5-ci dərəcəli rəngsaz, üzlükçüplitəçi peşələrində çalışmışdır (tuneldə gecə işi, zərərli iş şəraiti ilə 20%). xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Əsaslı təmir xidmətində 5-ci dərəcəli üzlükçü-plitəçi peşəsində işləmişdir (tuneldə gecə işi, zərərli iş şəraiti ilə 20%). xx.xx.2018-ci il tarixindən Tunel qurğuları xidmətinin 4 saylı tunel qurğuları distansiyasının Vİİ sahəsində 5-ci dərəcəli üzlükçü-plitəçi peşəsində işləyir ( zərərli iş lə 20%). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərara müvafiq olaraq həmin siyahının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 18 il 09 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" ASC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
38. Eyni zamanda "xxxx" QSC-nin 40-10/3-1617 nömrəli, xx.xx.20 21-ci il tarixli iddiaçının vəkili İsmail Abışova ünvanlandığı məktubuna əsasən, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışddığı peşələr üzrə əmək stajı 22 il 06 ay 05 gün (xx.xx.2021-ci il tarixinə)təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinə) fəhlələr yarımbəndinə aiddir (mərmərdən üzçəkənlər, lövhələrdən, üzçəkənlər, parlaqdayıcı üzçəkənlər). Belə ki, İddiaçı işlədiyi üzlükçü-plitəçi p eçəsinin iş şəraiti və funksiyaları divar və döşəməyə mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər, parladaqlayıcı üzçəkənlər peşələrinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Üzlükçü-plitəçi peşəsinin əsas vəzifə və funksiyaları mərmərdən, qranitdən və daş lövhələrdən üzlükdaşlarının qoyulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir.
39. Bundan başqa birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X1 hesabın sığorta hissəsində qeydə alınan pensiya k apitalı haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 10 ay 15 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18598,71 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37452,58 manat pensiya kapitalı qeydə alınmışdır.
40. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının çalışmış olduğu üzlükçü-plitəçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinə) fəhlələri peşəsi ilə eyniliyinin nə ilə əlaqədar olması barədə arayışın verilməsi barədə ünvanlanmış sorğuya verilmiş "xxxx" QSC-nin 40N-10/3-1575 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 23 il 05 ay 18 gün (xx.xx.2022-ci il tarixinə) təşkil edir. və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixl i 12 nömrəli qərarının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr (mərmərdən üzçəkənlər, lövhələrdən, üzçəkənlər, parlaqdayıcı üzçəkənlər) yarımbəndinə aiddir. Qeyd: Üzlükçü-plitəçi peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlükdaşlarının qoyulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Divar və döşəməyə üzlük daşlarının qoyulması zamanı mərmər, qranit,aqlay, kafel, metlax, hamar səthli elastik metal parçaları (lövhə) və s. ma teriallardan istifadə olunur. Üzlük işlərinin yerinə yetirilməsi prosesi zamanı materialların mexaniki emal olunmasında pardaqlama kimi texnoloji üsul tətbiq olunur. Bu əməliyyatı yerinə yetirmək üçün xüsusi dəzgahlardan istifadə olunur. Bu ağır fiziki əməkdə mükəmməl və qüsursuz dəqiqlik tələb olunur. İddiaçı işlədiyi üzlükçü-plitəçi peşəsinin iş şəraiti və funksiyaları mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər, pardaqlayıcı üzçəkənlər peşələrinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən onlara bərabər tutula bilər. Onun əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) ay təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstə rilən amillərə görə (toz, səsküy) əmək haqqına tarif maaşının 20 % məbləğində əlavə ödəniş edilir.
41. Beləliklə, iddiaçının "xxxx" QSC-də işlədiyi rəngsaz və üzlükçü-plitəçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndi) fəhlələr (mərmərdən üzçəkənlər, lövhələrdən, üzçəkənlər, parlaqdayıcı üzçəkənlər) yarımbəndində nəzərdə tutulmuş peşələrə uyğundur. İşdə olan sənədlər ilə iddiaçının xx.xx.2021-ci il tari xinə güzəştli stajının "xxxx" QSC-də yeraltı işlərdə, zərərli və ağır iş şəraitində olan iş stajının 12 il 6 aydan çox olması təsdiq edilmişdir.
42. Məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanl arın, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 10 ay 15 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18598,71 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37452,58 manat pensiya kapit alı qeydə alınmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır.
44. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2021-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
45. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-181/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxl