Məhkəmə qərarları › İş №2-1(102)-1416/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1416/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1416/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1416/2019) Bakı şəhəri 15 may 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsinə qarşı icarə müqaviləsinin müddətinin artırılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)412/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 23 noyabr 2007-ci il tarixli 1668 saylı icarə müqaviləsinə əsasən Pirşağı qəsəbəsi, ********** adlanan ərazidə 300 kv.m torpaq sahəsinin ona 10 il müddətinə icarəyə verildiyini, bu müddət ərzində torpaq sahəsinə görə müqavilədə nəzərdə tutulan icarə haqqını, eləcə də hesablanmış vergiləri vaxtında verdiyini və Bələdiyyəyə həmin torpaq sahəsi ilə bağlı hər hansı borcu qalmadığını, müqavilənin müddəti 23 noyabr 2017-ci ildə bitsə də, həmin torpaq sahəsindən faktiki olaraq istifadə etdiyini və torpağın icarə müqaviləsinin müddətinin uzadılmasında maraqlı olduğunu, bu məqsədlə dəfələrlə Bələdiyyəyə yazılı və şifahi müraciətlər etsə də, müraciətlərinə müsbət cavab verilmədiyini, sonuncu dəfə Bələdiyyəyə ünvanladığı yazılı müraciətinə Bələdiyyə 03 avqust 2018-ci il tarixli məktubu ilə X1 mülkiyyətini təsdiq edən xəritələr, aktlar, elektron kadastr planı və şəhadətnamə olmadığından, müqavilənin müddətinin uzadılmasının qeyri-mümkün olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 23 noyabr 2007-ci il tarixli, 16 saylı icarə müqaviləsinin şərtlərinə əməl edərək, həmin müqavilə ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddətinin artırılması barədə müqavilə bağlamaq öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2-1(82)3932/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-412/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv e dilməsi, işə mahiyyəti üzrə baxılması üçün yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında bağlanmış 23.11.2007-ci il tarixli müqavilənin müddəti 23.11.2017-ci ildə bitmiş və tərəflər arasında həmin müqavilə üzrə öhdəliklərdən irəli gələn hər hansı bir mübahisə mövcud deyildir, hazırki halda iddianın predmeti, Pirşağı Bələdiyyəsinin mülkiyyətində olan və əvvəllər iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı icarə müddətinin uzadılmasına dair müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir, yəni c avabdehlə iddiaçı arasında bağlanmış və qüvvədə olan bir müqavilə üzrə öhdəliklərdən irəli gələn mübahisənin həll edilməsi deyil, iddiaçı ilə yeni bir müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, bu tip iddiaların mülki icraat qaydasında ümumi məhkəmələrdə baxılmalı olduğu barədə isə, heç bir maddi və ya prosessual hüquq norması mövcud deyildir, iddiaçı, torpaq sahəsinə görə müqavilədə nəzərdə tutulan icarə haqqını, eləcə də hesablanmış vergiləri vaxtında vermiş və Bələdiyyəyə həmin torpaq sahəsi ilə bağlı hər hansı borcu qalmamış, müqavilənin müddəti 23 noyabr 2017-ci ildə bitsə də, iddiaçı həmin torpaq sahəsindən faktiki olaraq istifadə edir və torpağın icarə müqaviləsinin müddətinin uzadılmasında maraql ıdır, bu məqsədlə dəfələrlə Bələdiyyəyə yazılı və şifahi müraciətlər etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Sabunçu rayon Pirşağı Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Sabunçu rayon Pirşağı Bələdiyyəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci mad dəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil iza hatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)- 412/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayon Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 23.11.2007-ci il tarixli, 1668 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, ************************** sovxozu 300 kv.m təşkil edən torpaq sahəsi bağçılıq məqsədi ilə icarəçiyə müddətli icarəyə verilir, müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 10 ildir, 23 noyabr 2007-ci il tarixdən 23 noyabr 2017-ci il tarixədək müəyyən edilir, istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə, müqavi lənin müddəti yenidən artırılır, iddiaçı cavabdehlə bağlanılmış 23 noyabr 2007-ci il tarixli, 1668 saylı icarə müqaviləsinə əsasən icarə müqaviləsinin müddətinin artırılması barədə müqavilə bağlamaq üçün müraciət etmiş, sonuncu, 03.08.2018-ci il tarixli məktubla ikitərəfli bağlanmış 1668 saylı, 23.11.2007-ci il tarixli icarə müqaviləsi ilə uzun illər istifadə etdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar olaraq qanunvericilikdə dəyişikliyin edildiyinə, 28 oktyabr 2008-ci il tarixli «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyəşikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununun İX hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsin in müddətinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə uzadıla bildiyinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında » Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən az beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasi təsi ilə əldə edilə bildiyinə, X1 mülkiyyətini təsdiq edən xəritələrin, aktların, elektron kadastr planının və şəhadətnamənin olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Sabunçu rayon Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında torpaq sahəsinin bağçılıq məqsədi ilə icarəçiyə müddətli icarəyə verilməsinə dair mülki-hüquqi müqavilə bağlanmış, iddiaçı isə həmin icarə müqaviləsinin müddətinin artırılması barədə yeni müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, bu iddia tələbi üzrə yaranan mübahisə inzibati (ümumi) hüquq münasibətlərindən deyil, mülki (xüsusi) hüquq münasibətlərindən irəli gələn mübahisədir, hazırkı mülki işə mülkiməhkəmə icraatı qaydasınd a baxılmalıdır, tərəflər (hüquqi şəxs) arasında yaranmış mübahisə öhdəlik hüquq münasibətlərdən əmələ gəlmişdir və həmin münasibətlər mülki (müqavilədən irəli gələn öhdəlik) hüquq normalar (hüquqi əsas: AR Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....MM-nin 5.2-ci maddəsi: dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir) vasitəsilə tənzimlənir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qaldırılmış iddianın inzibati məhkəm ə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması (AR İPM-nin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olub-olmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmas ından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsində inzibati or qan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); və 2.2.5-ci maddəsində inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dairəsinə daxil edilmişdir. Çünki, həmin maddədə qeyd edilən inzibati mübahisələr inzibati hüquq münasibətləri ilə bağlıdırlar. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünl ük tələblərinə cavab vermədiyini, bu iddia tələbi üzrə yaranan mübahisənin mülki (xüsusi) hüquq münasibətlərindən irəli gələn mübahisə olduğunu, tərəflər (hüquqi şəxs) arasında yaranmış mübahisənin öhdəlik hüquq münasibətlərdən əmələ gəldiyini və həmin münasibətlərin mülki hüquq normaları vasitəsilə tənzimləndiyini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-412/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(103)-412/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar