Məhkəmə qərarları › İş №2-1(102)-1416/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1416/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1416/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri; ərizəçinin tələbindən kənara çıxma; qərardadın əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 aprel tarixli, 2-1(103)-1036/2021 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 2 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 21 avqust tarixli, **********4195 nömrəli və 2020-ci il 6 oktyabr tarixli, ********* *8395 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2020-ci il 21 avqust tarixli, **********4195 saylı və 2020-ci il 6 oktyabr tarixli, **********8395 nömrəli qərarlar üzrə inzibati aktın icrasının dayandırılması, habelə cəmiyyətin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərracda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, iş üzrə mübahisə həll edilənə kimi hesablarından pul vəsaitinin silinməsi kimi aktın icrasına yönəlmiş hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırması:

3. İddiaçı müvəqqəti xarakterl i müdafiə tədbiri barədə ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair 2020-ci il 12 avqust tarixli, 000556 saylı akt tərtib edilmişdir. Akt üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 21 avqust tarixli, **********4195 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən 83119,46 manat məbləğində büdcəyə maliyyə sanksiyası ödənilməsi qərara alınmışdır. Həmin akt tərəflərindən mübahisələndirilmiş və hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır və işə baxılır. Bundan sonra cavabdeh tərəfindən 2020-ci il 6 oktyabr tarixli, **********8395 nömrəli Qərarla Siyəzən rayonu, Zarat kəndində yerləşən yem və taxıl satışı mağazalarında DVX xxxxxxx saylı 20 20-ci il 13 aprel tarixli akt əsasında 72285,58 manat eyni əsaslarla əlavə maliyyə sanksiyası hesablanmışdır ki, həmin inzibati aktla da, razı deyillər və eyni icraatda mübahisələndirmişlər. Cavabdeh orqan mübahisələndirdikləri həm 83119,46 manat, həm də 72285,58 manat maliyyə sanksiyasının ödənilməsini tələb etməkdə davam edir, hətta artıq ödəmə məbləğindən hesablanmış cəmi 155405,18 manat maliyyə sanksiyasının bir hissəsini də çıxmış və bu şəkildə də, daxil olan məbləğlərdən və artıq ödəmə məbləğlərindən maliyyə sanksiyası məbləğini çıxmaqda davam edirlər. Eləcə də, əmlaklarını siyahıya almaq, əmlaklarının hərrac vasitəsilə satılması, əmlaka tutma yönəldilməsi niyyətindədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 dekabr tarixli, 2-1(112 )-6194/2020 nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən vergi ödəyicisi x” MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 21 avqust tarixli, **********4195 saylı və 2020-ci il 6 oktyabr tarixli, **********8395 saylı qərarlarının icrası ilə əlaqədar olaraq həmin qərarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaiti dondurulmuş, Cəmiyyətin "xxxx" ASC və “x” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulması cava bdehə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin qərarların icrasının dayandırılmasında hüquqi marağı bank hesabları üzərinə qoyulmuş sərəncamların və qərarların icrasının qadağan olunmasına nail olmaqdır. Həmin sərəncamlar inzibati aktın icrasına yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməli və vergi orqanı tərəfindən ərizəçinin bank hesabları üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən ərizəçi üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən ərizəçiyə hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının ərizəçinin xeyrinə çıxarılacağı təqdirdə, ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zam anda borclunun bank hesablarının üzərinə sərəncam qoyulmadığı halda iddianın təmin olunmadığı təqdirdə dövlət büdcəsinə müvafiq vəsaitin ödənilməsi bank hesablarında pul vəsaitinin olmaması səbəbindən mümkün olmaya bilər. Mübahisənin hazırkı mərhələsində iş ətraflı araşdırılaraq sübutlar hərtərəfli tədqiq olunduğundan, Azərbaycan Respublikası Vergi Məcəlləsinin də tələbləri nəzərə alınmaqla ərizə qismən təmin edilməli, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən, cəmiyyətin bank hesablarına sərəncamların qoyulmasının, cəmiyyətin hesablarının dondurulmasının qadağan edilməsi hissəsində mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla, təmin edilməlidir. Ərizəçinin həmin borclara görə cəmiyyətin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərra cda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı ərizədə yazılanlara münasibətdə məhkəmə hesab edir ki, bu hissədə ərizə təmin edilməməlidir.

6. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın qismən ləğv edilməsini və ərizənin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 aprel tarixli, 2-1(103)-1036/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 dekabr tarixli qərardadı təmin edilən - müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən vergi ö dəyicisi "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 21 avqust tarixli, **********4195 saylı və 2020-ci il 6 oktyabr tarixli, **********8395 saylı qərarlarının icrası ilə əlaqədar olaraq həmin qərarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulmasının, cəmiyyətin "xxxx" ASC və “x” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci inst ansiya məhkəməsi qeyd edilənlərdən və müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədindən kənara çıxaraq mübahisələndirilən qərarların icrası ilə əlaqədar olaraq həmin qərarlarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulması nəticəsinə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi ərizəçi tərəfindən ərizədə nəzərdə tutulmamasına baxmayaraq cəmiyyətin "xxxx" ASC və “x” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi nəticəsinə gəlmiş, lakin həmin nəticəni də əsaslandıra bilməmişdir.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə t ədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinin əsasını müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin şəxsi hesabındakı məlumatları araşdırmadan nəticəyə gəlmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri

11. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ərizəçinin vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbu l edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadda iddianın uğurluluq ehtimalı ümumiyyətlə qiymətləndirilməmiş, həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üzrə digər əsasların mövcud olub olmaması müəyyənləşdirilməmişdir. Məhkəmə qərardadın məzmununda haqlı olaraq mübahisələndirilən məbləğin 105 faiz dondurulması qənaətinə gəlmişdir. Lakin məhkəmə qərardadın məzmununda hər hansı bir əsas göstərilmədən, qərardadın nəticə hissəsində müəssisənin "xxxx" ASC və “x’ İçərişəhər filialında açı lmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulması cavabdehə qadağan edilməsini barədə qeyd etmişdir. Məhkəmə tərəfindən vergi ödəyicisinin "xxxx" ASC və “x” İçərişəhər filialındakı hesablarına bütün növ sərəncamların qoyulmasını inzibati orqana qadağan edilməsi qanunsuzdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

12. Ərizəçi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

13. Cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İPM: Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları... hər bir halda əsaslandırılmalıdır. Maddə 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. İşdən göründüyü kimi, ərizəçi vergi orqanının mübahisələndirilən qərarlarından verilən iddiaya məhkəmədə baxılıb qurtaranadək həmin qərarların icrasının müvəqqəti dayandırılmasını, habelə cəmiyyətin əmlakının siyahıya alınması, qiymətləndirilməsi, hərracda satılması, bununla bağlı müvafiq iddia qaldırılması, vergi hesablanmış hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, iş üzrə mübahisə həll edilənə kimi hesablarından pul vəsaitinin silinməsi kimi aktın icrasına yönəlmiş hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələblərindən kənara çıxaraq mübahisələndirilən qərarların icrası ilə əlaqədar olaraq həmin qərarlarla mübahisələndirilən məbləğlərin 105 faiz məbləğində pul vəsaitinin dondurulmasına qərar vermiş, ərizədə nəzərdə tutulmadığına baxmayaraq, cəmiyyətin "xxxx" ASC və “x” İçərişəhər filialında açılmış cari və digər hesablarında mübahisələndirilən qərarlarda qeyd edilən məbləğlərin 105 faiz hissəsində sərəncam və əlavə sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi nəticəsinə gəlmiş, lakin həmin nəticəni də əsaslandıra bilməmişdir. 2

0. İPM-in yuxarıda istinad edilən 52, 68.1, 80.1 və 80.2-ci maddələrinin tələblərindən də göründüyü kimi, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; inzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları hər bir halda əsaslandırılmalıdır.

21. İPM-in 80.3-cü maddəsinin məzmunundan göründüyü kimi, istinad edilən 52 və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. 2

2. Həmin normaların tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin olunmadığından, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 aprel tarixli, 21(103)-1036/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar