Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1416/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X5) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(103)115/2022 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Orconokidze rayonu, “Qum Adası” NQÇİ tərəfindən 15 dekabr 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, 11 sentyabr 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərr üfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.
2. Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq-Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz layihəsinə əsasən Bakı şəhəri, Orconokidze rayonu, “Qum Adası” NQÇİ-yə 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün "Azneft" İB-nin ərazisində torpaq sahəsi ayrılmışdır. 3. "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə “A” 50 saylı 1200 kv.m bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30 oktyabr 1994-cü il tarixdə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişd ir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
5. Cavabdeh 7 aprel 2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Həmçinin sözügedən bağçılıq yoldaşlığında eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan başqa, göstərilən bağ sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 20 dekabr 2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinin ünvanında uyğunsuzluq aradan qaldırılmaqla mülkiyyət hüququnu n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarışın, plan və ölçünün verilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarına və Bakı şəhər XDS İK Baş Memarlıq- Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz layihəsinə əsasən, Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası NQÇİ-yə 250 üzvdən ibarət bağçılıq- yoldaşlıq təsərrüfatı üçün "Azneft" İB-nin ərazisində torpaq sahəsi ayrılmış, "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə blok “A” 50 saylı 1200 kv.m torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda xx.xx.1994-cü il tarixdə “ Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçı "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarını və 30 oktyabr 1994-cü il tarixli “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər surətdir, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır və sözügedən bağçılıq-yoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan başqa göstərilən bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2018-ci il tarixli, 2-1(82)835/2018 nömrəli qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan bağ massivi, blok “A” 50 saylı bağ sahəsinə onunla bağlı nömrə uyğunsuzluğu aradan qaldırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına verilmiş “üzvlük kitabçası” və bağçılıq yoldaşlığın 3 oktyabr 1994-cü il tarixli protokolundan çıxarış onlardakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunmalıdır. İddiaçıya torpaq sahəsi ARDNŞ-nin tərkibindəki “Qum adası” NQÇİ-nin tabeliyində yaradılmış bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır və bu sahə də ona aid olan əraziyə düşmüşdür. Bağ sahəsi mübahisəli deyil, onun nömrəsi təkrarlanır. Bağ sahəsinə yeni ünvan verilməsi və nömrədəki uyğunsuzluğun ardan qaldırılması cavabdehin səlahiyyətindədir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş dir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 dekabr 2018-ci il tarixli, 2-1(103)-2524/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs kimi zəruri cəlb etmə qaydasında işə cəlb edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 fevral 2019-cü il tarixli, 2-1(103)-44/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, Vidadi Məmmədov və İlham Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli bağ sahəsi Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X15 Ltd. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən “X8 Limited” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən, həmin bağ sahəsinə iddiaçının hüququnun qeydə alınmasından imtina qanunazidd deyildir.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının d əyişdirilmədən saxlanılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2-1(102)-1723/2019 nömrəli qərarı (hakimlər Sevda Hüseynova (sədrlik edən və məruzəçi), İlqar Dadaşov və Kəmaləddin Bədəlov) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 fevral 2019-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli məsələyə apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 5-ci bəndinin tətbiqi düzgün olmamışdır, çünki məhkəmə həmin bənddə nəzərdə tutulmuş tələbləri düzgün təfsir etməmişdir. Belə ki, 4-cü bəndin tələblərinə görə, Qanun qü vvəyə mindikdən sonra Sazişin qüvvədə olduğu müddət ərzində onun tələblərinə zidd olan hər hansı bir normativ-hüquqi və ya inzibati akt qəbul edildiyi təqdirdə, onların daha sonra qəbul edilməsinə baxmayaraq, daha yüksək hüquqi qüvvə Qanunla təsdiq edilmiş Sazişə, Hökumət təminatına və Əlavələrə verilmişdir. 5-ci bəndin mahiyyəti isə ondan ibarətdir ki, əgər həmin Saziş bağlanmadan əvvəl kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün hər hansı bir digər saziş, kontrakt və ya bu cür başqa sənəd mövcud olmuşdursa, onların hüquqi qüvvəsi ləğv edilmiş hesab olunmalıdır. Qeyd edilmiş bənddə nəzərdə tutulmuş tələblər bilavasitə həmin sahənin hər hansı bir məqsədlə və hüquqla başqa şəxslərə verilməsini nəzərdə tutmamış, yalnız məqsədli təyinatı neft-qaz əməliyyatları aparmaq üçün verildiy i halda, bu cür əqdlərin qüvvəsinin ləğv edildiyini müəyyən etmişdir. Bu nəticə həmçinin ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir torpaq sahəsinin hər hansı bir hüquqla məxsusluğu müəyyən edildiyi təqdirdə, müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Çünki əks halda məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həll edilməli idi. 1987-ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur ki, onun yuxarıda istinad edilən Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununu ilə ləğv edilməsi nəticəsi yaranmır apellyasiya instansiyası məhkəməsində ikin ci icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2479/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-835/2018 saylı, 1 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarədir ki, mübahisəli torpaq sahəsi iddiaçıya 12 iyun 2001-ci il tarixli Qanundan əvvəl qəbul olunmuş inzibati akt olan Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987ci il tarixli, 10/396 saylı qərarı ilə ayrılmışdır. Və həmin qərar qəbul edildiyi halda da, hazırki vəziyyətdə də həmin torpaq sahələri neft-qaz təyinatlı, sənaye ə həmiyyətli torpaqlar olduğundan həmin torpaq sahələrindən əvvəlki dövrdə də, hal-hazırki dövrdə də təyinatına görə istifadə edilməsi qanuni və zəruridir. Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə həmin torpaq sahəsinin hər hansı digər məqsəd üçün (tikinti, mülkiyyət və s.) deyil, məhz iddiaçının bağçılıq təsərrüfatı aparması üçün istifadəsinə verilməsi həmin torpaqların sənaye təsərrüfat əhəmiyyətindən irəli gəlmişdir. Adı çəkilən inzibati akt əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına və dövlət reyestrində qeydiyyata alınmasına əsas vermir. Müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsinin nəzərdə tutulmaması ilə bağlı kollegiya qeyd edir ki, iddiaç ının mübahisəli torpaq sahəsinə dair mövcud hüququnun ləğv edilməsinə dair aidiyyəti orqan tərəfindən hər hansı bir qərarın qəbul edilməsi iş materiallarından müəyyən olunmur. Belə bir qərar qəbul olunacağı təqdirdə isə iddiaçıya dəyəcək zərərin ödənilməsinin tələb edilməsi qanunvericiliklə nizama salınmışdır. Bundan başqa, iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutulan Bakı şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı iddiaçının məzmununa etimad göstərdiyi qanunsuz, lakin əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Qanunsuz əlverişli inzibati akt isə ləğv olunduğu təqdirdə maraqlı şəxs olaraq iddiaçının həmin aktın məzmununa etimad göstərməsi səbəbindən düşdüyü zərərin əvəzini kompensasiya ilə ödənilməsini tələb etmək hüququna malikdir.
20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)735/2020 saylı, 14 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi) İ.Hüseynov və R.Nəbizadə) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2-1(102)-1723/2019 nömrəli qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası mə hkəməsi tərəfindən iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən bildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir”. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının bu göstərişlərini yerinə yetirməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini pozmuşdur. Bununla yanaşı, kassatorun “qanunçuluq və bərabərlik” prinsipləri ilə bağlı dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətinin göstərilən dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə eyni vəziyyətdə olan yüzlərlə şəxsə artıq mülkiyyət hüquqları daşınmaz əmla kın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyinə dair iddiaçının bildirdiklərini də yoxlamalı və işin müəyyən olunmuş hallarına qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri baxımından qiymət verməlidır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı). apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1560/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər V. Ağayev (sədrlik edən və məruzəçi), R.Həsənov və A.Nuriyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmişdir. iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Bakı Şəhər XDS İK-nın 27 oktyabr 1987-ci il tarixli, 10/396 saylı qərarı iddiaçının məzmununa etimad göstərdiyi qanunsuz, lakin əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Qanunsuz əlverişli inzibati akt isə ləğv olunduğu təqdirdə maraqlı şəxs olaraq iddiaçının həmin aktın məzmununa etimad göstərməsi səbəbindən düşdüyü zərərin əvəzinin kompensasiya ilə ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublik ası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə istinad edərək müraciəti təmin etməməkdə haqlı olmuşdur.
25. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2-1(102)-336/2021 nömrəli qərarı (hakimlər X6 (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X14) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki: - iddiaçının hüquqlarını bəyan etdiyi torpaq sahəsinin ARDNŞ-ə ai d olması barədə iş materiallarında olan sənəd yalnız “X8 Limited” şirkəti tərəfindən təqdim edilmiş sxem və məktubdan ibarətdir. Məhkəmə mübahisəli torpağın həqiqətən də “X8 Limited” şirkətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini araşdırmamışdır; - həmçinin iş materiallarının 1-ci cildinin 96-100-cü səhifələrinə “Qum adası” Bahar bağçılığında sahəsi olan işçilərin siyahısı əlavə olunmuşdur. Bu siyahının 7-ci sətrində iddiaçının adı qeyd olunmuşdur. Həmin siyahı HİK sədri, bağçılıq təsərrüfatının sədri və katib tərəfindən imzalanmışdır, lakin kserosurət sənəd olduğuna görə möhür görünmür. Bu siyahı poçtla və ya dəftərxana vasitəsilə daxil olmamışdır və məhkəmə iclas protokolunda qeyd olmadığına görə kim tərəfindən təqdim edilməsi müəyyən olunmur. İşə baxmış məhkəmələr bu siyahıya q iymət verməmişdir. - bundan başqa, cavabdeh əvvəllər verdiyi apelyasiya şikayətində iddiaçının hüquqlarını bəyan etdiyi müvafiq bağ nömrəsinin X2 adına qeydiyyata alındığını bildirmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir. Lakin məhkəmələr həmin şəxsin üçüncü şəxs qismində işə cəlb olunması məsələsini müzakirə etməmişdir. apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 21(103)-115/2022 nömrəli qərarı (hakimlər X17 (sədrlik edən və məruzəçi), X9 və X4) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2 018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: - qanunvericiliyin tələbinə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03 oktyabr 1994-cü il tarixli, 01 saylı qərarı ilə blok “A” 50 saylı 1200 kv.m bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda 30 oktyabr 1994-cü il tarixdə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. - “X8 Limited” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 00 25 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən 1.200 kv. m torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməklə Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndindəki cədvələ əsasən şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə olmalıdır. İddiaçıya məxsus torpaq sahəsi isə 477 metr məsafədə yerləşir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X15 Ltd. ("xxxx") və ARDNŞ-n in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü bəndin tələblərinə görə, Qanun qüvvəyə mindikdən sonra Sazişin qüvvədə olduğu müddət ərzində onun tələblərinə zidd olan hər hansı bir normativ-hüquqi və ya inzibati akt qəbul edildiyi təqdirdə, onların daha sonra qəbul edilməsinə baxmayaraq, daha yüksək hüquqi qüvvə Qanunla təsdiq edilmiş Sazişə, Hökumət təminatına və Əlavələrə verilmişdir. 5-ci bəndin mahiyyəti isə ondan ibarətdir ki, əgər həmin Saziş bağlanmazdan əvvəl kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün hər hansı bir digər saziş, kontrakt və ya bu cür başqa sənəd mövcud olmuşdursa, onların hüquqi qüvvəsi ləğv edilmiş hesab olunmalıdır. Qeyd edilmiş bənddə nəzərdə tutulmuş tələblər bilavasitə həmin sahənin hər hansı bir məqsədlə və hüquqla başqa şəxslərə verilməsini nəzərdə tutmamış, yalnız məqsədli təyinatı neft-qaz əməliyyatları aparmaq üçün verildiyi halda, bu cür əqdlərin qüvvəsinin ləğv edildiyini müəyyən etmişdir. Bu nəticə həmçinin ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir torpaq sahəsinin hər hansı bir hüquqla məxsusluğu müəyyən edildiyi təqdirdə, müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Çünki əks halda məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həll edilməli idi. İddiaçıya münasibətdə cavabdehin iddiaçının adına qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasından imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.
31. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
32. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının alınmasını xahiş etdiyi 1200 kv.metr torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməklə, əməliyyat şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi də daxil olmaqla ARDNŞ ilə X15 Ltd. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında bağlanmış Sazişin qüvvədə olduğu müddətdə Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquq verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar olunmamış, həmçinin 50A saylı bağ nömrəsi ilə X3 adına qeydiyyatdan keçirilmişdir. Bundan əlavə, Ali Məhkəmənin 24 fevral 2021-ci il tarixli qərarında qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi tərəfindən idarəyə təqdim olunmuş bağçı lıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və digər sənədlər Bakı Apellyasiya Məhkəməsinə gətirilmiş və məhkəmə araşdırması zamanı iddiaçının adının həmin siyahıda olmadığı aşkarlanmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsi qərarında buna istinad etməmiş, ümumiyyətlə bu barədə heç nə qeyd etməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
34. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Torpaq Məcəlləsi Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əld ə edə bilərlər.
36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlə r kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:... 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınması ndan aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda.
37. İnzibati Prosessual Məcəllə Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qə rarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini təkrarlayan hazırkı kassasiya şikayətindən irəli gələn i şin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi mübahisəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi m übahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Üçüncü şəxsin məzmun baxımından cavabdehin apelyasiya şikayətinin dəlillərini təkrarlayan kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi əməliyyat şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinin hüdudları daxilindədir və 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşir. ARDNŞ-lə X15 Ltd. ("xxxx") və ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında bağlanmış Sazişin qüvvədə olduğu müddətdə Sazişin pay iştirakçılarına həmin torpaq sahəsi də daxil olmaqla kontrakt sahəsində neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquq verilmişdir. Bundan əla və, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, həmçinin 50A saylı bağ sahəsi X3 adına qeydiyyata alınmışdır. Bundan əlavə, Ali Məhkəmənin 24 fevral 2021-ci il tarixli qərarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və digər sənədlər Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş və məhkəmə araşdırması zamanı iddiaçının adının həmin siyahıda olmadığı aşkar edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi öz qərarında buna istinad etməmiş, ümumiyyətlə buna qiymət verməmişdir.
45. Kassasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin 1410 nömrəli quyudan 477 metr məsafədə və Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi məsələsinə qiymət verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin normanın tələblərinə görə, şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə yerləşməlidir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşir.
46. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, bu qərarın 37-ci bəndində istinad olunan normaya görə, 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 3 oktyabr 1994-cü il tarixli, 1 saylı qərarı ilə 1200 kv.m ölçüdə blok “A” 50 saylı bağ sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994-cü il tarixli üzvlük kitabçasının iddiaçıya təqdim edildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir.
47. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərr üfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərd ə tutulan hallarda qeydə alınmalıdır.
48. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş və məhkəmələr tərəfindən mötəbər sayılmış protokoldan müvafiq çıxarış, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994cü il tarixli üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir.
49. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
50. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarın qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan qərarın hər hansı subyekt, o cümlədən üçüncü şəxs tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. 50. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu zaman həmçinin qeyd edilən Sazişin iddiaçıya torpaq sahəsinin ayrılmasından uzun müddət sonra bağlanıldığı və etimadın qorunması prinsipi, eləcə də yuxarıda istinad olunan normalar baxımından həmin Sazişin müddəalarının şəxsin ona torpaq sahəsinin ayrılması barədə qərara əsaslanan hüququnun qeydiyyata alınmasını istisna etmədiyi də nəzərə alınmalıdır.
51. Bundan əlavə, iş üzrə materiallara əlavə olunmuş X1 (X3) notarial qaydada təsdiq olunmuş 13 fevral 2018-ci il tarixli ərizəsindən görünür ki Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, “A” blokunda yerləşən və onun mülkiyyətində olan torpaq sahəsinin nömrəsi də 50-dir. Qeyd olunan torpaq sahəsi ona “Qum adası” Neft-Qaz Çıxarma İdarəsinin “Bahar” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəf indən ayrılmışdır. İddiaçı 20 ildən artıqdır ki, onun bağ (hasar) qonşusudur. İddiaçı bağ sahəsinin nömrəsinin də 50 olmasına baxmayaraq, faktiki olaraq onların bağ sahələri ayrıdır. Ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, “Bahar” qəsəbəsi, “A” blokunda yerləşən 50 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və bu barədə ona xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Çıxarış verilmişdir. Ona görə də İddiaçı istifadəsində olan torpaq sahəsinin A50 nömrəsindən başqa, istənilən nömrə altında Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına heç bir etirazı yoxdur.
52. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhk əmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
54. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 m art 2022-ci il tarixli, 21(103)-115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.