Məhkəmə qərarları › İş №2-1(102)-1416/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1416/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1416/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik müddətinin bitdiyi tarixdən əlilliyin yenidən təyin edildiyi tarixədək əlilliyə görə əmək pensiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyi nəzərə alınaraq, aprel və may aylarının ödənişlərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023cü il tarixli, 2-1(103)-1270/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının sağlamlıq vəziyyəti bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il olaraq müəyyə n edilmişdir.

2. İddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbi ilə əmək pensiyasının ödənişi dayandırılmışdır.

3. Bundan sonra, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və həmin tarixdən etibarən iddiaçının İİ dərəcə əlilliyə görə əmək pensiyası bərpa edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək 2021-ci ilin aprel və may aylarının ödənişinin bərpa edilməsini xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əli lliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbi ilə əmək pensiyasının ödənişi dayandırılmışdır. xx.xx.2021-ci il tarixindən iddiaçının İİ dərəcə əlilliyi müəyyən olunmuş və buna müvafiq olaraq əlilliyə görə əmək pensiyasının ödənişi qeyd olunan tarixdən 317,59 manat olmaqla bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Qeyd edilən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. X1 Sisteminin Əlillik altsistemində iddiaçının İİ dərəcə əlilliyinin m üddəti xx.xx.2021-ci il tarixindən əvvəl (xx.xx.2021-ci il tarixdə) qüvvəyə mindiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyi nəzərə alınaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1953-cü il tarixində anadan olmuşdur. Əmə k kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.2010-cu il tarixinə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ümumilikdə 34 ildən çox stajı vardır. Eyni zamanda İV mərhələ onkoloji xəstədir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, xx.xx.2010-cu il tarixindən iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəb göstərilərək əmək pensiyanın ödənişi dayandırılmışdır. İddiaçı isə bu məsələdən 9 aprel 2021-ci il tarixdə xəbər tutmuşdur. Bundan sonra təyin edilmiş əmək pensiyanın bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Müraciətə əsasən, əlilliyi təkrar qiymətləndir ilmiş və xx.xx.2021-ci ildə əmək pensiyası yenidən bərpa edilmişdir. Qanunvericiliyin tələbini nəzərə alaraq, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə iddiaçı tərəfindən ərizə ilə müraciət olunmuş və aprel-may aylarının ödənişlərinin bərpa edilərək ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli ərizəyə rədd cavabı verilmişdir. Cavab məktubunda göstərilmişdir ki, əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ödənilməyən pensiya aylarının məbləği ötən dövr olaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq ötən dövrün verilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır.

8. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9646/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyini nəzərə alaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra iki ay müddətində pensiyanın bərpa edilməsi üçün müraciət etmiş, əlilliyi yenidən xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olm ası təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinədək dövr üçün (2021-ci ilin aprel, may ayları üçün), lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qər arın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-1270/2022 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9646/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh təkrar olaraq qeyd edir ki, iddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və bu tarixdən sonra yaranan münasibətlərə tətbiq olunur. Belə ki, qeyd edilən səbəbdən mübahisələndirilən dövrün iddiaçıya ödənilməsi qanunun tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək olan redaksiyada): Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (24 iyul 20 21-ci il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının 2 iyul 2021ci il tarixli 356-VİQD nömrəli Qanunu yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir) 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılma sı qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq a pellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmamalıdır.

22. İşin hallarına, iddiaçının tələbi nə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

23. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbi ilə əmək pensiyasının ödənişi dayandırılmışdır. Bundan sonra, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, həmin tarixdən də etibarən iddiaçının İİ dərəcə əlilliyə görə əmək pensiyası bərpa edilmişdir.

24. Hazırkı iş üzrə mübahisənin əsasında iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən yenidən əlilliyin müəyyən edildiyi xx.xx.2021-ci tarixədək olan müddət ərzində almadığı əlilliyə görə əmək pensiyasının aprel və may aylarının ödənişlərinin ödənilməsi dayanır.

25. Kassasiya şikayətinin də əsas dəlili ondan ibarətdir ki, iddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə qazanmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə edilmiş dəyişiklik isə xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və bu tarixdən sonra yaranan münasibətlərə tətbiq olunur. Ona görə də, mübahisələndirilən dövrün iddiaçıya ödənilməsi qanunun tələblərinə ziddir.

26. İddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Kons titusiya Qanununun 87-ci maddəsinə istinad edərək hesab etmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır.

28. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 202 0-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: “...

77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüqu qlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir....

82. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaq la, insanların dövlətin hüquq siyasətinə etibarını artırır.

83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir....

84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış h üququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur....

86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözl ənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

87. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılm ış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur....”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların tə min edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zərur i hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır.”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsi nin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyun 2023-cü il tarixli Qərarında qeyd edir ki: “... Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi qeyrimüəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplə rindəndir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Bu ondan irəli gəlir ki, hüquqi müəyyənlik prinsipinin bir komponenti kimi hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaratmaqla, fərdi qanunvericiliyin və hüquq tətbiqedən orqanların subyektiv hüquqlara haqsız müdaxiləsindən qoruyur. Konstitusiya Məhkəməsnin Plenumu vurğulayır ki, hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət ins titutu ilə bağlıdır. Lakin Konstitusiya hüququ baxımından hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi də mümkündür. Belə ki, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi tamamilə istisna edilmir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, qanunun geriyə qüvvəsinin yolverilməzliyi prinsipindən istisna onun fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırması, hüquqi məsuliyyətini aradan qaldırması və ya yüngülləşdirməsi ilə şərtləndirilmişdir.... Azə rbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir.”

31. Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegi yası hesab edir ki, iddiaçıya sonuncu dəfə əlillik xx.xx.2021-ci il tarixdə təyin edilmişdir və buna müvafiq olaraq iddiaçının əlilliyə görə əmək pensiyası da cavabdeh tərəfindən bərpa edilmişdir. İşin mübahisələndirilməyən bu halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilən zaman hazırkı iş üzrə mübahisə predmetinin əsasını təşkil edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsi mövcud olmamış, ümumiyyətlə, xx.xx.2021-ci il tarixə qədər qanunvericilikdə əlillik müddətinin bitdiyi tarixdən növbəti əlilliyin təyin edilməsi tarixinə qədər olan müddətin (6 aydan az olmaq şərti ilə) də əlillik müddəti kimi nəzərə alınmasına dair müddəa olmamışdır.

32. İddiaçıya sonuncu dəfə əlillik təy in edilən zaman (xx.xx.2021-ci il tarixdə) qüvvədə olan qanunvericilik normasına əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi). Yəni iddiaçı ona xx.xx.2021-ci il tarixdə əlillik təyin edilən zaman xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətin onun əlillik müddətinə daxil edilməsi ilə bağlı hüquqa sahib olmamışdır. Ona görə də, həmin ana uyğun olaraq iddiaçının hər hansı qazanılan və ya gözlənilən hüququ meydana gəlməmişdir.

33. Məhkəmə kollegiyası sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar səbəbindən bu sahədə qanu nvericiliyin normalarının dəyişkən olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən sonra cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş və cavabdeh inzibati orqan məhz əlilliyin təyin edildiyi tarixdə qüvvədə olan normalar çərçivəsində qanunvericiliyə uyğun davranmışdır. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2021-ci il tarixdən yeni məzmunda 3.3-1-ci maddəsinin əlavə edilməsi iddiaçının hüquqi vəziyyətinin yaxşılaşdırılması kimi deyil, yeni hüquqi vəziyyətin (statusun) yaradılması kimi qəbul olunmalıdır ki, hazırkı iş üzrə iddiaçı qeyd edilən statusa sahib olmamışdır.

35. Sözügedən qanun normasının qəbul edilməsi ilə əlilliyi olan şəxslərin hüquqi vəziyyət inə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Lakin bu dəyişikliyin hazırkı mübahisəyə münasibətdə tətbiq edilməsi, yəni qanunun qüvvəsinin geriyə şamil edilməsi o zaman məqsədə müvafiq hesab edilə bilərdi ki, şəxsin ağırlaşan hüquqi vəziyyətinin aradan qaldırılmasına yönələn qərar qəbul edilsin.

36. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.

37. Ona görə də, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsasən hesab edir ki, xx.xx.2021-ci il tarixdən etibarən qüvvəyə minmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Re spublikası Qanununun 3.3-1-ci maddəsinə uyğun olaraq, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsinə dair müddəa həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir.

38. Odur ki, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

39. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti t əmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 21(103)-1270/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitdiyi və xx.xx.2021-ci tarixdə bərpa edildiyi nəzərə alınaraq, aprel və may aylarının ödənişlərinin bərpa edilərək iddiaçıya ödənilməsi” barədə iddiası təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar