Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1416/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ümumi iş stajı, əyani təhsil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2709/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuş, “Sahil” DKQİ-nə işə qəbul olmazdan əvvəl xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır, xx.xx.1992-ci ildə “Sahil” X3 İdarəsinin QAYTS-ə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1992-ci ildə Neft Akademiyasının qiyabi şöbəsinə keçirilmişdir, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən idarənin ləğvi ilə əlaqədar “Bulla” DKQİ-ə köçürmə qaydasında işdən azad edilmişdi r, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən ləğv edilmiş “Sahil” DKQİ-dən QAYTS-ə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Bayıl Limanı” X4 İdarəsinə köçürmə qaydasında işdən azad edilmişdir, xx.xx.1995-ci ildə “Bayıl Limanı” X3 İdarəsində “Bulla” DKQİ-dən köçürmə yolu ilə 8 saylı DDSP-a 4-cü dərəcəli quyulara xidmət üzrə çilingər vəzifəsinə qəbul edilmişdir, xx.xx.1997-ci ildə həmin yerdə 5-ci dərəcəli quyulara xidmət üzrə çilingər keçirilmişdir, xx.xx.2007-ci ildə 19 saylı DDSÖ-nə 12-ci dərəcəli mexanik (qazma avadlıqlara xidmət edən) vəzifəsinə keçirilmişdir, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanın a uyğun olaraq AR DNŞ-nin 12 mart 2007-ci il tarixli 51 nömrəli və 14 mart 2007-ci il tarixli 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” DKQİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X5” Trestinin tabeliyinə verilmişdir, xx.xx.2008-ci ildə 19 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2011-ci ildə 10 saylı DDSÖ-nə 12-ci dərəcəli Ətraf mühitin mühafizəsi və ekologiya üzrə mühəndis vəzifəsinə keçirilmişdir, xx.xx.2012-ci ildə 6 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqlarının təmiri və xidmət üzrə mexanik vəzifəsinə keçirilmişdir, ARDNŞ-nin xx.xx.2012-ci il tarixli 65 saylı və “X5” trestinin xx.xx.2012-ci il tarixli 62 saylı əmrlərinə əsasən “Bayıl limanı” X6 İdarəsinin adı dəyişdirilərək “Xəzər” D əniz Kəşfiyyat İdarəsi adlandırılmışdır, xx.xx.2012-ci ildə işdən azad edilmişdir, xx.xx.2012-ci ildə “X5” tresti X8 İşləri İdarəsində Günəşli yatağı 6 saylı X7 Özülünə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir, xx.xx.2014-cü ildə “Günəşli” istehsalat bölümü 6 saylı DDSÖ-nə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2014-cü ildə “Günəşli” İB, 19 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2017-ci ildə “Günəşli” istehsalat bölümü 13 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişd ir, xx.xx.2017-ci ildə “Günəşli” istehsalat bölümü 14 saylı DSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2017-ci ildə ştat cədvəlindəki dəyişikliyə əsasən “Günəşli” İB-yə 14 saylı DDSÖ-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik keçirilmişdir, xx.xx.2017-ci ildə “Günəşli” İB-yə 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik 5 saylı DSÖ-yə keçirilmişdir, xx.xx.2021-ci ildə Neft Daşları-Günəşli istehsalat bölümü, 3 saylı briqadaya 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsinə keçirilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Socar **********81200598X00023 nömrəli arayışda qeyd olunmuşdur ki, İddi açı SOCAR-ın “X5” trestin nəzdində olmuş müxtəlif İdarələrdə aşağıda göstərilmiş peşə və vəzifələrdə işləmişdir: “Bayıl Limanı” X3 İdarəsi üzrə: xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək - 8 saylı X1maya xidmət edən çilingər; xx.xx.2007-ci ildən xx.xx.2011ci ilədək 19 saylı X1ma avadanlığına xidmət edən mexanik; xx.xx.2011-ci ildən xx.xx.2012ci ilədək 10 saylı X7 Özüldə ətraf mühitin mühafizəsi və ekologiya üzrə mühəndis; xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək 6 saylı X7 Özüldə avadanlıqların təmiri və xidməti üzrə mexanik; “Neft Daşları” X9 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək Günəşli yatağı 6 saylı X7 Özüldə avadanlıqların təmiri və xidməti üzrə mexanik; “X5” tresti üzrə: xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək 6, 19, 13, 14 saylı X7 Özüllərdə avadanlıqların təmiri və xidməti üzrə mexanik; xx.xx.2017-ci ildən hal-hazırki vaxta kimi “Günəşli” istehsalat bölümündə 5 saylı X7 Özüldə avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsində işləyir.
4. Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən 2003-cü ildə verilmiş 0183 qeydiyyat nömrəli, A № 131593 saylı Diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 20 №-li xx.xx.2003-cü il tarixli Qərarı ilə İddiaçı “Texnoloji maşınlar və avadanlıqlar” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
5. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01/394 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tuta raq bildirir ki, İddiaçı 1985-ci ildə Neft-mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ Kursuna daxil olmuşdur (Əmr; № 02/838, xx.xx.1985-ci il). İddiaçı 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır (Əmr; № 02/760, xx.xx.1987-ci il) və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna daxil olmuşdur (Əmr; № 02/839, xx.xx.1989-cu il). 1992-ci ildə əyani şöbənin V kursun tələbəsi İddiaçı dərs davamiyyəti pis olduğuna görə Vİ kursun qiyabi şöbəsinə köcürülmüşdür. (Əmr; № 02/1160, xx.xx.1992-ci il). İddiaçı 1996-cı ildə akademik kəsrləri olduğuna görə Vİ kursdan akademiyadan xaric edilmişdir. (Əmr; № 02/712, xx.xx.1996-cı il) və 2001-cı ildə İV kursun qiyabi şöbəsinə bərpa olunmuşdur (Əmr; № 02/540, xx.xx.2001-ci il). İ ddiaçı 2003-cü ildə NMF-nin qiyabi şöbəsini bitirmişdir və ona bakalavır dərəcəsi verilmişdir (Əmr; № 02/431, xx.xx.2003-cü il). Diplom A №131593 (qeyd №0183) xx.xx.2003-cü il. Əsas: İnstitut üzrə əmrlər.
6. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01-2046 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirir ki, İddiaçı 1985-ci ildə Neft mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 02/838, xx.xx.1985-ci il). İddiaçı 1987-ci ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmışdır (Əmr: № 02/760, xx.xx.1987-ci il) və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa olmuşdur (Əmr: № 02/839, xx.xx.1989-cu il). 1992-ci ildə əyani şöbənin V kursun tələbəsi İddiaçı dərsə gəlmədiyi üçün təkrar Vİ kursun qiyabi şöbəsinə köcürülmüşdür. (Əmr: № 02/1160, xx.xx.1992-ci il). İddiaçı 1996-cı ildə akademik kəsrləri olduğuna görə Vİ kursdan akademiyadan xaric edilmişdir. (Əmr: № 02/712, xx.xx.1996-cı il) və 2001-cı ildə Vİ kursun qiyabi şöbəsinə bərpa olunmuşdur (Əmr: № 02/540, xx.xx.2001-ci il). İddiaçı 2003-cü ildə NMF-nin qiyabi şöbəsini bitirmişdir və ona bakalavır dərəcəsi verilmişdir (Əmr: № 012/431, xx.xx.2003-cü il). Diplom A №131593 (qeyd №0183) xx.xx.2003-cü il. Əsas: İnstitut üzrə əmrlər.
7. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq 01 dekabr 2022-ci il tarixli **********0 nömrəli imtina məktubunda göstərilmişdir ki, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 10 ay 8 gün (xx.xx.1987- xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh xxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından verilmiş 01 dekabr 2022-ci il tarixli **********70 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, ona güzəştli şərtlərlə 52 yaşından əmək pen siyasının təyin olunmasının vəzifə olaraq cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun əyani şöbəsinə daxil olmuş və bir ildən sonra həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini başa vurduqdan sonra yenidən əyani təhsilini davam etdirmişdir. 1992-ci il tarixdən təhsilini qiyabi davam etdirməklə istehsalatın müxtəlif sahələrində uzun müddət əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Onun güzəştli şərtlərlə pensiya almaq hüququ 52 yaşı tamam olduqda yaranır və 03 sentyabr 2020-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Bundan sonra o, güzəştli şərtlərlə 52 yaşının tamam olduğu və 25 ildən yuxarı əmə k stajının olmasını və bunun da çox hissəsini zərərli işdə çalışdığını nəzərə alınaraq, ona pensiya təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin sözügedən idarədən xx.xx.2022-ci il tarixdə **********70 saylı imtina məktubu almışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respubli kasının 6 mart 2007-ci il tarixli 260İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 10 ay 8 gün (xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
11. Bakı İnzibati Mə hkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-4892/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh xxna həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərbi biletdə, diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 13 il 02 ay 17 gün olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 20 il, 02 ay, 27 gün təşkil edir. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi iş stajı ilə bağlı şərti də ödəmişdir. Cavabdeh inzi bati orqan tərəfindən nəzərə alınmayan müvafiq dövr üzrə iş stajı (İddiaçı həqiqi hərbi xidmətə getməmişdən əvvəl təhsil aldığı xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixədək olan dövr) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda əksini tapmışdır.
13. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2709/2023 nömrəli, 2023-cü il 6 dekabr tarixli qərarı ilə (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112 )-4892/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında İddiaçı 1987-ci il hərbi xidmətə çağırıldığı və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin birinci kursuna daxil olduğu qeydinə diqqət yetirməmişdir. Belə ki, həmin q eyddə iddiaçının birinci kursa bərpa olduğu deyil, daxil olduğu qeyd olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı hərbi xidmətdən öncə təhsili dondurmamış, təhsilini yarım buraxaraq hərbi xidmətə yollanmış və hərbi xidmətdən gəldikdən sonra yenidən universitetə daxil olmuşdur. Həmçinin belə düşünməyə o əsas verir ki, iddiaçının universitetə 1985-ci ildə daxil olmasına, 1987-ci ildə hərbi xidmətə çağırılmasına baxmayaraq o birinci kursu bitirməmiş və hərbi xidmətdən qayıtdıqdan sonra yenidən birinci kursa daxil olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüv vəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asıl ı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığo rta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı sı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəbləri ni bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür). Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, ida rələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” X Bölmə - Neftin q azılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;
2. Neftqaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: Bənd 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensi ya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı ) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tə ləbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetə rli hesab olunur.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
32. İddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göst əricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Cavabdeh inzibati orqan hazırda iddiaçının 1985-1987-ci illərdə aldığı təhsil dövrünün sosial sığorta stajına daxil edilməsini mübahisələndirir.
36. Cavabdeh kassasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında İddiaçı 1987-ci il hərbi xidmətə çağırıldığı və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin birinci kursuna daxil olduğu qeydinə diqqət yetirməmişdir.
37. Cavabdeh tərəfindən xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər mübahisələndirilmir və həmin dövr üzrə ümumi stajı 17 il 10 ay 8 gün təşk il edir.
38. Təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985-xx.xx.1987 və xx.xx.1989-xx.xx.1992 - təhsil, xx.xx.1987-xx.xx.1989 - hərbi xidmət, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2006 əmək kitabçasında göstərilən iş dövrü).
39. Kollegiya qeyd edir ki, əyani təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur.
40. Bundan başqa, kollegiya qeyd edir ki, təkrar məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2023-cü il tarixli 01-2046 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 1985-ci ildə Neft mexanika fakültəsinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 02/ 838, xx.xx.1985-ci il). İddiaçı 1987-ci ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmışdır (Əmr: № 02/760, xx.xx.1987-ci il) və 1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa olmuşdur (Əmr: № 02/839, xx.xx.1989-cu il).
41. Göründüyü kimi iddiaçı hərbi xidmətdən hərbi xidmətdən qayıtdıqdan sonra 1985-ci ildə daxil olduğu təhsil müəssisəsində təhsilini davam etdirmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının “Bayıl Limanı” X3 İdarəsi üzrə: xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək - 8 saylı X1maya xidmət edən çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;
1. Qazma; a) fəhlələr; kod 1100000a—18497 buruqlara xidmət üzrə çilingərlər.
43. Göründüyü kimi iddiaçının 10 ildən artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən də imtina məktubunda, kassasiya şikayətində iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir.
44. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-2709/2023 nömrəli, 2023-cü il 6 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.