Məhkəmə qərarları › İş №2-1(102)-1416/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1416/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1416/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Eks pertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-888/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,, iddiaçı barəsində əlilliyin təyin olunmasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12996/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-888/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının bu günədək qeyd olunan xəstəliklərlə bağlı stasionar, o cümlədən ixtisaslaşdırılmış tibb müəssisəsində (ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışları iş materiallarına əlavə edilmişdir) müalicə olunmasına və diaqnozun şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilməsinə dair nəticəyə gəlməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli T579/2024 saylı ekspert rəyində “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə nin maddələrindən hər hansı birini iddiaçıya aid etməyin mümkün olmaması qeyd edilmişdir. Halbuki iddiaçı həmin xəstəliklərlə bağlı bu günədək müalicə alır, iddiaçıya xx.xx.2017-ci ildə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə baxmayaraq, daha sonra ümumiyyətlə əlillik təyin edilməmişdir. Həmçinin qeyd olunan ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X3 da iştirak etmişdir. İddiaçı əvvəllər də onun müayinəsi zamanı X1 iştirak etdiyini bildirmiş, cavabdehin nümayəndəsi də bu faktı təsdiq etmişdir. Lakin ekspertizanın təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında ekspertiza tədqiqatının İddiaçı müayinəsində əvvəl iştirak etmiş cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının və mütəxəssislərinin (həkimlərinin) iştirakı olmadan keçirilməsi göstərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmənin qərardadında göstərilən tələbə əməl edilməmiş, iddiaçının müayinəsində əvvəl iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə tibbi ekspertizasının keçirilməsində iştirak etməklə rəy verilmişdir. Göstərilənlərə əsasən iddiaçıda müəyyən edilmiş diaqnozun ona əlilliyin təyin edilməsi üçün əsas olmaması ilə bağlı qeyd olunan ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz.

7. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərb aycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkə mə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə d air dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcr übə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2908/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-2370/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadlarına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadları və eyni zamanda 2-1(112)-1043/2025 nömrəli, 24 aprel 2025ci il tarixli üç ulduzlu qərarı mövcuddur. https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=93b6a68f692c4fb88b2cd674358443ad https://e-mehkeme.gov.az/signed/ShowPdf?guid=00e41154f729400f875449405d32f8e3 file:///C:/Users/gularei/Downloads/b8919e782e9b48daadc33faa4f37e4f1.pdf.pdf

13. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5M24.6,M25.6,M67.1,M99.0);

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə: 6.4.1.1... diz və bud-çanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular, 6.4.1.2... bud-çanaq oynağında qarışıq kontraktura, diz və aşıq-baldır oynağında bükücü kontraktura; hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); dayanıqlı mülayim statod inamik pozuntular, 6.4.1.3... diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular;... 6.4.2.1... diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular.

15. Məhkəmə kollegiyası bildirir ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, “təqdim edilən müayinə sənədlərinə və diaqno za əsasən qeyd edilən xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu) ambulator müalicələrdə olmasına və xəstəlik (oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı-bükücü kəskin kontraktura, sol diz oynağında açıcı konktaktura. Ətrafların digər qazanılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindronu ilə) aidiyyəti diaqnostik müayinələrlə (rentgen müayinəsi) təsdiq olunmasına baxmayaraq və həmin xəstəlik həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015 -ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən (eləcə də hazırda qüvvədə olan meyarlara uyğun olaraq) əlilliyin təyin olunmasına əsas verməsinə (Əsasnamənin 2.3.2-ci bəndi) baxmayaraq, əlilliyin təyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.”

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə müba hisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

17. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə inzibati Pr osessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-888/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar