Məhkəmə qərarları › İş №2-1(102)-1417/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1417/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1417/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, çıxarışın və plan-ölçünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2497/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bnnn ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqların ın mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin xx xxxxxx 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X2 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi uzun müddət mərhumun istifadəsində olmuşdur. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Lakin iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən ərizəyə aidiyyatı olmadığı və elektron kadastr məlumatlarına əsasən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Qeyd olunan bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. İmtina onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m. təşkil etsə də, faktiki olaraq əlavə 142.7 kv.m. torpaq sahəsi istifadə edilməkdədir. Bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-999/2019 nömrəli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-999/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, Bnnn ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxar ışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə cavabdeh Az ərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)999/2019 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bnnn ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə kollegiyası sözügedən bağ sahəsinin yerləşməsini müəyyən edərək cavabdeh orqan tərəfindən təqdim olunmuş sxematik xəritəyə əsaslanaraq üst-üstə düşmədiyini bildirsə də, nəzərə almamışdır ki, onun bağlar idarəsinə aid sxematik xəritə cavabdeh orqan tərəfindən təsdiqlənməmiş və onun heç bir hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən həmin sxematik xəritəyə əsaslanaraq sözügedən bağ sahəsinin yerləşməsini müəyyən etmək düzgün deyil. İddiaçının vərəsəsi olduğu X2 torpaq sahəsi ayrılarkən 3506 saylı bağ sahəsi iddia olunan ərazidə təhvil verilmiş və sözügedən torpaq sahəsi hasara alınaraq uzun müddət mərhumun istifadəsində olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyasının nnn 101 hektar torpaq sahəsi icarə əsasında «xxxx» MMC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2007-ci il tarixli sərəncamına əsaslanaraq torpaq sahəsinin «xxxx» MMC-yə aid etməklə iddiaçının konstitusion hüququna xələl gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Xüsusi ilə qeyd etmək istərdi ki, məhkəmə kollegiyası iclas zamanı həqiqətə nail olmaq məqsədi ilə «xxxx» MMC-nin nümayəndəsinin müvafiq ekspertiza keçirilməsinə dair vəsatətini də qəbul etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2497/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarla, cavabdeh Azərbayca n Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)999/2019 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bnnn ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qənaətinə gəl ərkən birinci instansiya məhkəməsinin iddianı təmin edərək düzgün nəticəyə gəlmədiyini vurğulamaqla, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5, 11.1, 12.1, 15.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələri mövcuddur ki, həmin maddi hüquq normalarına məhkəmə tərəfindən riayət edilməməsi iş üzrə düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhə miyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları ( sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilmiş maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Belə ki, məlum olduğu kimi, iddiaçi İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bnnn ünvanında yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin xx xxxxxx 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X2 Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dö vlət Arxivinin Bakı filialının xx xxxxxx 2018-ci il tarixli, 3255 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli, 15/595 saylı qərarı ilə 149 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında torpaq ayrılan şəxslər arasında X1 adı 20-ci yerdə qeyd olunmuşdur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 5 saylı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Xüsusi Notariusunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1899 saylı məktubunda xx.xx.2000-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 74, mənzil 16-da yaşayan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı Asan xidmət mərk əzində notariat kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açıldığı və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış və Forma №1 verilməsinin təmin edilməsi xahiş edilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 82-ci maddələrinin tələblərini pozaraq iddiaçının mərhum aaa həqiqətən qanun üzrə vərəsə olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini tələb etməmiş, yəni, bu sənəd işdə mövcud deyildir, halbuki hazırkı iddia üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasını təsdiq edən sənəd məhz qanun üzrə vərəsəlik şəhadətnaməsi sayılır. Digər tərəfdən, qeyd edilməlidir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5, 8.0.7-c i maddələrinə görə bağ torpaq sahəsinə verilmiş order həmin bağ torpaq sahəsinə çıxarış verilməsi üçün yetərli sənəd sayılır. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciətinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, **********08 saylı imtina məktubunda bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti olmadığı, bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Sözügedən məsələyə şərh verən və onu əsaslandırmağa çalışan apelyasiya instansiyası məhkəməsi 10 dekabr tarixli qərarında göstərir ki, «İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum anasının adına çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi irəli sürərkən, Bakı şəhər İK-nin xx xxxxxx 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsaslanmışdır. Lakin iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlərə torpaq sahəsinin yerləşmə koordinatlarını müəyyən edən hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin işin apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl ı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, xx xxxxxx 2019-cu il tarixli, **********47 nömrəli cavab məktubunda 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyev bildirmişdir ki, sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Cavabdeh orqanın elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsinin «xxxx» MMC-yə aid olan ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının iş materiallarında olan xx xxxx 2007-ci il tarixli, 285 saylı sərəncamının surətindən görünür ki, Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində 101 hektar torpaq sahəsi «xxx x» MMC-yə ayrılmış, həmin sərəncam və «xxxx» MMC-nin mülkiyyət hüquqlarının qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunan sorğuya əlavə olunmuş sxematik xəritədən də görünür ki, mərhum X1 göstərilənlər əsasında istifadəsində olmuş bağ sahəsinin bir hissəsi «xxxx» MMC-nin ərazisinə düşür. 3506 saylı sahənin xəritədə yerləşmə yeri iddiaçının iddia etdiyi sahə ilə nəinki, üst-üstə düşmür, hətta həmin sahədən kənarda yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2007-ci il tarixli sərəncamına əsasən nnn 101 hektar torpaq sahəsi icarə əsasında «xxxx» MMC-nin istifadəsinə verilmişdir. İş materiallarının 38-ci vərəqinə əlavə edilmiş arayışda «xxxx» MMC tərəfindən onun adına qeydə alınmış torpaq sahələrinə mübahisə predmeti olan sahənin aid olubolmaması ilə bağlı aidiyyəti orqanlara sorğu verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin apelyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş, bağ sahələrinin cizgisinə əsasən müəyyən edilir ki, mərhum X1 göstərilənlər əsasında istifadəsində olmuş bağ sahəsi «xxxx» MMC-nin ərazisi daxilində olsa da, iddiaçının qeyd etdiyi 3506 saylı bağın həqiqi sahəsi başqa ərazidə yerləşir». Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında öz hüquqi mövqeyini möhkəmləndirmək üçün yazdığı yuxarıda göstərilmiş abzasları nəzərdən keçirən məhkəmə kollegiyası xüsusi olaraq iki mühüm məsələnin üzərində dayanmasını zəruri hesab edir. Belə ki, birincisi, əgər mübahisəli bağ sahəsi yerləşmə koordinatlarının dəyişməsinə həqiqətən uğramışdırsa, o zaman bu faktın təsdiq edilib- edilməməsi üçün cavabdehin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyevin rəyi və yenə cavabdeh tərəfindən təqdim edilmiş bağ sahələrinin cizgisi ilə kifayətlənmək olmaz. Bu məsələdə xüsusi bilik tələb edən müstəqil şəxsin, yəni, ekspertin cəlb edilməsi və ekspertiza təyin edilməsi mütləq şərtdir. İkincisi, apelyasiya instansiyası məhkəməsi yazır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxx 2007-ci il tarixli, 285 saylı sərəncamına əsasən nnn 101 hektar torpaq sahəsi «xxxx» MMC-yə ayrılmış və mərhum aaa istifadəsində olmuş bağ sahəsinin bir hissəsi «xxxx» MMC-nin ərazisinə düşür. Belə olan halda «xxxx» MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruri olsa da, apelyasiya instansiyası məhkəməsi bunu etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslı olmadığından kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar