Məhkəmə qərarları › İş №2-1(102)-1417/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1417/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1417/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin ve rilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-684/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 17 aprel 2020-ci il tarixli 1/M-6168 saylı məktubla bildirmişdir ki, onun N nömrəli hərbi hissədə hərbi xidməti barədə arxiv sənədlərində məlumat olmadığından və Suraxanı rayon məhkəməsinin 16.0.2018-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məq sədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etməklə yaralanmasını nəzərə alaraq, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin iyun ayında könüllü olaraq Qubadlı rayonunun özünümüdafiə taborunun tərkibində Laçın və Qubadlı rayonlarının kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci il sentyabroktyabr aylarında könüllərlə birlikdə N saylı hərbi hissəyə qəbul olunmuşdur. Onunla birlikdə qardaşı da Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak edərkən 17.08.1 993-cü il tarixdə şəhid olmuşdur. 30.08.1993-cü il tarixdə Qubadlı rayonunun Xanlıq kəndi uğrunda gedən döyüşdə beş güllə yarası alaraq ağır yaralanmışdır. O, müalicə almaq üçün Bakıya göndərilmiş və Musa Nağıyev adına Təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. Bundan sonra uzun müddət ambulator şəraitdə müalicəsini davam etdirmişdir. Hal-hazırda İİ qrup əlil olduğu üçün əmək pensiyası alır, lakin indiyə qədər müharibə veteranı vəsiqəsi və adı almamışdır. Dəfələrlə Qubadlı rayon Hərbi Komissarlığına (Səfərbərlik və Dövlət Çağırışı üzrə Qubadlı rayon şöbəsinə) müraciət etmişdir. 2015-ci il yanvar ayında yaralanması barədə sənədləri əldə etmək üçün müalicə aldığı M.Nağıyev adına xəstəxanasına müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, 19.12.2004-cü il tarixdə baş vermiş yanğı n zamanı xəstəxana arxivinin bir hissəsinin yararsız hala düşməsi səbəbindən 31.08.1993-cü il tarixdən 14.09.1993-cü il tarixə qədər müalicə və müayinə olunması haqqında məlumat verilməsi mümkün deyil. Bundan sonra o, sənədlərini toplayıb, Suraxanı rayon məhkəməsinə hərbi xidmətdə olması faktının təsdiq olunması barədə qətnamə qəbul etməsi üçün ərizə ilə müraciət etmişdir. 16.03.2018-ci il tarixdə ərizənin məhkəmə tərəfindən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra, o, Müdafiə Nazirliyinin müharibə veteran adının və vəsiqəsinin verilməsi üzrə komissiyasına müraciət etmiş, lazımi sənədləri də təqdim etmişdir. Ona ünvanlanmış 17.04.2020-ci il tarixli, 1/M-6168 saylı cavab məktubunda bildirilmişdir ki, Suraxanı rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qətnaməsində Müdaf iə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə müharibə veteran adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Halbuki, Suraxanı rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qətnaməsi ilə onun 30.08.1993-cü ilə kimi hərbi xidmətdə olmaqla N saylı hərbi hissənin tərkibində Qubadlı-Laçın rayonlarının müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməsi və 30.08.1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanması faktı müəyyən edilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4500/2020 saylı qərarı ilə (hakim: M.C.Qarayev) iddia təmin edilmiş, N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından 30 avqust 1993-cü ilə kimi hərb i xidmətdə olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı Laçın və Qubadlı rayonlarının ərazilərində aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və 30 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanmış iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından 30 avqust 1993-cü ilə kimi xidmətdə olması ona məxsus hərbi bilet və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1050/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edildiyindən, cavabdeh bu halı təkzib edən hər hansı sübut təqdim etmədiyindən iddia əsasl ıdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-684/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Məmmədov və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4500/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilmişdir.

9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx xxxx 1962-ci il təvəllüdlü İddiaçı 1992-ci ilin iyun ayından 30 avqust 1993-cü ilə kimi hərbi xidmətdə olmaqla, N saylı hərbi hissənin tərkibində Qubadlı-Laçın rayonlarının müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etməsi və 30 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi ərazisində döyüş zamanı yaralanması faktı müəyyən olunsa belə, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilə bilməz.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iş materialların da olan sənədlərlə iddiaçının N nömrəli hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayından 30 avqust 1993-cü ilə kimi hərbi xidmətdə olmaqla, Laçın və Qubadlı rayonlarının ərazilərində aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, 30.08.1993-cü ildə Qubadlı rayonunun Xanlıq kənd ərazisində döyüş zamanı yaralanması təsdiq edilir. Bu fakt Suraxanı rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə də təsdiq edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu halların heç birinə düzgün hüquqi qiymət verməmiş, onun ordu sıralarından qanuni əsaslarla tərxis olunmamasını əsas gətirərək iddia tələbini rədd etmişdir. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

12. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında i ştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməl iyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduq ları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 17. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqın da” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan R espublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əm əliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəru ri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2

0. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarındakı sənədlərə istinad edərək bildirmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair işdə mötəbər sübutlar olmadığından iddiaçının mövqeyi əsassızdır.

24. Məhkəmə kollegiyası «Veteranlar haqqında» Azərbaycan Re spublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğu mötəbər sübutlarla təsdiq edilsin.

25. İş materiallarına əlavə olunmuş sənədlərdə isə iddia çının ordu sıralarından qanuni əsaslarla tərxis edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 21.06.2017-ci il tarixli, 9/2-12242 №-li Arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 1992, 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanlanan 17.04.2020-ci il tarixli, 1/M-6168 №-li məktubunda qeyd edilmişdir ki, onun N nömrəli hərbi hissədə hərbi xidməti barədə arxiv sənədlərində məlumat olmadığına və Suraxanı rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qətnaməsində Müdafiə Nazirl iyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Beləliklə, arxiv arayışından da göründüyü kimi, N nömrəli hərbi hissə komandirinin 1992, 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil edilməmişdir.

26. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən maddi hüquq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir.

27. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

28. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

30. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

31. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qe yd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-684/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar