Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1417/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya məbləğinin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 4 iyul 2018-ci il tarixli qərar ilə iddiaçıya ailə başçısını itirdiyinə görə 2145,51 manat əmək pensiyası təyin edilmiş və sonradan cavabdeh iddiaçının əmək pensiyasını iki dəfə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə azaltmı ş (1839,24 manat), daha sonra isə hər ay artıq ödənilmiş hesab etdiyi məbləğləri tutmağa başlamışdır.
2. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********1 nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktublarında qeyd edilmişdir ki, aparılan araşdırmaya əsasən, 8 iyun 2018-ci il tarixində iddaçının mərhum həyat yoldaşı X1 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 362,25 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1576,56 manat olmaqla orta aylıq əmək haqqısı 2873,81 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.8.2-ci maddəsinə əsasən 26 il 4 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2873,81 manat) 80 faizi2299,05 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.8-1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (2299,05 manat) 80 faizi- 1839,24 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 73140,44 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 85233,42 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 12092,98 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitindən 2021-ci ilin oktyabr ayı üzrə iddiaçıya ödənilməmiş 1839,24 manat pensiya məbləği çıxılaraq büdcəyə bərpa edilmişdir (qalıq 10253,74 manat). Qalan artıq ödənilm iş 10253,74 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. 2021-ci ilin avqust ayından etibarən əmək pensiyası 1839,24 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 12 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 2021-ci ilin oktyabr ayının 2145,51 manat məbləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə q aytarılması barədə tələblə bağlı qərarlarının ləğv edilməsi, 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyasının ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyasının 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması, pensiyanın azaldılmasi nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X2 prokurorluq orqanlarında qulluq etmiş, 2017-ci ildə təqaüdə çıxmış, 2018-ci ilin iyun ayında vəfat etmişdir. Bundan sonra ailə başçısını itirməyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 08 iyul 2018-ci il tarixdən iddiaçıya 2145, 51 manat məbləğində əmək pensiyası təyin olumuş və həmin vaxtdan 2021-ci ilin sentyabr ayına qədər həmin pensiyanı almışdır. Lakin 2021-ci ilin oktyabr ayının pensiyası verilməmiş, 2021-cı ilin noyabr ayından isə pensiyası 306, 27 manat azaldılaraq, hər ay 1839.24 manat məbləğində pensiya ödənilməyə başlanmışdir. İddiaçı cavabdehin bu qərarını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət et mişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etirazında imtina məktubunun dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, 1 yanvar 2022- ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-183,92 manat məbləğində maddi yardım ödənilmişdir. Hazırda iddiaçının pensiyası pensiya işinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8670/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya 2021-ci ilin oktyabr ayının 2145,51 manat məb ləğində pensiyasının ödənilməməsi, 2021-ci ilin avqust ayından onun aylıq pensiyasının 306,27 manat məbləğində azadılması, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə ona ödənilmiş pensiya məbləğindən 12.092,98 manat vəsaitin büdcəyə qaytarılması barədə tələblə bağlı qərarları ləğv edilmiş; 2021-ci ilin oktyabr ayının ödənilməmiş 2145,51 manat məbləğində pensiyası ödənilməsi, 2021-ci ilin avqust ayından aylıq pensiyası 2145,51 manat məbləğində bərpa edilməsi, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında 01 yanvar 2022-ci il tarixindən aylıq pensiya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən h esablanması, pensiyanın azaldılması nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibətdə mövcud olan, ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün əsas olan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində sadalanan hallar halhazırda da mövcuddur, yəni təhsil müəssisənin əyani şöbəsində təhsil alan övladı vardır. Yəni iddiaçıya 12092,98 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin və ailə başçısını itirməyə görə pensiya ödənilməməsi (azaldılması) üçün əsaslar mövcud deyildir.
8. İddiaçıya əmək pensiyasının 2145,51 manat məbləğində təyin edilməsi barədə 24 iyul 2018-ci il tarixli cavabdehin inzibati aktı qüvvədə olduğu halda, cavabdeh xx.xx.2021- ci il və xx.xx.2021-ci il tarixli qərarları əsasında ailə başçısını itirməyə görə pensiyanı 1839,24 manat məbləğində ödənilməsi qərara alınmış, müvafiq olaraq xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək, və xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üçün yenidən hesablanma apararaq, artıq ödənilmiş pul vəsaitinin bərpası məqsədi ilə 2021-ci ilin oktyabr ayı üzrə 1839,24 manat pensiya məbləği ödənilməmiş, 10253,74 manat vəsaitin büdcəyə qaytarılması barədə razılıq verilməsi iddiaçıdan tələb edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
10. Cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları inzibati icraat haqqında hüquq normalarının və “Əmək pensiyaları haqqında” Qanunun tələbləri pozulmaqla qəbul edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2023 nömrəli, 16 fevral 2023-cü il tarix li qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8670/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 18. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şə xslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obye ktiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.
1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
19. İn zibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, kassasiya şikay ətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi xx.xx.2018-ci il tarixli qərarın) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə iş materiallarında inzibati akt mövcud deyildir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. 27. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarları qəbul olunarkən qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiya sına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir.
28. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlar qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında 10253,74 manat pensiya məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur.
29. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməs i nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hə r hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
30. Beləliklə, cavabdehin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi, azaldılmış pensiyanın 2145,51 manat məbləğində bərpa edilməsi, aylıq pensiya məbləğinin 10 faiz miqdarında artımının 2145,51 manat məbləğindən hesablanması və pensiyanın azaldılması nəticəsində 2021-ci ilin noyabr ayından hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəx sin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsası nda qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
32. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-959/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.