Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1418/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərs alma Baş İdarəsi, bundan sonra cavabdeh) qarşı (3-cü şəxslər Cavabdeh1, X5 Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)314/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Keçmiş Oktyabr Rayon X2 İcraiyyə Komitəsinin 713 nömrəli, 15.06.1990-cı il tarixli qərarından görünür ki, 366 №-li hərbi ticarət idarəsi və Respublika memarlar ittifaqı rəhbərliyinin xahişi nəzərə alınaraq 41 №-li mağaza üçün anbar və SSRİ Memarlar İttifaqının üzvü memar İddiaçıevə yaradıcılıq emalatxanasının tikilməsinə icazə verilmişdir. Yasamal Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.06.2013-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Yasamal rayonu, “xxxx” hərbi şəhərciyi, 1028-ci məhəllə, xxxx küçəsində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin 19.12.2011-ci il tarixli Qİ12/LSE-12/7871 saylı və X5 Bakı və Azərbaycan Yeparxiyasının 18.01.2012-ci il tarixli, 006 saylı müraciətləri nəzərə alınaraq, Kafedral Kilsənin ərazisinə bitişik boş sahədə kilsənin yeni inzibati binasının tikintisinə dair memarlıq-planlaşdırma həlli layihə tərəflərindən 24.02.2012-ci il tarixli, 18/03-8/451 saylı məktubla razılaşdırılmışdır. İddiaçı 28 yanvar 2013-cü il tarixdə iddia ərizəsi, s onradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-302/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının Cavabdeh1nə qarşı (3-cü şəxslər X5 Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iddiaçının Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərcikdəki kilsənin sol tərəfində olan boş ərazidə yerləşən ona məxsus yaradıcılıq emalatxanasının qeyri-qanuni olaraq sökülməsi nəticəsində ona vurulmuş 389.495 manat maddi zərər, maddi zərərin 20 %-i miqdarında kompensasiya 77.899 manat haqqın, maddi zərərin bank faizinin uçot dərəcəsinə uyğun 7 %-i miqdarında (2,6 illik) 85.065,71 manat, cəmi 552.459,71 manat; qeyri-qanuni sökülmə zamanı emala txanada olan şəxsi əşyalarının talan edilməsi nəticəsində vurulmuş 120.000 manat məbləğində maddi zərər və 500 manat məbləğində hüquqi yardım xərclərinin müştərək qaydada Cavabdeh1ndən alınaraq ona ödənilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Memarlar İttifaqının müraciəti əsasında Bakı şəhəri Oktyabr rayon X2 İcraiyyə Komitəsi 15 iyun 1990-cı il tarixli 713 №-li qərarı ilə iddiaçıya Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərciyində keçmişdə kilsə olmuş binanın sol tərəfində olan boş ərazidə yaradıcılıq emalatxanasının tikilməsi üçün icazə verilmişdir. Qərar verilən zaman qeyd edilən kilsə binası X7 Nazirliyinin 366 №-li Hərbi Hissəsinin hərbi qulluqçularının idman et məsi üçün nəzərdə tutulmuş idman zalı idi. O, qərarda nəzərdə tutulduğu kimi öz şəxsi vəsaiti hesabına ona ayrılmış ərazidə yaradıcılıq emalatxanasının tikintisini həyata keçirmişdir. Həmin vaxtdan qeyd edilən emalatxanadan istifadə etmişdir. Yaradıcılıq işləri üçün istifadə etdiyi əşyalardan başqa o, emalatxanadan həm də anbar kimi istifadə edərək şəxsi xarakterli əşyalarını qeyd edilən emalatxanada saxlayırdı. Sovet İttifaqı dağıldıqdan sonra hər kəsə istədiyi kimi ibadət etmək azadlığı verilmiş və ölkə rəhbərliyinin qayğısı və himayəsi nəticəsində müxtəlif məqsədlər üçün istifadə edilən (anbar, arxiv, idman zalı və sair) həm məscidlər, həm də kilsələr həmin dini icmaların istifadəsinə verilmişdir. Bu zaman qeyd edilən kilsə binası da cavabdehə verilmişdir. Bu yaxınlarda onun emalatxanas ının yaxınlığında kilsə üçün inzibati binanın tikintisinə başlanılmışdır. O, son iki ildə mütəmadi olaraq Bakı şəhərindən kənarda və xaricdə olduğundan emalatxanaya vaxt tapdıqca gedirdi. Sonuncu dəfə emalatxanaya gedərkən görmüşdür ki, emalatxanası cavabdeh tərəfindən özbaşına ona heç bir məlumat verilmədən və kompensasiya ödənilmədən tamamilə sökülmüşdür. Sökülmə zamanı emalatxanada ona məxsus olan yaradıcılıq alətləri və nümunələri, şəxsi istifadə əşyaları, heç zaman işlədilməmiş qabqacaqlar, kompüter avadanlıqları və “VOLVO” və “Jiquli” markalı avtomobillərin ehtiyat hissələri talanmışdır. Bununla da, cavabdeh tərəfindən ona külli miqdarda ziyan vurulmuş və hüquqları kobud şəkildə pozulmuşdur. O, bu məsələ ilə bağlı cavabdehə müraciət edərək, bu hərəkətin qanunsuz olduğunu və ona vurul muş zərərin əvəzinin ödənilməsini tələb etsə də, cavabdeh bu tələbə heç bir reaksiya verməmişdir. Bu isə onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1728/2018 saylı, 03 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Bakı şəhər İH əsl cavabdeh Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmiş, Bakı şəhər İH cavabdeh sırasından çıxarılaraq, 3-cü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-1728/2018 saylı iş) 1 iyun 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya məxsus“xxxx” hərbi şəhərcikdə kilsənin sol tərəfində olan boş ərazidə yerləşmiş emalatxananın sökülməsi nəticəsində ona ümumilikdə 190.950 manat kompensasiyanın ödənilməsi öhdəli yinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehin 24.02.2012-ci il tarixli, 18/03-8/451 saylı məktubu ilə “boş” sahə kimi nəzərə alınaraq, kilsənin inzibati binasının tikintisinə cavabdeh tərəfindən razılıq verilmiş və eskiz layihə Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən emalatxananın sökülməsi nəticəsində iddiaçı mülkiyyətindən məhrum edilmiş və bununla bağlı iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İddiaçının mülkiyyətindən məhrum edilməsinə səbəb Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən kilsənin inzibati binasının tikintisinə ra zılıq verməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X4 və X6, 2-1(103)-314/2019 saylı iş) 10 yanvar 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və 3-cü şəxs Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 iyun 2018-ci il tarixli qərarıləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, kompensasiya ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət olunmalı, tələb təmin edilmədikdə inzibati orqanın imtina qərarından müvafiq məhkəməyə şikayət olunmalıdır. Hazırkı iş üzrə iş materiallarından isə görünür ki, iddiaçı tərəfindən vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdeh hesab etdiyi inzibati orqana müraciət edilmədən, cavabdeh inzibati orqanın məsələyə dair münasibəti aydınlaşdırılmadan məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, bu da qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. İddiaçı 31 yanvar 2019-cu il tarixdə qərardadın surətini almış, 9 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının məsələyə yanaşması yanlışdır. Belə ki, məhkəmə kollegiyası qərarında göstərir ki, i ddiaçı tərəfindən vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdeh hesab etdiyi inzibati orqana müraciət edilmədən, cavabdeh inzibati orqanın məsələyə dair münasibəti aydınlaşdırılmadan məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyil. İddia tələbinə baxıldığı müddət ərzində iş üzrə cavabdeh bir neçə dəfə dəyişilmişdir. Ona görə də sonrakı cavabdehlərin imtinası onların iddia tələbinə etirazında öz əksini tapmışdır. İddiaçı ilkin olaraq iddiasını Yasamal rayon məhkəməsində cavabdeh X5 Bakı və Azərbaycan Yeparxiyasına qarşı qaldırmışdır. Lakin Yasamal rayon məhkəməsi həmin iddia tələbini baxılmaq üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkə n məhkəmə kollegiyasının istinad etdiyi hal araşdırılmamış və işə mahiyyəti üzrə baxılmışdır. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti müəyyən edilmişdir. Cavabdeh1 nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və iddiaya qarşı münasibətini şifahi və yazılı formada bildirmişdir. Bu halda da iddiaçıdan cavabdehin imtina ərizəsi tələb olunmamışdır. Bundan sonra cavabdehin Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilməsi barədə iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 iyun 2018-ci il tarixli 2-1(81)-1728/2018 saylı qərarını aldıqdan sonra bilmişdir. Halbuki, həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yardım etməyə borclu idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin nə birinci instansiya məhkəməsi, nə də məhkəmə kollegiyası həmin maddənin tələbindən irəli gələn yardımı iddiaçıya göstərməmişlər. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona g örə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) aiddir. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşdən görünür ki, iddiaçı ilk dəfə cavabdeh X5 Bakı və Azərbaycan Yeparxiyasına qarşı Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərciyində keçmişdə kilsə olmuş binanın sol tərəfində boş ərazidə yerləşən ona məxsus yaradıcılıq emalatxanasının qeyri-qanuni sökülməsi zamanı emalatxanada olan şəxsi əşyalarının talan edilməsi nəticəsində vurulmuş 120.000 manat maddi zərər və 500 manat hüquqi yardım xərclərinin cavabdehdən alınması və ona məxsus yaradıcılıq emalatxanasının bərpa olunmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi Cavabdeh1 ikinci cavabdeh kimi işə cəlb edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmiş, Yasamal Rayon Məhkəməsi tərəfindən Cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçı Yasamal Rayon Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən Qırmızı Şərq hərbi ş əhərciyindəki kilsənin sol tərəfində olan boş ərazidə yerləşən ona məxsus yaradıcılıq emalatxanasının qeyri-qanuni olaraq sökülməsi nəticəsində ona vurulmuş 112.500 (75 m2×1500) manat maddi zərərin, qeyri-qanuni sökülməsi zamanı emalatxanada olan şəxsi əşyalarının talan edilməsi nəticəsində vurulmuş 120.000 manat məbləğində maddi zərərin və 500 manat məbləğində hüquqi yardım xərclərinin müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-144/2014 saylı, 28.06.2015-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər X5 Bakı və Azərbaycan Yeparxiyasına və Cavabdeh1nə qarşı 112.500 manat maddi zərərin, qeyri-qanuni sökülməsi zamanı emalatxanada olan iddiaçının şəxsi əşyalarının talan edilməsi nəticəsində vurul muş 120.000 manat məbləğində maddi zərərin və 500 manat məbləğində hüquqi yardım xərclərinin müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, bundan sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, sonda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-302/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərciyindəki kilsənin sol tərəfində olan boş ərazidə yerləşən ona məxsus yaradıcılıq emalatxanasının qeyri-qanuni olaraq sökülməsi nəticəsində ona vurulmuş 389.495 manat maddi zərərin, maddi zərərin 20 %-i miqdarında kompensasiyanın 77.899 manat haqqın, maddi zərərin bank faizinin uçot dərəcəsinə uyğun 7 %-i miqdarında (2,6 illik) 85.065,71 manatın cəmi 552.459,71 manatın; qeyri-qanuni sökülmə zamanı emalatxanada olan şəxsi əşyalarının talan edilməsi nəticəsində vurulmuş 120.000 manat məbləğində maddi zərərin və 500 manat məbləğində hüquqi yardım xərclərinin müştərək qaydada Cavabdeh1ndən alınaraq ona ödənilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1728/2018 saylı, 3 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh1 əsl Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmiş, Cavabdeh1 cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə yekunda iddiaya cavab verməli in zibati orqan kimi iddiaçının 3 may 2018-ci il tarixli ərizəsinə əsasən Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsi tanınmış və maddi və mənəvi ziyan tələbinə dair iddia Cavabdeh1 Memarlıq və Şəhərsalma Baş İdarəsinə yönəlmişdir (3-cü cild, səh.56, 58). “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 saylı Fərmanı ilə Cavabdeh1 başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Əvvəllər mövcud olmuş Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsində qeyd edilmişdir ki, Baş İdarə şəhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, şəhəri n və şəhərətrafı zonanın baş planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir. Memarlıq və Şəhərsalma Baş idarəsi abidələrin mühafizəsi, bərpası və sonradan istifadə olunması işlərini istiqamətləndirir və onlara nəzarət edir. İdarə tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy ve rən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. B u müddəanın tələblərinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin (sonradan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi adlanmışdır) cavabdeh kimi cəlb olunması məsələsinə tətbiqi isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. İnzibati icraatda iddianın müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən, həm də müvafiq cavabdehliyi olan şəxsə yəni, qanunla üzərinə vəzifə qoyulan inzibati orqana qarşı verilməsi və bu zaman həmin orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq v ə azadlıqlarının pozulmasının konkret şəkildə əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtləridir. Cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmələr iddianın mümkün saymamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayd a bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyinə görə mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hə min Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçıya izah edilir ki, ona vurulan ziyanın ödənilməsi barədə inzibati orqana müraciət edə bilər, inzibati orqan kompensasiya ödənilməsindən imtina etdikdə, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-314/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2-1(102)-1418/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1418/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver