Məhkəmə qərarları › İş №2-1(102)-1418/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1418/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1418/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdeh1, cavabdeh2, cavabdeh3-ə qarşı iş üzrə Açar söz: kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Qasımov Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3-ə qarşı (üçüncü şəxslər - Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) kompensasiya ödənilərək cavabdeh və qeydiyyatda olan şəxslər tərəfindən fərdi yaşayış evinin boşaldılması t ələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2616/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.08.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən, iddiaçı Ünvan1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi müəyyən edilmiş, cavabdeh göstərilən ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olduğuna görə ona kompensasiya ödənilməklə əmlakın satın alınması barədə bildiri ş göndərilmiş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Ünvan1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1-ə 155856 manat məbləğdə kompensasiya ödənilərək tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia ərizəsini 10 may 2019-cu il tarixdə məhkəməyə təqdim edərək Cavabdeh1-ə məxsus məxsus ailəlikcə yaşadıqları Ünvan1 ünvanda yerləşən evin qanunsuz sökülməsi nəticəsində cavabdehlərə dəymiş 270975 manat maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın Yasamal rayon İcra Hakimiyyətindən tutaraq cavabdehlərə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, 28.01.2019-cu ildə cavabdehlərin yaşadıqları ev içərisindəki əşyalarla birlikdə iddiaçı tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yaşadıqları evdə 3 nəfərin yaşaması üçün zəruri olan bütün mebel, məişət və mətbəx əşyaları olmuşdur. Sökülmə nəticəsində həmin ev əşyaları qarət olunmuş, təkcə əşyalara görə cavabdehlərə iddiaçının qanunsuz hərəkətləri nəticəsində 20000 manat ziyan dəymişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16.02.2018-ci il tarixli qərarında Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi yoxdur, yəni evin hansı əsasla sökülməsi aydın deyildir. Evin sökülməsi nəticəsində dəymiş maddi ziyan evin Cavabdeh1-ə aid olan 73,4 kv metrinə görə hər kv metr üçün 1500 manat olmaqla 110100 manat, 93,25 kv metr torpaq sahəsinə görə hər kvadrat metr üçün 1500 manat olmaqla 138875 manat, 1000 manat köçürmə xərci, cəmi 250975 manat təşkil edir.Halbuki iddiaçı tərəfindən təşkil edilmiş komissiya onlara bundan aşağı kompensasiya məbləği hesablamışdır, belə ki, torpağın çıxarışı olsa da qiyməti çox aşağı götürülmüş, evin hər kvadrat metrinə görə də 1500 manat məbləğini hesablamaqdan imtina etmişdir. Bundan başqa qanunsuz olar aq evlərin sökülməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi kimi 100000 manat məbləği iddiaçıdan cavabdehlərin xeyrinə tutulmalıdır. Cavabdehlər göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.04.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2-1(81)1500/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Ünavn1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının tə sdiq edilməsi, Ünvan1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 155856 manat məbləğdə kompensasiya ödənilməsi, cavabdehlər (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) tərəfindən fərdi yaşayış evinin boşaldılması hissəsində iddia tələbinin rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ailəlikcə yaşadıqları, Cavabdeh1-ə məxsus Ünvan1 ünvanda yerləşən evin qanunsuz sökülməsi nəticəsində cavabdehlərə dəymiş 270975 manat maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın iddiaçı Yasamal rayon İcra Hakimiyyətindən tutaraq cavabdehlərə ödənilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Ünvan1 yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə mənzilin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni - alan orqan Yasamal rayon İcra Hakimiyyəti hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, c avabdehlərin qarşılıqlı iddiasında göstərilən evin qanunsuz sökülməsi və ev əşyalarının qarət olunması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, əvvəla iddiaçı tərəfindən cavabdehlərin mülkiyyətində olan əmlak ilə bağlı hər hansı bir cinayət əməlinə yol verməsi cavabdehlər tərəfindən sübuta yetirilməmişdir, eyni zamanda cavabdeh Cavabdeh2 Ünvan1 ünvandakı evin əşyaları ilə birlikdə iddiaçı tərəfindən sökülməsi nəticəsində mebellərin, məişət texnikasının və əşyalarının qarət edilməsi barədə şikayət ərizəsi əsasında qəbul edilmiş Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı A.Q.-nın 14.02.2019-cu il tarixli qərarına əsasən ərizədə göstərilən cinayət hadisəsinin olmaması əsası ilə həmin şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir Cavabd ehlər apellyasiya şikayəti verərək, 22 avqust 2019-cu il tarixli, 2-1(81)1500/2019 saylı qərarın ləğv edilərək, iddianın tam rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2-1(103)-2616/2019 nömrəli qərarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2-1(81)- 1500/2019 saylı qərarı kompensasiya məbləğinə aid hissədə dəyişdirilmiş, Ünvan1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 paylı mülkiyyətində olan ½ hissədə sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respub likası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, Ünvan1 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh Cavabdeh1-ə 160.519 (bir yüz altmış min beş yüz on doqquz) manat məbləğində kompensasiya ödənilmiş, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı orqan eyni ərazidə yerləşən torpaq sahəsinin 1 kv.metrinə görə paylı mülkiyyətçilərə fərqli bazar dəyəri müəyyən edilməklə kompensasiya ödənilməsinin səbəbini izah edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinə görə təklif edilmiş kompensasiya məbləğinin bazar dəyərinə uyğun olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsa ssız hesab edərək qeyd etmişdir ki, iş materiallarına olan qiymətləndirmə hesabatına uyğun olaraq 2,67 kv.m sahə üçün 1 kv.m görə 800 manat, qalan sahələrə görə 1 kv.m üçün 1500 manatdan kompensasiya təklif edilməsini haqlı hesab etmişdir. Bundan başqa, dövlət ehtiyacları üçün alınan evin bazar dəyərinin kompensasiya məbləğindən artıq olması, o cümlədən ev sökülərkən içərisində 20.000 manat məbləğində əmlak olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2616/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Yasamal RİH evin sökülməsi zamanı qanun pozuntularına yol vermiş, “Torpaqların dövlət ehtiy acları üçün alınması” haqqında 20.04.2010-cu il tarixli Qanunun 3, 4.2, 6, 7.2, 7.3.4, 8.2.6, 9.2.3, 10, 12.3, 14.2, 16.1.4, 17, 19.2, 19.3, 20.3, 20.5, 21.1.2.1, 22.3, 22.3.4, 22.6, 22.8, 23.1.4, 23.1.5, 24.2, 46, 52-ci və digər maddələrinin tələblərini kobud şəkildə pozmuş, kompensasiya ödənilmədən və məhkəmə qərarı olmadan özbaşına cavabdehlərin yaşadığı və xüsusi mülkiyyətdə olan fərdi yaşayış evini sökmüş, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusion tələbləri kobud şəkildə pozmuş və heç bir məhkəmə instansiyası iddiaçı tərəfindən konstitusion tələblərin pozulmasına diqqət yetirməmiş, cavabdehlərin məhkəmə qərarı olmadan və öncədən ədalətli kompensasiya ödənilmədən sökülən evə görə qaldırdıqları əsaslı iddiasını təmin etməmişdir. Bundan başqa, qiymətləndirmə hesabatının əsassı z hesab edilməsi ilə bağlı cavabdehin təqdim etdiyi dəlillərə məhkəmə kollegiyası əhəmiyyət verməmiş, iş üzrə zəruri olduğu qiymətləndirmə üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmədən əsassız qərar qəbul etmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassator, İnzibati Prosessual Məcəllənin 12, 58, 90, 94, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.12.2019-cu il tarixli, 2-1(103)-2616/2019 saylı qərarının ləğv olunması və işin təkrarən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vək il1 kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətlərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-1(103)-2616/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, Ünvan1 ünvanda yerləşən, ümumi sahəsi 123,4 kv.metr olan yaşayış evi ½ hissədə paylı mülkiyyət hüququ ilə Cavabdeh1-in və ½ hissədə paylı mülkiyyət hüququ ilə X4-ün adına qeydə alınmışdır. Ünvan1 ünvanda yerləşən daşınmaz əmlak üçün “X1” MMC tərəfindən tərtib edilmiş 30 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçıya məxsus Ünvan1 ünvanda yerləşən yaşayış sahəsinin əsas sahəsi 42,3 kv metr, köməkçi sahəsi 26,49 kv metr, talvar 2,16 kv metr, pilləkən 4,865 kv metr, 1/2 torpaq sahəsi 93,25 kv metr, açıq eyvan 2,72 kv metr, ta met döşəmə 18,87 kv metr təşkil etmişdir, qiyməti 159000 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat müəyyən edilmiş, ümumilikdə cəmi 160000 manat kompensasiya məbləği müəyyən edilmişdir, evin əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kv.metr üçün 1500 manatdan, torpaq sahəsi üçün isə 550 manatdan (51288 manat) hesablanmışdır. Cavabdehlər kompensasiya məbləğini ədalətli hesab etməmiş, apellyasiya və kassasiya şikayətinin dəlillərində ona istinad etmişlər ki, iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq öncədən kompensasiya ödəmədən və məhkəmə qərarı olmadan cavabdehlərin yaşadığı və xüsusi mülkiyyətlərində olan evi sökmüşdür. Bununla bağlı cavabdehlərin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki,, “Torpaqların döv lət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müv afiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Normaların tələblərindən göründüyü kimi cavabdehlərin mülkiyyətində olan ev yalnız razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə alına bilərdi. Lakin, işin müəyyən edilən hallarından məlum olur ki, hazırkı halda tərəflər arasında razılaşma, eləcə də sözügedən evin alınması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamışdır. Cavabdehlər bu halları apellyasiya şikayətinin dəlillərində qeyd etsələr də, apellyasiya instansiya m əhkəməsi onların bu dəlilinə münasibət bildirməmiş, iddiaçının yol verdiyi göstərilən pozuntuları nəzərə almamışdır. Halbuki, İnzibati-Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə praktikasına görə (Ali Məhkəmənin İnzibati Kollegiyasının 22.05.2020-ci il tarixli, 2-1(102)-823/20 nömrəli qərarı) hazırkı tələb üzrə işlərə baxılarkən sökülən evin real baz ar qiymətini müəyyənləşdirmək üçün işə baxan məhkəmələr tərəfindən alternativ ekspertiza təyin olunur. Birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində hazırkı işə baxılarkən isə cavabdehin bununla bağlı vəsatəti təmin edilməyərək ekspertiza təyin edilməmiş, bununla da əmlakın iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin real bazar qiymətinə uyğun olub-olmaması araşdırılmamışdır. Kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən, çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalm ış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərək ətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi isə kompensasiya məbləğinin ədalətli olub-olmaması məsələsinə qiymət verər-kən bu halı nəzərə almamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən yol verilən pozuntulardan biri də cavabdehlərin qarşılıqlı iddiası ilə bağlıdır. Belə ki, qarşılıqlı iddia ilə cavabdehlər mənəvi zərərin əvəzi kimi 100.000 manat məbləğində pul tələb etsələr də, məhkəmə mənəvi zərərlər bağlı məsələyə heç bir qiymət verməmiş, cavabdehlərin bu istiq amətdə dəlillərini də araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Beləliklə, cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan əsaslandırılmamış qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar təl əb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların tələblərini pozmuşdur. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçı orqanın sözügedən evi almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli, sökülmüş evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli, ekspert rəyindən aslı olaraq iddiaçının təklif etdiyi kompensasiya məbl əğinin ədalətli və ağlabatan olub-olmadığını qiymətləndirməli, cavabdehlərin qarşılıqlı iddiasında mənəvi ziyana görə tələb etdikləri 100.000 manat məbləğində pul tələbinə münasibət bildirməli və araşdırmanın nəticəsindən asılı olaraq əsaslı və ədalətli qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3-ün kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 2-1(103)-2616/2019 nömrəli, 17.12.2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar