Məhkəmə qərarları › İş №2-1(102)-1418/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1418/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1418/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARI Açar sözlər: (ünvanlı dövlət sosial yardımının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna q arşı imtinalarını qanunsuz hesab edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin həmin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-402/2021 nömrəli iş üzrə 15.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 27.03.2018-ci il, 08.06.2018-ci il və 06.03.2019-cu il tarixli imtinalarını qanunsuz hesab edərək, ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin həmin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan s onra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh qismində işə cəlb edilmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə 27.03.2018-ci il tarixli **********49902 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina haqqında ona bildiriş verilmişdir. İmtinanın səbəbi kimi həyat yoldaşı X1 22.04.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınması və gəliri barədə məlumatın təqdim edilməməsi bildirilmişdir. Halbuki, H.Bağırov 2012-ci ildən et ibarən vergi ödəyicisi kimi uçotdan çıxmışdır. Lakin məlum olmayan səbəbdən vergi orqanının elektron bazasında qeydiyyatdan çıxarılmamışdır. Buna baxmayaraq iddiaçı eyni qayda ilə yenidən ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə 08.06.2018-ci tarixdə **********70701 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmişdir. 08.06.2018ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi bu dəfə də həyat yoldaşının “Əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi barədə məlumatda “bəli” əvəzinə “xeyr” qeyd edilməsi bildirilmişdir. 06.03.2019-cu ildə bir daha təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Yenə də həmin gün ona imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi ailənin adambaşına d üşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması bildirilmişdir. Lakin ona ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği haqqında heç bir məlumat verilməmişdir və bu məbləğin nə qədər olması göstərilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)4030/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.03.2018-ci il, 08.06.2018-ci il və 06.03.2019-cu il tarixli imtinaları qanunsuz hesab edilərək, İddiaçı ünvanlı dövlət sosial yard ımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 38, 71-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2, 15.1, 32.1, 32.2, 33.1, 34.1, 47, 58.7, 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası «Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun 3, 7.1, 7.2, 7.3 və 8.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqlı olmamışdır.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-4030/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)-402/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-4030/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 38 və 71-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 13.2, 14.3, 17 və 73.1-ci maddələrinə, Azərbaycan Respublikası «Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun 3, 7.1, 7.2, 7.3 və 8.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraci ət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”sinə istinadən belə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlill əri

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu səbəbdən də, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Beləliklə də, adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği (35,59 manat) ölkə üzrə müəyyən edilmiş 190 manat məbləğində olan yaşayış minimunun 10 faizindən, yəni 19 manatdan çox olduğundan vətəndaşa verilmiş imtina əsaslı olmuşdur. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Bu səbəbdən, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)-402/2021 nömrəli 15.03.2021-ci il tarixli qərarı əsassızdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(103)-402/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya insta nsiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirlinin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında ver ilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Re spublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Cavabdeh kasa siya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu səbəbdən də, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Beləliklə də, adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği (35,59 manat) ölkə üzrə müəyyən edilmiş 190 manat məbləğində olan yaşayış minimunun 10 faizindən, yəni 19 manatdan çox olduğundan vətəndaşa verilmiş imtina əsaslı olmuşdur. Lakin, qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Bu səbəbdən, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)-402/2021 nömrəli, 15.03.2021-ci il tarixli qərarı əsassızdır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

21. Belə ki, iş materiallarından görünür ki, iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır, biri isə ikinci qrup ümumi xəstəlik üzrə əlildir, çox lokalizasiyalı bədxassəli xəstəlikdən əziyyət çəkir, 01.08.2019-cu ildən 31.07.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır, iddiaçı isə xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019-cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur.

22. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs q anunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

23. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

24. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etmə si, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

25. Həmin Qanunun 7.1-ci maddəsinə görə sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır;

26. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;

27. Həmin Qanunun 7.3-cü maddəsinə görə ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

28. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

29. Azərbaycan Respublikası “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir.

30. Azərbaycan Respublikası “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir.

31. Azərbaycan Respublikası “Azərba ycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının (bundan sonra Qaydalar):

33. Həmin qaydaların 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir;

34. Həmin qaydaların 2.3-cü bəndinə görə sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında y erləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir;

35. Həmin qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir;

36. Həmin qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir;

37. Həmin qaydaların 3.3-cü bəndinə əsasən müraciət in qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir;

38. Həmin qaydaların 3.4-cü bəndinə görə şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür;

39. Həmin qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir;

40. Həmin qaydaların 5.2-ci bəndinə görə ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır;

41. Həmin qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə y erində araşdırmaqla) istifadə edilir;

42. Həmin qaydaların 5.4-cü bəndinə görə ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür;

43. Həmin qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 44. 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyy ətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 45. 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 46. 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla); 47. 5.6-cı bəndinə görə ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.; 48. 5.7-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir.

49. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən cavabdeh tərəfindən iddiaçının ailəsinin qeyd edilənlərdən başqa gəlirləri olması barədə işə hər hansı bir sübutun əlavə edilmədiyi müəyyən edilməmişdi r.

50. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların 5.7-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir, yəni, vergi ödəyicisinin gəlir əldə etməsi barədə təqdim edilmiş bəyannamələr, vergi yoxlaması aktları kimi sənədlər əsas götürülür. Şəxsin vergi uçotunda olması hələ onun gəlir əldə etməsi anlamına gəlmir.

51. Bununla yanaşı cavabdehin məlumat bazasında iddiaçı haqqında olan 26.08.2020-ci il tarixli məlumatda qeyd edilmişdir ki, Qeydiyyat Mərkəzindən gələn 1.406,40 manat məbləği haqqında məlumat imtina səbəbi deyil dir.

52. İddiaçı göstərmişdir ki, həmin məbləğ istehlak edilmiş təbii qazın dəyəri deyil, təbii qazın sayğac olmadan sərf edilməsi ilə bağlı hesablanmış cərimə məbləğidir.

53. Bu hal işdə olan Azəriqaz tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0148192, 0177606, 0175236, ******* və ******* nömrəli mənzildə təbii qazdan sayğacdankənar istifadə edilmə barədə aktlarla təsdiq olunur, cərimə məbləğinin iddiaçı tərəfindən ödənilməsi barədə məlumat təqdim edilməmişdir.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların 6.1-ci bəndinə görə sosial yardımın təyin ol unmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

55. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

56. Həmin əsasnamənin 3.1.31-ci bəndi ilə qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

57. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, 1.406,40 manat qaza görə cərimələr nəzərə alınmadan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 7,67 manat ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizi 19 manatdan az olduğu üçün (103,40 manat telefon xərci + 198,80 manat işıq pulu + 66 manat qaz pulu):12 ay: 4 nəfər = 7,67 manat, ölkə üzrə təsdiq olunmuş yaşayış minimumu - 190 manatın 10%-i = 19 manat) Qaydaların 3.7.6-cı bəndi (“Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olun muş yaşayış minimumunun 10 faizindən çox olduqda vətəndaşa sosial yardımın təyin edilməsindən imtina edilir.”) iddiaçının ərizəsinə və hazırkı mübahisəyə tətbiq edilə bilməz.

58. Belə olan halda, cavabdehin iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtinası əsassız olmuşdur.

59. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki, həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır.

60. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki həmin dəlili də əsassız sayır.

61. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən apelyasiya instansiyası məhkəməs i tərəfindən cavabdehin hüquqlarının pozulması və ya iş üzrə qərar qəbul edilərkən maddi və prosessual normaların tələblərinin pozulması hallarını müəyyən etməmişdir.

62. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)-402/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar