Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1418/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanı nda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)1375/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqları nın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********57 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına keçmiş DTXK tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə qeyd edilən sahənin 23.0 metr məsafəsindən d=700.0 mm.lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Mə hkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsi uzun müddət faktiki istifadəsində və sahibliyində olmuş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun adına rəsmiləşdirilmişdir. Həm in torpaq sahəsinin hüquqi qeydiyyatının aparılması üçün cavabdeə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********57 nömrəli cavab məktubu ilə ərizəsi təmin edilməmiş və göstərilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır və torpaq sahəsi faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin bir hissəsi keçmiş DTXK tərəfindən digər şəxsin adına verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə, imtina məktubunda qeyd edilən sahənin 23.0 metr məsafəsindən d=700.0 mm.lik qaz xəttinin keçdiyi və ümumi ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığı bildirilmişdir. Cavabdeh orqanın ərizənin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla, daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun əldə edilməsinə maneçilik törədir.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır və torpaq sahəsi faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin bir hissəsi keçmiş DTXK tərəfindən X1 adına verilmiş JN30074 nömrəli şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə, qeyd edilən sahənin 23.0 metr məsafəsindən d=700.0 mm-lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Bununla bağlı İdarə tərəfindən iddiaçıya **********57 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır.
7. Birinci instansiya məhkəməsinin xx.xx. 2021-ci il tarixli qərardadı iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BÇM/0425 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyini tam dəqiqliklə naturada müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının göstərdiyi və faktiki i stifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilərək ölçülmüş, müəyyən olunmuş koordinatlar əsasında elektron kadastr məlumat bazasında araşdırılaraq yerquruluşu planı tərtib olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən torpaq sahəsinin həqiqi ərazisi (sənəd üzrə) və naturada ölçülmüş faktiki vəziyyəti arasında olan uyğunsuzluğun mövcud olub- olmamasını müəyyən etmək mümkün olmamışdır Elektron kadastr məlumat bazasına əsasən, torpaq sahəsi elektrik ötürücü şəbəkəsinin mühafizə zonasında yerləşir. Eyni zamanda, ərazidən yeraltı qaz xətti keçsə də, qazın mühafizəsi barədə elektron kadastr məlumat bazasında hər hansı məlumat qeydə alınmamışdır. Torpaq sahəsi halhazırda iddiaçının istifadəsindədir və elektron kadastr məlumat bazasında digər hüquqi şəxsə məxsus olması barədə məlumat yoxdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşir. Ölçülmüş ərazinin faktiki ölçüsü 461 kv.m-dir, dövlət mülkiyyəti torpağıdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 31 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1496/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 323 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci insta nsiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq ölçüsü 600 kv.m olmaqla, iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi döngə 323 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında iddiaçıya ayrılmışdır. Qeyd edilən sərəncam hazırda qüvvədədir, ləğv edilməmişdir, yerləşmə cizgisi müvafiq olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.
10. Cavabdeh torpaq sahəsinin bir hissəsinin keçmiş DTXK tərəfindən X1 adına verilmiş JN30074 nömrəli şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşdüyünü, ərazidən qaz xətti keçdiyini bi ldirsə də, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, elektron kadastr məlumat bazasında torpaq sahəsinin digər şəxsə məxsus olması barədə, eləcə də qazın mühafizəsi barədə elektron kadastr məlumat bazasında hər hansı məlumat qeydə alınmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) 23 fevral 2023-cü il tarixli, 21(103)-1375/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1496/2022 nömrəli qərarı dəyişdirilmədə n saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin Torpaq Məcəlləsinin 55, 67 və 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11 və 23-cü maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə dair etirazı və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-1375/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nö mrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələ blərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 18. “Azərbaycan Respublikasında torpaq münasibət lərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı: 1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki:... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmi ş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digə r şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 19-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən iddia olunan torpaq sahəsinə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamına, habelə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BÇM/0425 nömrəli mütəxəssis rəyinə istinad etmiş, həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir.
24. Halbuki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1042 nömrəli sərəncamında iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrıldığı qeyd edilsə də, məhkəmələrin istinad etdiyi mütəxəssis rəyində torpağın faktiki ölçüsü 461 kv.m göstərilmişdir.
25. Bundan başqa, iş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akt”larında torpağın faktiki ölçüsünün 600 kv.m olduğu qeyd edilmişdir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
27. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisə predm eti olan torpaq sahəsinin hüquqmüəyyənedici sənəddə göstərilən və faktiki vəziyyətdəki ölçüsü ilə bağlı əhəmiyyətli ziddiyyətlərin olmasını nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
28. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində işin təkrar baxışı zamanı yuxarıda qeyd edilən hallar – iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yerləşməsi və sahəsi dəqiq müəyyən edilməli, bununla bağlı işdə olan ziddiyyətlərin aradan qaldırılması təmin edilməli, habelə torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən az olması müəyyən ediləcəyi halda, İPM-nin 13-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçıya yardım etməklə, hüquqmüəyyənedici sənədlə ona ayrılmış (600 kv.m) torpaq s ahəsindən daha az torpaq sahəsi (faktiki istifadəsində olan) üzərində mülkiyyət hüququnun qeydə alınması barədə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif verməli, yalnız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun qərar qəbul etməlidir.
29. Bundan başqa, hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaya əsasən, torpaq sahələri ilə bağlı hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması halları müəyyən edilmişdir.
30. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərinin hazırkı iş üzrə tətbiq edilməli olub-olmaması hallarını yoxlamadan, iş üzrə müəyyən edilmiş halları həmin normanın tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 17-19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
32. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-1375/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin norm aların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
35. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 21(103)-1375/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.