Məhkəmə qərarları › İş №2-1(102)-1418/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1418/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1418/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli peşə, şüalanma mənbələrində işlə daim məşğul olan fəhlə və mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3007/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus olan diploma, hərbi biletə və əmək kitabçasında əsasən müəyyən edilir ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1979-cu ildə Qaz Sənayesi Nazirliyinin "X18” Neft və Q az Hasilatı üzrə X2 "Neftqazdonama” İdarəsinin Abşeron rayon idarəsində PC-174 birinci radiooperator şagirdi olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək PC-174 birinci radiooperator işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən Hidrometrologiya və təbii mühitə nəzarət üzrə İdarənin "Şkval” teploxodunda radiooperator, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Qaraboğazgöl Hidrometeorologiya stansiyasında texnik-radiooperator, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-tədqiqat ekspedisiya donanmasının "Əlif Hacıyev” ETG-də böyük motorist-elektrik, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissədə ra diooperator, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X26 Xilasetmə İdarəsinin Gəmilərdə radiostansiya rəisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Karvan Xidmətində rabitə operatoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X26 Xilasetmə Xidmətində dispetçer işləmişdir. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2008ci il tarixli əmri ilə iddiaçı Nazirliyin X26-xilasetmə Xidmətinin Operativ rabitə, analitikinformasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 28 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək Fövqəladə H allar Nazirliyinin iddiaçıya dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında onun xx.xx.2008-ci il tarixdən bu günədək "X26-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı göstərilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun iş stajı Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlə məhdudlaşmır, 1976-cı ildən peşə təhsili almaqla, sonrakı müddətdə müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda 44 ildən artıq iş stajı mövcuddur. İş rejiminin əksər hissəsi dənizdə və geoloji kəşfiyyatda keçmişdir ki, həmin müddət qanunvericilikdə güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. 7.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslan dırmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-1325/2022 nömrəli (hakim X3) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəri də daxil olmaqla), (təhsil müddəti - 1979.xx.xx-1976.09.01=2 il 9 ay 20 gün) + (1980.xx.xx-1979.09.01=7 ay 2l gün) + (hərbi xidmət dövrü - 1982.xx.xx-1980.04.27=2 il 1 ay 1 gün) + əmək fəaliyyəti döv rü - (1984.04.10- 1982.07.26=1 il 8 ay 14 gün) + (1986.xx.xx-1993.12.31= 7 il 3 ay 2 gün) + (1995.xx.xx-1994.02.8= 1 il 2 ay 17 gün) + (1997.xx.xx-1995.05.15= 1 il 11 ay 16 gün) + (2006.01.01 -1997.05.07 = 9 il 7 ay 24 gün ) = 27 il 3 ay 25 gün olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur.

10. İddiaçının xx.xx.1982-xx.xx.1986-cı illərdə (4 il 2 ay 4 gün) Şkval elmi tədqiqat gəmisində işlədiyi müddət və “Qoryaçi” gəmisində radiostansiya rəisi vəzifəsində işlədiyi müddət (xx.xx.1997-xx.xx.2005, 8 il 7 ay 24 gün) nəzərə alındıqda iddiaçının ümumilikdə xüsusi stajı 12 il 9 ay 29 gün gündür. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12 il 6 aydan çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pen siya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci m addəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3017/2022 n ömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X11 (məruzəçi), X12 və X13) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-1325/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)773/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qərarı ilə (hakimlər X14 (məruzəçi), X4 və X1) cavabdehin kassasiya şikayəti təmin edil miş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3017/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının "UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlədiyi istisna edilmir. Lakin Siyahının istinad edilən müddəasının məzmunundan göründüyü kimi, həmin məzmunda (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) şərtin ödənilməsi tələb olunur. Bu zaman, nəzərə alınmalıdır ki, işçinin fərdi mühafizə vasitələrindən faktiki istifadə edib-etmədiyi əhəmiyyət kəsb etmir. Mü əyyən edilməli hal ondan ibarətdir ki, həmin iş yerlərində şüalanmadan fərdi mühafizə vasitələrinin mütləq tətbiqi normativ qaydada nəzərdə tutulmuş olsun. Belə ki, işin icra yerində şüalanma mənbəyinin sağlamlıq üçün zərərli həddə olduğu digər göstəricilərlə yanaşı, həm də həmin şərtin nəzərdə tutulması ilə müəyyən edilə bilər. Həmin şərtin ödənildiyinin müəyyən edilmədiyi halda, iddiaçının hazırkı məzmunda tələbi Siyahıdakı 23200000-1753q koda istinadla təmin oluna bilməzdi. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3007/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X7 (məruzəçi), X8 və X6) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-1325/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.

21. Kassator bildirmişdir ki, iş materiallarına əlavə olunmuş Föqəladə Hallar Nazirliyinin iddiaçıya ünvanladığı 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında onun xx.xx. 1997- xx.xx.2006-cı illərdə Gəmilərdə radiostansiya rəisi vəzifəsində işləmiş olduğu АСПТР КМП (Каспийское бассейновое аварийно-спасательное специализированное управление) idarəsi 1994-cü ildən “X9 Qəza-Xilasetmə” ASC adı altında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2018-ci il tarixli 131 nömrəli Qərarı ilə ləğv edilmişdir. Həmin dövrdə, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş ASC-yə aid arxiv sənədlərini X26-xilasetmə Xidmətindən götürərək Milli Arxiv İdarəsinə təhvil vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən halhazıradək Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir.

22. Göründüyü kimi arayışda iddiaçının xx.xx.2008-ci il tarixindən bugünədək “X26xilase tmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nda nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının Qanunu: (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğin dən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. Əm ək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlə rinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaql a onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gö stəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

35. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. 36. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təmina tı haqqında” Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və g östəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işlə məlidir.

38. Hazırda cavabdeh iddiaçının 25 il ümumi iş stajına malik olmasını mübahisələndirmir.

39. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının 01.0İ.2006-cı il tarixə ümumi iş stajı 25 ildən çoxdur (xx.xx.1976xx.xx.1979 (təhsil), xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1984, xx.xx.1986-xx.xx.1993, xx.xx.1994-xx.xx.1995, xx.xx.1995xx.xx.1997, xx.xx.1997-xx.xx.2006 - cəmi 26 il 02 ay 25 gün).

40. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına gəlincə məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1997-ci ildən xx.xx.2006-cı il ədək işlədiyi radiooperator şagirdi, radiooperator, texnik-radiooperator, radiostansiya rəisi və rabitə operatoru vəzifələri və sahələr (cəmi 18 il 01 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: XXXİİİ. Ümumi peşələr; kod 23200000—1753q - UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edi lməlidir).

41. Bundan əlavə işə birinci dəfə baxan Ali Məhkəmənin 2-1(102)-773/2022 nömrəli 11 may 2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərinə əsasən apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi vəzifələrin güzəştli olub olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu vermişdir.

42. Sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir, İddiaçı işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 35-ci siyahısında (ümumi peşələr) nəzərdə tutulur, işçilərin şüalanmadan fərdi mühafizə vasitələrindən istifadəsinə dair sənədlər arxiv sənədləri arasında aşkar edilmədi.

43. Kassator kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məkt ubundan görünür ki, iddiaçıya şüalanmadan fərdi mühafizə vasitələrindən istifadəyə dair sənədlər aşkar edilməmişdir. Bu həmin müəssisədə şüalanmadan fərdi mühafizə vasitələrindən istifadə edilməsi öz təsdiqini tapmır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işçilərin şüalanmadan fərdi mühafizə vasitələrindən istifadəsinə dair sənədlərin arxivə təhvil verilməsi və arxivdə saxlanılması işəgötürənlərin vəzifələrinə aid məsələlərdir və işəgötürənin həmin tələbə əməl edibetməməsi isə işçinin təqsiri kimi qiymətləndirilə bilməz.

45. Beləliklə, göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına d air iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.

46. Odur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3007/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar