Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylıQəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı2, cavabdehin nümayəndəsi oğlunun və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-5/2019 saylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli ** nömrəli qərarı ilə X1nın mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN seriyalı **** F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Həmin torpaq sahəsi üzərind ə yerləşən ümumi sahəsi 47,2 m2 olan 1 otaqdan ibarət yaşayış evi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 06.08.2004-cü il tarixdə X1nın adına rəsmiləşdirilmiş və sonuncunun adına 1/168-2 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Firəngiz Qəhrəmanova 01.05.2016-cı il tarixdə öldükdən sonra uşaqları İddiaçı1 və İddiaçı2 mərhumun vərəsələri olaraq tanınmış və 06.06.2017-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra İddiaçı2 və İddiaçı1 miras qalmış 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47,2 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 28.11.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışda torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu göstərilmişdir. İddiaçılar analarından miras qalmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu 12.07.2017-ci il tarixli **********28 nömrəli və 09.08.2017-ci il tarixli **********84 nömrəli məktublarla hüquqların dövlət qeydiyyatından imtina edərək sözügedən torpaq sahəsinin başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirmişdir. Bununla razılaşmayan iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-68/2 018 saylı, 21 fevral 2018-ci il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə iddia tələbi təmin edilərək, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə Qəbələ şəhəri İ.Nəsimi küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-05/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-68/2018 saylı, 21 fevral 20 18-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyd olunan ünvanda yerləşən torpaq sahələrinə baxış keçirilərək çöl ölçmə işləri aparılmış və əldə olunan məlumatlar kameral şəraitdə elektron kadastr baza məlumatları ilə müqayisə edilərək mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, JN-**** F saylı «Torpağı n mülkiyyətə verilməsinə dair şəhadətnamə» Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır və iddiaçıların faktiki iddia etdikləri torpaq sahəsi başqa vətəndaşlara məxsus JN-**** G, **** F və **** BB bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi ümumi sahəsi 47,2 m2 olan 1 otaqdan ibarət yaşayış evi iddia etdikləri torpaq sahəsində yox üçüncü şəxs 1 oğlu, üçüncü şəxs 2, üçüncü şəxs 3 oğlu, üçüncü şəxs 4 qızı, üçüncü şəxs 5 qızına məxsus olan JN-**** F saylı şəhadətnamənin üzərində yerləşir. Qeyd edilən fərdi yaşayış evi iddiaçıların mərhum anası tərəfindən üçüncü şəxs 1 oğlundan alqı-satqı yolu ilə əldə edilmişdir. Apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Tərəflər in izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən, eləcə də apellyasiya və kassasiya şikayətlərində imtinanın səbəbi kimi JN seriyalı **** F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamasına və iddiaçının faktiki qeydiyyata alınmasını istədiyi 0,06 ha torpaq sahəsinin JN-****F və JN-****G, ****BB nömrəli başqa mülkiyyətçilərə məxsus olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər ilə üst-üstə düşməsinə istinad etmişdir. İşin hallarından görünür ki, apellyasiya məhkəməsi iş üzrə sözügedən mübahisəli halların aydınlaşdırılması məqsədilə cavabdehin nümayəndəsinin vəsatəti ni qismən təmin edərək ekspertiza təyin etmişdir. Lakin məhkəmə təyin edilmiş ekspertiza üzrə rəy verilməməsinə baxmayaraq mübahisəni həll etmişdir. Halbuki, ekspert qarşısında qoyulmuş suallar üzrə məsələnin aydınlaşdırılması iddia tələbinin qanuni və əsaslı həlli baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı məhkəmə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsinə müvafiq ekspertiza rəyi əldə etməklə dəqiq aydınlıq gətirməlidir. Məhkəmə həmçinin mübahisəyə dair üçüncü şəxslərin mövqelərinin öyrənilməsi məsələsində də lazımi səy göstərməmişdir. Üçüncü şəxslərin mübahisə üzrə mövqeləri ümumiyyətlə qeyri-müəyyən qalmışdır. Mübahisənin qanuni və əsaslı həll edilməsinin təmin olunması üçün üçüncü şəxslərin mövqelərinin öyrənilməsi işin halla rının tam araşdırılması prinsipinə uyğun olaraq məhkəmənin xidməti vəzifəsinin tələblərindən irəli gəlir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı cavabdehin iddiaçının faktiki qeydiyyata alınmasını istədiyi 0,06 ha torpaq sahəsinin JN-****F və JN-****G, ****BB nömrəli başqa mülkiyyətçilərə məxsus olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər ilə üst-üstə düşməsini bildirdiyi nəzərə alınmaqla məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmiş həmin şəxslərin də mübahisəyə dair mövqeləri öyrənilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-5/2019 saylı iş üzrə 16 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1419/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1419/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver