Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovnanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10 və X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsi üçün orada yaşayan şəxslərin yazılı razılığının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Dosıyev Amil Qa raxan oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovnanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10 və X3) qarşı “Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 52, mənzil 53-ün iddiaçıların və üçüncü şəxslərin adına özəlləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2685/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxxxx 1983-cü il tarixli, 34/250 saylı qərarı ilə X5 və ailə üzvlərinə Əhmədli qəsəbəsi, “B” yaşayış massivi, ev 4 E, mənzil 53, blok 3, mərtəbə 9 ünvanında yerləşən, ümumi sahəsi 46,73 kv.m olan üç otaqlı mənzil verilmişdir.
2. Həmin qərar əsasında Azərbaycan SSR Bakı şəhəri X7 İcraiyyə Komitəsinin uçot və yaşayış sahəsinin bölüşdürülməsi idarəsi tərəfindən X4 adına xx xxxxxx 1983-cü il tarixli 237045 saylı order verilmiş, orderdə sözügedən mənzilə köçmək hüququ olan ailə üzvləri kimi arvadı X8, övladları - Sultanov Mais, Sultanova Maya və Sultanova Ulyana qeyd olunmuşdur.
3. Sultanova Nadejda xx xxxxxxx 2005-ci ildə, X9 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçı1 və İddiaçı2 Narimanovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra ixtisarla DƏDRX-nin 1 say lı Bakı Ərazi İdarəsi) xx xxxxxxx 2018-ci il tarixli ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxxxx 2018-ci il **********89 saylı məktubla bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə mənzildə qeydiyyatda olan İddiaçı1, X6, X1 və İddiaçı2 Narimanovnanın razılıq ərizələri əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Narimanovna cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X10 və X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov kü çəsində yerləşən 52 saylı binanın 53 nömrəli mənzilinin iddiaçılar və üçüncü şəxslərin adına özəlləşdirilməsi barədə inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar sözügedən mənzildə qeydiyyyatdadır və həmin mənzildə yaşayırlar. Yaşadıqları mənzil dövlət mənzil fonduna aiddir. Hazırda həmin mənzildə onlardan başqa qardaşları X10, bacıları X3 və onun qızı xx xxxxxx 2003-cü il təvəllüdlü X12 qeydiyyatdadırlar. Mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993-cü il tarixli, 463 nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirmək istəyirlər. Lakin X10 və X3 həmin mənzilin vəfat etmiş ataları, yaxud da onların dö rdünün adına özəlləşdirilməsi barədə razılıq ərizəsi vermək istəmirlər.
7. Cavabdeh tərəf iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmiş, lakin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılar tərəfindən təqdim olunmuş sənədlərə üçüncü şəxslərin mənzilin özəlləşdirilməsinə razılıq ərizələri əlavə edilməmişdir. Əgər bu ərizələr təqdim olunarsa, iddiaçıların xahişi təmin edilə bilər. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)846/19 saylı qərarı ilə (hakim R.Daşdəmirov) iddia tələbi təmin edilməmişdir.
9. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)268 5/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və H.Ü.Həmidov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)846/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. İddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin faktik halları təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamış, üçüncü şəxslərin nə üşün işə cəlb edild iyinə əhəmiyyət verməmiş, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsini səhv təfsir etmiş, iddiaçıların gözlənilən mülkiyyət hüququ nəzərə alınmamışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində göstərilmiş “yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı” mənzilin onlardan birinin və ya bir neçəsinin mülkiyyətinə verilməsi zamanı zəruridir. Mənzilin bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsi zamanı yetkinlik yaşına çatmış ailə üzvlərinin ümumi razılığına ehtiyac yoxdur. Kassasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçı larının izahatları
14. İddiaçının vəkili Dosıyev Amil Qaraxan oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDDLƏRİ
16. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilm iş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Kassasiya şikayətində məhkəmənin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə
3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki ya şayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
19. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. Azərbaycan Respublikası İPM Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.
23. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır.
24. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdiri lmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar.
25. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir.
26. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasın ı tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır.
27. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkd ə sərbəstdir.
28. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi.
29. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasın da əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.
30. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından kollegiya qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxslərin özəlləşdirmənin aparılmasına dair razılıqları olmadığı üçün cavabdehin özəlləşdirməni aparmaqdan imtinası, eləcə də məhkəmələrin iddanın rədd edilməli olduğuna dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Kollegiya kassasiya şikayətinin iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçilərin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilin i əsassız hesab edir. Belə ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən bi ri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir.
32. Baxılan məsələ ilə bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Kollegiya qeyd edir ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz.
33. Kollegiya baxılan məsələyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından da münasibət bildirilməsini zəruri hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiə si haqqında Konvensiyaya əlavə 1 saylı protokolun mülkiyyət hüququnu müdafiə altına alan 1-ci maddəsi baxımından yerləşmiş presedent hüququna görə müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıbyaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: - iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi? mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunidirmi? - müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa riayət edilmişdirmi?
34. Göstərilən yoxlama qaydasından hərəkətlə kollegiya hesab edir ki, iddiaçılar hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşlar və bu hüquq mülkiyyət hüququna bər abər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Həmin Qanunla müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçılar mənzilə münasibətdə mülkiyyət hüquqları əldə edəcəkləri üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onların mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.
35. Lakin hüquqa müdaxilə qanunilik və mütənasiblik tələblərinə cavab verdiyi üçün mülkiyyət hüququnun pozuntusu baş verməmişdir. Belə ki, müdaxilənin qanuniliyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsindən irəli gəlir. Məhz həmin normada özəlləşmənin buna hüququ olan bü tün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyi aydın təsbit edilmişdir.
36. Müdaxilənin mütənasibliyinə qiymət vermək üçün isə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilibedilmədiyi araşdırılmalıdır. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun sovet hakimiyyətinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində cəmiyyətdə baş verən dəyişikliklər fonunda həyata keçirilən köklü islahatların tərkib hissəsi kimi qəbul edilmişdir. Bu zaman qanunverici həmin islahatların həyata keçirilməsi şərtlərini və qaydasını müəyyən etməyə dair geniş mülahizə səlahiyyətinə malik olmuşdur. Həmin mülahizə səlahiyyətindən çıxı ş etməklə qanunverici özəlləşdirmənin buna hüququ olan bütün şəxslərin razılıqlarının mövcudluğunda həyata keçiriləcəyini təsbit etmişdir. Bununla bağlı olaraq kollegiya özünün yuxarıda ifadə etdiyi mövqeyini təkrarlayır ki, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz.
37. Digər tərəfdən isə kollegiya hesab edir ki, mülahizə səlahiyyətinin göstərilən qaydada həyata keçirilməsi cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlmiş məqsəd daşımışdır. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi mülkiyyət formasına görə mənzil fondunun üç növünü – özəl, dövlət və bələdiyyə mənzil fondunu tanıyır (Mənzil Məcəlləsinin 17-ci maddəsi). Başqa sözlə, hər hansı bir mə nzil vahid şəkildə bir tam olaraq həmin mənzil fondunun üç növündən yalnız birinə aid ola bilər. Bu, mənzillərin hüquqi rejimi, onların idarə olunması və orada yaşayan şəxslərin mənzillə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi baxımından olduqca zəruridir. Ona görə də, sözügedən ümumi maraqların təmin edilməsi üçün qanunverici mənzillərin yalnız bütöv şəkildə, orada yaşayan özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslər buna razı olduqları halda özəlləşdirilməsinin mümkünlüyünə dair yanaşmanı qəbul etmişdir. Belə tənzimləmə mənzil islahatlarının həyata keçirilməsi zamanı cəmiyyətin ümumi maraqlarını təmin etməyə yönəlmişdir və legitim məqsəd daşıyır.
38. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazı lığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar. Beləliklə, hazırkı işdə digər hüququ olan şəxslər buna razılıq vermədikləri üçün iddiaçıların mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçı ların kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2685/2019 saylı 03 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.