Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2021 21.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiya; 2№-li Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 2-1(103)-968/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. O, 31.05.1984-cü il tarixdən 09.06.1986-cı il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir.
2. İddiaçı 01.09.1983-cü ildən 25.05.1984-cü ilə qədər təhsil almış, 31.05.1984- cü ildən 27.06.1986-cı ilə qədər hərbi xidmətdə olmuş, 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər “Azərkimya” İB-nin keçmiş “X5” zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatını alüminium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər, 11.09.1997-ci ildən 25.08.1999-cu ilə qədər Kürdəmir rayonu Şüşün kəndi "8 Mart" kooperativində qaynaqçı, 24.01.2000-ci ildən 23.12.2005-ci ilə qədər Kürdəmir rayonu Şüşün kənd Bələdiyyəsində vergi müfəttişi işləmişdir.
3. İddiaçı 19.09.2019-cu il tarixili ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiy a təyin olunmasını xahiş etmiş, cavabdeh 24.09.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona pensiya təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.05.2018-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər kateqoriyasına aiddir. Onun 01.01.2006-cı il tarixinədək olan ümumi iş stajı 21 il 3 ay, əmək şəraiti xüsusilə zərərli və ağır olan iş stajı isə 10 il 10 ay təşkil edir. Qanunun tələbindən də göründüyü kimi 52 yaşında pensiya hüququ yaranır. Lakin cavabdeh əsassız olaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən baxılmış və onun tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mi nimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 864/2020 saylı 16.03.2020-ci il tarixli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia təmin edilərək iddiaçıya 28.05.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçının işlədiyi “təmirçi çilingər” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıya uyğundur. İddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də da xil olmaqla 21 il 7 ay 9 gün ümumi və 10 il 11 ay 23 gün güzəştli iş stajı mövcud olduğundan 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2020 saylı 12.08.2020-ci il tarixli qərarına əsasən (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 864/2020 saylı 16.03.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır.
12. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Ali Məhkəmənin 25.11.2020-ci il tarixli 2-1(102)-2147/2020 nömrəli qərarına əsasən (sədrlik edən Rahib Nəbizadə, hakimlər – Zakir Quliyev və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1246/2020 saylı 12.08.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə təmirçi-çilingər olmuş və 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndində təmirçi-çilingər peşəsi qeyd edilməmişdir. İddiaçının işlədiyi peşənin 1 №-li Siyahının Vİİİ Bölməsində ola n sahəyə aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 21(103)-968/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Namiq Cəfərov və Emin Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-864/2020 saylı 16.03.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 16.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi “Azərkimya” İstehsalat Birliyinin fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi təmirçiçilingər vəzifəsi Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahının Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 864/2020 saylı 16.03.2020-ci il tarixli qərarı Vİİİ Kimya istehsalı bölməsinin 1-ci bəndinin 1080A010 şifrəsinə (fəhlə peşəsinə) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir.
17. Məhkəmə qərarı cavabdehə 16.05.2021-ci il tarixində təqdim edilmişdir.
18. Cavabdeh 14.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 2-1(103)-968/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yalnız ya şa və staja görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Pensiya təyin edilməsi üçün digər zəruri şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir ki, iddiaçıya münasibətdə bu şərt ödənilmir. Bundan başqa, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş edir. İddiaçının 52 yaşının tamam olduğu 28.05.2018-ci il tarixində isə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının işin hallarına tətbiqi zamanı səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşd ur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tə rəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanun unun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmin maddəyə 13.06.1997-ci il tarixində edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il a vqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahsı”nın “Vİİİ. Kimya istehsalatı” bölməsində 1080A00—17541 kodla “A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” göstərilmiş, 1080A010 kodla istehsalatlar və işlərin adları sadalanmışdır.
27. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəs inə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qər ar qəbul edir.
30. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisənin mahiyyəti ilə bağlı prosessual hüquq normalarının tələblərinə ri ayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Hazırkı qərarın 23-25-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.
35. İddiaçının 20 ildən artıq ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 09.09.1986-cı ildən 01.12.1987-ci ilədək, 01.12.1987-ci ildən 31.01.1996-cı ilədək, 01.02.1996-cı ildən 03.09.1997-ci ilədək işlədiyi vəzifə lər hazırkı qərarın 26-cı bəndində göstərilən peşə ilə uyğundur.
36. Belə ki, işə ilk dəfə Ali Məhkəmədə baxılarkən kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşənin 1 №-li Siyahının Vİİİ Bölməsində olan sahəyə aid olması, həmçinin syahıda “A” bölməsində sadalanan hansı istehsalatlarda və işlərlə məşğul olmasını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının çalışdığı peşələrin 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrində göstərilən hansı peşənin funksiyaları ilə eynilik təşkil etdiyi, iddiaçının işlədiyi təmirçi-çilingər peşəsinin adı çəkilən siyahıda hansı kod altında olan peşəyə uyğun gəldiyini müəyyən etmək üçün SOCAR “Azərkimya” İstehsalat Birliyinin “X” zavoduna sorğu göndərmişdir.
38. Həm in sorğuya cavab olaraq 21.04.2021-ci il tarixdə SOCAR “Azərkimya” İstehsalat birliyi “X” zavodu tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahının Vİİİ Bölməsinin (Kimya istehsalı) bölməsində sadalanan istehsalatlarda və işlərdə tam iş günü məşğul olan kimya müəsisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, o cümlədən texnoloji avadanlığın təmiri ilə məşğul olan işçilər yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı verilmiş arayışlardan və özünün əmək kitab çasından görünür ki, İddiaçı kimya zavodunun əsas istehsalat və sexlərdə texnoloji avadanlıqların təmiri ilə məşğul olan Mexaniki təmir sexində təmirçi çilingər (fəhlə) peşəsində çalışmışdır.
39. Məktuba əlavə edilmiş 158, 159 və 160 saylı 20.04.2021-ci il tarixli arayışlara əsasən İddiaçı 09 sentyabr 1986-cı il tarixdən 30 noyabr 1987-ci il tarixə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X5” zavodunun mexaniki təmir sexində sulfanol istehsalı üzrə təmirçi-çilingər, 01 dekabr 1987- ci il tarixdən 31 yanvar 1996-cı il tarixə kimi tam iş günü həmin zavodun mexaniki təmir sexində aliminium-xlorid, herbisid və depressator sexlərinin, bitkilərin kimyəvi mühafizəsi vasitələri istehsalatının texnoloji avadanlıqlarının təmiri sahəsində təmirçi-çilingər və 01 fevral 1996-cı il tar ixdən 03 sentyabr 1997-ci il tarixə kimi tam iş günü həmin zavodun mexaniki təmir sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən sahəsində təmirçi-çilingər peşələrində işləmiş, göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrəsinə əsasən 1 saylı siyahısına əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir
40. Beləliklə, iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajının mövcudluğu iş materialları ilə sübut olunur. Odur ki, cavabdehin kassasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
41. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, pensi ya kapitalı ilə bağlı qeyd edilən tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bil ər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
42. Məhkəmə kollegiyası əlavə olaraq edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 2-1(103)968/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli 21(103)-968/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.