Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayıllı rayonu Lahıc bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə üçün əsas olmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İsmayıllı rayonu Lahıc bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqti sadiyyat Nazirliyi tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Lahıc qəsəbə keçmiş İcraiyyə Komitəsinin köhnə inzibati binası üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə X3 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-245/2015 nömrəli qərarının ləğv olunması və işə onun iştirakı ilə baxılması barədə” vəsatətinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(107)-144/2022 nömrəli qərardadından X1 tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İsmayıllı rayon Lahıc bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əvəzsiz olaraq İsmayıllı rayon Lahıc qəsəbə bələdiyyəsinin mülkiyyətinə verilmiş Lahıc qəsəbə keçmiş İcraiyyə Komitəsinin köhnə inzibati binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsini xahiş etmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2015-ci il tarixli, 2-1(84)-245/2015 nömrəli qərarı ilə iddia təmin edilmiş və qərardan şikayət verilmə mişdir, nəticədə qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. X1 5 mart 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, X9 Məhkəməsinin 18 may 2015-ci il tarixli, 2-1(84)-245/2015 saylı qərarının ləğv olunması və işə onun iştirakı ilə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Ərizəçi vəsatətini belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2015-ci il tarixli, 2-1(84)-245/2015 nömrəli qərarı ilə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən, ulu babası X12 Hüseyndən miras qalmış binanın üzərində Lahıc bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-in 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz əmlak üzərində Lahıc bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış və Lahıc bələdiyyəsinin adına çıxarış tərtib edilmişdir. Ərizəçinin qardaşı Polad Quliyev cavabdehlər Lahıc bələdiyyəsinə, İsmayıllı RİH başçısının Lahıc qəsəbəsi üzrə nümayəndəliyinə, üçüncü şəxs DƏDRX-in Qəbələ ərazi idarəsinə qarşı İsmayıllı Rayon Məhkəməsində iddia qaldıraraq ulu babasına məxsus qeyd edilən mülkün vərəsəlik qaydasında qəbul edilməsini bildirərək həmin mülk üzərində qanun üzrə vərəsəlik əsasında mülkiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli, 2(037)-28/2017 nömrəli qətnaməsi ilə həmin iddia tələbi tə min edilməmişdir. İsmayıllı Rayon Məhkəməsi həmin qətnaməsini onunla əsaslandırmışdır ki, barəsində iddia qaldırılan mülk təqribən 19-cu əsrin sonlarında inşa edilməklə 1925-1926-cı illərdən dövlət mülkiyyətində olmaqla ötən müddətdə Lahıc qəsəbə X4, 1991-ci ildən sonra İsmayıllı RİH başçısının Lahıc qəsəbə İƏD üzrə nümayəndəliyinin, 2000-ci ildən sonra isə Lahıc bələdiyyəsinin inzibati binası kimi istifadə edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayəti verilməmişdir. Qətnamənin qəbulundan sonra ulu babasından qalan mülklə bağlı yeni hallar və təkzibedilməz sübutlar üzə çıxdığına görə Nadir Quliyev hazırkı vəsatətlə məhkəməyə müraciət etmişdir. N.Quliyev hesab edir ki, mülk Lahıc bələdiyyəsinin mülkiyyətinə qanunsuz olaraq verilmişdir və bu səbəblə o, verilmiş çıxarışı etibarsı z hesab edir. Belə ki, ulu babasına məxsus dükan Lahıc bələdiyyəsinin verildiyi zaman Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli Fərmanı və bu Fərmanla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli qərarının tələblərinə əməl olunmamışdır. Bu səbəblə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2015-ci il tarixli, 2-1(84)-245/2015 nömrəli qərarı onun qanunla qorunan hüquqlarına toxunmuş və o, hazırkı vəsatətlə məhkəməyə müraciət etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(84)-245/2015 nömrəli qərardadı ilə (hakim F.İsmayılzadə) vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə hesab etmişdir ki, ərizəçi vəsatətində qeyri-yaşayış sahəsinin, yəni mağaza binasının ona ulu babasından miras qaldığını qeyd etsə də, vəsatətə əlavə edilən sənədlərdən, həmçinin iş materiallarına əsasən X7 Hacı X2 vərəsəsi olması müəyyən edilmir. Bununla bağlı hər hansı vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə təqdim olunmamışdır. Həmçinin sözügedən mağaza tikilişinin vaxtilə X14 Hüseynovun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədlər iş materiallarında aşkar edilməmiş və ərizəçi tərəfindən bu halı təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim olunmamışdır.
7. X1 həmin qərardaddan аpеllyаsiyа şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(107)-144/2022 nömrəli qərardadı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) ərizəçi tərəfindən verilmiş аpеllyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Ərizəçinin kassasiya şikayəti vəsatətin və apellyasiya şikayətinin mətninə uyğun tərtib olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edə rək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli qərardadını dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və i şə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti mümkündür. Şikayət va xtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları ye tərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
19. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
20. Bu nunla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
21. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavab dehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
22. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə ərizəçi mübahisə edilən hüquq münasibətində birbaşa iştirak etmədiyi, habelə inzibati məhkəmə icraatının tərəfləri və həmin ərizəçi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud olmadığı üçün, o üçüncü şəxs qismində məhkəmə icraatına cəlb oluna bilməz.
23. Belə ki, ərizəçinin “X13 iki mərtəbəli mağazası” olduğunu iddia etdiyi tikili 19251926-cı illərdən başlayaraq Lahıc qəsəbə X5, Lahıc qəsəbə İcraiyyə Komitəsinə, sonralar 2002-ci il kimi isə İsmayıllı RİH başçıs ının Lahıc Nümayəndəliyinin tabeliyində olmuşdur. Tikili “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli 11 iyun tarixli 498 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 iyul 2002-ci il 106 nömrəli qərarı ilə Lahıc bələdiyyəsinin balansına verilmişdir.
24. Həmçinin mübahisəli əmlak “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarına əlavə edilmiş bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının 34-cü qrafasında öz əksini tapmış, verilən əmlakın adı kimi keçmiş Lahıc qəsəbə İcraiyyə Komit əsinin köhnə binası, ünvan olaraq Lahıc qəsəbəsi, balans sahibi kimi RİH Lahıc nümayəndəliyi, bələdiyyənin adı qismində Lahıc bələdiyyəsi qeyd olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)245/2015 nömrəli qərarı da məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ərizəçi vəsatətində qeyri-yaşayış sahəsinin, yəni mağaza binasının ona ulu babasından miras qaldığını qeyd etsə də, vəsatətə əlavə edilən sənədlərdən, həmçinin iş materiallarına əsasən onun Hüseynov Hacı X2 vərəsəsi olması müəyyən edilmir. Bununla bağlı hər hansı vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə təqdim olunmamışdır. Həmçinin sözügedən mağaza tikilisinin vaxtilə X14 Hüseynovun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici sənədlər iş materiallarında aşkar edilməmiş və ərizəçi tərəfindən bu halı təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim olunmamışdır.
26. Beləliklə, ərizəçinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin olunmaması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(107)-144/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.