Məhkəmə qərarları › İş №2-1(102)-1419/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1419/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubla iddiaçının güzəştli iş stajının qanunvericilikdə tələb olunan 12 il 06 aydan az olması əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 17 dekabr 2019-cu il tarixdə cavabdehə Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 02 yanvar 1979-cu ildən 1990-cı ilin dekabr ayınadək “Azneftlahiyətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsində olan 11 il 11 ay iş stajını və xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək “Azneftlahiyətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsində olan 2 il 5 ay 15 gün iş stajını (cəmi 14 il 4 ay 15 gün) nəzərə alaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək, 30 ildən çox ümumi iş stajının və 1 4 il 4 ay 15 gün güzəştli iş stajının mövcud olduğunu bildirmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyindən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 5. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Dövlət Neft Şirkəti (SOCAR) birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mar t tarixli 651 nömrəli Sərəncamına əsasən, SOCAR-ın bir sıra müəssisələri, o cümlədən «Azərneftlayihətikinti» Birliyi özəlləşdirilməyə açılmışdır. Bu səbəbdən, Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinin və 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsinin kadr sənədləri SOCAR-da saxlanılmadığından, aşağıda qeyd edilən məlumatlar haqq-hesab cədvəllərinə əsasən müəyyən edilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinin haqqhesab cədvəllərində olan qeydə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu ildə “Azneftlayihətikinti” Birliyinin Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə mü vəqqəti olaraq iş icraçısının öhdəlikləri ona həvalə edilmiş, xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 1990-cı ilin dekabr ayınadək əmək haqqı almışdır. “Azneftlayihətikinti” Birliyinin 6 №-li İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən xx.xx.1993-cü ildə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə (əmr N 1 k, xx.xx.1996-cı il) öz xahişi ilə işdən azad olunmuşdur.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2020 nömrəli, 02 dekabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli ş ərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə protokol qaydasında icraata qəbul edilmişdir.

12. Apellyasiya baxışı zamanı Dövlət Neft Şirkəti (SOCAR) “Neftqaztikinti” tresti xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Azərneftlayihətikinti” Birliyinin 6 nömrəli İxtisaslaşdırılmış Təmir Quraşdırma və Xüsusiləşdirilmiş Tikinti Quraşdırma İdarələri ilə “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün (əvvəlki İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi) fəaliyyət istiqamətlərinin uyğunluğunu müəyyən etmək mümkün olmasa da, bildirmək istəyirik ki, “Neftqaztikinti” trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünün əsas fəaliyyəti korroziyaya qarşı mühafizə işlərinin yerinə yetirilməsindən ibarətdir və sorğuda göstərilən usta, iş icraçısı vəzifələri nə oxşar tikinti quraşdırma işlərində usta və iş icraçısı vəzifələri, elektrik montyoru peşəsinə oxşar elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi həmin Bölümdə mövcuddur. Tikinti quraşdırma işlərində usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının (Siyahı) “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin b) rəhbərlər və mütəxəssislər” alt bölməsind əki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 22900006—23419) vəzifəsi ilə, iş icraçısı vəzifəsi həmin bölmədəki “iş icraçıları” (kod: 22900006—24441) vəzifəsi ilə uyğunluq təşkil edir. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Siyahının yuxarıda qeyd olunan bölməsində (kod:2290000a-dan 22900006—24441-дəк) və Siyahının “XXXİİİ Ümumi peşələr” bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır.

13. Vəkil sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş 07 fevral 2023cü il tarixli arayışda qeyd olunmuşdur ki, şirkət iri tikinti-quraşdırma müəssisəsi olmaqla Azərbaycan Respublikası ərazisində 0,4-500 kV-luq elektrik veriliş xətlərinin və yarımstansiyaların tikinti-quraşdırma işlərini yerinə yetiri r. Müəssisələrində 3-6 dərəcəli elektrik xətt montyoru peşələri vardır. 5-ci dərəcəli elektrik xətt montyoru peşəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölmənin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndinə (5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları) əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tövsiyə olunur.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2023 nömrəli, 10 fevral 2023-cü i l tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2020 nömrəli, 02 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-xx.xx.1996-cı illərdə işlədiyi 5-ci dərəcəli elektrik montyoru və xx.xx.1980-xx.xx.1990-cı il tarixlərdə işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 29-cu fəslində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsində 5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrində, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə “5 metrdən yuxarı yüksəklikdə iş ləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları” (kod: 2290000a—19855), b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 22900006—23419), həmin bölmədəki “iş icraçıları” (kod: 22900006—24441) nəzərdə tutulmuş və güzəştli iş stajı 12 il 06 aydan çoxdur.

16. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixədək qazanmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərt lərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində işin faktiki hallarına, imtina məktubunun və iddia tələbinə qarşı etirazın dəlillərinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının də yişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. M addə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qa nun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmə k fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 2290000a—19855 – 5 metrdən yuxarı yüksəklikd ə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları... 2290000b—23419 – yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b - b) rəhbərlər və mütəxəssislər 2290000b—24441 - iş icraçıları

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

28. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirmir.

29. Cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının qanunla tələb olunan 12 il 6 ay güzəştli şərtlərlə iş stajına malik olmamasından ibarətdir.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabça sına və arayışlara əsasən, iddiaçının xx.xx.1980-xx.xx.1990-cı illər üzrə işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 22900006—23419), həmin bölmədəki “iş icraçıları” (kod: 22900006—24441) vəzifələri aşkar olaraq nəzərdə tutulmuşdur və həmin vəzifələr üzrə iddiaçının güzəştli iş stajı mübahisələndirilməli deyil.

31. İddiaçının xx.xx.1993-xx.xx.1996-cı illərdə işlədiyi 5-ci dərəcəli el ektrik montyoru vəzifəsinə gəldikdə, "xxxx" ASC tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışdan da göründüyü kimi, şirkət iri tikinti-quraşdırma müəssisəsi olmaqla Azərbaycan Respublikası ərazisində 0,4-500 kV-luq elektrik veriliş xətlərinin və yarımstansiyaların tikinti-quraşdırma işlərini yerinə yetirir və 5-ci dərəcəli elektrik xətt montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölmənin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) bəndində nəzərdə tutulan (5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları) peşəsinə uyğun olduğu təsdiq edilir.

32. Eyni ilə, həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində də (kod: 2290000a—19855) nəzərdə tutulmuşdur.

33. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyətinə dair məlumatları onun əmək kitabçasında v ə istinad edilən arayışda qeyd edilmişdir və həmin məlumatların mötəbərliyi mübahisə doğurmur.

34. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar