Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1419/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi və sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsinə dair qəbz əldə edilmədən işlərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********9398 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-520/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cəmiyyətə məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış obyektində (ofisində) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən t ərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********9517 nömrəli qərar qəbul edilmiş, yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaqla, xx.xx.2022-ci il tarixli KY221776590 nömrəli çıxarış verilmişdir.
2. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya operativ vergi nəzarətinin aparılması üçün zəruri sənədlərin təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli **********9518 nömrəli tələbnamə göndərilmişdir.
3. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdə, saat 11:30-da operativ v ergi nəzarəti tədbiri keçirilmiş və 1 nəfər işçiyə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur.
4. Cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərarı ilə iddiaçıya, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********9398 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cəmiyyət öz sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində qurmuşdur. xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları cəmiy yətə qarşı akt tərtib edərək 2000 manat miqdarında əsassız sanksiya tətbiq etmişlər. Bunun üçün iddia etdikləri əsas isə, Dövlət Vergi Xidmətinin əməkdaşlarının cəmiyyətə ümumiyyətlə aidiyyəti olmayan, lakin icarəyə götürmək istədiyi obyektdə yoxlama aparmaları olmuşdur. Həmin hadisə baş verən zaman Dövlət Vergi Xidmətinin əməkdaşları binada olan hər bir işçinin adını və soyadını soruşmuşlar. Bu zaman cəmiyyətin qanuni təmsilçisi və direktoru Məmmədov Salehin tanışı - X5 da orada olmuşdur. Yoxlama zamanı heç bir real səbəb olmadığı halda, hər hansı bir araşdırma aparmadan, heç bir sözü dinləmədən X4 cəmiyyətin qeyri-rəsmi işçisi kimi qəbul etmişlər. Bundan başqa, Dövlət Vergi Xidmətinin əməkdaşları təqdim etdikləri tələbnamənin aşağı hissəsində əl ilə yazaraq qeyd aparmışlar ki, guya cəm iyyətin qanuni təmsilçisi hər hansı səbəb göstərmədən tələbnamənin nüsxəsini almaqdan imtina etmişdir. Nəticə etibarı ilə, cavabdehin əməkdaşları cəmiyyətin direktorunun tanışı, müəssisəyə heç cür aidiyyəti olmayan X4 əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxs kimi göstərmişlər. Bu məsələ ilə bağlı iddiaçı Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin işin həmin qurumda baxılması nəticəsində xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərar qəbul edilmiş, bu qərardan şikayət verilmiş, inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********110200 nömrəli qərar qəbul edilmişdir.
7. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********9517 nömrəli qərara əsasən, iddiaçı cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən ofisdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 00267 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin fiziki şəxs X5 izahat verməkdən imtina etmişdir. Operativ vergi nəzarətinin nəticələrinə görə tərtib edilmiş akt və akta əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixli **********987100 nömrəli bildirişlə vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub elektron qutuda xx.xx.2022-ci il tari xdə, saat 10:16-da oxunmuşdur. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi orqanının **********002900 nömrəli məktubu ilə vergi ödəyicisinin sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, xx.xx.2022-ci il tarixdə, saat 17:20-də oxunmuşdur. Qərardan narazı qalan iddiaçı inzibati qaydada şikayət vermiş, şikayətin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixli **********110200 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir.
8. Bundan əlavə, video görüntülərdə cəmiyyətin işçisi olmadığı bildirilən fiziki şəxs Z.Quliyevin operativ vergi nəzarətinin həyata keçirildiyi gün obyektin 3-cü mərtəbəsində cəmiyyətin işçilərinin əmək fəaliyyəti ilə məşğul olduqları sahədə iş masasında əyləşdiyi, operativ vergi nəzarəti tədbirinin keçirildiyi barədə məlumat verildikdən sonra isə iş masasında qalxaraq, masanın qarşısında yerləşdirilmiş divanda əyləşdiyi müşahidə edilmişdir. Məhz həmin fiziki şəxsin fotoşəkili İddiaçı MMC-nin İnstaqram səhifəsində paylaşım edilmiş, operativ vergi nəzarəti tədbirindən sonra isə həmin səhifədən götürülməsi müəyyən olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 14 iyul 2023-cü il tarixli, 21(112)-5245/2023 nömrəli qərarı il ə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9398 nömrəli qərarı ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi operativ vergi nəzarətinə başladıqdan sonra, bu barədə vergi orqanının əsaslandırılmış qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9517 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın vergi ödəyicisinə təqdim olu nması təmin edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin sözügedən 50.4-cü maddəsi qeyd edildiyi kimi imperativ normadır və burada başqa qayda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən qeyd olunan normanın tələbləri pozulmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, vergi orqanının əməkdaşı tərəfindən İddiaçı MMC-nin rəhbəri X2 alınmış izahatda (izahatın tarixi qeydə alınmamışdır) qeyd edilmişdir: Sual: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr ilə tanışsınızmı. Həmin sənədlər tanış olmağınız üçün Sizə təqdim edilmişdirmi? Cavab: Operativ vergi nəzarəti tədbiri zamanı mən o byektdə olmuşam, lakin həmin sənədlərlə tanış olmamışam, göstərilən sənədlər tanış olmaq üçün mənə təqdim edilməmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin 41-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, vergi orqanı həmin şəxsin sözügedən obyektdə olmasını və işləməsini sübut olaraq təqdim etdiyi video görüntünün olması ilə əsaslandırsa da, vergi orqanı tərəfindən aparılmış çəkiliş qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış, hər hansı bir izahat və səs yazısı qeydə alınmamışdır. Bununla bağlı olaraq vergi orqanının əməkdaşı tərəfindən İddiaçı MMC-nin rə hbəri X2 alınmış izahatda qeyd edilmişdir: Sual: Video görüntülərdə operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşları tərəfindən sizin olduğunuz otağa daxil olarkən vergi orqanı əməkdaşları olduqlarını və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar əsasında bu obyektdə gəldiklərini bildirdikləri müşahidə edilmiş və sizdən video çəkilişə icazə verib vermədiyinizi sorğuladıqları müşahidə edilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirmək istəyirəm ki, otağa daxil olan vergi əməkdaşını önəmli telefon danışığı və bütün fikrimin həmin telefon müzakirələrində olduğu an qarşımda gördüm Onun həmin zaman ilkin olaraq mənə nə dediyini anlamadığım təbii bir haldır. Və həqiqətən hər hansısa bir çəkiliş aparılması üçün məndən icazə alınmağını eşitməmişəm və anl amamışam. Təcrübəli vergi əməkdaşı və ya dövlət nümayəndəsi olaraq qarşısındakı vətəndaşa səlist şəkildə lazımdırsa, onun eşitdiyini anlayana kimi bir və ya hətta iki dəfə bu sualı səsləndirə bilərdi və həmin çəkilişi mən onu gördüyüm vaxt artıq aparırdı.
12. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş etiraz ərizəsində göstərilmişdir ki, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı video görüntülərdə operativ vergi nəzarətinin həyata keçirildiyi gün obyektin 3-cü mərtəbəsində Cəmiyyətin işçilərinin əmək fəaliyyəti ilə məşğul olduqları sahədə Z.Quliyevin iş masasında əyləşdiyi, operativ vergi nəzarəti tədbirinin keçirildiyi barədə məlumat verildikdən sonra iş masasından qalxaraq, iş masasının qarşısında yerləşdirilmiş divanda əyləşdiyi müşahidə edilmişdir. Məhz həmin fiziki şəxsin, yəni Z.Quliyevin fotoşəkili İddiaçı MMC-nin instaqram səhifəsində paylaşım edilmiş, operativ vergi nəzarəti tədbirindən sonra isə həmin səhifədən götürülməsi müəyyən olunmuşdur. Məhkəmə etiraz ərizəsində göstərilənlərlə bağlı qeyd etmişdir ki, operativ vergi nəzarəti həyata keçirildiyi vaxt vergi əməkdaşları tərəfindən Z.Quliyevdən və S.Məmmədovdan hər hansı bir izahat alınmamışdır. Yəni, həmin şəxsin şəxsiyyəti müəyyən olunduqdan və ondan izahat alındıqdan sonra həmin şəxsin MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi. Vergi orqanı tərəfindən hazırki iş üzrə OVN həyata keçirilərkən Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Belə ki, məsuliyyətə cəlb olunan şəxsin MMC-də qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir s übut toplanmamışdır. Yalnız obyektdə əvvəlcədən xəbər etmədən (gizli) və qeyri-peşəkar formada aparılmış çəkiliş zamanı cavabdeh inzibati orqan tərəfindən iddia edilir ki, Z.Quliyev həmin MMC-nin qeyri-rəsmi işçisidir.
13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, vergi orqanının Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alarkən həmin çıxarışda yoxlamanın təyin edilməsinin əsası kimi, vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı aşkar edilmiş faktlara istinad edilir. Bununla da, vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini pozaraq, onlara hər hansı müraciət daxil olmadığı təqdirdə qanunsuz olaraq operativ vergi nəzar ətinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və bu qərarı qanunsuz şəkildə icra etmişdir. xx.xx.2022-ci il tarixli aktda 1 nəfər işçinin qanunsuz olaraq işlədilməsi faktının aşkar edilməsi müəyyən olunmuşdur. Həmçinin, cavabdeh orqan Z.Quliyevin iddiaçının işçisi olmasını iddia etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2022-ci il tarixli “Məşğulluq haqqında arayış”da X3 xx.xx.2022-ci il tarixdən X1 Filialı tərəfindən işsiz, yəni (iş axtaran) kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Cavabdeh qərarda göstərdiyi fiziki şəxsin Z.Quliyevin İddiaçınə işləməsi faktını hansı üsulla müəyyən etdiyini əsaslandıra bilməmiş, həmin şəxsdən hər hansı izahat alınmamış, şəxsi yyəti dəqiqləşdirilməmiş, həmin şəxsin göstərilən müəssisədə işləməsini sübut edən digər dəlil iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edən xx.xx.2022-ci il tarixli mübahisələndirilən qərarını vergi qanunvericiliyinin tələblərinə uyğun gəlməyən, cavabdehin hüquqlarını pozan inzibati akt kimi qiymətləndirmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və M.N.Tağızadə) 11 yanvar 2024-cü il tarixli, 21(103)-520/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqınd a” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. Sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.... Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun v ə onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.... Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsin də aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun ola raq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 13.6. Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 13.7. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
21. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hü quqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməs i üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda....
22. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya müm kün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya ins tansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün ol araq göstərmişdir ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********9517 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın vergi ödəyicisinə təqdim edilməsi təmin olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin sözügedən 50.4-cü maddəsi qeyd edildiyi kimi, imperativ normadır və burada başqa qayda nəzərdə tutulmamışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən qeyd olunan normanın tələbləri pozulmuşdur.
29. Bundan əlavə, cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin 41-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, vergi orqanı həmin şəxsin sözügedən obyektdə olm asını və işləməsini sübut olaraq təqdim etdiyi video görüntünün olması ilə əsaslandırsa da, vergi orqanı tərəfindən aparılmış çəkiliş qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış, hər hansı bir izahat və səs yazısı qeydə alınmamışdır. Operativ vergi nəzarəti həyata keçirildiyi vaxt vergi əməkdaşları tərəfindən Z.Quliyevdən və S.Məmmədovdan hər hansı bir izahat alınmamışdır. Yəni, həmin şəxsin şəxsiyyəti müəyyən olunduqdan və ondan izahat alındıqdan sonra həmin şəxsin MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi.
30. Bundan əlavə, iş üzrə OVN həyata keçirilən zaman da Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Belə ki, Z.Quliyevin MMC-də qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən sübutlar toplanmamışdır. Yalnız obyektdə əvvəlcədən xəbər etmədən (gizli) və qeyri-peşəkar formada aparılmış çəkiliş zamanı cavabdeh vergi orqanı tərəfindən iddia edilir ki, Z.Quliyev həmin MMC-nin qeyri-rəsmi işçisidir. Lakin yuxarıda da qeyd edildiyi kimi, cavabdeh vergi orqanı tərəfindən Z.Quliyevin sözügedən MMC-də əmək müqaviləsi olmadan işləməsi sübuta yetirilməmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2- 1(103)-520/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.