Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-142/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqi əsasında hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1284/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2002-ci il tarixli qərarla təyin olunmuş (ilkin) pensiyanın xx.xx.2009cu il tarixli qərara əsasən 1 iyul 2008-ci ildən ömürlük 281 manat 15 qəpik olmaqla yenidən hesablanması qərara alınmışdır
2. Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin 07 iyun 2016-cı il tarixli 011761 sa ylı qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 365 manat 91 qəpik məbləğində müəyyən olunmuşdur.
3. Daha sonra iddiaçı 27 aprel 2010-cu il tarixdə ehtiyatdan təkrar hərbi xidmətə çağrılmışdır, 29 dekabr 2020-ci il tarixdə, mayor rütbəsində yaşa görə istefaya göndərilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
5. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçiyə xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən əmək pensiyasının məbləği həmin tarixdən etibarən Fond tərəfindən ödənilir. Qanunun 20.14.1- ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara ilk dəfə əmək pensiyası təyin edilərkən, Qanunun 9.6-cı maddəsi isə əmək pensiyası təyin edilmiş və yenidən hərbi xidmətini davam etdirən şəxslərə aid edilir. Nəticə olaraq, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə bağlı əmək pensiyasının məbləğinin yenidən hesablanması qanunvericiliklə mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 8 sentyabr 2021-c i il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********2 №-li etirazının əsassız hesab edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasının 39 il 7 ay 21 gün iş stajına görə yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin vaxt 2-ci motoratıcı briqadasının 1-ci taborunun zenit-raket artilleriya batareyası komandiri təyin edilərək 18 mart 1992ci il tarixdə şəxsi heyətlə birlikdə döyüş bölgəsinə göndərilmişdir. 05 fevral 1993-cü il tarixədək Respublikan ın suverenliyi və ərazi bütövlüyü uğrunda Xanlar (indiki Göygöl) və Füzuli rayonlarının ərazisində gedən döyüşlərdə iştirak etmiş, yaralanmışdır. Müharibə veteranıdır. 5 fevral 1993-cü il tarixdən 23 yanvar 2003-cü il tarixədək Müdafiə Nazirliyinin struktur qurumlarında hərbi xidmətini davam etdirmişdir, son tarixdə kapitan rütbəsində, 1-ci dərəcəli ehtiyata keçirilərək, pensiyaya göndərilmişdir. 28 aprel 2005-ci il tarixdə Respublika Hərbi Prokurorluğunda Təşkilat-analitik şöbəsinin inspektoru vəzifəsində işləməyə başlamışdır, 27 aprel 2010-cu il tarixdə ehtiyatdan təkrar hərbi xidmətə çağırılmışdır, 29 dekabr 2020-ci il tarixdə, mayor rütbəsində yaşa görə istefaya göndərilmişdir. Xidmətini qüsursuz başa vurmuşdur, medallarla təltif olunmuşdur. Birinci dəfə hərbi xidmətdən tərxis olunma ğı, təkrar hərbi xidmətə çağırılmağı və istefaya göndərilməyi onun arzusu ilə olmamışdır. Bunlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmək haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq edilmiş və o, yalnız əmri icra etmişdir. 27 yanvar 2021-ci il tarixdə Respublika Hərbi Prokurorluğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının yenidən hesablanması üçün 000002 №-li məlumat vərəqi göndərilmişdir. Adı çəkilən Filialdan ona göndərilmiş xx.xx.2021-ci il tarixli **********9 №-li cavab məktubunda “Əmək pensiyaları h aqqında” Qanunun 9.6-cı maddəsinin - əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası “sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” tələbləri qeyd olunmaqla, xidmətdən növbəti dəfə tərxis olunmağı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-2352/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra yenidə n hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs kimi hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair göndərilmiş yenilənmiş məlumat vərəqində qeyd olunan 39 il 7 ay 21 gün iş stajına görə pensiyasının yenidən qanunamüvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasını tələbi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur.
11. İddiaçı həmin qər ardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1284/2022 nömrəli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X3) Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - iddiaçıya 1 fevral 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı yenidən xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6cı maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanması nəzərdə tutulmadığından ona əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. - Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənil ən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. Belə ki, bu tələblə bağlı cavabdeh inzibati orqana müraciəti olmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddia tələbində «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsi deyil, həmin Qanunun 20.14.1-ci maddəsi mübahisələndirilsə də, qəbul edilmiş qərarda adı çəkilən Qanunun 9.6-cı maddəsinin qadağa həddi düzgün qiymətləndirilməmiş və tətbiq edilməmiş, bu səbəbdən iddia əsassız olaraq təmin olunmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində göstərilir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası «son uncu təminat xərcliyinə görə yenidən hesablanmır». «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama göndərildiyi günə) aldıqları miqdarda (sonraki artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.5-ci maddəsində təminat xərcliyinin tərkib hissəsi kimi verilmiş «xidmət illərinə görə əlavə», həmin qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulmuş «hərbi xidmətin təqvim illəri və güzəştli sayılan hissəsi» anlayışları biri-birindən fərqləndirilməlidir. Xidmət illərinə görə əlavə hərbi qulluqçu xidmətdə olduğu müddətdə (iki il hərbi xidmətə görə 5 faiz, 3 il hərbi xidmətə görə 10 faiz, 5 il hərbi xidmətə görə 15 faiz, 10 il hərbi xidmətə görə 20 faiz, 15 il hərbi xidmətə görə 25 faiz, 20 ildən artıq hərbi xidmətə görə 30 faiz) vəzifə maşina Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə əsasən hesablanan əlavədir. «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarının adında, həmçinin həmin Qaydaların 3-cü bəndində «təminat xərcliyi» ilə «hərbi xidmət müddəti» biri- birindən fərqləndirilmiş və anlayışları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi (eynilə birinci instansiya məhkəməsi kimi) inzibati orqanın bu hərəkətlərlə bağlı şikayətləri təmin etməyərək məhkəmə praktikası əsaslansa da, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin real və mövcud mətnində əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasını qadağan edir. Təminat xərcliyi ilə xidmət illəri anlayışları ayrı-ayrı məfhumlar olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin qadağası, həmin Qanunun 20.14.1-ci maddəsinin tətbiqini dayandırm ır, bu səbəbdən apellyasiya instansiya məhkəməsinin iddiamın təmin edilməməsinə dair qərarı əsassızdır və ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər(13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiya)... 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kap italına görə yenidən hesablana bilər. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (13 may 2022-ci il №530-VİQD nömrəli Qanun,13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiya)... 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığ ım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;... 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il №530-VİQD nömrəli Qanun: Maddə
2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş y aşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərar “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesab lanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları...
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fo ndun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir....
9. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.”;
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlillə ri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 1 fevral 2003-cü il tarixində hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edildikdən sonra iddiaçı yenidən xidmətə (əvvəlcə mülki işçi, daha sonra isə hərbi qulluqçu kimi) cəlb olunmuşdur. İddiaçıya əmək pensiyası təyin olunduqdan sonra hərbi qulluqçu kimi xidmət etdiyi dövrə görə pensiyasının məlumat vərəqi əsasında yenidən hesablanması tələbinə aid hissədə məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda bəhs edilə n hüquq normalarına əsasən hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması nəzərdə tutulmadığından, iddiaçıya təminat xərcliyi əsasında yenidən pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci ildən qüvvədə olan 9.6-cı maddəsinin şərtləri mövcud olmadığından ona sonradan fəaliyyət göstərdiyi hərbi xidmət illərinə görə təminat xərcliyi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
29. İşləyən əmək pensiyaçısının pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulmuşdur.
30. İddiaçıya izah edilir ki, əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işl əyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə həm mülki sahədə, həm də hərbi qulluqçu kimi işlədiyi müddətə görə pensiyanın yenidən hesablanmasını tələb edə bilər.
31. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1284/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.