Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1420/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1420/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən X2tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(107)132/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1976-1997-ci illər ərzində Şəki rayonununn Qudula kəndində “Fizuli” adına kolxozda tütünçü peşəsində çalışmış və göstərilə n hal Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Respublika X1 filialı tərəfindən verilmiş 26 aprel 2018-ci il tarixli arxiv arayışında öz təsdiqini tapmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun 14 il 01 ay iş stajının olduğunu bildirməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2-1(84)-1643/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia qismən təmin təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 24 sentyabr 2015-ci il tarixdən ödəilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının kolxozda güzəştli şər tlərlə yaşa görə yaşa görə əmək pensiyası hüququ verən tütünçü peşəsində çalışması öz təsdiqini tapmışdır. Tütün yarpaqlarını düzənlər və onun istehsalı ilə məşğul olanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yeyinti sənayesinə aid edilmiş, lakin, hansı bölməyə aid olmasından asılı olmayaraq həmin şəxslərin qanunla nəzərdə tutulmuş yaş həddinə çatması və müəyyən olunmuş iş illərini həmin siyahıda göstərilən peşələrdə işləməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan istifadə etməyə imkan verir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(107)-132/2019 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 31.1, 32.1, 37.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tütün yarpaqlarını düzənlər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yeyinti sənayesi bölməsində qeyd olunduğundan iddiaçıya kənd təsərrüfatındakı iş stajına görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. Ttütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınların 52 yaşına çatdıqda və azı 20 il ümumi və 15 il güzəştli sta jı olduqda yaşa görə əmək pensiyası hüququnun yaranması təsbit olunsa da, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan həmin bənd çıxarılmışdır. Bundan başqa, qanunvericilik siğorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərini müəyyən etmişdir ki, ananın işləməyətək 3 yaşadək körpə uşaqlarına qulluq etdiyi dövrün sosial siğorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9, 21-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun s əbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş, 1976-1997-ci illərdə Şəki rayonu, Qudula kənd Füzuli adına kolxozda tütünçü vəzifəsində işləmişdir. Onun işlədiyi illər X1 Filialının 26 aprel 2018-ci il tarixli, 669 nömrəli arxiv arayışında qeyd olunmaqla yanaşı Şəki Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(075)-2981/2018 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Həmin qətnamə ilə İddiaçı 1976-1997-ci illərdə Şəki rayonu, Qud ula kənd Füzuli adına kolxozda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tütünçü vəzifəsində işləməsi və X1 Filialı tərəfindən verilmiş 26 aprel 2018-ci il tarixli, 669 nömrəli arxiv arayışının ona məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İddiaçının 1976-1997-ci illərdə Şəki rayonu, Qudula kənd Füzuli adına kolxozda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tütünçü vəzifəsində işləməsi işin mübahisələndirilməyən halıdır. İddiaçıya məxsus X1 Filialı tərəfindən verilmiş 26 aprel 2018-ci il tarixli, 669 nömrəli arxiv arayışında qeyd olunan iddiaçının uşaqlara qulluq etdiyi illər (1979-1984) istisna olmaqla, fasiləsiz işlədiyi günlərin toplamını (2416 gün) il ərzindəki iş günlərinin sayına (180) böldükdə iddiaçının 13 ildən çox xüsusi stajının olduğu müəyyən edilir. Bununla d a belə nəticəyə gəlmək olar ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş xüsusi iş stajını tamamlamışdır. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Qudula Kəndİnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 noyabr 2018-ci il tarixli, 276 nömrəli arayışından görünür ki, iddiaçının 25 dekabr 1979-cu il, 22 yanvar 1981-ci il və 01 avqust 1982-ci il tarixlərdə övladları dünyaya gəlmiş və iddiaçı hər üç uşağa 8 yaşınadək qulluq etmişdir. Arxiv arayışında 1979-1985-ci illər üzrə natamam olan “gün” və “pul” qrafaları iddiaçının uşaqlarına qulluq etdiyi dövrə təsadüf edir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tütünçü kimi işlədiyi peşə üzrə xüsusi stajı topladığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bu mövqeyi mübahisələndirən ca vabdehin dəlilinə görə, güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında iddiaçının işlədiyi peşə nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə qismən razılaşdığıı qeyd edir. İddiaçının pensiya hüququnun yarandığına istinad edilən 23 yanvar 2011-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müra ciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icr a hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında ” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsindəmüəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pe nsiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bu müddəaların tələblərindən göründüyü kimi, kolxozda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışan qadınların 01 yanvar 2006-cı ilə qədər həmin sahədə azı 15 il işləməsi, ümumi iş stajının azı 20 il olması - həmin şəxslərə 52 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün əsasdır. Habelə, “Vətəndaşların pensiya təminatı ha qqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci bəndində müəyyən olunmuşdur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Apellyasiya məhkəməsi isə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasının əsasını yuxarıda istinad edilmiş Qanunun 9.1-ci maddəsinin tələblərinə görə müəyyən etmişdir. Həmin maddənin tələbləri tətbiq olunduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə şəxsin işlədiyi peşə və sahə müəyyən edilməlidir. İlk olaraq məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlillərlə razılaşaraq qeyd edir ki, həmin siyahıda müəyyən edilmiş peşələr tütün istehsalına aiddir ki, iddiaçının kolxozda işləməsi istehsalat sahəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, istinad edilmiş siyahı 23 yanvar 2007-ci il tarixində qəbul edildiyindən, yalnız həmin müddətdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilməlidir. İddiaçının 1976-1997-ci illərdə tütünçü peşəsində işləməsi zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə əmək şəraitinə görə güzəştli pensiya hüququnun yaranması əsaslarından birini təşkil edir. Bu halda yuxarıda istinad edilmiş Qanununun 9.8-ci maddəsi və müvafiq olaraq göndərici norma kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinin “z” bəndinin tələblərinin tətbiq edilməsi zəruri olmuşdur. Göstərilmiş normaları tətbiq edərkən məhkəmələrin araşdırma predmetini iddiaçının 20 il ümumi iş stajının və onun daxilində azı 15 ilinintütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında işləməsi hallarının müəyyən olunması təşkil etməli idi. Lakin aşağı instansiya məhkəmələri iddianın qanuni əsaslarını düzgün müəyyən etmədiyindən, işin halları kimi digər faktları müəyyən etmişdirlər. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələ ilə bağlı faktiki hallara dair iddiaçının işlədiyi peşə üzrə zəruri xüsusi stajının, habelə ümumi iş stajının toplanmasına dair araşdırma aparmaqla, tələbə qiymət verməlidir. Azərbaycan Re spublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən X2tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(107)-132/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1420/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1420/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver