Məhkəmə qərarları › İş №2-1(102)-1420/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1420/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1420/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya icraatının mümkünsüzlüyü, şikayət vermə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı cavabdehin imtinasını qanunsuz hesab etməklə bakalavr diplomunun tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsi verilmə si öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-840/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinası qanunsuz hesab edilməklə diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3 156/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi təmin edilmiş, Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən İddiaçı adına verilmiş B17 № 208501 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. İş üzrə cavabdeh xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3156/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-840/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıye va və V.M.Məmmədov) cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, buraxılmış müddətin üzrlü hesab edilməklə, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə verilməsi nəzərdə tutulsa da, apelyasiya instansiyası məhkəməsi həmin ərizənin təqdim edilməsi üçün imkan yaratmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk ö ncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən isə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəl lədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(82)3156/2109 nömrəli, xx xxxxxx 2018-ci il tаrixli qərаrının surəti xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərilmiş, qərar xx xxxxxx 2019-cu il tarixdə (göndərişin ştrix-kodu-636596436AZ) cavabdehə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə xx xxxxxx 2020ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi cavabdeh şikayətində müddətin buraxılmadığını, birinci instansiya məhkəməsinin qərarının nazirliyə rəsmi olaraq xx.xx.2020-ci il tarixdə daxil olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilməlidir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-də müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmi ş olur. (MPM-nin 128.1 və 130.1-ci maddələri) Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İPM-in 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Göründüyü kimi, cavabdeh müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) təqdim etməmişdir. Cavabdeh kassasiya şikayətində bildirir ki, buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermək üçün ona şərait yaradılmamışdır. Halbuki, işdə olan (iş v.112) apelyasiya məhkəməsinin hakimi Həmid Həmidov tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məhkəmə bildirişindən görünür ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsinə və 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən cavabdehə buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Göründüyü kimi, cavabdeh kassasiya şikayətində gah birinci instansiya məhkəməsinin qərarın ona xx.xx.2020-ci il tarixdə təqdim edildiyini və ona görə də həmin qərardan şikayət verilməsi müddətinin buraxılmamasını, gah da müddətin bərpası barədə ərizə verilməsi üçün ona şərait yaradılmaması barədə ziddiyyətli dəlillər irəli sürmüşdür. «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüdüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-840/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar