Məhkəmə qərarları › İş №2-1(102)-1420/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1420/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1420/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd olunması; iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “bağ sahəsinə dair itirilmiş mərzlərin bərpa olunması” tələbinə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı” ərizə və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş “üçüncü şəxs qismində işə cəlb olunma” barədə vəsatət üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1267/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərardadlarından cavabdeh və Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağı dakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı ərizə ilə 2 saylı İqtisad məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində iddiaçıya məxsus 1396 saylı bağ sahəsinə dair mərzlərin bərpası vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2inz(82)696/2013 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası və zifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, iddia tələbi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə münasibətdə rədd edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)297/14 nömrəli, 6 fevral 2014-cü il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli qərarı qismən – “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə münasibətdə” hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamış, İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi həmin qərardan kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 may 2014-cü il tarixli, 2-1(102)-623/2014 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 6 fevral 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İcra mərhələsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 saylı Fərm anı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və dövlət torpaq kadastrının, yerquruluşunun, geodeziyanın, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin tərtibi, habelə, rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayış təqdim etmək funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 04 may 2015ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsi”nin 3.1.26-cı bəndi ilə daşınmaz əmlak üzər ində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid olunmuşdur.

8. Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2015-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və qərarın icrasının dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir 9. 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-696/2013 saylı, 13 may 2016cı il tarixli qərardadları ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi və qərarın icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

10. Həmin qərardadlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1851/2016 saylı, 11 avqust 2016- cı il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2016-cı il tarixli, 2-1(102)-1939/16 qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

12. Cavabdeh xx.xx.2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, qərarın icrası ilə bağlı aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, həmin ərazi dənizin kənarında qumsallıq ərazidir və rayon icra hakimiyyəti tərəfindən metal mühəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir, girişçıxış yoxdur. Bundan başqa, şərti olaraq naturada göstərilən ərazi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Bilgəh-Nardaran (Sumqayıt) dairəvi yolunun kənarında Xalq çimərliyinin ərazisinin bir hissəsidir və həmin ərazidə hər hansı bir bağ sahəsi yerləşmir. Qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmadığından məhkəmə aktlarında öz əksini tapmamışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı, xx.xx.2021-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı ərizəsi və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

15. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə işdə iştirak etməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək üçüncü şəxs qismində işə cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Vəsatətdə göstərilən əsaslara görə cavabdeh tərəfindən qərarın icrası zamanı qeyd olunan torpaq sahəsinin dənizkənarı ərazi olduğu, xalq çimərliyinin hüdudlarında yerləşdiyi və həmin ərazinin dövlət mülkiyyətində olan torpaq olduğu müəyyən olunmuşdur.

17. Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı, xx.xx.2021-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin vəsatəti təmin olunma mışdır.

18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin və icraatın dayandırılması barədə vəsatətin təmin olunmasını xahiş etmişdir.

19. Sabunçu rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1267/2022 nömrəli, 5 may 2022-ci il tarixli (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin (cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinin və icraatın dayandırılması barədə vəsatətinin edilməməsi barədə) 28 dekabr 2021-ci il tarixli qərar dadı dəyişdirilmədən saxlanılmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1267/2022 nömrəli, 5 may 2022-ci il tarixli (hakimlər C.Yusifov – sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərardadı (Sabunçu rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində işə cəlb olunmasına dair vəsatətinin təmin olunmaması barədə) dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi hər iki halda birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin olunmasını xah iş etmişdir.

24. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iş üzrə icraatın təzələnərək Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayəti apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, həmin ərazi dənizin kənarında qumsallıq ərazidir və rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzarət edilir, həmin əraziyə giriş-çıxış yoxdur. Bundan başqa, dən izkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq mövcud deyil. Bundan əlavə, şərti olaraq naturada göstərilən ərazi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Bilgəh-Nardaran (Sumqayıt) dairəvi yolunun kənarında Xalq çimərliyinin ərazisinin bir hissəsidir və həmin ərazidə hər hansı bir bağ sahəsi yerləşmir (Kənardan şərti olaraq göstərilən bağ sahəsinin ortofotosu əlavə olunur). Həmçinin sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki istifadəsində olmamışdır.

26. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi öz qərarında Sabunçu RİH-nin 3-cü şəxs qismində cəlb olunması üçün heç bir əsasın olmadığını bildirsə də, nəzərə alınmamışdır ki, iddiaçıya ayrılmalı olan torpaq sahəsi Sabunçu rayonunun inz ibati ərazisi daxilində yerləşir və onların maraqlarına toxunur. Nəzərə alınsa ki, iddiaçıya ayrılmalı olan torpaq sahəsi hazırda dənizkənarı çimərlik ərazisinə düşür, onda birmənalı olaraq RİH-nin 3-cü şəxs qismində işə cəlb edilməsi vacibdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən bu halı nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığ ı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı (-) Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. (-) Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnmə si barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədiləmaraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. (-) Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respub likası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmi şdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

31. Apellyasiya məhkəməsinin qərardadları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi ka ssasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətin məzmununu təkrar edən kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadların nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərin in dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

38. Həmçinin bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasi bətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

39. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilmə sinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

40. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tərəfindən ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, lakin ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığı və məhkəmə tərəfindən araşdırılmadığı bildirilən, yeni sübut və ya hal kimi istinad edilən hallar yuxarıda qeyd olunan mənada icraatın təzələnməsini şərtləndirən yeni sübut və ya hal kimi qiymətləndirilə bilməz.

41. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inziba ti məhkəmə icraatının təzələnməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar–xx.xx.2021-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı həmin sahənin dənizin kənarında qumsallıq ərazidə yerləşməsi, rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə edilməsi, giriş-çıxışın olmaması, naturada göstərilən ərazinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Bilgəh-Nardaran (Sumqayıt) dairəvi yolunun kənarında xalq çimərliyinin ərazisinin bir hissəsinə düşməsi və həmin ərazidə hər hansı başqa bağ sahəsinin yerləşməməsi və sair bu qəbildən olan hallar yuxarıda istinad ol unan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qeyd edilən xüsusatlar ərizəçinin cavabdeh qismində proses iştirakçısı olduğu ilkin məhkəmə icraatının araşdırma predmetinə aid olmuş, eləcə də ilkin icraat zamanı qeyd edilən hallar ərizəçiyə məlum olmuş və ya diqqətli və məsuliyyətli olacağı təqdirdə xidməti vəzifəsinə görə ən azından ona məlum olmalı idi. Bununla yanaşı, cavabdehin istinad etdiyi halların və ya sübutların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də ərizəçinin onları təqdim etmək imkanına malik olmadığı da iş üzrə materiallardan müəyyən edilməmişdir. Ərizəçi tərəfində n də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Bu mənada, ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Bundan başqa, həm də ərizəçi tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Belə ki, ərizəçinin istinad etdiyi həmin hallar hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydə alınması barədə tələbin təmin olunmasından imtinaya səbəb ola bilməz.

43. Beləliklə, hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozis iya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığından, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.

44. Məhkəmə kollegiyası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmə barədə vəsatətin rədd olunmasından verilmiş kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən İPM-in 28.1-ci maddəsinin və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixi qərarının tələblərinə əməl edilmişdir.

45. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 29-ci bəndində istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

46. Hazırkı qərarın 28-cu bəndində istinad edilən normanın müddəalarına görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir.

47. Hazırkı mübahisəyə münasibətdə ərizəçinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən şərtlərin mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur. Belə ki, ilkin məhkəmə baxışının predmetini İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası ilə bağlı mübahisə təşkil etmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, Nardaran bağ massivində 205 saylı BTK-nın üzvlərinə, o cümlədən iddiaçıya bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 mart 1992-ci il tarixli, 378 saylı sərəncamı ilə ayrılmışdır. Həmin sərəncama əsasən 205 saylı BTK tərəfindən qeyd olunan BTK-nin üzvü kimi iddiaçıya 1396 saylı bağ sahəsinin ayrılması barədə 130 nömrəli order verilmişdir. İş üzrə materiallardan həmin sərəncamın və sərəncam əsasında verilmiş orderin qüvvədə və beləliklə də etibarlı olduğu görünür.

48. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya bağ sahəsinin ayrılması səlahiyyəti həmin dövrdə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuş, eləcə də 205 saylı BTK-ya ayrılmış bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin (onun X1) balansında olmuşdur. Başqa sözlə, bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin (onun X1) balansında olduğu, həmin sahənin iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında ayrıldığı və bu sərəncamın etibarlı olduğu nəzərə alındıqda, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti nin qeyd olunan torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsinin cavabdehə həvalə olunması barədə məhkəmə qərarının onun maraqlarına toxunduğunu iddia etməsi əsassız sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, iddiaçıya qanuni əsaslarla ayrılmış həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsinin cavabdehə həvalə olunması və bu vəzifənin cavabdeh tərəfindən icra olunması ilə bağlı hüquq münasibətinin xarakteri üçüncü şəxsin bu münasibətlərdə hər hansı formada iştirakını, o cümlədən də məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirə bilməz. Bu ondan irəli gəlir ki, torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və mərz ni şanlarının qoyulması vəzifəsi qanunvericiliklə cavabdehin səlahiyyətlərinə və məsuliyyət sferasına aid edilmişdir.

49. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Odur ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1267/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar