Məhkəmə qərarları › İş №2-1(102)-1420/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1420/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1420/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 21(103)-1095/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqə dar ona “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. O, 30 il daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda təqaüddədir. 2000-ci ildən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində öz vəsaiti hesabına tikdiyi evdə yaşasa da, həmin evin təmirinə ona heç bir köməklik göstərilməmişdir. Ev uzun müddətdir istismarda olduğu üçün hal-hazırda yararsız vəziyyətdir. Onun evini yenidən söküb tikməyə maddi imkanı yoxdur. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə müharibə veteranları mənzil-məişət şəraitinin yaxşılaşdırma hüquqlarına malikdirlər. O, hazırki tələblər bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10616/2022 nömrəli, 6 oktyabr 2022-c i il tarixli qərardadı ilə (hakim A.A.Abdullayeva) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özbaşına tikili olan fərdi yaşayış evinin tikintisi, təmiri və digər məqsədləri üçün Rayon İcra Hakimiyyətindən maliyyə vəsaiti ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə tələb irəli sürmək hüququ mövcud deyildir.

5. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri arasında özbaşına tikili olan fərdi yaşayış evlərin yenidən qurulması, təmiri, tikintisi və digər məqsədləri üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır

6. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğ v edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1095/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində onun yenidən sökülüb-tikilməsini tələb etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığını, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evində 1/4 hissədə pay hüququna malik olduğunu və həmçinin “Müharibə veteranları haqqında” AR Qanununda belə bir güzəştin olmadığını əsas gətirərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır.

11. Qeyd edilmişdir ki, məhkəmə bu qərardadın əsaslandırıcı hissəsində həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunç u qəsəbəsi üzrə nümayəndəliyinə sorğu ünvanladığını və həmin sorğuya əsasən cavablandırılmış xx.xx.2022-ci il tarixli məktuba görə iddia ərizəsində göstərdiyi fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu və həmin ünvanda heç kimin yaşamadığı göstərilmişdir. Yəni bu fakt özü də iddia ərizəsində göstərdiyi halların sübutu kimi qiymətləndirilməlidir.

12. Bildirir ki, iddia ərizəsində göstərdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazi nisbətən çökəklikdə yerləşir. Ona görə də təbii su axınları, güclü yağışlar və leysanlar vaxtı həmin ərazidə olan evlərin həyətinə daxil olaraq həmin fərdi yaşayış evlərinin özünü, həm də yerləşdikləri torpaq sahələrini yararsız hala salır. Axırıncı illər baş vermiş güclü yağışlar və leysanlar nəticəsində həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təbii s u axınlarının altında qalmış və bunun nəticəsi olaraq da həmin fərdi yaşayış evində çökmələr və evin divarlarında çatlar əmələ gəlmişdir ki, bu da həmin evi yaşayış üçün yararsız hala salmışdır. İddiaçının maddi vəziyyəti çətin olduğu üçün həmin bu təbii fəlakət nəticəsində baş vermiş problemləri aradan qaldıra bilməmişdir. Ona görə də ailə üzvləri ilə birlikdə həmin evdən başqa yerə köçməyə məcbur olmuşdur.

13. Eyni zamanda bildirmişdir ki, məhkəmə qəbul etdiyi qərarın əsaslandırıcı hissəsində cavabdeh orqan olan Sabunçu rayon İcra Hakimiyyətinin belə vəziyyətdə olan evləri təmir etmək üçün büdcəsində vəsait olmadığını əsas götürərək də iddianın təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin pul vəsaitləri yerli icra hakimiyyətlərinin sifarişi əsasında Maliy yə Nazirliyi tərəfindən ayrılır. Qanunvericiliyin tələbinə görə də, belə qəzalı vəziyyətdə olan evlərin müəyyən edilməsi və onlara uyğun kompensasiyanın ayrılması da yerli icra hakimiyyətlərinin birbaşa fəaliyyəti nəticəsində mümkün olur. Ona görə də hesab edir ki, məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkün lüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya insta nsiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icr aatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunm ur.

27. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi və hüquqi marağı onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir.

28. İşin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təmir olunması tələb edilən istifadəsində olan Sabunçu rayonu, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evə ünvan verilməyib. Hal-hazırda həmin evdə heç kim yaşamır. Tikili qəzalı vəziyyətdədir. Bundan başqa, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi qey diyyatdan keçmişdir

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subye ktiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. Nəzərə alınmalıdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi ilə bağlı hər hansı hüquqa malik olduğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünmür. İddiaçının mübahisə predmeti olan özbaşına tikili olan fərdi yaşayış evinin tikintisi, təmiri və digər məqsədləri üçün Rayon İcra Hakimiyyətindən maliyyə vəsaiti ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə tələb irəli sürmək hüququ mövcud deyildir.

32. Həmçin in nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri arasında özbaşına tikili olan fərdi yaşayış evlərinin yenidən qurulması, təmiri, tikintisi və digər məqsədləri üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır.

33. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiada cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırılması müəyyən edilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahi sələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1095/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar