Məhkəmə qərarları › İş №2-1(102)-1420/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1420/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1420/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əsas tələbə qiymət verilmədən asılı tələbə baxıla bilməməsi əsas ilə iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumi bir gə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)113/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X3 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın və həmin fərdi yaşayış evi nin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(116)-1182/2023 nömrəli qərarı ilə cavabdehin üzərinə Ucar rayonu Qarabörk kəndində 1960-cı illərdə mərhum X3 tərəfindən özünəməxsus olan torpaq sahəsində inşa olunmuş 2 otaq və 1 eyvandan ibarət 99 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(116)-1182/2023 nömrəli qərardadı ilə Ucar rayonu Qarabör k kəndində mərhum X1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində təsərrüfatbaşına kitaba əsasən ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmamışdır.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-113/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmələr iddianın mümkün sayılmaması barədə qərara gələrkən qeyd etmişdirlər ki, iddiaçı faktiki olaraq JN-212A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyekt tərkibi ilə razılaşmır və həmin torpaq sahəsi üzərində X2 ilə bərabər ümumibir gə mülkiyyət hüququnun olduğunu iddia edir. İddia olunan torpaq sahəsinin verilməsinin nəzərdə tutulduğu subyektlərin dairəsi Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə müəyyən edilmiş və JN-212A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilməklə rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi üzərində X2 ilə bərabər hər hansı digər subyektin əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilk növbədə JN-212A nömrəli şəhadətnamə və onun verilməsinə əsas olmuş Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı mübahisələndirilməlidir. İddiaçı, JN-212A nömrəli şəhadətnaməni və onun verilməsinə əsas olmuş Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarını m übahisələndirirək uğurlu nəticə əldə etdikdən sonra, hazırkı tələblə cavabdeh orqana, təmin edilmədikdə isə analoji tələblə məhkəməyə müraciət etməlidir.

6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliy inin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilməd iyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sür ülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tələblərin bir-biri ilə əlaqəsi, birbirindən asılılığı, həll edilməsinin xronoloji ardıcıllığı və mərhələliyi baxımından əsas tələbə qiymət verilmədən asılı tələbə baxıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-25/202 3 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-384/2023 nömrəli qərarları).

11. Həmçinin mübahisələndirilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Aqrar İslahat Komissiyasının qərarı təşkil edir. Həmin inzibati akt hər hansı orqan tərəfindən ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. İddiaçı çatmaq istədiyi məqsədə həmin inzibati aktın mübahisələndirilməsinə dair iddianın uğurlu olması ilə nail ola bilərdi (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1915/2023 nömrəli qərarı).

12. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiya sı məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2- 1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-2985/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da mü əyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-113/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar