Məhkəmə qərarları › İş №2-1(102)-1421/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1421/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1421/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər DNŞ (SOCAR), DNŞ-nin Sosial İnkişaf İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: yaşayış sahələrinə dəyişiklik edilərək, sərəncamın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər DNŞ (SOCAR), DNŞ-nin Sosial İnkişaf İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinin iştirakı ilə) qarşı sərəncamın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-134/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs DNŞ (SOCAR) iştirakı ilə) qarşı Bakı şəhəri, Nizami küçəsi, 118 saylı yaşayış binasında Socar tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 778/17Q saylı xx.xx.2007-ci il tarixli, 7-169/17Q saylı xx.xx.2007-ci il tarixli, 7-267/17Q saylı, xx.xx.2007-ci il tarixli müraciətinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04398 saylı xx.xx.2011- ci il tarixli razılaşdırdığı eskiz layihəsi sənədlərinə əsasən aparılmış tikinti təmir işləri nəticəsində 123, 124 və 25-ci mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu mənzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsini Bakı şəhər Cavabdehnə həvalə edilməsibarədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. Birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi, xx xxxxxxxx 2018-ci tarixli qərardadına əsasən isə Bakı Şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində işə cəlb edilmişdirlər. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Socar Sosial İnkişaf Departamentinin Təmir Tikinti şöbəsi öz subpodratçı “xxxx” MMC vasitəsi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx xxxxxxxx 2006-cı il tarixli “20062010-cu illərdə” Dövlət Proqramı Azərbaycan Respublikası “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirləndirilməsinə dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (xx.xx.2007-ci il) əsasında Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasında rekonstruksiya işləri apararaq yeni üzlük vurmuşlar. Görülmüş təmir tikinti işləri nəticəsin də həmin binada yerləşən, sakinlərə məxsus daşınmaz əmlakın, bütün mənzillərin konstruksiyası və yaşayış sahələrinin ölçüləri dəyişilmişdir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı xx xxxxxx 2007-ci il tarixli, 7-169/17g saylı xx xxxx 2007-ci il tarixli, 7-267/17g saylı xx xxxx 2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidən qurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı xx xxxxxx 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və “Bakı Dövlət Layihə” İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Bu məlumatı Socarın İnkişaf İdarəsi xx xxxxxx 2018-ci il tarixli Socar **********31671373X00002 saylı cavab məktubunda yazmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin dən çıxarışların yenilənməsi məqsədilə ASAN xidmətinə və BTİ-yə müraciət etmək üçün sakinlərə təmir-tikinti işlərinin aparılmasına əsas olmuş sərəncama zərurət yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən xx.xx.2018-ci ildə Cavabdeh Başçısına, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə, 3 saylı Xüsusi Təyinatlı MKT Birliyinin rəisi H.Mircəfərova və 159 saylı Mənzil Kommunal İstismarı sahəsinin rəisinə Nəsimi rayonu, Nizami 118 ünvanında yerləşən mənzillərin yenidən planlaşdırılmış yaşayış sahələrinin yenidən ölçülərək dəyişikliklər barədə qəbul komissiyası aktının sərəncam ilə təsdiqlənməsini iki ərizə ilə müraciət edərək və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə (35 gün) imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət edə biləcəyini inzibati xəbərdarlıq etmişlər. Lakin cavabdeh öz vəzifə borclarını yerinə yetirməmiş və onların müraciətinə cavab verməyərək hərəkətsizlik göstərmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 57, 94-cü maddəsinin İ hissəsinin İ bəndinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinə zidd olaraq mahiyyəti üzrə problemlə bağlı yazılı ərizələrinə cavab verməmişlər. Cavabdeh yaranmış problemi aradan qaldırmaq üçün heç bir hərəkət etməmişd ir. ASAN xidmətdən və Bakı şəhər DƏDRX-dən aldıqları məlumata əsasən aydın olmuşdur ki, qeyd olunan ünvanda, yəni ünvan 3findən artıq verilmişdir (mənzil 13, 121). Bu fakt bir mənzil sahibi olaraq onların hüquqlarının pozulduğunu göstərir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2859/2018 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı yaşayış binasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 778/17Q saylı xx.xx.2007-ci il tarixli, 7169/17Q saylı xx.xx.2007-ci il tarixli, 7-267/17Q saylı, xx.xx.2007-ci il tarixli müraciətinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı xx.xx.2011-ci il tarixli razıla şdırdığı eskiz layihəsi sənədlərinə əsasən aparılmış tikinti təmir işləri nəticəsində 123, 124 və 25-ci mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu mənzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-331/2019 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə T ağızadə və Kəmalə Abiyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-2859/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan İddiaçı1 kasasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)2510/2019 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İlqar Hüseynov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi,apelyasiya instansiya məhkəməsinin 2-1(103)-331/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-134/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(81)-2859/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,işin faktiki hallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 118 saylı, beş mərtəbəli yaşayış binalarının fasadlarında və da m örtüyündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işlərinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işləri dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunmamışdır. Yaşayış binaların əsaslı təmir-yenidənqurma işlərinin aparılması «Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları» ilə (AzDTN 1.6-1*, 6.3) mütləq tələblərinə uyğun tam başa çatdırılmamışdır. Tikintisinin istehsalat sənədləri AzDTN 1.6-1* normativ sənədinin 4.8 bəndinə uyğun (tikinti-quraşdırma işlərin jurnalı, üstü örtülən işlərin və m əsul konstruksiyaların qəbul edilmə aktların tərtib edilməsi, yük aparan daş hörgüsünün ilişmə möhkəmliyinin sınaq aktları və s.) tam həcmində hazırlanmamışdır. Yaşayış binasının dayanıqlığı və istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi alınmamışdır. Obyektinin sifarişçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən əsaslı təmir-yenidənqurma işlərinin yekunlaşdırdıqdan sonra yaşayış binasının istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının yaradılması barədə (AzDTN 1.6-1*, 6.7 bəndinə əsasən) Fövqəladə Hallar Nazirliyinə hər hansı bir müraciət edilməmişdir. Bakı şəhəri Cavabdeh şəhərin tərkibində olan rayondur və obyektin (Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ünvanda yerləşən 118 saylı beş mərtəbəli yaşayı ş binasının) qəbul komissiyasının tərkibinə Cavabdeh nümayəndəsi daxil edilməmişdir. Azərbaycan Respublikasının «Mənzil Məcəlləsinin yuxarıda sadalanan maddi normaları bu mübahisədə tətbiq edilməməlidir, çünki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən binanın əsaslı təmir-yenidənqurma işləri mülkiyyətçilərin iradəsinə zidd olaraq aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Kollegiyası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda sadalanan 23.1, 23.2, 24.1-ci və 26-cı maddələri hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir, çünki yaşayış sahəsinin qurulması və (və ya) yenidən planlaşdırılması mülkiyyətçisinin təşəbbüsü və yerli icra hakimiyyətinin razılaşması əsasında keçirilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən yaşay ış sahəsinin qurulması və (və ya yenidən planlaşdırılması ilə bağlı rayon icra hakimiyyətinə müraciət edilməmişdir və rayon icra hakimiyyəti tərəfindən bu barədə razilaşma qərarı olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)134/2020 nömrəli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün, digər iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün i şə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əs asən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-134/2020 nömrəli qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 21(81)-2859/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessu al Məcəllənin 2.2.2, 33.1, 52, 62.3, 68.1, 68.2, 82, 96.11-ci maddələrinə, Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 26-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 12.1, 12.2, 12.3, 12.4-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2510/2019 saylı qərarı qəbul edilmişdir. Həmi n qərarla iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsi qaytarılmışdır. Ali Məhkəmənin həmin qərarının «Əsaslandırıcı hissəsi»ndə qeyd edilmişdir ki, «mübahisə apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi normativ hüquqi aktlara görə deyil, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən həll edilməlidir». Xüsusi şəkildə qeyd edilməlidir ki, Ali Məhkəmə həmin qərarın «Əsaslandırıcı hissəsi»ndə hətta tətbiq edilməli olan Mənzil Məcəlləsinin 23.1, 23.2, 24.1, 26-cı maddələrini də konkret olaraq göstərmiş dir. Eyni zamanda Ali Məhkəmə sözügedən qərarında «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 2727 saylı Fərmanının 1.1, 1.4-cü bəndlərinə və xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə istinadən birmənalı şəkildə yazmışdır ki, «hazırkı halda iddiaçıların mənzillərinin yerləşdiyi binada aparılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti cavabdeh Bakı şəhəri Cavabdehnə məxsus səlahiyyətdir». Belə olan halda cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Belə ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsi də hazırki mübahisəni təkrarən həll edərkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmənin hazırki iş üzrə məcburi xarakter daşıyan hüquqi mövqeyini nəzərə almaqla, tam və hərtərəfli icra etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılara məxsus mənzillərin yerləşdiyi ünvan 4 ünvandakı beşmərtəbəli yaşayış binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf Departamentinin Təmir Tikinti şöbəsi və subpodratçı «xxxx» MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xx xxxxxxxx 2006-cı il tarixli «2006–2010-cu illərdə Dövlət Proqramı Azərb aycan Respublikası «Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncamına, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri əsasında Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasında rekonstruksiya işləri aparılaraq, yeni üzlük vurulmuşdur. Yaşayış binasının fasadında aparılmış təmir-tikinti işləri səbəbindən mənzillərin planlarında dəyişikliklər yaranmışdır. İddiaçılar bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə müraciət edərək, yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmir-yenidənqurma işlərind ən sonra mənzillərində yaranmış sahə və plan dəyişikliklərinin texniki sənədlərdə nəzərə alınmasına köməklik olunmasını xahiş etmişlər. Onların müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi cavabdeh Bakı şəhəri Cavabdehnə yaşayış binalarının fasadlarında və dam örtüyündə Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmir-yenidənqurma işlərinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəsini, aidiyyəti dövlət qurumlarının rəylərini ünvanlanlayaraq, sakinlərin müraciətlərinə baxılmasına göstəriş verilməsi barədə müraciət olunsa da, nəticəsi olmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, ünvan 5 ünvandakı yaşayış bi nasının fasadlarında və dam örtüklərində təmir-tikinti işləri Sosial İnkişaf İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı, xx xxxxxx 2007-ci il tarixli, 7-169/17g saylı, xx xxxx 2007-ci il tarixli, 7-267/17g saylı, xx xxxx 2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı xx xxxxxx 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və «Bakı Dövlət Layihə» İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Bundan başqa məhkəmənin qərarından görünür ki, məhkəmə eyni mühüm faktiki hallara və sənədlərlə iddiaçıların qonşusu olan, həmin binanın sakini X2 cavabdeh tərəfindən müvafiq sərəncam verildiyi halda, iddiaçılara eyni məzmunlu sərəncamın verilməsindən aidiyyəti üzrə müraciət olunmaması əsası ilə imtina olunmasını əsassız hesab etmiş və iddianı təmin etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qərarında düzgün olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəkl ər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasın ın aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 2727 saylı, xx xxx 2010-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18-ci maddəsində, 21.1-ci maddəsində ikinci halda, 24.1-ci maddəsində ikinci halda, 24.2.6-cı maddəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-5-ci maddəsində ikinci halda və 143-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 1.4-cü bəndinə əsa sən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, qeyd olunun normativ-hüquqi aktların müddəalarından göründüyü kimi hazırkı halda iddiaçıların mənzillərinin yerləşdiyi binada apa rılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti cavabdeh Bakı şəhəri Cavabdehnə məxsus səlahiyyətdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 118 saylı binada yerləşən 13 saylı mənzil Nəsimi RİH Başçısının «Mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında» 50 saylı, xx xxxx 2016-cı il tarixli sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdə X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Nəsimi RİH Başçısının 50 saylı, xx xxxx 2016-cı il tarixli mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında sözügedən sərəncamından görünür ki, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı evin 13 saylı mənzilinin mülkiyyətçisi X3 rayon icra hakimiyyətinə müraciət edərək, mənzilin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir. Qeyd olunan mənzil ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 179330 saylı Çıxarışa əsasən X1 mülkiyyətindədir. 159 saylı MKİS tərəfindən tərtib olunmuş akta və mənzilin planına əsasən Nizami küçəsi 118 saylı evin 13 saylı mənzilinin mövcud vəziyyətdə 2 otaqlı yaşayış sahəsinin 36,26 kvadrat metr, ümumi sahəsinin 90,28 kvadrat metr olduğu müəyyən edilmiş və təsdiq edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh özünün mövqeyində də ardıcıl olmamış, faktiki halları oxşar olan işlər üzrə əsaslandırılmamış şəkildə fərql i qaydada davranmışdır. Bununla da, «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin normaya görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 saylı Fərmanının 6cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməlidirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə görə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-134/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar